Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2458/2023 30.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Ərizəçi İddiaçı MTK-nın cavabdeh xxxnə qarşı işi üzrə QƏRARİ (İş № 2-1(102)-2458/2023) (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Ərizəçi Star-M” MTK-nın cavabdeh xxxnə qarşı “iş üzrə məhkəmə icraatının təzələnməsini” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-548/2022 nömrəli qərardadından ər izəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı MTK Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 20 dekabr 2013-cü il tarixli **********711255 saylı və 17 aprel 2015-ci il tarixli **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-64/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 20 dekabr 2013-cü il tarixli, **********7112 55 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı İddiaçı MTK-ya əlavə olaraq mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləğinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi 17 aprel 2015-ci il tarixli, **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı iddiaçıya əlavə olaraq ƏDV-nin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi, cavabdehin 20 avqust 2019-cu il tarixli, **********188725 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi, iddianın qalan hissədə tə min edilməməsi qərara alınmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-518/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-64/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1582/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-518/2021 nömrəli qərarı qismən “xx.xx.2013-cü il tarixli, **********711255 saylı qərarın iddiaçıya əlavə olaraq mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləğinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” və “xx.xx.2015-ci il tarixli **********889773 saylı qərarın iddiaçıya əlavə dəyər vergisinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” hissələrində ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-518/2021 nömrəli qərarı həmin hissələrdə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-548/2022 №-li 21 iyul 2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-64/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı yoxlanılan - “20 dekabr 2013-cü il tarixli, **********711255 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” q ərarı İddiaçı MTK-ya əlavə olaraq mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləğinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi və 17 aprel 2015-ci il tarixli, **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı iddiaçıya əlavə olaraq ƏDV-nin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” hissələrində ləğv edilmiş, həmin hissələrdə İddiaçı MTK-nın iddia tələbləri mümkün sayılmamışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2089/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin iş üzrə mahiyyəti üzrə qəbul edilmiş 1(102)-1582/2021 nömrəli xx.xx.2021-c i il tarixli məhkəmə qərarında yol verilmiş yanlışlıqlar aradan qaldırılaraq, qərarın 66-cı bəndinin axırıncı “etməmişdir” sözü, “etmişdir” sözü ilə əvəz olunmuşdur.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2089/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı MTK-nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Apellyasiya instansiya məhkəməsində icraat
8. Ərizəçi İddiaçı MTK xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına yeni açılmış hallarla bağlı ərizə ilə məhkəməyə müraciət edərək 2-1(103)548/2022 nömrəli 21 iyul 2022-ci il tarixli qərardadının ləğv edilməsini və iş üzrə məhkəmə icraatını n təzələnməsini xahiş etmişdir.
9. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadında istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1582/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında yol verilmiş yanlışlıqlar həmin məhkəmənin 2-1(102)-1582/2021 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə aradan qaldırılaraq qərarın 66-cı bəndinin axırıncı “etməmişdir” sözü, “etmişdir” sözü ilə əvəz olunmuşdur. Bu isə yeni açılmış hal kimi işə yenidən baxılmasına əsas verən haldır.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-548/2022 nömrəli qərardadı (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X1 X2) ilə yeni açılmış hallarla bağlı ərizəsi rədd edilmişdir.
11. Apellyasiya i nstansiyası məhkəməsi hesab etmişdir ki, qərarın 66-cı bəndi düzəlişdən əvvəl və sonrakı oxunuş variantları izlənildikdə tam aydınlığı ilə görünür ki, tam mənası ilə iddiaçı tərəfindən iddia müddətinin buraxıldığı açıqlanır. Bundan əlavə, qeyd olunmalıdır ki, təkrar apellyasiya qaydasında işə baxılarkən də məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılaraq, vergi orqanının mübahisələndirilən qərarlarından iddiaçı tərəfindən iddia müddəti buraxıldığı tam şəkildə sübuta yetirilmiş və Bakı Apellyasiya Məhkəməsinin hazırda tədqiqat obyekti olan mübahisələndirilən hissədə iddianın mümkün sayılmaması barədə 2-1(103)-548/2022 saylı 21 iyul 2022-ci il tarixli qərardadı qəbul olunmuş, həmın qərardadın da əsaslılığı iddiaçının kassasiya şikayəti əsasında Ali Məhkəmə tərəfindən yoxlanılaraq 2-1(102)- 2089/2022 saylı xx.xx.2022-ci il tarixli qərarla həmin qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd olunmalıdır ki, Ali Məhkəmə həmin qərarı qəbul edərkən, Ali Məhkəmənin bundan əvvəl qəbul edilmiş yanlışlığın düzəldilməsi barədə 2-1(102)-1582/2021 saylı xx.xx.2022-ci il tarixli qərardadını da nəzərə almışdır. Beləliklə də, iddiaçının Ali Məhkəmənin yanlışlığın düzəldilməsi barədə qərardadında istinad etdiyi hal, iş üzrə icraatın təzələnməsinə əsas ola bilən yeni açılmış hal kimi qiymətləndirilməsi istisna olunur.
12. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını yeni a çılmış hallarla bağlı ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Ali Məhkəmənin hakimi xanım Nigar Rəsulbəyovanın xx.xx.2022-ci il tarixli 2-l(102)-1582/2021 nömrəli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin Hakimi xanım Afaq Nuriyeva tərəfindən qəbul edilmiş qərarına yenidən baxılan zaman mümkünsüzlük məsələsi qoyulmuşdur. Lakin xx.xx.2022-ci il tarixli qərardadı ilə mümkünlük məsələsi ilə bağlı hallar aradan qaldırıldığı üçün bu kimi hallar nəzərə alınmalıdır. Bu səbəbdən hesab edirik ki, iddia tələbimizin təmin edilməyən hissədə təmin edilməsi barədə qərar qəbul edilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instans iyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qəra rı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların v ə ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə. 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müd dətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq və ya təkzib etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnm əsini şərtləndirə bilər.
20. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və ri sklərinə aid edilməsindən irəli gəlir.
21. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin düzgün həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.
22. Hazırkı mübahisəyə münasibətdə işin hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1582/2021 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin iş üzrə mahiyyəti üzrə qəbul edilmiş 2-1(102)1582/2021 nömrəli xx.xx.2021-ci il tarixli məhkəmə qərarın da yol verilmiş yanlışlıqların aradan qaldırılaraq, qərarın 66-cı bəndinin axırıncı “etməmişdir” sözünün “etmişdir” sözü ilə əvəz olunmasını, yeni açılmış hal qiymətləndirərək, iş üzrə icraatın təzələnərək yenidən baxılmasını məhkəmədən xahiş etmişdir.
23. Həmin düzəlişlə bağlı apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, düzəlişdən əvvəl və sonrakı oxunuş variantları izlənildikdə tam aydınlığı ilə görünür ki, tam mənası ilə iddiaçı tərəfindən 20 dekabr 2013-cü il tarixli, **********711255 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı və 17 aprel 2015-ci il tarixli, **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının mübahisələndirilməsi üçün i ddia müddətinin buraxıldığı açıqlanır.
24. Həmçinin iş materialları ilə müəyyən olunur ki, təkrar apellyasiya qaydasında işə baxılarkən də məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılaraq, vergi orqanının mübahisələndirilən qərarlarından iddiaçı tərəfindən iddia müddəti buraxıldığı tam şəkildə sübuta yetirilmiş və Bakı Apellyasiya Məhkəməsinin hazırda tədqiqat obyekti olan mümbahisələndirilən hissədə iddianın mümkün sayılmaması barədə 2-1(103)-548/2022 nömrəli 21 iyul 2022-ci il tarixli qərardadı qəbul olunmuş, həmın qərardadın da əsaslılığı iddiaçının kassasiya şikayəti əsasında Ali Məhkəmə tərəfindən yoxlanılaraq 2-1(102)2089/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
25. Belə olan halda, ərizəçinin istinad etdiyi hal, iş üzrə icraatın təzə lənməsinə əsas ola bilən hal kimi qiymətləndirilə bilməz.
26. Məhkəmə kollegiyası qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün bu qərarın 14-cü bəndində istinad olunan normalarda təsbit olunmuş aşağıdakı dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır: yeni sübutlar və ya hallar ilkin məhkəmə icraatı zamanı obyektiv mövcud olmalıdır; həmin sübutların və ya halların mövcud olduğu məhkəməyə və tərəfə məlum olmamalıdır; həmin sübutlar və ya hallar sonradan, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatından sonra aşkar və ya məlum olmalıdır; həmin sübutların və ya halların ilkin icraat zamanı təqdim olunmaması ərizəçidən asılı olmayan səbəblərə bağlı olmalıdır; işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməlidir; bu şərtlər birlikdə və eyn i zamanda mövcud olmalıdır.
27. Lakin hazırkı ərizəyə münasibətdə qeyd olunan dispozisiya şərtlərinin mövcudluğu, yəni ərizəçinin istinad etdiyi hal, iş üzrə icraatın təzələnməsinə əsas ola bilən hal kimi qiymətləndirilə bilməz.
28. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Ona görə də, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-548/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.