Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2457/2022 29.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tab eliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1646/2022 nömrəli, 9 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının hərbi biletinə əsasən o, xx.xx.1981 - xx.xx.1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
2. Azərbaycan SSR X3 Təhsili Komitəsi tərəfindən verilmiş diploma əsasən, iddiaçı xx.xx.1981-xx.xx.1984-cü il tarixlərdə elektrik qaynaqçısı peşəsi üzrə təhsil almışdır.
3. Əmək kitabçasının məlumatlarına əsasən o: 16.xx.xx.1980 - xx.xx.1980; xx.xx.1984 - xx.xx.1986; xx.xx.1986 - xx.xx.1990; xx.xx.1990 - xx.xx.1991; xx.xx.1991 - xx.xx.1993; xx.xx.1994 - xx.xx.1995; xx.xx.1995 xx.xx.1995-ci ilədək və xx.xx.1997-ci ildən hazırki tarixədək əmək fəaliyyəti ilə məşğuldur.
4. SOCAR tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən, iddiaçı həqiqətən SOCAR-ın “Kompleks qazma işləri” trestinin aşağıda qeyd olunan idarə və bölümlərində işləmişdir. X6 İstismar Ekspedisiyası üzrə: xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək elektrik qaz qaynaqçısı; Quruda NQÇİ İB X2 İdarəsi üzrə: 26.03.199'7-ci ildən xx.xx.2013-cü ilədək elektrik qaz qaynaqçısı; “KQİ”T Qazmaservis və Logistika İdarəsi üzrə: xx.xx.2013- cü ildən xx.xx.2013-cü ilədək elektrik qaz qaynaqçısı; X2 İdarəsi üzrə: xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək elektrik qaz qayna qçısı; xx.xx.2014-cü ildən halhazıradək “Kompleks qazma işləri” trestinin Abşeron istehsalat bölümündə elektrik qaz qaynaqçısı peşəsində işləyir.
5. SOCAR tərəfindən verilmiş iş stajı haqqında xx.xx.2021-ci il tarixli arayışa əsasən iddiaçı xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək X4 Qazma Ekspedisiyasında işləmişdir. "Azneft” İB-nin xx.xx.1996-cı il tarixli 197 saylı əmrin əsasən X5 Qazma Ekspedisiyası ləğv edilərək X2 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri" tresti yaradılmışdır. Abşeron Qİİ yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi SOCAR-ın “Kompleks qazma işləri" trestinin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/ 01/SM-05- 000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri" trestinin X2 İdarəsi ləğv olunaraq trestin Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərir.
6. SOCAR tərəfindən verilmiş iş stajı haqqında xx.xx.2021-ci il tarixli arayışa əsasən SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən iddiaçı həqiqətən xx.xx.1986-cı ildə “Azneft” Birliyinin “Qobustan” X1 sexinə 3-cü dərəcəli vışkaquraşdırıcı-elektrik qazqaynaqçısı peşəsinə işə qəbul edilmişdir. xx.xx.1988-ci ildə “Azneft” Birliyinin “Qobustan” Vışkaquraşdırma İdarəsinin Vışkaquraşdırma sexinə 3-cü dərəcəli vışkaquraşdırıcı - qaynaqçı peşəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə 4-cü dərəcəli vışkaquraşdırıcıqaynaqçı peşəsinə keçirilmişdir. xx.xx.1990-cı ildə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur.
7. SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivi tərəfindən bildirilmişdir ki, xx.xx.2021-ci il tarixli SOCAR**********80020123X00011 nömrəli iş stajı haqqında arayış müvafiq qaydalara uyğun olaraq arxiv sənədlərinə istinadən yazılmışdır. Mərkəzi Arxivdə saxlanılan sənədlərə əsasən vətəndaşın işlədiyi peşələrin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüquqi verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin xx.xx.1993- cü il tarixli 320 nömrəli qərarına (1 və ya 2 nömrəli siyahı) uyğun olub-olmaması və işlədiyi peşələrin kodu barədə məlumatın təqdim olunması imkan xaricindədir.
