Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2459/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, hakimlər Zakir Quliyev – sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Natiq Abbasovun, İddiaçıiştirakı ilə, İddiaçıBakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1476/2019 saylı iş üzrə 04 iyun 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən kasasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabd eh Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddiaçının 06.05.199301.01.2005-ci il tarixədək istifadə etmədiyi məzuniyyət günlərinə görə ona AR Nazirlər Kabinetinin 217 saylı 26.09.2012-ci il tarixli müvafiq qərarına əsasən kompensasiyanın hesablanması və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 01 may 2019-cu il tarixli iş № 2-1(81)-897/2019, (sədrlik edən hakim E.Əliyev) qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 01 may 2019-cu i l tarixli qərardadının ləğv edilməsini, iddiası üzrə işin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılması barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli iş № 2-1(103)-1476/2019 (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, V.Ağayev və A.Nuriyeva) qərardadı ilə birinci instansiya məhkəməsinin 01 may 2019-cu il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması, iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı apelyasiya instansiyası məhkəməsinin 04 iyun 2019-cu il tarixli qərardadından kasasiya şikayətinin verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizə vermişdir. İddiaçıərizəni onunla əsasl andırmışdır ki, o, 26 il Azərbaycan Respublikası Silahlı Qüvvələrində, onun 25 ilini Dövlət Təhlükəsizliyi Xidməti orqanlarında düşmənlə təmas xəttində xidmət etmişdir. Xidmət Müddətində nümunəvi xidmətinə görə medallar, Dövlət mükafatları almışdır. 1993-1994-cü il tarixlərdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və planı əsasında Füzuli rayonunun 22 kəndinin düşməndən azad edilməsi uğrunda, döyüşlərdə iştirak etmişdir, bu döyüşlərdə iştirakına görə Müharibə veteranı statusuna layiq görülmüşdür. 25 ildən yuxarı xidmətinə görə Silahlı Qüvvələr veteranıdır. Azərbaycan Respublikası Müharibə və Silahlı Qüvvələr veteranı olmağını nəzərə alaraq, onun kasasiya şikayətinin verilməsi üçün dövlət vəsaiti hesabına vəkillə tamin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıəri zədə qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Müharibə və Silahlı Qüvvələr veteranı olmağını nəzərə alaraq, onun kasasiya şikayətinin verilməsi üçün dövlət vəsaiti hesabına vəkillə tamin edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iddiaçının ərizəsində qeyd olunan dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, ərizədə qeyd olunan bu dəlil əsassızdır. Belə ki, məhkəmə kollegiyası iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iddiaçı ərizəsində onun öz hesabına vəkil tutmamasının səbəbini onun Azərbaycan Respublikası Müharibə və Silahlı Qüvvələr veteranı olmağını izah etsə də, lakin onun aztəminatlılığı və ya maddi imkana malik ol maması barədə hər hansı bir sübut iş materiallarına əlavə edilməmişdir. Belə olan halda Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hal larda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Həmin Məcəllənin 121.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərilir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi, məhkəmə vəkilin şəxsə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərməsi barədə qərarı yalnız o halda qəbul edə bilər ki, həmin şəxsin maddi vəz iyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmasın. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası qeyd edir ki, iddiaçı hüquqlarının müdafiə edilməsi ilə bağlı olaraq ona vəkil təyin olunmasını xahiş etsə də, ərizəsinə bu barədə hər hansı bir sübut əlavə etməmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti verilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi ərizəsi təmin edilməməli, kasasiya şikayəti mümkün sayılmamalı, onun icraata qəbul edilməsindən imtina edilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 83, 90 və 96-cı maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: İddiaçıBakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)1476/2019 saylı iş üzrə 04 iyun 2019-cu il tarixli qərardadından kasasiya şikayəti verilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizəsi edilməsin. Kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim: Zakir Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-2459/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2459/2019
10.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver