Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-246/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: apelyasiya şikayəti üzrə müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qaraja dair texniki pasportun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2789/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvandakı evin həyətində yerləşən qaraja texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvandakı evin həyətində yerləşən qaraj 2001-ci ildən etibarən iddiaçıya məxsusdur. Əvvələr həmin qaraj X2 istifadəsində olmuş və həmin qarajı iddiaçı İ.K.İsmayılovdan almışdır (faktiki olaraq aralarında alqı-satqı münasibətləri baş vermi şdir). Yasamal rayon 64 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2021-ci il tarixli 04 saylı arayışına əsasən İ.Qutqaşınlı küçəsi, 101 saylı ünvandakı evin həyətində yerləşən qarajın İddiaçı məxsus olması təsdiq edilir. 2001-ci ildən etibarən qarajın kommunal xərcləri iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2021-ci il tarixində həmin qaraja texniki pasportun verilməsi məqsədi ilə sənədləri cavabdehə təqdim etmiş, lakin xx.xx.2021-ci il tarixli **********32 №-li cavab məktubu ilə imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina məktubu əsassızdır. Çünki qarajın yerləşdiyi torpaq sahəsi digər şəxsin torpaq sahəsinin əhatə etdiyi ərazi daxilində yerləşir. Əvvəla, həmin torpaq sahəsi ümumi istifadədədir. Hesab etdikdə ki, qarajın yerləşdiyi torpaq sahəsi digər şəxsin istifadəsindədir, ond a həmin şəxsin qarajın sökülməsi və ya ona verilməsi ilə bağlı tələbi olardı. Lakin belə bir hal yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. Bakı İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(112)-1104/2022 nömrəli qərarı ilə (hakim X13) iddia təmin edilmiş, İddiaçı məxsus ünvan 1 ünvandakı evin həyətində yerləşən qaraja texniki pasportun verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
4. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan qeyri-yaşayış binasına (qaraja) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində nəzərdə tutulmuş hüquqmü əyyənedici sənədlərin təqdim edilmədiyini bildirsə də, iddiaçının sözügedən əmlak üzərində hüquqlarının qeydə alınması üçün əvvəlki sahibi ilə bağlanmış faktiki alqı-satqı müqaviləsi mövcud olmuşdur. Belə olan halda cavabdehin irəli sürdüyü bu dəlil iddianın təmin edilməməsi üçün əsas deyildir.
5. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2-1(103)-2748/2022 nömrəli qərarı ilə (hakimlər X7 (məruzəçi), X4 və X14) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəmənin 25 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq İddiaçı iddia tələb i təmin edilməmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli qarajın tikildiyi torpaq sahəsinə dair iddiaçının qanunvericiliyin qeyd olunan tələbi qaydasında hüququnun olması müəyyən olunmur. “ANT İnşaat”LTD birgə müəssisəsinin tədqiq olunan məktubunun məzmunundan göründüyü kimi, həmin müəssisə ilə iddiaçı arasında mübahisəli qarajın tikildiyi torpaq sahəsinin sonuncuya istifadəyə və ya icarəyə verilməsi ilə bağlı hər hansı bir müqavilə bağlanmamışdır. Belə bir müqavilənin bağlanması isə yalnız, qanunvericiliyin müəyyən etdiyi şərtlər daxilində reallaşa bilər. Mübahisəli qarajın yerləşdüyi torpaq sahəsinin dövlət aktı əsasında verilmiş müvəqqəti istifadəçisi olan “ANT İnşaat” LTD birgə müəssisəs i həmin qarajla bağlı istənilən formada iddiaçının hüququnun reallaşdırılmasına (o cümlədən, onun adına texniki pasportun verilməsinə) o halda razılıq verə bilərdi ki, həmin torpağın mülkiyyətçisi, yəni Bakı şəhər İcra Hakimiyyətinin timsalında, dövlətin razılığı olsun. Belə bir razılıq isə konkret halda mövcud deyil.
8. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 may 2023cü il tarixli, 2-1(102)-929/2023 nömrəli qərarı ilə (hakimlər X5 (məruzəçi), X1 və X8) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2-1(103)-2748/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 25 aprel 2022ci il tarixli, 2-1(112)-1104/2022 nömrəli qərarı 22 iyun 2022-ci il tarixdə cavabdehə rəsmi qaydada təqdim edilmiş (iş vər.88), cavabdeh tərəfindən həmin qərardan hazırkı qərarın “19a” bəndində qeyd olunan prosessual hüquq normasında nəzərdə tutulmuş müddət ərzində şikayət verilməmişdir. Həmin qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində şikayət vermək hüququnun olmasına baxmayaraq cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra, 25 iyul 2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Apellyasiya icraatı zamanı ape llyasiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozulmuş, cavabdehin şikayəti üzrə apellyasiyanın mümkünlüyü yoxlanılmadan şikayətə mahiyyəti üzrə baxılmışdır. Halbuki, apellyasiyanın mümkünlüyü yoxlanılmadan şikayətə mahiyyəti üzrə baxılması yolverilməzdir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2789/2023 nömrəli qərardadı ilə (hakimlər X9 (məruzəçi), X10 və X11) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və şikayət geri qaytarılmışdır.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, aparılan araşdırma zamanı müəyyən olundu ki, 2- 1(112)-1104/2022 saylı, 25 aprel 2022-ci il tarixli qərarı 05 may 2022-ci il tarixli məktubl a cavabdehə göndərilmiş, məktub 22 iyun 2022-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmiş, cavabdeh tərəfindən apellyasiya şikayəti isə 25 iyul 2022-ci il tarixdə poçta verilmiş və həmin tarixdə Bakı İnzibati Məhkəməsinin dəftərxanasından qeydiyyatdan keçmişdir. Hazırda işin hallarına görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)1104/2022 saylı, 25 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti 25 iyul 2022-ci il tarixində verilmiş, qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüşdür və ötürülmüş müddətin bərpasına dair vəsatət verilməmişdir.
13. Cavabdeh kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və idarə tərəfindən verilmiş apelyasiya şikayətini mümkün saymaqla iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edil məsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. X3 Məcəllənin 12, 94.1-ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu bildirilir. Qeyd edilir ki, müvafiq apellyasiya şikayətinin xx.xx.2022-cil tarixində verilməsi məhkəmə qərardadında qeyd edilsə də, İdarənin xx.xx.2022-ci il tarixli, **********83 saylı apellyasiya şikayəti elə həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə poçt xidmətinə təhvil verilmişdir. Təhvil verilməsi ilə əlaqədar müvafiq qəbzlərin surəti kassasiya şikayətinə əlavə edilir. Həmin qəbzdən də göründüyü kimi müvafiq iş üzrə İdarə tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi İdar ə tərəfindən şikayətin verilməsi tarixinin dəqiqləşdirilməsi məqsədilə poçt xidmətinə heç bir sorğu verməmiş, idarəyə məhkəmə prosesində müvafiq sübutların təqdim edilməsi ilə əlaqədar heç bir şərait yaratmamış, iş materiallarındakı məlumatlarla kifayətlənərək İdarə tərəfindən verilmiş apellyasiya şikayətini mümkün saymamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən ba xılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSAS İYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə iş mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
20. Hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsin in qərardadından görünür ki, məhkəmə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini qanunla apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin ötürlməsi əsası ilə geri qaytarmışdır. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası qeyd etmişdir ki, aparılan araşdırma zamanı müəyyən olundu ki, 2- 1(112)-1104/2022 saylı, 25 aprel 2022-ci il tarixli qərarı 05 may 2022-ci il tarixli məktubla cavabdehə göndərilmiş, məktub 22 iyun 2022-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmiş, cavabdeh tərəfindən apellyasiya şikayəti isə 25 iyul 2022-ci il tarixdə poçta verilmiş və həmin tarixdə Bakı İnzibati Məhkəməsinin dəftərxanasından qeydiyyatdan keçmişdir. Hazırda işin hallarına görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1104/2022 saylı, 25 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti 25 iyul 2022-ci il tarixində verilmiş, qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüş və ötürülmüş müddətin bərpasına dair vəsatət verilməmişdir.
21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilmiş nəticəyə gələrkən müvafiq işi dəqiq və düzgün araşdırmamışdır.
22. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni aşağıdakı şərh etməyi məqsədə müvafiq hesab edir. Belə ki, İPM-in 85.1-ci maddəsinin tələbinə əsasən apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının təqdim edildiyi gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
23. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qərarı 22 iyun 2022-ci il tarixdə rəsmi şəkildə cavabdehə təqdim edilmiş, cavabdeh isə müvafiq poçt qəbzinə imza etməklə qərarı qəbul etmişdir (iş vər 58).
24. Apelyasiya instansiyası məhkəməsi qərardadda cavabdeh tərəfindən apelyasiya şikayətinin 25.047.2022-ci il tarixdə verildiyini qeyd etsə də, iş materiallarında olan apelyasiya şikayətini poçta təqdim edərkən zərfin üzərinə vurulmuş kod bunun əksini təsdiq edir. Belə ki, həmin kod əsasında (SS784936061AZ) şikayətin xx.xx.2022-ci il tarixdə poçta təqdim edildiyi müəyyən edilmişdir.
25. Eyni zamanda cavabdeh tərəfindən kassasiya şikayətinə əlavə edilmiş poçt qəbzində də apelyasiya şikayətinin (qəbzdə olan kodla zərfin üzərindəki kod eyniyyət təşkil edir) xx.xx.2022-ci il tarixdə poçta təqdim edildiyi, bununla da qanunla müəyyən edilmiş 30 günlük müddətin ötürülmədiyi təsdiq edilir.
26. Belə olan halda, kassasiya şikayəti təmin edilmək lə, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2789/2023 saylı qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir