Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2455/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı işi üzrə QƏRARDAD (Açar sözlər: məhkəmə aidiyyəti, qanuni qüvvəyə minmiş məhkəmə aktı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəs inin Cavabdeh qarşı “dövlət büdcəsinə ödənilməmiş 19024,93 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 30000 manat məbləğində siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş üzrə məhkəmə aidiyyətinin müəyyən olunmasına dair işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 19024,93 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 30000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdi yi orqan vasitəsi ilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçının qeydiyyat ünvanının Gəncə şəhəri olduğunu, Gəncə şəhəri isə Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələn Bakı İnzibati Məhkəməsi 21 dekabr 2023-cü il tarixli, e-2-1(112)-14399/2023 nömrəli qərardadı ilə (hakim X3) iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
3. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırkı tələbi cavabdehin siyahıya alınmış əmlakının satılması ilə bağlıdır. Deməli, hazırkı mübahisəyə İPM-in 8.1.4-cü maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Miqrasiya Məcəll əsinin 21.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilir ki, Özbəkistan Respublikasının vətəndaşı, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh (pasport № AA0419232) sonuncu dəfə etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək olan daimi yaşamaq üçün icazə verilmiş və ünvan 2 ünvanına qeydiyyata alınmışdır. Belə olan halda aydındır ki, hazırkı işə baxmağa İPM-in 8.1.4-cü maddəsinə əsasən cavabdehin olduğu yerin məhkəməsi, yəni Gəncə İnzibati Məhkəməsi səlahiyyətlidir.
4. Gəncə İnzibati Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, e-2-1(114)-1797/2024 saylı qərardadı ilə (hakim X6 ) iş ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
5. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(104)-334/2023 nömrəli qərardadı ilə (hakimlər X7 (məruzəçi), X1 və X2) iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh sonuncu dəfə xx.xx.2023-cü il tarixədək etibarlılıq müddəti olan daimi yaşamaq üçün icazə verilmiş və şəxs ünvan 3 ünvanına qeydiyyata alınmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hazrkı tələblə məhkəməyə müraciət edən zaman cavabdehin qeydiyyatı Gən cə şəhərinə olmuşdur. Beləliklə müəyyən olunur ki iddia məhkəmə icraatına daxil olan zaman həmin tələbə baxmağa səlahiyyətlı məhkəmə Gəncə İnzibati Məhkəməsi olmuşdur. Odur ki, hazırkı tələbə Azərbaycan Respublikası İPM-nin 8.1.4-cü maddəsində müəyyən edilmiş əsaslara görə səlahiyyətlı məhkəmə kimi Gəncə İnzibati Məhkəməsində baxılmalıdr. Məhkəmə icraatı zamanı cavabdehin qeydiyyat ünvanın dəyişməsi iddianın ilkin olaraq verildiyi vaxt səlahiyyətlı olmuş məhkəmənin sonradan aidiyyətlə bağlı dəyişməsi üçün əsas deyildir.
7. Gəncə İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2-1(114)-1797/2024 saylı qərardadı ilə (hakim X6) iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsi: Maddə
15. Məhkəmə aktlarının məcburiliyi 15.1. Məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisə lərə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir.
11. Belə ki, Gəncə İnzibati Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, e-2-1(114)1797/2024 saylı qərardadı ilə iş ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 16 fevral 2023-cü il tarixli, 2-1(104)-334/2023 nömrəli qərardadı ilə işin ərazi aidiyyətının Gəncə İnzibati Məhkəməsi olduğu müəyyən edilmişdir. Həmin qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayət verilmədiyindən qanuni qüvvəsini almışdır.
12. İnzibati prosessual qanunvericiliyin tələbinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan, həmin məhkəmə aktı yuxarı instansiya tərəfindən ləğv edilmədiyindən iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir.
13. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhə ri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “dövlət büdcəsinə ödənilməmiş 19024,93 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 30000 manat məbləğində siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qətidir.