8. SOCAR-ın Baş Ofisinin Mərkəzi Arxivinin xx.xx.2021-ci il tarixli, SOCAR**********80020123X00011 nömrəli “iş staj ı haqqında” arxiv arayışındakı qeydlərə əsasən iddiaçı “Azneft” İstehsalat Birliyinin “Qobustan” Vışqaquraşdırma İdarəsinin Vışqaquraşdırma sexində xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək vışqaquraşdırıcı-elektrik qaynaqçısı və xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək vışqaquraşdırıcı-qaynaqçı peşəsində işləmişdir. İddiaçının işlədiyi vışqaquraşdırıcı-elektrik qaynaqçısı və vışqaquraşdırıcı-qaynaqçı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci (Xİİ) "Qazma, neftin, qazın və qaz kondensatl arının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 1-ci "Qazma" yarımbölməsinin "a" (fəhlələr) bəndində 2130100a-11588 kodu ilə qeyd olunmuş “qülləquraşdıncılar-qaynaqçılar" peşəsinə uyğundur və onun qeyd edilən peşələrdə işlədiyi müddət əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən əmək (sığorta) stajına daxildir.
9. SOCAR tərəfindən iddiaçıya əmək kitabçasına və T-2 şəxsi vərəqinə istinadən verilmiş arayışa əsasən, o, həqiqətən SOCAR-ın “Kompleks qazma işləri” trestinin aşağıda qeyd olunan idarə və bölümlərində işləmişdir. Qobustan Vışkaquraşdırma İdarəsi üzrə: xx.xx.1986-cı ildən xx.xx.1990-cı ilədək vişkaquraşdırıcı-elektrik qaz qaynaqçısı peşəsində (1100000a-11588); X6 İstismar Ekspedisiyası üzrə: xx.xx.1994- cü ildən xx.xx.1995-ci ilədək elektrik qaz qaynaqçısı peşəsində (23200000- 11620; 23200000-19906); Quruda NQÇİ İB X2 İdarəsi üzrə: xx.xx.1997-ci ildən xx.xx.2013-cü ilədək elektrik qaz qaynaqçısı peşəsində (23200000- 11620; 23200000-19906); “KQİ”T Qazmaservis və Logistika İdarəsi üzrə: xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilədək elektrik qaz qaynaqçısı peşəsində (23200000- 11620; 23200000- 19906); X2 İdarəsi üzrə: xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək elektrik qaz qaynaqçısı peşəsində (23200000- 11620; 23200000-19906); xx.xx.2014-cü ildən hal-hazıradək “Kompleks qazma işləri” trestinin Abşeron İstehsalat bölümündə elektrik qaz qaynaqçısı peşəsində işləyir.
10. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixl i arxiv arayışına əsasən, iddiaçı 1980 (mart ayından) -1981, 1996-1997 (fevral ayı daxil olmaqla)-ci illərdə Şamaxı rayonun Partiyanın XXİ qurultayı sovxozunda işləmişdir.
11. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
12. Cavabdehin 27 aprel 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlərə əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (22 il 7 ay) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
13. İddiaçı 7 sentyabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı 24 oktyabr 2020-ci ildən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pens iyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı ərizəsində yuxarıda qeyd olunan məlumatları sadalamış, əlavə olaraq qeyd etmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün həm ümumi, həm də xüsusi stajı olduğundan cavabdehin imtinası əsassızdır.
15. Məhkəmənin hüquqi yardımı əsasında hazırlıq icraatı üzrə iclası zamanı iddia tələbi 57 yaşının tamam olduğu 21 oktyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi dəqiqləşdirilmişdir.
16. Cavabdehin iddia ərizəsinə qarşı təqdim etdiyi yazılı etiraz imtinanın məzmununa uyğun əsaslandırılmışdır.
17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2340/2022 nömrəli, 11 fevral 2022-c i il tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilərək, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
18. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər sovxozda işlədiyi dövr (3 il) - məhkəmə iddiaçının arxiv araşıyı ilə təsdiq olunan dövrə münasibətdə qeyd edir ki, həmin arxiv arayışının onun etibarlılığı məhkəmədə şübhə yaratmır; texniki peşə məktəbində əyani təhsil aldığı dövr; Həqiqi hərbi xidmət keçdiyi dövr və əmək kitabçasında qeydlər nəzərə alınmaqla ümumi əmək stajı ən azı 25 ildir.
