Məhkəmə qərarları › İş №2-1(102)-2457/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2457/2019

22.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2457/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: sosial təminat hüququ ilə bağlı mübahisələr; əlilliyə gör əmək pensiyasının təyin edilməsi; iş illərinin sosail sığorta stajına daxil edilməsi; əmək kitabçası GİRİŞ HİSSƏ Hakimlər: 22.08.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X1 və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy i yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı iş illəri nəzərə alınmaqla əlilliyə görə pensiyanın təyin edilməsi haqqında iddia tələbinə dairiş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 aprel 2019-cu il tarixli qərarından cavabdeh şöbətərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 20.08.1996-cı ildən 17.08.2001-ci ilədək “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsində və 01.02.1993-cü ildən 12.08.1996-c ı ilədək “Azərinşaat” kiçik müəssisəsində çilingər peşəsində işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilməklə, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakim. X.İmanov; iş No 2-1(82)-2875/2018 saylı,) iddianın təmin edilməsi; İddiaçı 20.08.1996-cı ildən 17.08.2001-ci ilədək “Azərsənayetikinti” SC- nin 2 nömrəli müəssisəsində və 01.02.1993-cü ildən 12.08.1996-cı ilədək “Azərinşaat” kiçik müəssisəsində çilingər peşəsində işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilərək, iddiaçıya İİ dərəcəli əlilliyə görə əmək pensaiyasının təyin edilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsiqərar a alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən İ.Əhmədov, hakimlər S.Seyidova və V.Məmmədov; iş № 21(103)-547/2019) apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixliqərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarı ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla m üəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinin elektron çıxarışına görə, iddiaçıya 16.04.2018-ci il tarixdə ümumi xəstəlikdən İİ dərəcəli əlillik təyin olunmuşdur. İşin materiallarında olan, iddiaçıya məxsus İ4T-İ seriyalı ******* nömrəli əmək kitabçasının sürətinə g örə, iddiaçı 25.05.1981-ci ildə (əmr No 71/k, 27.05.1981) 24 saylı sexə xarrat usta köməkçisi kimi işə qəbul edilmiş; 10.12.1981-ci ildə (əmr Nq 165/k, 10.12.1981) 2-ci dərəcəli xarrat vəzifəsinə qəbul edilmiş; 01.03.1988-ci ildə (əmr Nq 121/k, 28.03.1988) 3-cü dərəcəli xarrat vəzifəsinə qəbul edilmiş; 03.05.1988-ci ildə (əmr Nq 199/k, 24.05.1988) 4-cü dərəcəli xarrat vəzifəsinə qəbul edilmiş; 01.02.1993-cü ildə (əmr Nq 173/k, 01.02.1993) “Azərinşaat” TQŞ 3-cü dərəcəli çilingər quraşdırıcı vəzifəsinə işə qəbul edilmiş; 12.08.1996-cı ildə (əmr Nq 05, 12.08.1996) öz xahişi ilə işdən azad edilmiş; 01.09.2001- ci ildə (əmr Nq 34/2, 30.08.2001) Nizami rayonu 289 saylı məktəb “Zəngi” litseyinə 1,5 stavka ilə fəhlə vəzifəsinə işə qəbul edilmiş; 02.01.2002-ci ildə (əmr Nq 1, 02.01.2002) öz xahişi ilə işdən azad edilmiş; 09.01.2002-ci ildə (əmr Nq 2/k, 09.01.2002) “Azərsənayetikinti”SC Avtonəqliyyat müəssisəsində 3-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmiş (“Azərsənayetikinti”SC-nin 09.01,2004-cü il tarixli 2k saylı əmrinə əsasən “Avtonəqliyyat” müəssisəsi 2 saylı müəssisəyə birləşərək 2 saylı müəssisə adlandırılmışdır); 06.11.2005-ci ildə (əmr Nq 28/k, 06.11.2005) öz xahişi ilə işdən azad edilmişdir. İşin materiallarında olan “Azərsənayetikinti”SC-nin 2 nömrəli müəssisəsinin 09/23 saylı 25.04.2018-ci il tarixli arayışına müvafiq olaraq iddiaçı 20.08.1996-cı ildə 67k saylı əmrə əsasən 3 saylı X2 çilingər işinə qəbul edilmiş, 03.09.1999-cu il tarixindən 09/01 saylı əmrə əsasən “Sənayekommunaltikinti” Birliyinin 3 saylı filialı “Azərsənayetikinti”SC-nin 2 saylı müəssisə adland ırılmışdır. 03.09.1999-cu il 09/1 k saylı əmrə əsasən 2 saylı müəssisənin çilingəri hesab edilmiş, 17.08.2001 -ci il tarixdə işdən azad edilmişdir. Bu əsaslarla iddiaçı müvafiq ərizə ilə cavabdeh şöbəyə müraciət etmişdir ki, ona əlilliyə görə əmək pensiyası təyin edilsin. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı 05.07.2018-ci il tarixli, 16/01-3714 saylı məktuba uyğun olaraq “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsində əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir, iddiaçının tələb olunan sığorta stajı olmadığından ərizəni təmin etmək mümkün olmamışdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instans iya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı hazırda əlilldir, 58 yaşı var və 19 il iş stajına malikdir. Belə olan halda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilməsi üçün 58 yaşlı sığortaolunan üçün tələb olunan 14 il 3 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (58 yaş 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 43 x 4 ay = 172 ay: 12 + 14 il 3 ay) sığorta stajı olduğu üçün onun əlilliyə görə əmək pensiyası hüquq vardır. Cavabdeh inzibati orqanın göstərdiyi, tələb olunan sosial sığorta stajının olmaması barədə dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, cavabdeh şöbə bununla bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçıya məxsus əmək kitabçasında onun qeyd olunan müddətdə işə girmə və işdən çıxma əmrləri barədə müvafiq qeydiyyat aparılmış, həmin qeydlər idarənin möhürü ilə təsdiq edilmişdir. Belə ki, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, b u maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydalara görə, Qanunun qüvvəyə mindiyi günədək, yəni 01 yanvar 2006-cı ilədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi stajı sosial sığorta stajı üzrə deyil, əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Az ərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 11-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göründüyü kimi, iddiaçının 25.05.1981-ci ildən 01,02.1993-cü ilədək 24 saylı sexdə, 01.02.1993-cü il tarixindən 12.08.1996-cı ilədək “"Azərinşaat” TQŞ-də, 01.09.2001-ci ildən 02.01 2002-ci ilədək Nizami rayonu 289 saylı məktəb “Zəngi” litseyində, 09.01.2002-ci ildən 06.11 2005-ci ilədək “Azərsənayetikinti”SC Avtonəqliyyat müəssisəsində (2 saylı müəssisə) işləməsi onun adına tərtib edilmiş əmək kitabçası ilə sübut olunur Odur ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla yanaşı sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Enyi zamanda iddiaçının iddia tələbi əsaslı və qanuni olduğundan, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür; cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci m addəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğv i üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 23 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən qü

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar