Məhkəmə qərarları › İş №2-1(102)-2459/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2459/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2459/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinin sökülməsinə görə kompensasiya ödənilməsi; əmlakın ədalətli bazar dəyərinin müəyyən edilməsi, dövlət ehtiyacları üçün alınma ilə bağlı 20% ödəmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Azərbayca n Respublikası Maliyyə Nazirliyi) “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-62/2021 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında yerləşən qeyriyaşayış sahəsi 28 mart 2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən X3 adına rəsmiləşdirilmişdir.

2. Həmin qeyri-yaşayış sahəsi 2009-cu ildə sökülmüş, X4 Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kompensasiya ödənilməmişdir.

3. X7 14 mart 2018-ci il tarixində vəfat etmişdir. 4. 2V-106, 2V-107, 2V-108, 2V-109 nömrəli 29 iyun 2018-ci il tarixli qanun üzrə v ərəsəlik şəhadətnamələrindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında yerləşən 148,8 m2 qeyri-yaşayış sahəsinə X3 vərəsələri İddiaçı2 ¼, X6 ¼, İddiaçı1 ¼, X2 ¼ hissədə payları müəyyən edilmişdir. Sonradan 29 iyun 2018-ci il tarixli müqaviləyə əsasən X9 ona çatası payı anası İddiaçı2 bağışlamışdır.

5. İddiaçı2 və İddiaçı1 10 may 2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edərək mülkiyyətlərində olan 166,62 m2 sahənin qanunsuz olaraq dağıdılaraq məhv edilməsi nəticəsində onlara dəymiş maddi zərərə görə 2.842.800 manat məbləğində pul kompensasiyasının verilməsini xahiş etmişdir. Lakin cavabdeh həmin müraciəti cavablandırmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olmuş 166,62 m2 sahənin qanunsuz olaraq dağıdılaraq məhv edilməsi nəticəsində iddiaçılara dəymiş maddi zərərə görə 2.842.800 manat məbləğində pul kompensasiyasının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, eləcə də vurulmuş mənəvi ziyanın əvəzi kimi 1.000.000 manat məbləğində pulun cavabdeh təşkilatdan alınaraq onlara ödənilməsi və cavabdeh təşkilatın vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin əlamətlərinin olduğuna görə onlar barəsində cinayət işinin başlanılması üçün prokurora xəbər verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanındakı qeyri-yaşayış sahəsi X3 xüsusi mülkiyy ətində olmuşdur. Mülkiyyət hüququ dövlət tərəfindən tanınaraq xx.xx.2002-ci il tarixli, 000982 saylı Mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında qeydiyyata alınmışdır. Sözügedən qeyri-yaşayış sahəsi faktiki olaraq 166,62 m2 sahədən ibarət olmuşdur. Qeyri-yaşayış sahəsi Bakı şəhərinin ən əlverişli ərazisində “Qız Qalasının” yaxınlığında yerləşmişdir. 2009-cu ilin noyabr ayından başlayaraq, hər hansı məlumat verilmədən, əvəzi ödənilmədən, Bakı şəhər İcra Hakimiyyətinin və Səbail rayon İcra Hakimiyyətinin rəhbərlik etdiyi briqada və ağır texnika tərəfindən iddiaçılara məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanındakı qeyri-yaşayış sahəsi sökülərək məhv edilmişdir. Həmin vaxtdan etibarən dəfələrlə aidiyyəti qurumlara və vəzifəli şəxslərə, o cümlədən Bakı şəhər İcra Hak imiyyətinə müraciətlər edərək, qanunsuz olaraq dağıdılaraq məhv edilmiş mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinə görə müvafiq kompensasiya ödənilməsi xahiş edilmişdir. Lakin hər dəfə onlara müxtəlif vədlər verilsə də, bu günədək onlara hər hansı bir məbləğdə kompensasiya ödənilməmişdir. Mülkiyyət hüquqlarına qanunsuz müdaxilə və hər hansı bir kompensasiyanın ödənilməməsi nəticəsində Piriyev Müşfiqin keçirdiyi əsəb və stress nəticəsində onda onkoloji xəstəlik yaranmış və uzun sürən xəstəlikdən sonra 14 mart 2018-ci il tarixdə vəfat etmişdir. Müşfiqin mülkiyyətində olmuş sözügedən qeyri-yaşayış sahəsi onlara miras qalmış, vərəsəlik şəhadətnamələri verilmişdir. X9 öz vərəsəlik payını anasına bağışlamışdır. İddiaçılar hesab edir ki, mülkiyyətində olan əmlak qanunsuz olaraq dağıdılaraq, məh v edilməsi tamamilə qanunsuz olmaqla yanaşı onların mülkiyyət hüquqlarına birbaşa qəsddir. Tərəflərindən 10 may 2019-cu il tarixli pretenziya ilə Bakı şəhəri İcra Hakimiyyətinin başçısına müraciət edilərək, mülkiyyətində olmuş 166,62 kv.m sahənin qanunsuz olaraq dağıdılaraq, məhv edilməsi nəticəsində onlara dəymiş maddi zərərə görə 2 842 800 manat məbləğində pul kompensasiyasının verilməsinin təmin edilməsi xahiş edilmiş, lakin müraciətlərinə cavab verilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)2549/2019 saylı qərardadı ilə Səbail rayon İcra Hakimiyyəti, xx.xx.2019-cu il tarixdə isə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2-1(81)2549/2019 nömrəli qərarına əsasən (hakim Ş.Süleymanova) iddia qismən təmin edilmiş, iddiaçıların mülkiyyətlərində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanındakı 148,8 m2 qeyri-yaşayış sahəsi ilə əlaqədar kompensasiyanın ödənilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması vəzifəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.

10. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyə uyğun olaraq cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında inzibati icraat başlamalı və həmin icraatı “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq aparmalı, bu zaman bütün sübutları araşdırmalı, iddiaçıların mənafeyini nəzərə almalı və icraatın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməli, vətəndaşlar isə həmin qərardan narazı qaldıqları halda məhz həmin qərarı məhkəmədə mübahisələndirməlidir. Hazırkı mübahisədə məhkəmə inzibati orqanın səlahiyyətləri daxilində həll ediləsi məsələləri özü həll etməməli, inzibati orqan yuxarıda sadalanan qanun normalarında əks olunan bütün hərəkətləri etməli və bunun nəticəsinə uyğun olaraq iki qərardan birini qəbul etməlidir.

11. Məhkəmə qərarından iddiaçılar və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti vermişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2-1(103)-62/2021 nömrəli qərarına əsasən (hakimlər: A.B.Nuriyeva, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2-1(81)-2549/2019 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən 305.932,80 manat məbləğində kompensasiya tutularaq ödənilməsi qət edilmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı torpağın müəyyən hissəsinin alınması nəticəsində həmin torpaqdan köçürülən və ondan istifadə hüququnu itirən, əmlakından məhrum olan, alınmanın təsirinə məruz qalan şəxs kimi hesab edilməlidir. İş materiallarında olan qiymətləndirmə hesabatı və mütəxəssis rəyində qiymətlər həddindən artıq yüksək olduğundan məhkəmə onları mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası Bakı şəhər İcra Hakimiyyətinin 28 sentyabr 2021-ci il tarixli, 7-34 17/17 nömrəli məktubunda oxşar işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını və Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 95 və 97 saylı binalarda yerləşən qeyri-yaşayış sahəsinin 1 kvm-nin bazar qiyməti 2056 manat müəyyən edildiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya maddi zərərin əvəzi olaraq 148,8 kv.m əmlak üçün 305.932,8 manat məbləğində kompensasiya ödənilməlidir.

14. İddiaçılar kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2-1(103)-62/2021 nömrəli qərarının qismən – iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilməsini, iddia tələbinin tam həcmdə təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)261/2022 nömrəli, 01 fevral 2023-cü il tarixli (hakimlər: N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, İ.K.Hüseynov və K.N.Bədəlov) qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-62/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır

16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki,... qeyri-yaşayış sahəsinin hansı əsasla sökülməsi iş materiallarına əsasən müəyyən edilmir. İş materiallarına Bakı şəhər İcra Hakimiyyəti və ya Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin sökülməsinə dair qərarı əlavə edilməmişdir. Məhkəmələr dəfələrlə müvafiq icra hakimiyyəti orqanlarına bu məzmunda sorğularla müraciət etsə də, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında yerləşən 148,8 m2 qeyriyaşayış sahəsinin sökülməsinə dair müvafiq orqan tərəfindən qərarın mövcudluğu aşkarlanmamışdır. Nəticədə iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin sökülməsi üçün qanuni əsasların olması müəyyən edilməmişdir..... Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdeh orqan tərəfindən hazırkı iş üzrə göstərilən normalara əməl edilib-edilməməsini araşdırmamış, iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin sökülməsinin qanuni olub-olmamasına hüquqi qiymət verməmişdir..... Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 №-li Fərmanı ilə müəyyən edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Həmçinin, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü maddəsinə əsasən torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya torpağın satın alındığı qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. Hazırkı iş üzrə isə iddiaçıya həmin ödənişlərin kompensasiya məbləğində hesablanması müəyyən olunmur. Məhkəmə tərəfindən kompensasiya məbləğinin müəyyən edilməsi ilə bağlı da prosessual pozuntulara yol verilmişdir. Belə ki, iddiaçıların təqdim etdiyi 30 aprel 2019-cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatda Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 30 aprel 2019-cu il tarixinə 2.166.000 manat, 1 kvadrat metr üzrə bazar dəyəri 13.000 manat məbləğində müəyyən edilmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən məhkəmə tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin hazırkı bazar qiymətinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmiş, “X1 Company” MMC-nin 18 iyun 2021-ci il tarixli mütəxəssis rəyində X3 mülkiyyətində olmuş və sonradan sökülmüş Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında 148.8 m2 sahədən ibarət olmuş qeyri-yaşayış sahəsinin mövcud orta bazar qiyməti 1.488.000 manat, likvid dəyərinin isə 1,4 milyon manat məbləğində müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan ekspert rəyləri ilə razılaşmasa da, bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, həmin məbləğlərin ağlabatan olmadığını bildirməklə kifayətlənmiş, həmin rəylərin mötəbərliyini şübhə altına alacaq hər hansı hala istinad etməmişdir. Bundan başqa, iş materiallarında olan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 07 iyul 2021-ci il tarixli məktubunda (İİ cild, iş v.40) qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında 2008-ci ildə sökülmüş qeyriyaşayış sahəsinin 1 kvadrat metrinin o dövrün bazar qiymətinə uyğun müəyyənləşdirilməsi üçün qanunvericiliyə uyğun olaraq həmin ərazidə sökülən zaman notarial qaydada təsdiq edilmiş alqı -satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilə bilər. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi ekspert rəyləri ilə razılaşmadıqda yuxarıda göstərilən məktubda qeyd edilən formada notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında mübahisəli qeyri-yaşayış sahəsinin bazar qiymətini müəyyən edə bilərdi. Apellyasiya instansiyası məhkəməsi isə bu istiqamətdə heç bir araşdırma aparmamışdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin işə 3-cü şəxs qismində cəlb edilməsi ləğv edilmişdir. Həmin tarixli başqa qərardadla Azə rbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti mümkün sayılmamışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2-1(103)-62/2021 nömrəli qərarına əsasən (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/ A.P.Oruczadə və R.Ə.Səmədov) iddiaçıların apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2549/2019 saylı 26 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilməklə iddia qismən təmin edilərək iddiaçılara məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında yerləşən, ümumi sahəsi 166,62 kv.m. olan qeyri-yaşayış sahəsinə dəymiş ziyanın əvəzi olaraq 561.366 manat (477.366 manat + 84 000 manat = 561.366 manat) kompensasiya və mənəvi zərər olaraq 5000 m anat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıların xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.

19. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə kassasiya instansiya məhkəməsinin qərarında göstərilənlər nəzərə alınmaqla işin təkrar apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçılara məxsus qeyri-yaşayış sahəsi sökülsə də, bununla bağlı nəinki onlara kompensasiya verilməmiş, həm də söküntü ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının qərarları da olmamışdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən 2008-ci ildə Bakı şəhəri Neftçilər prospekti, 95 və 97 ünvanlarında yerləşən qeyri-yaşayış sahələrinin sökülməsinə dair inzibati aktların qəbul edilib-edilməməsi barədə, qəbul edildiyi təqdi rdə bu barədə sənədlərin təqdim edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə və Səbail Rayon İcra Hakimiyyətinə sorğular göndərilmişdir. Həmin sorğulara cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti və Səbail rayon İcra Hakimiyyətindən məhkəməyə daxil olmuş məktublarda qeyd edilmişdir ki, 2008-ci il üzrə Bakı şəhəri, Neftçilər prospekti, 95 və 97 ünvanlarda yerləşən qeyri-yaşayış sahələrinin sökülməsinə dair İcra Hakimiyyətlərində hər hansı bir inzibati akt aşkar edilməmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin sökülməsi üçün qanuni əsaslar mövcud olmamışdır..... işin təkrar apellyasiya baxışı zamanı 2008-ci ildə Neftçilər prospektinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu ərazisində olan qeyri-yaşayış sahələrinə dair bağlanan alqısatqı müqavil ələrinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə məhkəmə sorğusu göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubuna əlavə edilmiş daşınmaz əmlakın alqı-satqı müqavilələrindən müəyyən olunmuşdu ki, iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 91 ünvanda yerləşən ümumi sahəsi 71.7 kv.m olan qeyri-yaşayış sahəsinin 2008-ci il tarixdə satiş qiyməti 200.000 manat, Neftçilər prospekti 61 ünvanda yerləşən ümumi sahəsi 102.0 kv.m olan qeyri-yaşayış sahəsinin 2008-ci il tarixdə satiş qiyməti 300.000 manat, ünvan 5 ünvanında yerləşən dördm ərtəbəli binanın zirzəmisindəki 101,6 kv.m. qeyri-yaşayış sahəsinin 2008-ci ildə satış qiyməti 117.180 manat, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən 27 nömrəli binanın 2-ci mərtəbəsində 92,2 kv.m. olan qeyri-yaşayış sahəsinin 2008-ci ildə satış qiyməti 439.560 manat olmuşdur. Belə olan halda iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin texniki pasportuna əsasən onun faktiki ümumi sahəsinin 166,62 kv.m. olduğu nəzərə alınmaqla və söküntünün aparıldığı dövrdə qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvana (Neftçilər pr: 97) daha yaxın ünvanda yerləşən qeyri-yaşayış sahələrinin (Neftçilər pr: 91 və 61) 2008-ci ilə olan satış qiymətləri notarial qaydada bağlanmış alqı-satqı müqavilələrinə əsasən 1 kv.m. qeyri-yaşayış sahəsinin ortalama 2865 manatdan (müqavilələrdə 71,7 kv.m. – 200.000 man; 102 kv.m. – 300.000 man olduğundan: 200.000: 71,7 = 2789 manat; 300.000: 102 = 2941 manat; 2789 + 2941 = 5730: 2 = 2865 manat) götürülməklə, 477.366 manat (166,62 x 2865 = 477.366) kompensasiyanın tutulmasını məhkəmə kollegiyası daha ədalətli və məqsədəmüvafiq hesab edir....... “iddiaçının iqtisadi marağının da nəzərə alınmalı olması”na münasibətdə məhkəmə kollegiyası tərəfindən araşdırmalar aparılmış və məlum olmuşdur ki, iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin fəaliyyəti dövründə vergi orqanı və digər orqanlara onun gəlirləri və dövriyyəsi barədə məlumatların verilməsini əks etdirən hər hansı sənəd sübut qismində məhkəməyə təqdim olunmamışdır. Bu halda Kollegiya iddiaçının iqtisadi marağının təminatı kimi ona ödəniləcək kompensasiyanın ona məxsus qeyri-yaşayış sahəsinin söküldüyü dövrdən indiyənədək obyektin icarəyə veriləcəyi təqdirdə əldə oluna biləcək