Məhkəmə qərarları › İş №2-1(102)-2457/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2457/2024

21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2457/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlak (torpaq sahəsi) üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Şəhriyar adına kolxozun xx.xx.1993-cü il tarixli yığıncağının iclas qərarı ilə "xxxx" kiçik müəssisəsinə ayrılmış 40,0 ha torpaq sahəsindən 15,0 ha sahəsi üzərində "xxxx" kiçik müəssisəsinin mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 may 2024-cü il tarixli 2-1(107)-240/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən "xxxx" X9 Rayon İcra Hakimiyyətinin 20 fevral 1993-cü il tarixli 121 nömrəli sərəncamı ilə dövlət qeydiyyatına alınmışdır. 2. "xxxx" Kiçik Müəssisəsi 11 aprel 2005-ci il tarixdə 10 saylı Ərazi Vergilər İdarəsində uçota alınaraq ********** nömrəli VÖEN verilmişdir.

3. Vərəsəlik hüququ haqqında 11 dekabr 2020-ci il tarixli şəhadətnaməyə əsasən cəmiyyətin dövlət qeydiyyat məlumatlarına dəyişiklik edilmiş, cəmiyyətin təsisçiləri İddiaçı, X2, X1, X3 və X4 olmaqla yeni redaksiyada nizamnamə 30 dekabr 2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

4. Qəbələ rayon XDS-nin Rəyasət Heyəti 3 iyul 1993-cü il tarixli 7 nömrəli iclasının gündəliyindən arxiv çıxarışından görünür ki, "xxxx" kiçik müəssisəsinə torpaq sahəsi ayrılması barədə Qəbələ rayon XDS-nin Rəyasət heyəti aşağıdakı qərara alınmışdır: I.Qəbələ rayon So lğuca kəndində qeydiyyata götürülmüş "xxxx" kiçik müəssisəsinə Solğuca kəndinin cənub hissəsindən 40,0 ha torpaq sahəsi ayrılması barədə Şəhriyar adına kolxozun 17 iyun 1993-cü il tarixli 11 saylı müvəkkillər iclasının qərarı təsdiq edilsin; İİ. Qəbələ rayon Torpaq şöbəsinə tapşırılsın ki, nəzərdə tutulmuş sahəni naturada xəritə və akt əsasında müəssisəyə təhkim edilməsini təmin etsin.

5. İddiaçı cavabdehə müraciət edərək “Şəhriyar adına kolxozun xx.xx.1993-cü il tarixli yığıncağının iclas qərarı ilə "xxxx" kiçik müəssisəsinə ayrılmış 40,0 ha torpaq sahəsindən 15,0 ha sahəsi üzərində "xxxx" kiçik müəssisəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, təqdim edilən sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə cavab vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəhriyar adına kolxozun xx.xx.1993-cü il tarixli yığıncağının iclas qərarı ilə "xxxx" kiçik müəssisəsinə ayrılmış 40,0 ha torpaq sahəsindən 15,0 ha sahəsi üzərində "xxxx" kiçik müəssisəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon X6 Rəyasət Heyətinin 3 iyul 1993-cü il tarixli 7 nömrəli qərarına əsasən “Şəhriyar” adına kolxozun 17 iyun 1993-cü il tarixli İİ saylı müvəkkillər iclasının qərarı təsdiqlənmişdir və buna əsasən Qəbələ rayonu Solğuca kəndində qeydiyyata götürülmüş "xxxx" kiçik müəssəsinə Solğuca kəndinin cənub hissəsində kənd təsərrüfatı təyinatlı 40,0 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin 25,0 hektarı əkin üçün yararlı, 15 hektar isə daşlıq kolluq sahə olduğu üçün əkin üçün yararlı hesab olunmurdu. Sözügedən torpaq sahəsinin 15 hektarı hal-hazırda onun istifadəsindədir. Həmin torpaq sahəsinə çıxarış əldə etmək üçün cavabdeh orqana müraciət etsə də cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

9. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı Şəhriyar adına kolxozun 17 iyul 1993-cü il tarixli yığıncağının iclas qərarı ilə "xxxx" kiçik müəssisəsinə ay rıldığını iddia etdiyi 40.0 ha və 15.0 ha torpaq sahələrini "xxxx" kiçik müəssisəsinin adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət kadastrı və reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, lakin çıxarışın verilməsi üçün əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim etməmiş, bununla belə müraciətlə bağlı Ərazi İdarəsinin arxiv məlumatları əsasında müvafiq araşdırma aparılmış, idarənin arxivində "xxxx" kiçik müəssisəsi ilə bağlı heç bir məlumat aşkarlanmamışdır.

10. Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2-1(116)-324/2024 nömrəli qərardadı ilə Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naz irliyi Meşələrin İnkişafı Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər.

11. Üçüncü şəxs Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının tələb etdiyi 14 ha torpaq sahəsinin 13,62 ha torpaq sahəsi ümumi istifadədə olan örüş torpaq sahəsidir. Həmin torpaq sahəsindən iddiaçı istifadə etmir, vətəndaşların ümumi istifadəsindədir. Bələdiyyənin nümayəndəsinin izahatından sonra iddiaçı bildirdi ki, apellyasiya şikayətində həmin torpaq sahəsini istifadə etdiyi göstərilsə də, apellyasiya şikayəti iddiaçının özü tərəfindən deyil, vəkili tərəfindən tərtib edilmişdir.

12. Şəki İnzibati Məhkəməsinin (hakim V.Musayev) 25 yanvar 2024-cü il tarixli 21(116)-324/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

13. Məhkəmənin mövqeyi belə olm uşdur ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin hazırki mübahisənin predmeti olan torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olmuş normalarına əsasən, rayon, şəhər xalq deputatları Sovetlərinin öz səlahiyyətləri daxilində Dövlət mülkiyyətində olan torpaqları, kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilərdilər. Torpaq kolxozlara, sovxozlara, kooperativlərə və digər kənd təsərrüfatı müəssisələrinə və təşkilatlarına əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı üçün rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə sahibliyə verilir. Torpaq sahəsinin ayrılması barədə 23 iyun 1993-cü il tarixli Aktın məzmunundan görünür ki, iddia olunan torpaq sahəsi iddiaçıya məhz kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ayrılmışdır. Həmin dövrdə qüvvədə olan qanu nvericilik isə bu zaman torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsini yox, sahibliyə verilməsini müəyyən etmişdir. Göründüyü kimi torpaq sahəsinin ayrıldığı dövrdə də, qanunvericilik əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı üçün kənd təsərrüfatı müəssisələrinə ayrılmış torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsini istisna etmişdir.Nəzərə alınmalıdır ki, sonralar torpaq islahatı aparılan zaman da, sözügedən torpaq sahəsinin iddiaçıya ayrılması baş verməmiş, iddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd tərtib edilməmişdir.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 may 2024-cü il tar ixli 21(107)-240/2024 nömrəli qərarı ilə (hakimlər: R.Rəfiyev – sədrlik edən və məruzəçi, G.Cavadova və T.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və bildirmişdir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquq müəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

17. Məhkəmə kollegiyasının mövqeyinə görə hazırkı işdə iddia olunan torpaq sahəsinə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hər-hansı hüquq müəyyənedici sənəd mövcud olmamışdır.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayətində iddia ərizəsinin əsaslarına istinad etmiş və torpaq sahəsinə özbaşına zəbt etmək və digər hər-hansı qanunsuz üsulla sahiblik etmədiyini, əksinə sahibliyi “torpaq sahəsinin ayrılması barədə” Akt əsasında həyata keçirdiyini bildirmişdir.

20. Sonralar torpaq islahatı aparılan zaman sözügedən torpaq sahəsinin iddiaçıya ayrılmasının ba ş verməməsi, iddia olunan torpaq sahəsinə dair hüquq müəyyənedici sənədin tərtib edilməməsi iddiaçının təqsiri nəticəsində baş verə bilməzdi. O, 30 ildən artıq mübahisəsiz şəkildə torpaq sahəsindən istifadə edərkən dövlət orqanlarının hərəkətlərinə, praktikasına etimad göstərmişdir.

21. Kassator Mülki Məcəllənin 178.6-cı, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsininşərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına istinad etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Torpaq Məcəlləsi (15 aprel 2023-cü il tarixədək qüvvədə olan redaksiya): Maddə

16. Örüş, otlaq və biçənək üçün t orpaq sahələrinin istifadəsinin xüsusiyyətləri

1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.

2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.

3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada is ə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən bax ılır. 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. da şınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddi açının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafi q apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

26. Avropa İn san Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgü n tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, Daşınmaz əmla k üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

34. Bu baxımdan apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq mülkiyyətə deyil, sahibliyə verilmiş, sonradan torpaq islahatı aparılan zaman da, sözügedən torpaq sahəsinin iddiaçıya ayrılması baş verməmiş, iddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd tərtib edilməmişdir.

35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun qeydə alınması tələb olu nan torpaq sahəsi örüş torpaq sahəsidir və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-cı maddəsinin tələblərinə uyğun olaraq həmin kateqoriyaya aid olan torpaq sahələri bir qayda olaraq ancaq icarəyə verilə bilər. Belə ki, həmin məcəllədə qeyd olunur ki:

1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.

2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.

3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasın ın sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır.

36. Beləliklə, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas yoxdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

37. Bununla belə məhkəmə kollegiyası xüsusi olara q qeyd etməyi zəruri hesab edir ki, əgər iddiaçıya hər hansı bir daşınmaz əmlakın (torpaq sahəsinin) ayrılmasına dair ilkin mötəbər sənəd varsa, iddiaçı bununla bağlı cavabdehə müraciət edib sözügedən məsələnin qanun çərçivəsində həll olmaması istiqamətində zəruri hərəkətlər etmək hüququna malikdir

38. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 may 2024-cü il tarixli 21(107)-240/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar