Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2457/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: operativ vergi nəzarəti; pərakəndə ticarət satışını həyata keçirən vergi ödəyicisinə topdansatış fəaliyyətə görə vergi hesablanması barədə qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası, Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (FİN: xxxxxxx) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergi ödəyicisini vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi barədə qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2023-cü il tarixli 21(104)-341/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 25 noyabr 2020-ci il tarixli **********2806 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarla (VÖEN **********), Mingəçevir şəhəri, Nizami 21 ünvanında yerləşən İddiaçı məxsus mağazada 26 noyabr 2020-ci il tarixdən 15 dekabr 2020-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış və həmin qərar 25 noyabr 2020-ci il tarixli KY201544252 nömrəli sahibkarlıq sahəsində aparılan vahid məlumat reyestrində qeydə alınmışdır.
2. Cavabdehin 25 noyabr 2020-ci il tarixli **********2806 nömrəli qərarına əsasən İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mağazada 13 noyabr 2020-ci il tarixdən 18 noyabr 2020-ci il tarixədək aparılmış xronometraj müşahidə zamanı 190 ədəd NKA çeki ilə 2947.7 manat satış dövriyyəsi olmuş, bir çekə düşən məbləğ 15.51 manat etmişdir (1947.7:190=15.51). Vergi ödəyicisində 1 yanvar 2020-ci il tarixdən 27 avqust 2020-ci il tarixədək 1097 ədəd NKA çeki ilə 495803.6 manat satış dövriyyəsi olmuş, bir çekə düşən məbləğ 451.96 manat olmuş, bu da malların elektron qaimə-faktura tərtib edilmədən təqdim edilməsi kimi müəyyən edilmişidir.
3. Cavabdehin 22 yanvar 2021-ci il tarixli **********7541 n ömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarına əsasən iddiaçı 49580.36 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. 4. 15 mart 2021-ci il tarixli **********709100 nömrəli qərara əsasən iddiaçının operativ vergi nəzarətinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi şikayətləri təmin edilməmiş, 22 yanvar 2021-ci il tarixli **********7541 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş **********7541 nömrəli 22 yanvar 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qəra rının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektini icarə müqaviləsi əsasında icarəyə götürərək sahibkarlıq fəaliyyəti göstərmiş və həmin obyektdə un və kəpəyin pərakəndə satışı ilə məşğul olmuş, cavabdeh tərəfindən fəaliyyəti tam məhdudlaşdırılana qədər daim kiçik sahibkarlıq fəaliyyətini davam etdirmişdir. Cavabdehin 25 noyabr 2020-ci il tarixli **********2806 nömrəli operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarına əsasən ona məxsus obyektdə operativ nəzarət tədbirinin nəticəsi olaraq 22 yanvar 2021-ci il tarixli **********7541 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə barəsində tətbiq edilmiş 49580,36 manat maliyyə sanksiyası qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün müvafiq qərarın ləğv olunması barədə tərəfindən inzibati orqana şikayətlər olunmuş, lakin 22 yanvar 2021-ci il tarixli **********7541 nömrəli Qərar qanunsuz olmasına baxmayaraq qanuni və əsaslı olduğu bildirilərək dəyişdirilmədən saxlanılmışdır. İnzibati şikayətin təmin olunmaması barədə qərardan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apelyasiya şurasına şikayət məktubu göndərilmiş, İqtisadiyyat Nazirliyinin Apelyasiya Şurası isə öz növbəsində 45 nömrəli 25 iyun 2021-ci il tarixli qərarı ilə şikayəti təmin etməmişdir. 49580.36 manat maliyyə sanksiyasının hesablanması tamamilə qanunsuzdur. DVX seriyalı 000028 nömrəli aktda isə vergi orqanı yalnız mühasibat uçotu sənədlərinin Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən olunmuş beş illik dövr ərzində saxlanılmasının zəruriliyini qeyd etmişdir. Halbuki aktda qeyd olunanların heç biri vergi orqanının 49580.36 manat maliyyə sanksiyası tətbiq etməsinə əsas vermir.
7. Cavabdeh orqan iddia tələbinə qarşı yazılı etirazında qeyd etmişdir ki, uçot-baza məlumatına əsasən fiziki şəxsin 9 fevral 2013-cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “ümumi həkim praktikası sahəsində fəaliyyət” “ixtisaslaşdırılmış mağazalarda çörək-bulka məmulatlarının, un və qənnadı məmulatlarının pərakəndə satışı” olduğu müəyyən edilmişdir. 25 noyabr 2020-ci il tarixli **********2806 nömrəli qərarla malların vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilm əsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə 26 noyabr 2020-ci il tarixdən 15 dekabr 2020-ci il tarixədək operativ vergi nəzarəti keçirilmiş, Operativ vergi nəzarəti zamanı malların təqdim edilməsi ilə əlaqədar ümumi dəyəri 2947.70 manat olan 190 ədəd kassa çeki vurulmuş, lakin kassa aparatının yaddaş məlumatlarına əsasən 1 yanvar 2020-ci il tarixdən 27 avqust 2020-ci il tarixədək olan dövrdə ümumi dəyəri 495803.60 manat olan 1097 ədəd kassa çeki vurulmuş, vergi ödəyicisində operativ vergi nəzarəti zamanı bir çekə düşən orta satış məbləği 2947.70/190=15.51 manat, 1 yanvar 2020-ci i l tarixdən 27 avqust 2020-ci il tarixədək olan dövrdə isə bir çekə düşən orta satış məbləği 4958xx.xx/1097=451.96 manat olduğu müəyyən edilmiş, bir kiloqram unun orta qiymətinin 60 qəpik olduğunu nəzərə alsaq, 451/0.60=753 kiloqram un məhsulunun fərdi istehlakçı tərəfindən son istehlak məqsədilə alınması istisna olunduğundan həmin məhsulun digər pərakəndə ticarətçi və yaxud unlu məmulat istehsalçısı olan digər vergi ödəyiciləri tərəfindən alındığını deməyə əsas verir ki, bu halda qanunvericiliyin tələblərinə əsasən satış zamanı alıcı olan vergi ödəyicilərinə elektron qaimə-faktura verilməli, beləliklə də, istehsal və ya satış prosesində istifadə etmək məqsədilə malları alan vergi ödəyicilərinin öz xərclərini və dolayısı ilə də gəlirlərini gizlətmək imkanları aradan qalxmış olur. Lakin verg i ödəyicisi İddiaçı tərəfindən 1 yanvar 2020-ci il tarixdən 24 noyabr 2020-ci il tarixədək nəzarət kassa aparatında hər hansı nasazlığın olması barədə vergi orqanına müraciət edilməmişdir. İddaçının topdansatış fəaliyyəti ilə deyil, pərakəndə satış fəaliyyəti ilə məşğul olması barədə iddiası ilə bağlı bildirilmişdir ki, un məhsulunun son istehlakçısı tərəfindən 451.96 manat dəyərində 753 kiloqram (15 kisə) un məhsulunun son istehlak məqsədilə alınması mümkün olmadığı üçün fəaliyyətinin topdansatış kimi qiymətləndirilməsi Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrinin tələblərinə uyğundur. Topdansatış yaxud pərakəndə satış fəaliyyəti olmasını fərqləndirən əsas cəhət pərakəndə satış zamanı malın istehlak məqsədilə son istehlakçıya satılması, topdansatış zamanı isə malın sonradan tə krar təqdim etmək və yaxud istehsal prosesində istifadə etmək üçün digər vergi ödəyicilərinə təqdim edilməsi baş verir.
8. Gəncə İnzibati Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2-1(114)-1711/2021 nömrəli qərarı (hakim U.Osmanov) ilə iddia tələbi təmin edilmişdir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2-1(104)-101/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir
12. Azərbaycan Re spublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1364/2022 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(104)459/2022 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. İddiaçı birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpası edilməsini xahiş etmişdir.
15. Gəncə İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(114)-821/2023 nömrəli qərardadı ilə iş üzrə buraxılm ış prosessual müddət bərpa edilmişdir.
16. Gəncə İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(114)-821/2023 nömrəli (hakim F.Hüseynov) qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qəbul etdiyi 22 yanvar 2021-ci il tarixli **********7541 nömrəli qərarı ləğv edilmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, əvvəlki dövrlərdə aparılmış əməliyyatlar (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Bundan əlavə, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" qaydasında əlavə olaraq POS-terminalların da istifadəsi nəzərdə tutulur. Müştəri tərəfindən xüsusi tələb olduqda isə pərakəndə ticarət subyekti elektron qaimə-faktura və vergi hesab-fakturası təqdim edə bilir. Alıcının məhsulun son istehlakçısı hesab olunduğu nəzərə alınmaqla pərakəndə ticarət subyekti malı həm əhaliyə, həm də vergidə uçotda olan fiziki və hüquqi şəxslərə sata bilir. Topdansatış ticarət fəaliyyəti ilə məşğul olan lar isə malları ancaq alıcının sahibkarlıq fəaliyyəti üçün satırlar və bu zaman elektron qaimə-faktura və ya vergi hesabfakturası təqdim edirlər. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə satış ticarət fəaliyyətinin vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydasında fərqlər müəyyən edilsə də, həmin ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi, başqa sözlə hədd meyarı müəyyən edilməmişdir. Belə olan halda vergi orqanının iddiaçıya məxsus mağazada quraşdırılmış NKA-ya xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ümumi məbləği 495803.60 manat olmaqla 1097 sayda çek vurulması hallarının onun topdansatış fəaliyyəti ilə məşğul olması kimi qiymətləndirməsi əsassız sayılmalıdır.
18. Cavabdeh apellyasiy a şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
19. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2023-cü il tarixli 2-1(104)-341/2023 nömrəli qərarı ilə (hakimlər: A.Hüseynzadə - sədrlik edən və məruzəçi, Ə.Məmmədov və L.Süleymanov) Gəncə İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(114)-821/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a. Kass asiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********2806 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməməsini qeyd etməsə də, lakin həmin qərar cavabdehin Vergi nəzarəti tədbirlərinin təşkili və təhlili şöbəsinin 24 noyabr 2020-ci il tarixli **********578300 nömrəli xidməti məlumatı əsasında qəbul edilmişdir.
23. Həmçinin qeyd edilmidşdir ki, iddiaçı tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyekti ndən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən qanun pozuntusuna yol verdiyi üçün barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən topdansatış – şəxsi, ailə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti, pərakəndə satış – bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağ lı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir. Eyni zamanda Qaydaların 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Bunlardan əlavə vergi qanunvericiliyinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti, topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edi lmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Vergi Məcəlləsi: Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsi nin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti;... Maddə
50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.2. Operativ vergi nəzarətinin həyat a keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçi rilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları … 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğ u halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
26. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb e dilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və tə sdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə cavabdeh tərəfindən məsuliyyətə cəlb edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya in stansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlər kameral vergi yoxl aması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasını əhatə edir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir.
36. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və bu barədə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 25 noyabr 2020-ci il tarixli **********2806 nömrəli qərar qəbul etmişdir.
37. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarət inin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı təsbit edilmişdir (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda).
38. Hazırkı mübahisəyə münasibətdə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqın da” 25 noyabr 2020-ci il tarixli **********2806 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir (qərarda sadəcə Vergi Məcəlləsinin 50-ci maddəsinə ümumi şəkildə istinad olunmuşdur).
39. Qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
40. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilm əsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiy ini əsaslandırmalıdır.
41. Artıq yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı bu və ya digər növ yoxlamanı seçməkdə, həmçinin VM-nin 50.2-ci maddəsində sadalanan əsaslardan birinə görə, operativ vergi yoxlamasının keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Bu mənada hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz operativ vergi nəzarətinin təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdı r. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər, inzibati orqan operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 36.1, 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati or qanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.
42. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 25 noyabr 2020-ci il tarixli **********2806 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır. Cavabdehin bu davranışı “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir.
43. Bundan əlavə, operativ vergi nəzarətinin mahiyyəti və məqsədi Vergi Məcəlləsinin 50.1-ci maddəsi ilə müəyyən edilmişdir. Hə min maddəyə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində isə operativ vergi nəzarəti ilə əhatə olunan halların və məsələlərin dairəsi təsbit edilmişdir. İstinad olunan həmin normaların məzmununa görə, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş tələblərə vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilir.
44. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin tərəfindən keçirilmiş operativ vergi yoxlamasının müddəti 26 noyabr 2020-ci il tarixdən 15 dekabr 2020-ci il tarixədək müddəti əhatə etməsinə rəğmən, cavabdeh vergi orqanı faktiki olaraq operativ vergi nəzarəti ilə əhatə olunmayan keçmiş dövr üzrə həyata keçirilmiş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdehin belə davranışı operativ vergi nəzarəti institutunun mahiyyəti ilə ziddiyyət təşkil edir.
45. Kassasiya şikayətinin dəlillərinə əsasən cavabdeh iddiaçının topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edir.
46. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, id diaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi də iş üzrə sənədlərlə təsdiq olunmur. Başqa sözlə, cavabdeh iddiaçının nəzarət-kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satdığı malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, həmin halı sübuta yetirə bilməmişdir.
47. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının fəaliyyət növü pərakəndə ticarət fəaliyyəti olmuş və sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə nəzarət kassa aparatının quraşdırılması da bu faktı təsdiq edir. Həmin nəzarət kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə sonuncunun iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına razılığını ifadə edir. İddiaçının cavabdehin özünün təsdiq etdiyi kassa aparatı vasitəsi ilə həmçinin elektron qaimə faktura əsasında malların satışlarının keçirilməsi qanuna uyğun olmuş, belə ki, hər iki üsulla satışlar zamanı ƏDV-nin tutulması həyata keçirilmiş, verginin ödənilməsindən hər hansı bir yayınma faktı olmamışdır.
48. Qanunvericilikdə pərakəndə satış zamanı təqdim edilə bilən mallar hər hansı say həddi və ya həcmi ilə məhdudlaşdırılmamışdır. Bu baxımdan, topdansatış fəaliyyətinin pərakəndə fəaliyyətdən fərqləndirilməsi zamanı yalnız malların say həddinə və ya həcminə istinad olunması qanuna ziddir. Qanunvericilik vergi ödəyicisinə eyni təsərrüfat subyektində malların həm pərakəndə, həm də topdansatış qaydasında təqdim edilməsini qadağan etmir və yalnız malların mədaxilinin və məxaricinin uçotunun ayrılıqda aparılmasını t ələb edir (“Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı).
49. Qanunvericilikdə pərakəndə satış zamanı təqdim edilə bilən mallar hər hansı say həddi və ya həcmi ilə məhdudlaşdırılmamışdır. Bu baxımdan, topdansatış fəaliyyətinin pərakəndə fəaliyyətdən fərqləndirilməsi zamanı yalnız malların say həddinə və ya həcminə istinad olunması qanuna ziddir. Qanunvericilik vergi ödəyicisinə eyni təsərrüfat subyektində malların həm pərakəndə, həm də topdansatış qaydasında təqdim edilməsini qadağan etmir və yalnız malların mədaxilinin və məxaricinin uçotunun ayrılıqda aparılmasını tələb edir (“Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsəd ləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı).
50. Belə olan halda, parakəndə satış növü ilə məşğul olan təsərrüfat subyektlərində bir malın eyni vaxtda toplu halında satılması topdansatış ticarət fəaliyyəti kimi qəbul edilməsi üçün işdə yetərli mötəbər sübut mövcud olmadığından cavabdehin dəlili əsaslı sayıla bilməz.
51. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 22 yanvar 2021-ci il tarixli **********7541 nömrəli qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və eyni zamanda iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan ləğv edilməlidir.
52. Yuxarıda g östərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2023-cü il tarixli 21(104)-341/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.