gəlirlərə münasibətdə hesablanmasını uyğun görür. Bu məqsədlə 2008-2010-cu illərdə Bakı şəhəri Xaqani küçəsi, 20, Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti, 61, 95 və 97 ünvanlarında yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə dair icarə müqavilələrinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və X11 üzrə Baş İdarəyə məhkəmə sorğuları g öndərilmişdir. Həmin sorğulara cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən İddiaçı2 (PİN: xxxxxxx) və İddiaçı1 (PİN: xxxxxxx) vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olmaları habelə, qeyd edilən ünvan üzrə təsərrüfat subyektlərinin (obyektlərinin) qeydiyyatda olması və icarəyə verilməsi barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, dövlət əmlaklarının icarə müqavilələrindən görünür ki, 2006-cı il üzrə Bakı şəhəri, Səbail rayonu, Ne ftçilər prospekti, 91 ünvanda yerləşən ümumi sahəsi 43.5 kv.m olan qeyriyaşayış sahəsinin illik icarə haqqının məbləği ƏDV-siz AZM ilə 1979250, AZN ilə 395.85 manat, 2008-ci il üzrə həmin ünvanda yerləşən ümumi sahəsi 41.6 kv.m olan qeyri-yaşayış sahəsinin illik icarə haqqının məbləği ƏDV-siz 1397.76 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidməti Bakı şəhəri X11 üzrə Baş İdarəsindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən İddiaçı2 (PİN: xxxxxxx) və İddiaçı1 (PİN: xxxxxxx) vergi orqanında vergi ödəyıcısı kimi vergi uçotunda olmaları habelə, qeyd edilən ünvan üzrə təsərrüfat subyektlərinin (obyektlərinin) qeydiyyatda olması və icarəyə verilməsi barədə məlumat müəyyən edilm əmişdir. Həmçinin məktuba əlavə edilmiş Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti, 61, 91, 95, 97, Bakı şəhəri Səbail rayonu, Xəqani küçəsi 20 və Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən bir sıra təsərrüfat subyektləri (obyektləri) barədə “obyekt haqqında məlumat cədvəl”indən görünür ki, Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən, ümumi sahəsi 45 kv.m. olan obyektin 2010-cu il tarixdə icarə haqqı aylıq 500 manat, ümumi sahəsi 52.2 kv.m. olan obyektin 2010-2014-cü il tarixdə icarə haqqı aylıq 1500 manat, Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti, 61 ünvanında yerləşən, ümumi sahəsi 148 kv.m. olan obyektin 2009-cu il tarixdə icarə haqqı aylıq 150 manat, ümumi sahəsi 6.8 kv.m. olan obyektin 2008-ci il tarixdə icarə haqqı aylıq 100 ma nat, ümumi sahəsi 23 kv.m. olan obyektin 2006-cı il tarixdə icarə haqqı aylıq 300 manat, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən ümumi sahəsi 54,7 kv.m. olan obyektin aylıq icarə haqqı 1000 manat olmuşdur. Belə olan halda məhkəmə kollegiyası iddiaçılara məxsus sökülmüş 166,62 kv.m. qeyri-yaşayış sahəsinin mövcudluğu dövründə onun icarəyə verilməsini təsdiq edən birbaşa sübutlar olmasa da, söküntünün aparıldığı dövrdə qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvanda olan digər- başqa şəxslərin xüsusi mülkiyyətində olan təxminən 100 200 kv.m. ölçüsü olan qeyri-yaşayış sahələrinin icarə haqlarının ortalama olaraq 300-700 manat olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının iqtisadi marağının təminatı kimi ona ödənilməli kompensasiyanın söküntünün aparıldığı 2009-cu il tarixdən hazırki dövrə kimi (14 il üçün) 84000 manat (500 x 12 = 6000 x 14 il = 84000) müəyyən edilməsi daha ağlabatandır..... məhkəmə kollegiyası işin sadalanan hallarını, o cümlədən iddiaçıların 2009-cu ildə sökülmüş qeyri-yaşayış obyektinin sökülməsi ilə bağlı qanunla qorunan hüquqlarını həyata keçirə bilmədiyini və buna görə uzun zaman gedən məhkəmə mübahisələri ilə bağlı onun mənəvi iztirab və sarsıntı keçirdiyinin istisna olunmadığını, həmin mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 5000 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab edir.

20. İddiaçılar kassasiya şikayəti verərək qərarın qismən-iddianın təmin edilmədiyi hissədə ləğv edilərək, iddianın tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etm işlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin 14-cü, 21.1-ci, 152.1-ci, 152.5-ci, 153.3-cü, 157.9-cu maddələrinə istinad edilərək qeyd edilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş Əmlak Ekspert Mərkəzinin müvafiq hesabatından da göründüyü kimi hazırda sözügedən əmlakın dəyəri 2 166 000 (iki milyon yüz altmış altı min) manat təşkil edir. Bundan başqa həmin Hesabata əsasən 2009-cu ildən 2019-cu ilədək, keçən 10 il ərzində iddiaçılara məxsus qeyri-yaşayış sahəsini icarəyə versəydilər, əldə edəcəkləri gəlir 676.800 (altı yüz yetmiş altı min səkkiz yüz) manat edərdi. Belə olan halda aydın olur ki, iddiaçılar həmin məbləğdə gəlirlərindən məhrum olmuşlar. Bu halda onlara dəymiş maddi zərərin məbləği (2.166.000 + 676.800=2.842.800) 2.842.800 (iki milyon səkkiz yüz qırx iki min səkkiz yüz) manat təşkil edir.

22. Həmçinin məhkəmə tərəfindən təyin edilmiş “X1 Company” MMC-nin xx.xx.2021 -ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu. Neftçilər prospekti, 97 ünvanında yerləşmiş 148,8 kv.ırı qeyri-yaşayış sahədən ibarət olmuş qeyri-yaşayış sahəsinin mövcud bazar dəyəri ******* manat, 1 kvadrat metr üzrə bazar dəyəri 18000 manat, likvid dəyəri isə ******* milyon manat məbləğində müəyyən olunur.

23. Məhkəmə isə əsassız olaraq iddiaçılara dəymiş maddi zərərin məbləğini, nəinki qeyd olunan Əmlak Ekspert Mərkəzinin müvafiq Hesabatında qeyd olunan məbləğdə, hətta Məhkəmənin özü tərəfindən təyin edilmiş qiymətləndirmə eksperti zasının xx.xx.2021 -ci il tarixli mütəxəssis rəyində müəyyən edilmiş məbləğdə müəyyən etməmiş, əsassız olaraq real bazar qiymətinə uyğun olmayan məbləğdə müəyyən etmişdir.

24. Kompensasiya məbləğini müəyyən edərkən məhkəmə 2011-ci ildən sonra baş vermiş 3 devalvasiyanı, alqı-satqı müqavilələrində qeyri-yaşayış sahələrinin real bazar qiymətlərinin əks olunmadığını, həmçinin yuxanda qeyd etdiyimiz kimi 2 müstəqil ekspertin rəyini nəzərə almamışdır.

25. Məhkəmənin iqtisadi marağın təminatı kimi iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin icarə haqqı kimi müəyyən etdiyi məbləği də tamamilə əsassız və real olmayan məbləğ kimi qəbul edirik. Belə ki. Bakı şəhərinin heç bir yerində, hətta ucqar yerlərdə belə 166,62 kv.m qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 500 manat deyildir. 26. “Azərbaycan R espublikası MM-nin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında aşağıdakılar göstərilmişdir: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qcyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

27. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir gö stərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

28. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.

29. Cavabdeh təşkilatın müvafiq vəzifəli şəxslərinin iddiaçılara məxsus əmlakı qanunsuz olaraq, hər hansı bir əvəz ödəmədən və onların iradəsinə zidd olaraq dağıdaraq məhv etmələri, bundan sonra mülkiyyətdən istifadə etməkdən məhrum edilmələri, keçən uzun müddət ərzində ədalətl i kompensasiya verməmələri, eləcə də cavabdeh təşkilatın müvafiq vəzifəli şəxslərinin iddiaçılara qarşı saymazyana münasibət bəsləmələri, etdikləri çoxsaylı müraciətlərə baxmayaraq hüquqlarının təmin edilməsi üçün yetərli tədbirlərin görülməməsi, ailə başçısının uzun müddət ərzində keçirdiyi əsəb və stress nəticəsində onkoloji xəstəlik taparaq, uzun sürən xəstəlikdən sonra 14 mart 2018-ci il tarixdə vəfat etməsi və s. iddiaçılara mühüm mənəvi zərər vurmuşdur.

30. İddiaçılara vurulmuş mənəvi zərərin əvəzinin hər hansı bir pulla kompensasiya edilməsi mümkün olmasa da, onlara vurulan mənəvi zərərin əvəzi kimi simvolik olaraq cavabdeh təşkilatdan 1.000.000 manat məbləğində pulun alınaraq verilməsini xahiş etsələr də, məhkəmə əsassız olaraq mənəvi ziyanın kompensasiyası olaraq 5.000 manat tutul masını ağlabatan və ədalətli hesab etmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

32. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-) Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mül kiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (-)

33. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

157. Mülkiyyətin müdafiəsi (-) 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Ma ddə

246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-) 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-) 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. (-) 246.7. Torpaqların dövlət ehtiyacları üç ün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 №-li Fərmanı: (-)

2. Müəyyən edilsin ki: 2.3. dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. (-)

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir. 35. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə

3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; (-) Maddə

4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəy ə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə

5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-) Maddə

6. Torpaqları dövlət ehtiyacları üçün alan orqan 6.1. Torp aqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra — alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. (-) Maddə

19. Torpağın alınması təklifi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərarın qəbul edilməsi 19.1. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edə bilər. 19.2. Torpağın döv lət ehtiyacları üçün alınması barədə qərara alınan torpağın yerləşdiyi yeri, sahəsini və sərhədlərini göstərən müvafiq yerquruluşu xəritəsi əlavə olunur. 19.3. Müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. (-) Maddə

54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ö dənilir. Maddə

58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. (-)

36. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-) Maddə 29-1. Məhkəmə ekspertizası İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Maddə

58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə i lə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-) 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmi n qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

37. Mülki Prosessual Məcəllə Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə b ir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. (-) Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 38. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipl əri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

39. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı”; “Sporronq və Lonnrot İsveçə qarşı” “Kozacıoğlu Türkiyəyə qarşı” “Stolyarova Rusiya Federasiyasına qarşı” “N.A. və digərlərinin Türkiyəyə qarşı” qərarları KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

41. Apellyasiya məhkəməsi nin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

42. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

43. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilən hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının tələblərinə qismən əməl edilməmişdir.

44. Belə ki, apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçılara məxs us qeyri-yaşayış sahəsi sökülsə də, bununla bağlı nəinki onlara kompensasiya verilməmiş, həm də söküntü ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının qərarları da olmamışdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən 2008-ci ildə Bakı şəhəri Neftçilər prospekti, 95 və 97 ünvanlarında yerləşən qeyri-yaşayış sahələrinin sökülməsinə dair inzibati aktların qəbul edilib-edilməməsi barədə, qəbul edildiyi təqdirdə bu barədə sənədlərin təqdim edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə və Səbail Rayon İcra Hakimiyyətinə sorğular göndərilmişdir. Həmin sorğulara cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti və Səbail rayon İcra Hakimiyyətindən məhkəməyə daxil olmuş məktublarda qeyd edilmişdir ki, 2008-ci il üzrə Bakı şəhəri, Neftçilər prosekti, 95 və 97 ünvanlarda yerləşən qeyri-yaşyış sahələrinin s ökülməsinə dair İcra Hakimiyyətlərində hər hansı bir inzibati akt aşkar edilməmişdir.

45. Apelyasiya instansiyası məhkəməsi iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin texniki pasportuna əsasən onun faktiki ümumi sahəsinin 166,62 kv.m. olduğu nəzərə alınmaqla və söküntünün aparıldığı dövrdə qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvana (Neytçilər pr: 97) daha yaxın ünvanda yerləşən qeyri-yaşayış sahələrinin (Neftçilər pr: 91 və 61) 2008-ci ilə olan satış qiymətləri notariat qaydada bağlanmış alqı-satqı müqavilələrinə əsasən 1 kv.m. qeyri-yaşayış sahəsinin ortalama 2865 manatdan (maqavilələrdə 71,7 kv.m. – 200.000 man; 102 kv.m. – 300.000 manat olduğundan: 200.000: 71,7 = 2789 manat; 300.000: 102 = 2941 manat; 2789 + 2941 = 5730: 2 = 2865 manat) götürülməklə, 477.366 manat (166,62 x 2865 = 477.366) kompensasiyanın tutulmasını daha ədalətli və məqsədəmüvafiq hesab etmişdir.

46. Bundan başqa məhkəmə “iddiaçının iqtisadi marağının da nəzərə alınmalı olması”na münasibətdə iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin fəaliyyəti dövründə vergi orqanı və digər orqanlara onun gəlirləri və dövriyyəsi barədə məlumatların verilməsini əks etdirən hər hansı sənəd sübut qismində məhkəməyə təqdim olunmadığından iddiaçının iqtisadi marağının təminatı kimi ona ödəniləcək kompensasiyanın ona məxsus qeyri-yaşayış sahəsinin söküldüyü dövrdən indiyənədək obyektin icarəyə veriləcəyi təqdirdə əldə oluna biləcək gəlirlərə münasibətdə hesablanmasını uyğun görmüş, bu məqsədlə 2008-2010-cu illərdə Bakı şəhəri Xaqani küçəsi, 20, Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti, 61, 95 və 97 ünvanlarında ye rləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə dair araşdırma aparmış, müəyyən etmişdir ki, iddiaçılara məxsus sökülmüş 166,62 kv.m. qeyri-yaşayış sahəsinin mövcudluğu dövründə onun icarəyə verilməsini təsdiq edən birbaşa sübutlar olmasa da, söküntünün aparıldığı dövrdə qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvanda olan digər-başqa şəxslərin xüsusi mülkiyyətində olan təxminən 100 -200 kv.m. ölçüsü olan qeyri-yaşayış sahələrinin icarə haqlarının ortalama olaraq 300-700 manat olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının iqtisadi marağının təminatı kimi ona ödənilməli kompensasiyanın söküntünün aparıldığı 2009-cu il tarixdən hazırki dövrə kimi (14 il üçün) 84000 manat (500 x 12 = 6000 x 14 il = 84000) müəyyən edilməsi daha ağlabatandır.

47. Məhkəmə həmçinin, işin hallarını, o cümlədən iddiaçıların 2009-cu ildə sökülmüş qeyri-yaşayış obyektinin sökülməsi ilə bağlı qanunla qorunan hüquqlarını həyata keçirə bilmədiyini və buna görə uzun zaman gedən məhkəmə mübahisələri ilə bağlı onun mənəvi iztirab və sarsıntı keçirdiyinin istisna olunmadığını, həmin mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlılığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 5000 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab etmişdir.

48. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, məhkəmə qərarının iddianın təmin edilmiş hissəsindən cavabdeh kassasiya şikayəti verməmişdir və həmin hissə kassasiya icraatının predmetini təşkil etmir. Apellyasiya məhkəməsinin qərarından iddiaçılar iddianın rədd edilmiş hissəsindən kassasiya şikayəyi verdiklərindən kassasiya icraatının predm etini də iddianın rədd edilməsi hissəsi təşkil edir.

49. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna istinadən iddiaçılara məxsus qeyriyaşayış sahəsinin sökülməsinin əsasında dövlət ehtiyacının olduğunu müəyyən etsə də, nəzərə almamışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 №-li Fərmanı ilə müəyyən edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.

50. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən qanunvericiliyin tələbinə əsasən iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin söküntüsünə görə müəyyən edilmiş 4 77.366 manat (166,62 x 2865 = 477.366) kompensasiya məbləğinin üzərinə 20 faizi miqdarında (477.366*20%=95.473,2 manat) satınalma qiymətinə əlavə haqq ödənilməlidir.

51. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya kompensasiya ödənilməsi ilə bağlı məsələ digər hissələrdə apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır və qərar iddianın rədd edilən qalan hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya məhkəməsi nin qərarı iddianın təmin edilməyən hissəsində dəyişdirilməli, məhkəmə qərarı ilə təmin edilmiş məbləğdən əlavə 95.473,2 manat da cavabdehdən tutulub iddiaçıya ödənilməli, kassasiya şikayəti qismən təmin edilməli, məhkəmə qərarı iddianın rədd edilən qalan hissəsində dəyişdirilmədən saxlanılmalı, həmin hissədə kassasiya şikayəti təmin edilməməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 21(103)-80/2023 saylı qərarı iddianın rədd edilmiş hissəsində dəyişdirilsin. Cavabdeh Bakı şəhəri İcra Hakimiyyətindən əlavə olaraq 95.473,2 manat tutulub iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilsin. Qərar iddianın rədd edilən qalan hissəsində

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar