Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-246/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (əmrin ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi aaa və vəkili Dilarə Əfrasiyabovanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx xxxxxx 2018-ci il tarixli ddd saylı əmrin ləğv edilməsi və onun N saylı hərbi hissənin mühəndis aviasiya təminatı bölməsinin mühəndisi vəzifəsinə bərpa edilməsi tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxxx 2020-ci il tarixli, 2-1(105)-335/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı xx.xx.2018-ci il tarixli, ddd saylı əmrin ləğv edilməsi və onun N saylı hərbi hissənin mühəndis aviasiya təminatı bölməsinin mühəndisi vəzifəsinə bərpa edilməsi, növbəti hərbi zabit rütbəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında əmr verildiyi tarixdən hərbi xidmətə bərpa olunduğu tarixədək olan müddətin onun qulluq stajına və növbəti hə rbi rütbə verilməsi müddətinə əlavə edilməsi, o cümlədən qeyd olunan əmrin icrası nəticəsində meydana gəlmiş nəticələrin cavabdeh tərəfindən aradan qaldırılması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş, həmin ildən kadr zabiti kimi silahlı qüvvələrdə xidmətə başlamışdır. 2005-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsində mühəndis aviasiya təminatı bölməsinin mühəndisi vəzifəsində qüsursuz xidmət etmişdir. xx.xx.2018-ci il tarixdə xidmətdə olduğu zaman həmin hərbi hissənin qərargahına çağırılmış və ona təyinat vərəqəsi təqdim edilərək, Müdafiə nazirinin xx xxxxxx 2018-ci il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması bildirilmişdir. Əmrin surəti ona indiyə qədər təqdim edilməmiş, yalnız şifahi olaraq xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən xaric olunduğu bildirilmişdir. Halbuki o, hərbi xidmətdə olduğu müddətdə zabit kimi üzərinə düşən bütün öhdəlikləri layiqincə və şərəflə yerinə yetirmiş, hər zaman intizamlı olmaqla yanaşı, hərbçi şərəfini hər şeydən uca tutmuş və bu peşəyə xələl gətirən heç bir qüsurlu hərəkət etməmişdir. Xidmətə başladığı gündən barəsində hərbi intizamın pozulmasına görə İntizam Nizamnaməsində nəzərdə tutulmuş hər hansı cəza tədbiri tətbiq edilməmişdir, əksinə xx.xx.2008-ci il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” (1918-2008) yub iley medalı, xx.xx.2013-cü il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” (1918-2013) yubiley medalı, xx.xx.2018-ci il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” (1918-2018) yubiley medalı, xx.xx.2012-ci il tarixdə “Qüsursuz Xidmətə” görə 3-cü dərəcəli medal ilə, xx.xx.2016-cı il tarixdə “Qüsursuz Xidmətə” görə 2-ci dərəcəli medal ilə, 2016-cı il tarixdə Türkiyə Respublikasında keçirilən hərbi təlimlərdə fəal iştirakına görə Türkiyə Respublikası Hərbi X6 tərəfindən Fəxri Fərmanla və Türkiyə Respublikasında “TURAZ Şahini” 2016-cı il tarixli təlimdə qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirdiyi üçün Fəxri Fərmanla təltif olunmuşdur. Bundan başqa, “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 161-ci maddəsinin 1-ci hissəsinə görə, həqiqi hərbi xi dmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmağa iki ay qalmış xəbərdar edilməli olduğu halda, hərbi hissənin komandanlığı tərəfindən onunla hər hansı söhbət aparılmamışdır. Bundan əlavə, ona növbəti zabit, yəni mayor hərbi rütbəsi xx xxxxxx 2018-ci il tarixdə verilməli olduğundan buna müvafiq olaraq xidmət etdiyi hərbi hissə tərəfindən yuxarı vəzifəli şəxsə və ya orqana təqdimatla müraciət edilmiş, lakin xeyli müddət keçməsinə baxmayaraq, həmin hərbi rütbə ona verilməmişdir. Əmrin surəti ona verilməsə də, vəkil sorğusuna cavab olaraq cavabdeh xx.xx.2018-ci il tarixli məktubunda bildirmişdir ki, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 xx.xx.2018-ci il tarixli, 2454 nömrəli və xx.xx.2018-ci il tarixli, 2504 nömrəli müayinə aktlarına əsasən, ondan götürülmüş nümunələrdə tetra-hidro kannabinol adlı narkotik maddələrin izləri aşkar olunduğundan, yuxarı qərargahın tapşırığına əsasən onun barəsində təqdimat verilmiş və o, Müdafiə nazirinin xx xxxxxx 2018-ci il tarixli əmrinə əsasən ordu sıralarından tərxis olunmuşdur. Bundan əlavə, həmin məktubda bildirilmişdir ki, keçmiş hərbi qulluqçu İddiaçı xx.xx.2018-ci il tarixdə mayor hərbi rütbəsini almalı olduğu üçün xx.xx.2018-ci il tarixdə müvafiq təqdimatla yuxan qərargaha müraciət edilmiş, lakin bu barədə müsbət qərar qəbul edilmədiyindən təqdimat icra edilmədən geri qaytarılmışdır. Göründüyü kimi, onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə xx xxxxxx 2018-ci il tarixli əmrin verilməsinə və eyni zamanda ona mayor hərbi rütbəsinin verilməməsinə əsas Müdaf iə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 xx.xx.2018-ci il tarixli, 2454 nömrəli və xx.xx.2018-ci il tarixli, 2504 nömrəli müayinə aktları olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü təhqiqat bölməsinin baş təhqiqatçısı tərəfindən müvafiq təhqiqat aparıldıqdan sonra, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Həmin Məhkəmənin 3-1(093)-20/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə, onun barəsində başlanmış inzibati xəta haqqında icraata həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, yəni əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Birinci instansiya mə hkəməsinin gəldiyi nəticə:
3. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(85)-525/2019 nömrəli (sədrlik edən hakim Vəfa Əzizova) qərarı ilə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair Azərbaycan Respublikası Müdafiə nazirinin ddd saylı, xx xxxxxx 2018-ci il tarixli əmrinin ləğv edilməsi hissəsində iddianın təmin edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 2.2.1, 32.1, 58.7, 70.1-ci maddələrinə, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156, 161, 162, 163-cü maddələrinə istinadən belə hesab etmişdir ki, iddiaçının iddiasının bu tələbi qanuni və əsaslıdır.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(85)-525/2019 nömrəli (sədrlik edən hakim Vəfa Əzizova) qərardadı ilə iddiaçının N saylı hərbi hissənin mühəndis aviasiya təminatı bölməsinin mühəndisi vəzifəsinə bərpa edilməsi, növbəti hərbi zabit rütbəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında əmr verdiyi tarixdən hərbi xidmətə bərpa olunduğu tarixədək olan müddətin onun qulluq stajına və növbəti hərbi rütbə verilməsi müddətinə əlavə edilməsi, o cümlədən qeyd olunan əmrin icrası nəticəsində meydana gəlmiş nəticələrin cavabdeh tərəfindən aradan qaldırılması tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsini tətbiq etmişdir.
7. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci inst ansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini, iddianın qeyri-mümkün sayılmış hissəsində təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
8. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(105)-398/19 nömrəli (hakimlər Nazim Nəsibov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Hökümə Babayeva) qərardadı ilə iddiaçının apelyasiya şik ayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(85)-525/2019 saylı qərardadının qismən, işə bərpa tələbi hissəsində ləğv edilməsi və iddia işə bərpa tələbi hissəsində mümkün sayılması qərara alınmışdır.
10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(105)-398/19 nömrəli (hakimlər Nazim Nəsibov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Hökümə Babayeva) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, iddiaçının iddiası işə bərpa tələbi hissəsində təmin edilməsi, iddiaçının əvvəlki N saylı hərbi hissənin mühəndis aviasiya təminatı bölməsinin mühəndisi vəzifəsinə bərpa olunması öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
11. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı və cavabdeh tərəfindən kasasiya şikayətləri verilmişdir. Kasasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
12. Ali Məhkəməsnin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)439/20 nömrəli (hakimlər Kəmaləddin Bədəlov - sədrlik edən və məruzəçi, İlqar Hüseynov və Sevda Hüseynova) qərarı ilə apelyasiya instansiyası məhkəməsinin 2-1(105)-398/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinin təmin edilməməsi, cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır.
13. Ali Məhkəmə həmin nəticəyə gələrkən qeyd etmişdir ki, mübahisəyə baxılması ilə əl aqədar olaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
14. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(105)335/20 nömrəli (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Telman Məmmədov və Şəmsəddin Abbasov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 2-1(085)-525/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx xxxxxx 2018-ci il tarixli ddd saylı əmrin ləğv edilməsi və onun N saylı hərbi hissənin mühəndis aviasiya təmin atı bölməsinin mühəndisi vəzifəsinə bərpa edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri:
15. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 2018-ci ilin avqust ayında onun xidmət etdiyi hərbi hissədə səyyari formada qan və sidik nümunələri götürülmüş, lakin həmin nümunələrin başqa şəxsin (və ya şəxslərin) nümunələrindən fərqlənməsi üçün (başqa nümunələrlə səhv salınmaması üçün) heç bir xüsusi nişanlama, işarələmə və ya kodlaşdırma aparılmamış, eyni zamanda bu barədə həmin qablaşdırmaların üzərində və ya ayrı bir sənədin tərtibi yolu ilə İddiaçı heç bir təsdiqləyici qeyd alınmamışdır.
16. Bundan sonra Qalib Həsənov tərəfindən 223-k saylı xx xxxxxx 2018-ci il tarixli akt tərtib edilmiş və həmin akta əsasən, qanda və s idikdə Tetra-hidro kannobinol (THC) adlı maddənin izləri aşkar olunmuşdur.
17. İddiaçı tərəfindən bu akta etiraz edilərək orada qeyd olunanların yalan olması, onun heç vaxt narkotik tərkibli maddə qəbul etməməsi, ondan götürülmüş nümunələrin başqa şəxsin nümunələri ilə səhv salındığı və yenidən müayinədən keçməsi tələb edildiyindən, yenə də, Qalib Həsənov tərəfindən 238-k saylı xx xxxxxx 2018-ci il tarixli akt tərtib edilmiş və həmin akta əsasən, qan və tük nümünələrinin tərkibində Tetrahidro kannobinol (THC) adlı maddənin izləri aşkar olunmuşdur. Lakin sidik nümunəsi «ACCU-TELL» immunoferment testlərlə: MOR/OPİ (morfin/heroin), THC (marixuana), AMP (amfitamin), BZO (benzodiazepin), COC (kokain) görə tədqiq edilmiş, testdə iki zolaq (neqativ) müşahidə edilmişdir (qeyd olunan maddələr aş karlanmamışdır).
18. Bundan başqa, həm xx xxxxxx 2018-ci il tarixli aktda narkotik vasitə hesab edildiyi bildirilən, həm də xx xxxxxxxx 2018-ci il tarixli ekspert rəyində narkotik istifadəçilərinin müalicəsi zamanı istifadə edildiyi bildirilən Bemegride, Piracetam, Theobromine adı ilə tanınan dərman vasitələrinin məhkəmənin qərardadı əsasında keçirilmiş xx xxxxxx 2018-ci il tarixli, № 3051/K saylı ekspert rəyində narkotik tərkibli olmadığı və ümumi müalicələr üçün istifadə edildiyi bildirilmişdir.
19. Bundan əlavə, 238-k saylı xx xxxxxx 2018-ci il tarixli aktda qeyd edilmiş «qan nümunəsində Tetra-hidro kannobinol (THC) adlı maddənin izlərinin aşkar olunması və sidik nümunəsində isə Tetra-hidro kannobinol (THC) adlı maddənin izlərinin aşkar edilməməsi» beynəlxalq ekspertiza metodikasına zid d olduğundan inandırıcı sayıla bilməz.
20. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü təhqiqat bölməsinin baş təhqiqatçısı ədliyyə kapitanı Əbil Məmmədovun «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və iş üzrə toplanmış materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt Hərbi Prokuroru vasitəsi ilə İddiaçı AR ixm-NİN 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir.
21. Bundan sonra Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı əsasında Azərbaycan Respu blikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X8 tərəfindən keçirilmiş № 3051/K saylı xx xxxxxx 2018-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar, kannobinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik hesab edilən), fenilalkilamin qrupuna aid olan amfitamin və metamafetamin aşkar edilməmişdir.
22. Bu səbəbdən də, Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 31(093)-20/2018 nömrəli qərarına əsasən İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata həmin Məcəllənin 53.0.2-ci maddəsinə (inzibat i xəta tərkibi olmadığından) əsasən xitam verilmişdir. Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 3-1(093)-20/2018 nömrəli qərarı xx xxxxxx 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir.
23. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(105)335/2020 saylı qərarının ləğv edilməsi, iddia təmin edilərək İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında cavabdeh Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 2018-ci il tarixli, ddd nömrəli əmrinin ləğv olunması və İddiaçı əvvəlki N nömrəli hərbi hissənin Mühəndis aviasiya təminatı bölməsinin mühəndisi (aviasiya silahları üzrə) vəzifəsinə bərpa olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəfl ərin izahatı:
24. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili İddiaçı kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
25. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili D.Əfrasiyabova kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxx xx 2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
26. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 da vəkili D.Əfrasiyabovanın çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə:
27. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edil məməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
30. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə yuxarıda artıq göstərildiyi kimi bir dəfə Ali Məhkəmənin İnzibati Kollegiyasının məhkəmə baxışı predmeti olmuş və Ali Məhkəmə tərəfindən «İş üzrə qəbul edilmiş məhkəmə aktları» hissəsində göstərilmiş nəticəyə gəlinməklə yanaşı, Ali Məhkəmənin İnzibati Kollegiyası apelyasiya instansiyası məhkəməsinə məcburi xarakter daşıyan göstərişlər vermişdir.
31. Məlum olduğu kimi isə İnzibati Pro sessual Məcəllənin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir.
32. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinin tələblərinə riayət etməklə, hazırkı iş üzrə Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq, Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən verilmiş məcburi xarakter daşıyan bütün göstərişləri icra etmişdir.
33. Belə ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qərarının «Əsaslandırma hissəsi»ndə göstərmişdir ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən, bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir.
34. Əsasnamənin 2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir.
35. Əsasnamənin 156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar.
36. Əsasnamənin 168-ci bəndinə əsasən, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156–158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən so nra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin həmin maddi hüquq normalarının tətbiq edilməsi düzgün olmuşdur.
38. Belə ki, İddiaçı xx xxxxxx 2005-ci il tarixdən N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmuş və həmin tarixdən etibarən iş və vəzifəsinin qəbuluna və icrasına başlaması qərara alınmışdır. xx xxxxxx 2018-ci il tarixdən iddiaçı N №-li hərbi hissənin Mühəndis aviasiya təminatı bölməsinin mühəndisi (aviasiya silahları üzrə) vəzifəsində xidmət etmişdir. 39. xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin ddd №-li əmri ilə kapitan İddiaçı «Hə rbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır.
40. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Həmin Məhkəmənin 3-1(093)-20/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə onun barəsində başlanmış inzibati xəta haqqında icr aata həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, yəni əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir.
41. Həmin qərardan görünür ki, işə baxılarkən təkrar məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş və müayinədən keçmiş İddiaçı götürülmüş qan və sidik nümunələrində narkotik vasitə aşkar edilməmişdir. Bu səbəbdən də məhkəmə İddiaçı əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında icraata xitam vermişdir.
42. İddianı təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmrin verilməsi üçün əsas olmuş hal, yəni İddiaçı qan və sidik nümunələrində narkotik vasitələrin aşkar edilməsi faktı öz təsdiqini tapmamış və bununla bağlı onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilmişdir.
43. Bununla əlaqədar olaraq apely asiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, iddiaçi «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Yuxarıda qeyd olunan normadan görünür ki, qanunverici məlum Əsasnamənin 156–158-ci maddələri üzrə buraxılma haqqında əmrlərin dəyişdirilməsinə buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə yol vermir.
44. Həmçinin apelyasiya instansiyası məhkəməsi haqlı olaraq göstərmişdir ki, buraxılma haqqında əmrin dəyişdirilməsi üçün iki şərt var: 1) buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməlidir; 2) buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməl idir.
45. Buraxılma ilə əlaqədar yeni halların aşkara çıxması dedikdə o başa düşülməlidir ki, buraxılma haqqında əmr verildikdən sonra buraxılma ilə əlaqədar əvvəllər tərəflərə məlum olmayan həlledici məlumat, material aşkar edilmiş olsun.
46. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıdan 2018-ci ilin avqustun ayının 15-də götürülmüş qan, sidik və tük nümunələrində, həmin ayın 28-də isə iddiaçının qan və tük nümunələrində narkotik vasitə aşkarlanmışdırsa, təkrar ekspertiza xx xxxxxx 2018-ci ildə, yəni ilkin tədqiqatdan 3 aydan çox vaxt keçdikdən sonra keçirilmişdir. Birinci tədqiqatla təkrar ekspertiza arasında uzun müddət keçmişdir. Həm uzun müddətin keçdiyinə, həm də iddiaçının müalicə alması səbəbindən ondan götürülmüş nümunələrdə 2018-ci il in dekabr ayında artıq psixoaktiv preparatların əlamətləri qalmaya da bilərdi. Həm də, təkrar ekspertiza zamanı ilkin tədqiqat zamanı götürülmüş nümunələr deyil, yeni nümunələr götürülərək rəy verilmişdir.
47. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin protokolunda iddiaçı öz çıxışında bildirmişdir ki, xx xxxx 2016-cı ildə 2 yaşında olan övladını itirdikdən sonra narkotik maddə olan çətənə kolunun yarpaqlarını qəbul etmiş, sonradan bu əməlindən peşman olduğu üçün müalicə almışdır. Etdiyi əməlin zabitin şərəfinə ciddi şəkildə xələl gətirdiyini anlayır.
48. Apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından göründüyü kimi, işə apelyasiya qaydasında yenidən baxılar kən iddiaçı tərəf N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsində iddiaçının iştirak etmədiyini, iddiaçının yuxarıda göstərildiyi kimi izahat vermədiyini mübahisələndirdiyindən iddiaçı tərəfin vəsatətinə əsasən şərəf məhkəməsinin iştirakçıları məhkəmə iclasında şahid qismində dindirilmişdir.
49. Bununla başqa apelyasiya instansiyası məhkəməsi tərəfindən şahidlər dindirilmiş, belə ki, şahidlər X4, X9 və X7 ifadələrində bildirmişdirlər ki, İddiaçı şərəf məhkəməsinin iclasında iştirak etməmişdir.
50. X1 ifadəsində bildirmişdir ki, şərəf məhkəməsinin iclasına sədrlik etmişdir. İddiaçı iclasda iştirak etmiş, söz veriləndə 1–2 kəlmə danışmışdır. Uzun müddət keçdiyindən Qoşqarın iclasda nə dediyini dəqiq xatırlamır.
51. X5 ifadəsində bildirmişdir ki, İddiaçı iclasda iştirak etmiş, lakin iclas bitməmiş çıxıb getmişdir. Onun nə dediyini dəqiq xatırlamır. Ümumiyyətlə protokol tərtib edərkən, o, iclasda deyilən sözləri yazır.
52. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar onunla aparılan söhbət zamanı ailə problemi ilə əlaqədar narkotik vasitələrdən istifadə etdiyini və bununla əlaqədar müalicə aldığını, etdiyi əmələ görə peşman olduğunu, hal-hazırda müalicəsini davam etdirdiyini bildirmişdir.
53. «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi x idmətdən ehtiyata buraxılırlar.
54. Həmin Qanunun 40.3-cü maddəsinə görə, zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.
55. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, iddiaçinin hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi ondan götürülmüş qan, sidik və tük nümunələrində narkotik vasitənin aşkarlanması olmuşdur. Narkotik vasitələr mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrdir. Bu elə bir maddədir ki, insanın düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji v ə fiziki defektlərlə nəticələnə bilər.
56. Həmçinin apelyasiya instansiyası məhkəməsi düzgün olaraq göstərmişdir ki, xüsusi kateqoriya şəxs olan hərbi qulluqçuların isə xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır.
57. Belə olan halda apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçi rütbəsinə (kapitan) və tutmuş olduğu vəzifəsinə (Mühəndis aviasiya təminatı bölməsinin mühəndisi (aviasiya silahları ü zrə) görə müəyyən kateqoriya hərbi qulluqçulara münasibətdə rəis hesab olunur, bütün komandirlər (rəis) isə hissə və bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanılmasını təmin etməyə borcludurlar, ümumiyyətlə hərbi qulluqçular Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməlidirlər.
58. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə hesab nəticəyə gəlmişdir ki, xx xxxxxx 2018-ci il tarixli əmrin verilməsi qanunvericiliyin tələbinə uyğun olmuşdur. Əmrin əsassız və qanunsuz olması tədqiq olunmuş sübutlarla müəyyən edilməmişdir. Odur ki, həmin əmrin ləğvi barədə iddia tələbi əsassızdır.
59. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasi ya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2-1(105)-335/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.