19. İddiaçının Şamaxı rayon Partiyanın XXİ Qurultayı sovxozunda 1980-1997-ci illərdə işləyib aldığı əmək haqları aldığı dövr “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən normaları nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının həmin dövrlərdə işlədiyi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Şamaxı filialının xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli arayışları ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışı göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bununla bağlı cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyini b ildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsaslanmaqla göstərmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə oldu ğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
20. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi 1980-1997-ci illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışı əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Re spublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində tə sbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında göstərilməsə də, onun 1975-1989-cu illərdə işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxivdə saxlanılan sözügedən müəssisələrə məxsus sənədlərə istinadla arxiv arayışı formasında əldə etmək mümkündür. Bu hal, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Şamaxı filialının xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli arayışları ilə də bir daha təsdiqlənmişdir. Odur ki, iddiaçının fakt təsdiqi qaydasında məhkəməyə müraciət etməli olduğuna dair mövqe də əsaslı hes ab oluna bilməz. Çünki iddiaçının Qaydaların 3.2.2- ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi, başqa sözlə, hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxi v arayışları nəzərə alına bilər. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanmış müddəaları işin müəyyən edilmiş hallarına tətbiq baxımından qiymətləndirildikdə iddiaçının əlilliyə görə əmək pensiyası ala bilmək üçün “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsində tələb olunan zəruri sığorta stajına malik olduğu müəyyən olunur.
21. Bundan başqa, “SSRİ vətəndaşlarının pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. 22. 23 sentyabr 1992-ci il ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Həmin maddəyə əsasən, iş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən o lunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
23. Məhkəmə həmçinin iddiaçının əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı Qobustan Vışkaquraşdırma İdarəsi üzrə: xx.xx.1986-cı ildən xx.xx.1990-cı ilədək vişkaquraşdırıcı-elektrik qaz qaynaqçısı peşəsində (Arayışıarda bir halda 1№li siyahı üzrə (1100000a-11588); bir halda 2 nömrəli siyahı üzrə (2130100a—11588) verilib); X6 İstismar Ekspedisiyası üzrə: xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək elektrik qaz qaynaqçısı peşəsində (23200000- 11620; 2320000019906); Quruda NQÇİ İB X2 İdarəsi üzrə: xx.xx.1997-ci ildən xx.xx.2013-cü ilədək elektrik qaz qaynaqçısı peşəsində (23200000- 11620; 23200000- 19906) işləmişdir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazir lər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320№li qərarı ilə təstiq edilmiş 2№li siyahının qeyd edilən kodlarına uyğun göstərilmişdir.
24. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş).
25. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1646/2022 nömrəli, 9 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və X.A.Cəmilova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2340/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
28. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
29. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia ərizəsinə qarşı təqdim edilmiş etirazın dəl illəri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: -1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1 axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zə rərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 32. xx. xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyi şikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il altı ay artırılır.
33. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları: -3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensi yası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. -3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. -4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320№li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): -55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; -həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; -həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
35. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyas ı məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
40. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olu nur.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür və o, ümumi və xüsusi iş stajının tamamlandığına istinad edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh onun qanunvericiliyin tələblərinə uyğun şəkildə ümumi iş stajının az olduğu əsası ilə müraciətin icrasından imtina etmişdir.
42. Apellyasiya məhkəməsi iş materiallarına əlavə edilmiş SOCAR tərəfindən verilən arayışlara, həmçinin məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş arayışa istinad etməklə düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçının 25 ildən çox ümumi stajı və 12 il 6 aydan çox güzəştli şərt lərlə iş stajı olduğundan güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.
43. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
44. Bundan başqa, apellyasiya məhkəməsi iddiaçının iş yerlərindən təqdim edilmiş arayışlara istinad edərək düzgün müəyyən etmişdir ki, onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 12-ci (Xİİ) "Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 1-ci "Qazma" yarımbölməsinin "a" (fəhlələr) bəndinə uyğundur.
45. Beləliklə, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddia çıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikas ının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1646/2022 nömrəli, 9 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.