Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2458/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı qızı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər:(dövlət qulluqçusunun dul arvadına pensiya təyin edilməsi və pensiya fərqinin birdəfəlik ödənilməsi) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı dövlət qulluqçusunun dul arvadı kimi pensiya təyin edilməsi və pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-71/2019 nömrəli inzibati iş üzrə 17 aprel 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 06 noyabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1955-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olmuşdur, ünvan 1 ünvanda qeydiyyatdadır. (AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi) İddiaçı X2 nun arvadıdır və onların nikahı 07.04.1977-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kənd sovetində 6 saylı qeydlə bağlanmışdır. (İ-JQ seriyalı, xxxx saylı nikahın bağlanması haqqında şəhadətnamə) X6 27.09.1967-ci il tarixində Azərbaycan Respublikası İN Botanika institutunda fəhlə vəzifəsinə qəbul edilmiş, 07.07.1969-cu ildə azad edilmiş, 15.07.1969-cü il tarixdən 16.10.1973-cü il tarixədək XXİİ Partiya Qurultayı adına Bakı Neft Ayırma Zavodunda 3-cü dərəcəli operatorun köməkçisi və 5-ci dərəcəli operator vəzifəsində çalışmış, 16.10.1973cü il tarixdən 18.11.1974-cü il tarixədək Sovet Ordusunda xidmətdə olmuşdur. 23.12.1974cü il tarixdən 12.05.1975-ci il tarixədək XXİİ Partiya Qurultayı adına Bakı neftayırma zavodunda 5-ci dərəcəli böyük operator vəzifəsində çalışmış, 12.05.1975-ci il tarixd ən 01.08.1976-cı il tarixədək Azərbaycan SSR Neft Emalı və X8 Nazirliyində Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə mühəndis, 01.08.1976-cı il tarixdən 18.07.1977-ci il tarixədək böyük mühəndis, 18.07.1977-ci il tarixdən 03.1983-cü il tarixədək rəis, 03.1983-cü il tarixdən 09.1992-ci il tarixədək Azərbaycan SSR Nazirlər Sovetinin Neft Emalı və Neft-Kimya Sənayesi şöbəsinin böyük referenti, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin neft və kimya şöbəsinin aparıcı mütəxəsisi, 09.09.1992-ci il tarixindən 07.08.1995-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin sədri vəzifələrində işləmiş, vəfatı ilə əlaqədar 07.08.1995-ci il tarixdə işçilərin siyahısından çıxarılmışdır. (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və iqtisadi Əməliyyat lar idarəsinin 19.01.2018-ci il tarixli, SOCAR**********30020123X00001 saylı məktubu). X6 Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin sədri olaraq X3 Azərbaycan Milli Komitəsinin tərkibində yer almış, Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin sədri olaraq İran İslam Respublikası ilə iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət komissiyasının üzvü kimi təsdiq edilmişdir. (Azərbaycan Respublikası Prezidentinin 09.09.1992-ci il tarixli 181 saylı Fərmanı, Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 23 fevral tarixli 472 saylı Fərmanına əlavə, Azərbaycan Respublikası Prezidentinin 23.02.1995-ci il tarixli 284 saylı Fərmanı ) X2 04.08.1995-ci ildə vəfat etmiş və ölüm qeydi 30.10.1996-cı il tarixdə 93b saylı qeydlə Bakı şəhər Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmışdır. (AZ-İ seriyalı, 904624 saylı ölüm haqqında şəhadətnamə) İddiaçı dövlət qulluqçusunun dul arvadı kimi ona pensiya təyin edilməsi və pensiya fərqinin birdəfəlik ödənilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh 28.08.2018-ci il tarixli, **********5 nömrəli məktubla ərizənin təmin edilməsindən imtina edərək bildirmişdir ki, iddiaçının ərinin XXİİ Partiya Qurultayı adına Bakı Neftayırma Zavodunda 1969-cu ildən 01.03.1983-cü ilədək işlədiyi müddət dövlət qulluğu stajına daxil deyildir. X6 “Dövlət qulluqçusunun pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilməzdən əvvəl vəfat etmişdir. X6 dövlət qulluqçusu statusuna malik olmamışdır. Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri X7 ünvanladığı məktubda qeyd olunur ki, dövlət hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək sovet, partiya orqanlarında işləmiş, lakin "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunu ilə dövlət pensiyası təyin olunmadan vəfat etmiş şəxslərin dul arvadlarına (ərlərinə), analarına, (atalarına) və 22 yaşına çatmamış işləməyən övladlarına həmin Qanunun 2.1.3-cü maddəsi tətbiq edilə bilməz. "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsi yalnız "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunda nəzərdə tutulan qaydada dövlət qulluqçusu statusuna malik olmuş, yaxud "Dövlət qulluqçu larının pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunu əsasında dövlət qulluqçusu kimi pensiya təyin edildikdən sonra vəfat etmiş mərhum dövlət qulluqçularının qanunda göstərilən ailə üzvlərinə şamil edilə bilər. Bu cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qull uğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.2-ci və 1.5-ci bəndlərinə əsasən mərhum həyat yoldaşı X4 03.1983-cü il tarixindən 04.08.1995-ci il tarixinədək işlədiyi keçmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin neft və kimya şöbəsinin referenti, aparıcı mütəxəssisi və SSR dövlət komitələrinin sədri vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatında müvafiq olaraq böyük məsləhətçi və aparıcı məsləhətçi və Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatında aparatın rəhbəri vəzifələrinə uyğunlaşdırılmaqla, 59 yaşının tamam olduğu vaxtdan, yəni 02.02.2012-ci il tarixdən ona dövlət qulluqçusunun dul arvadı kimi pensiya təyin edilməsi, habelə təyin edilmiş pensiyanın tərkibində dövlət qulluqçularına il ərzində ödənilən 3 aylıq vəz ifə maaşı məbləğində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinətin, hakimiyyət səlahiyyətlərinin icrasına görə verilən vəzifə maaşının 15%-i məbləğində əlavənin, 10 ildən artıq dövlət qulluğu xidmətinə görə 20% miqdarında əlavə haqqın nəzərə alınması və hal-hazıradək yaranmış pensiya fərqinin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinə dair tələb irəli sürmüşdür. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud o lmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.2-ci və 1.5-ci bəndlərinə əsasən mərhum həyat yoldaşı X4 12.05.1975-ci il tarixindən 04.08.1995-ci il tarixinədək işlədiyi Azərbaycan SSR Neft Emalı və X8 Nazirliyində Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə mühəndis, böyük mühəndis, şöbə rəisi, Azərbaycan SSR Nazirlər Sovetinin Neft Emalı və Neft-Kimya Sənayesi şöbəsinin böyük referenti, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin neft və kimya şöbəsinin aparıcı mütəxəssisi, Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin sədri vəzifələrinin Azərbaycan Respublika sı Nazirlər Kabinetinin Aparatında yardımçı şöbənin müdiri, aparıcı məsləhətçi və böyük məsləhətçi, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatında aparatın rəhbəri vəzifələrinə uyğunlaşdırmaqla, mərhumun çalışdığı axırıncı Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin sədrinin Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 348 saylı Sərəncamına əsasən təsdiq edilmiş vəzifə maaşını əsas götürməklə iddiaçıya 59 yaşının tamam olduğu vaxtdan, yəni 15.02.2014-cü il tarixdən dövlət qulluqçusunun dul arvadı kimi pensiya təyin edilməsi, habelə təyin edilmiş pensiyanın tərkibində dövlət qulluqçularına il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinətin, hakimiyyət səlahiyyətlərinin icrasına gö rə verilən vəzifə maaşının 15%-i məbləğində əlavənin, 20 ildən artıq dövlət qulluğu xidmətinə görə 30% miqdarında əlavə haqqın nəzərə alınması və hal-hazıradək yaranmış pensiya fərqinin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmnasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri 05.12.1948-ci il təvəllüdlü X6 04 avqust 1995-cü il tarixində vəfat etmişdir. Həmin tarixədək o, 15.07.1969-cü il tarixindən 16.10.1973-cü il tarixinədək XXİİ Partiya Qurultayı adına Bakı Neft Ayırma Zavodunda 3-cü dərəcəli operatorun köməkçisi və 5-ci dərəcəli operator, 23.12.1974-cü il tarixindən 12.05.1975-ci il tarixinədək XXİİ Partiya Qurultayı adına Bakı neftayırma zavodunda 5-ci dərəcəli böyük operator, 12.05.1975-ci il tarixindən 01.08.1976cı il tarixinədək Azərbaycan SSR Neft Emalı və X8 Nazirliyində Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə mühəndis, 01.08.1976-cı il tarixindən 18.07.1977-ci il tarixinədək həmin yerdə böyük mühəndis, 18.07.1977-ci il tarixindən 03.1983-cü il tarixinədək həmin yerdə rəis, dövlət qulluqçusu kimi 03.1983-cü il tarixindən 09.1992-ci il tarixinədək Azərbaycan SSR Nazirlər Sovetinin Neft Emalı və Neft-Kimya Sənayesi şöbəsinin böyük referenti, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin neft və kimya şöbəsinin aparıcı mütəxəssisi, 09.09.1992-ci il tarixindən 07.08.1995-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin sədri vəzifələrində çalışmış, həmçinin, 09.09.1993-cü il tar ixindən X1 Azərbaycan Milli Komitəsinin tərkibində, 1995-ci il tarixdən etibarən İran İslam Respublikası ilə iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət komissiyasının tərkibində fəaliyyət göstərmişdir. Qeyd edilənlərdən aydın olur ki, iddiaçının mərhum həyat yoldaşı dövlət qulluqçusu kimi ən azı 26 il dövlət qulluğunun müxtəlif vəzifələrində çalışmışdır. İddiaçının 04 avqust 1995-cü il tarixində vəfat etmiş mərhum əri pensiya almamışdır, çünki işdən ayrılmamışdır. İddiaçı ilk dəfə 2014-cü ildə yaşa görə pensiya almağa başlamışdır, lakin pensiya az olduğundan və heç bir yerdə işləmədiyindən, özünün və övladlarının yaşayışını həmin pensiya ilə təmin edə bilmir. Çünki mərhum həyat yoldaşının himayəsində olmuşdur. Belə ki, iddiaçı cəmi 150 manat məbləğində pensiya alır. 20 18-ci ilin əvvəlində iddiaçıya məlum olmuşdur ki, o, əslində 2012-ci il tarixindən etibarən həmin dövrdə pensiya yaşına çatdığına görə dövlət qulluqçusunun dul arvadı kimi ailə başçısını itirməyinə görə həmin vaxtı pensiya ala bilərdi. Ona yanlış məlumat verildiyindən hesab etmişdir ki, heç vaxt bu növdə pensiya ala bilməz. Ailə başçısını itirməyə görə dövlət qulluqçusunun dul arvadına dövlət qulluğu pensiyasının təyin edilib verilməsi ilə bağlı həm Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna, həm də DSMF-nin Yasamal rayon şöbəsinə ərizə ilə müraciət etmiş və müvafiq sənədləri təqdim etmişdir. Ən əvvəl qeyd edilmişdir ki, ona bu növdə pensiya düşmür, çünki normativ aktlar sonradan qəbul edilmişdir və mərhum həyat yoldaşının tutduğu vəzifələr həmin vaxtı dövlət qulluğu sayılmırdı. Həmin vəzifələr ləğv edilmişdir. Qanunun geriyə qüvvəsi yoxdur. Bundan sonra iddiaçı bir sıra aidiyyəti dövlət orqanlarına müraciət etmiş və aydınlaşdırılmışdır ki, mərhum həyat yoldaşının sağ ikən tutduğu vəzifələr dövlət qulluğu hesab edilir və həmin vəzifələrə uyğun dövlət qulluğu vəzifələri daim mövcud olmuşdur. Hazırda da var. Sənədləri əldə edib təqdim edəndən sonra iddiaçıya bildirmişlər ki, əmək kitabçası yoxdur. Bu səbəbdən ona yenə bu növdə pensiya düşmür. İddiaçının həmin vaxt 59 yaşı tamam olduğundan o, artıq pensiya yaşına çatmışdır. Həmin vaxt, vəfat etmiş dövlət qulluqçusunun dul arvadı kimi ona ailə başçısını itirməyinə görə pensiya növü təyin edilə bilərdi. Bununla əlaqədar hesab edir ki, bu növdə pensiya və ona əlavələr almaq hüququ dövlət tərəfindən tanındığı andan hesa blanıb birdəfəlik verilməli idi. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4200/2018 saylı, 02 noyabr 2018ci il tarixli qərarı ilə (hakim: E.Q.Məmmədov) iddia təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il ok tyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın 1.2-ci və 1.5-ci bəndlərinə əsasən iddiaçının mərhum həyat yoldaşı X4 12.05.1975-ci il tarixindən 04.08.1995-ci il tarixinədək işlədiyi Azərbaycan SSR Neft Emalı və X8 Nazirliyində Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə mühəndis, böyük mühəndis, şöbə rəisi, Azərbaycan SSR Nazirlər Sovetinin Neft Emalı və Neft-Kimya Sənayesi şöbəsinin böyük referenti, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin neft və kimya şöbəsinin aparıcı mütəxəssis, Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin sədri vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabineti nin Aparatında yardımçı şöbənin müdiri, aparıcı məsləhətçi və böyük məsləhətçi, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatında aparatın rəhbəri vəzifələrinə uyğunlaşdırmaqla, mərhumun çalışdığı axırıncı Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin sədrinin Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 348 saylı Sərəncamına əsasən təsdiq edilmiş vəzifə maaşını əsas götürməklə iddiaçıya 59 yaşının tamam olduğu vaxtdan, yəni 15.02.2014-cü il tarixdən dövlət qulluqçusunun dul arvadı kimi pensiya təyin edilməsi, habelə təyin edilmiş pensiyanın tərkibində dövlət qulluqçularına il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinətin, hakimiyyət səlahiyyətlərinin icrasına görə verilən vəzifə maaş ının 15%-i məbləğində əlavənin, 20 ildən artıq dövlət qulluğu xidmətinə görə 30% miqdarında əlavə haqqın nəzərə alınması və hal-hazıradək yaranmış pensiya fərqinin ona birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-71/2019 nömrəli iş üzrə 17 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: İ.B.Əhmədov, hakimlər: S.S.Seyidova və V.M.Məmmədov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4200/2018 saylı, 02 noyabr 2018-ci il tarixli qərarı qismən, 1 aylıq vəzifə maaşı məbləğində müavinətin və hakimiyyət səlahiyyətlərinin icrasına görə verilən vəzifə maaşının 15%-i məbləğində əlavənin verilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, dövlət məvacibinə daxil olan əlavələrin məbləği Prezident Fərmanı ilə təsdiq edilmiş müvafiq sənədlərlə konkret olaraq müəyyənləşdirilib. Buna görə əlavələrin nəzərə alınmaması dövlət məvacibinin düzgün müəyyənləşdirilməməsini təsdiq edən haldır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-71/2019 nömrəli iş üzrə 17 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbu l olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddianın Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamədə nəzərdə tutulmuş mükafatların nəzərə alınaraq pensiyanın yenidən hesablanması hissəsində dair qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 07 fevral tarixli 194 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 2-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşın ın, məcburi dövlət sosial sığortaya cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Qeyd olunan qaydaların 12-ci bəndinə əsasən dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır, iddiaçı tərəfindən onun həyat yoldaşının işlədiyi illərdə mükafat alması barədə heç bir rəsmi sənəd təqdim edilmədiyindən pensiya hesablanarkən mükafatların nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir. Daha sonra qeyd edilir ki, dövlət qulluq çusuna növbəti məzuniyyətə çıxdıqda 1 aylıq vəzifə maaşı həcmində verilən müavinətin pensiya hesablanarkən nəzərə alınması barədə məhkəmənin gəldiyi nəticə qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət qulluqçularının pensiyasının onların dövlət məvacibindən hesablanması öz əksini tapmışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinə əsasən, dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. əlavələr) ibarətdir. Göründüyü kimi, dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda 1 aylıq vəzifə maaşı həcmində verilən müavinət dövlət məvacibinin tərkibinə daxil olmadığından həmin müavinətin də pens iya hesablanarkən nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir. Şikayətdə qeyd edilir ki, məhkəmənin ixtisas dərəcəsinə görə verilən əlavələrin əmək pensiyasına əlavə olunması nəzərə alınmaqla pensiyanın yenidən hesablaması barədə gəldiyi də qanuni hesab edilə bilməz. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 17.5-ci maddəsinə əsasən, dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqan (Azərbaycan Respublikası Prezidenti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən dövlət qulluqçusuna ixtisas dərəcə si Azərbaycan Respublikasının Konstitusiyası, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktları ilə müəyyənləşdirilmiş şərtlər nəzərə alınmaqla bu qaydalara uyğun olaraq verilir. Qaydaların 4-cü bəndinə əsasən dövlət qulluğunda vəzifəni tutan dövlət qulluqçularına inzibati vəzifələrin təsnifatına uyğun olaraq ixtisas dərəcələri verilir. İxtisas dərəcələri dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Qaydalarının 10-cu bəndinə əsasən dövlət qulluqçusuna bu Qaydaların 5.2ci bəndində nəzərdə tutulan ixtisas dərəcəsinin verilməsi dövlət orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir və bu barədə dövlət qulluqçusunun əmək kitabçasında, şəxsi işində və xidməti vəsiqəsində müvafiq qeydlər edilir. Bundan başqa, Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 07 fevral tarixli, 194 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 10-cu bəndinə əsasən, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. Eyni zamanda, “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 11-ci bəndinə əsasən, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə h akimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. İddiaçı onun mərhum həyat yoldaşının işlədiyi dövrdə hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqqın alınması barədə rəsmi sənəd təqdim etmədiyinə görə onun pensiyasının hakimiyyət səlahiyyətlərinin icrasına görə verilən əlavə haqq nəzərə alınmaqla yenidən hesablanması qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunan hallar işə baxan məhkəmə tərəfindən nəzərə alınmamış, məhkəmə iddiaçının iddia tələbini təmin etməklə maddi hüquq normalarını pozmuşdur. Kassasiya şikayətinə etiraz: İddiaçı cavabdehin verdiyi kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasınını x ahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəz ərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Ən əvvəl məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində eyni ilə apelyasiya şikayətində göstərilən xüsusatlar təkrarlanır. Belə ki, kassator apelyasiya instansiya məhkəməsində öz həllini tapan məsələləri yenidən kassasiya şikayətində qeyd etmişdir. Yəni, 1 aylıq vəzifə maaşı məbləğində müavinətin verilməsi hissəsində cavabdehin mövqeyi əsaslı hesab edilib həmin hissədə şikayət təmin edilməsinə və iddianın həmin hissədə rədd edilməsinə baxmayaraq kassator kassasiya şikayətində həmin məsələni yenidən mübahisələndirmişdir. Azərbaycan Respublikası İPM-in 90.2- ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd edilən hissəsinə hər hansı münasibət bildirməyi məqsədə müvafiq hesab etmir. Bundan əlavə kassasiya şikayətində qeyd edilir ki, məhkəmənin iddiaçıya onun 59 yaşının tamam olduğu vaxtdan, yəni 15.02.2014-cü il tarixdən dövlət qulluqçusunun dul arvadı kimi pensiya təyin edilməsi, habelə təyin edilmiş pensiyanın tərkibində dövlət qulluqçularına il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat və 20 ildən artıq dövlət qulluğu xidmətinə görə 30% miqdarında əlavə haqqın nəzərə alınması və hazıradək yaranmış pensiya fərqinin ona birdəfəlik ödənilməsi hissəsində mövqeyi qanuni sayıla bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən arqumentlə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 №-li Fərmanı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifəsinin inzibati və yardımçı vəzifələrin təsnifat toplusunda göstərilən, dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısına (bundan sonra «Siyahı») uyğun olaraq iddiaçının mərhum əri X4 1975-1995-ci illərdə işləmiş olduğu Azərbaycan SSR Neft Emalı və NeftKimya Sənayesi Nazirliyində mühəndis, böyük mühəndis, şöbə rəisi, Azərbaycan SSR Nazirlər Sovetinin Neft Emalı və Neft-Kimya Sənayesi şöbəsində referent, böyük referent, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin neft və kimya şöbəsinin aparıcı mütəxəssisi vəzifələri “Siyahının” 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında yardımçı şöbənin müdiri, aparıcı məsləhətçi və böyük məsləhətçi vəzifələrinə uyğunlaşdırılmışdır. İddiaçının mərhum həyat yoldaşının işləmiş olduğu Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin sədri vəzifəsi isə Siyahının 1.15-ci bəndinə əsasən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatında aparatın rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Mə hkəmə kollegiyası qeyd edir ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun: 23.1-ci maddəsinə əsasən, dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. 23.2-ci maddəsinə əsasən, dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. 23.5-ci maddəsinə əsasən, dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Eyni zamanda, 01 iyun 2004-cü il tarixli, 678-İİQ №-li «Dövlət qulluqçularının pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli, 462-İİİQD saylı Qanunu ilə qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə «Əmək pensiyaları haqqında» Qanunun 2014-cü ildə qüvvədə olmuş aşağıda qeyd olunan müddəaları tətbiq olunmalıdır. Belə ki, həmin Qanununun 14.1 və 14.1.2-ci maddələrinin tələbindən görünür ki, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, onun vəfat etmiş ailə başçısının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə görə, dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. «Dövlət qulluqçusunun əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydaları”nın 2-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi sosial sığortasına cəlb olunan mükaf atların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artırmalar da nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları»nın 6-cı bəndinə əsasən əmək pensiyasının təyin edilməs i üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi olmadıqda, habelə 1991-ci il oktyabr ayının 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli 911 saylı Fərmanı ilə təsdiq edilmiş «İnzibati və yardımçı vəzifələrin təsnifat toplusun da» mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında şöbə müdiri vəzifələri qeyd olunur. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 24.08.2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında» Əsasnamənin 12-ci bəndinə əsasən dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. «Əmək pensiyaları haqqında» Qanunun 29.3-cü maddəsinə əsasən, bu Qanunun 20.1.1- 20.1.6-cı maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta h issəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanmalıdır. Qanunvericiliyin tələblərinə əsasən dövlət məvacibinə daxil olan qeyd olunan əlavələrin məbləği Prezident Fərmanı ilə təsdiq edilmiş müvafiq sənədlərlə konkret olaraq müəyyənləşdirilib. Buna görə əlavələrin nəzərə alınmaması dövlət məvacibinin düzgün müəyyənləşdirilməməsini təsdiq edən haldır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, apelyasiya icraatı zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu verilərək iddiaçının mərhum həyat yoldaşı X5 məxsus olan əmək kitabçasının təsdiq edilmiş surəti, X5 qulluq etdiyi dövrdə mükafatların, müavinətlərin, əlavə haqqın verilib-verilməməsi ilə bağlı rəsmi sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətlərinin təqdim edilməsi tələb edilmiş, 09.04.2019-cu il tarixli Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən məhkəməyə daxil olan məktubda şirkətdə araşdırma nəticəsində yalnız əmək kitabçasının surəti, iş yeri haqqında arayışlar, mükafatlar alması haqqında əmrlər müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin imtinasına əsas olmuş hallar, yəni iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.3), iddiaçın ın ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilməsi barədə inzibati aktın qəbulundan cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın qismən təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin g əldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-71/2019 nömrəli iş üzrə 17 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qə
Məhkəmə qərarları › İş №2-1(102)-2458/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2458/2019
06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver