Məhkəmə qərarları › İş №2-1(102)-2456/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2456/2019

14.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2456/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası Ərizəçi Kurort Səhmdar Cəmiyyətinin “Şıx” sanatoriyasının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X2 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi X1, vəkili Vəkil iştirakı ilə, Ərizəçi Kurort Səhmdar Cəmiyyəti “Şıx” sanatoriyasının (bundan sonra iddiaçı) cavabdeh Azərbayc an Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X11 İdarəsinə (bundan sonra cavabdeh) qarşı “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1182/2019 saylı, 7 may 2019-cu il tarixli qərardadından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14 avqust 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Ərizəçi 7 dekabr 2018-ci il tarixdə müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qərarı qanuni qüvvəyə minənədək cavabdehin onun bank hesabına qoyduğu sə rəncamın icrasının 16.357,52 manat hissədə dayandırılması, həmin məbləğlə bağlı yeni sərəncamların qoyulmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, MXMT(81)-129/2018 saylı iş) 10 dekabr 2018-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək 27 noyabr 2018-ci il tarixli məhkəmə qərarı qanuni qüvvəyə minənədək cavabdeh tərəfindən ərizəçinin bankda olan hesablaşma hesabına qoyulmuş 30 oktyabr 2018-ci il tarixli sərəncamın icrası 16.357,52 manat hissədə dayandırılmış, həmin məbləğlə bağlı yeni sərəncamların qoyulması cavabdehə qadağan edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X6-məruzəçi, X4 və X7, 2-1(103)-1182/2019 saylı iş) 7 may 2019-cu il tarixliqərardadı ilə departamentin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Departament 3 iyun 2019-cu il tarixdə qərardadın surətini almış, 7 iyun 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmə müvəqqəti xarakterli müdafiənin tətbiqi barədə qərardad qəbul edərkən müvəqqəti xarakterli müdafiənin tətbiqi əsaslarının mövcud olmasını əsaslandırmamışdır. Məhkəmə bu məsələyə baxarkən mübahisənin mahiyyəti ni və xarakterini nəzərə almamışdır. İnzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edilməsi üçün həmin qərarın özünün mövcud olması tələb olunur və həmçinin də işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir. Lakin apellyasiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə ziddiyyətli maraqları hərtərəfli qiymətləndirməmiş, yalnız iddiaçının formal mülahizələri əsasında müdafiə tədbiri barədə qərardad qəbul etmişdir. Şikayət əsaslandırılarkən Vergi Məcəlləsinin 23, 63, 65, İPM-in 41.2, 58.7-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişlər. əsasland ırma hissəsi: Ərizəçi məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Qanuni qüvvəyə m inmiş məhkəmə qətnaməsinə əsasən məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 37.576,27 manat borcun ərizəçidən tutulması qərara alınmış, iddia 16.357,52 manat hissədə rədd edilmişdir. Həmçinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qərarı ilə ərizəçinin iddiası təmin edilərək onun şəxsi vərəqəsindən 16.357,52 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Ərizəçi hazırkı tələbində 27 noyabr 2018-ci il tarixli qərar qanuni qüvvəyə minənədək cavabdehin onun bank hesabına qoyduğu sərəncamın icrasının 16.357,52 manat hissədə dayandırılması, həmin məbləğlə bağlı yeni sərəncamların qoyulmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddian ın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər (İPM-in 40.1-ci maddəsi). Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər (İPM-in 40.2-ci maddəsi). Həmçinin İPM-in 41.2-ci maddəsində qeyd edilir ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Göründüyü kimi, qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri kimi cavabdehin üzərinə müəyyən vəzifənin qoyulmasını iddianın uğurluluq ehtimalı ilə şərtləndirmişdir. Məhkəmə qərarı qanuni qüvvəyə minməsə də, iddianın uğurluluq ehtimalı birinci instansiya məhkəməsinin qərarı ilə sübuta yetmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarında iddianın uğurluluq ehtimalı ilə bağlı hüquqi qiymətləndirmə apararaq məhkəmə qərarına istinad etmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasi ya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1182/2019 saylı, 7 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar