Məhkəmə qərarları › İş №2-1(102)-2460/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2460/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2460/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inziba ti iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1968/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2020-ci il tarixli-**********137922 nömrəli qərarına əsasən iddiaçının vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2021-ci il tarixli **********138368 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.

2. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edi lməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********150747 nömrəli qərarı ilə iddiaçıya cəmi 1.377.405,41 manat əlavə vergi hesablanmış, 756.952,48 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixli, **********150747 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “BƏRPA-TİKİNTİ" MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. “BƏRPA-TİKİNTİ" MMC faktiki olaraq digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri ilə məşğ ul olmuşdur, heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. İddiaçı MMC-də 2004-cü ildən hal-hazırkı vaxta kimi MMC-in sahibkarlıq fəaliyyəti dövründə bir neçə dəfə səyyar vergi yoxlaması aparılmış və heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır.

5. Sonuncu səyyar vergi yoxlaması iyun 2017 - may 2020-ci illəri əhatə etmişdir. Vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədləri, memorial-orderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Yoxlama zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmişdir. Lakin xx.xx.2021-ci il tarixdə № **********138368 saylı səyyar vergi yoxlaması aktı əsasında xx. xx.2021-ci il tarixli № **********150747 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmışdır. Yoxlama dövrünə 2019-cu il üçün 591.585,35 AZN (beş yüz doxsan bir min beş yüz səksən beş manat, 35 q.) mənfəət vergisi və 2019-2020-ci illər üçün 129.219 AZN (yüz iyirini doqquz min iki yüz on doqquz manat, 00 q.) əlavə dəyər vergisi, 2019-2020-ci illərə 329.157,36 AZN (üç yüz iyirmi doqquz min yüz əlli yeddi manat, 36 q) ödəmə mənbəyində tutulan vergi, 2020-ci il üçün 450.467,91 AZN (dörd yüz əlli min dörd yüz altmış yeddi manat, 91 q) muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə, ümumilikdə 1.510.526,93 AZN (bir milyon beş yüz on min beş yüz iyirmi altı manat, 93 q.) və bütün bunlara müvafiq 756.952,48 AZN (yeddi yüz əlli altı min doqquz yüz əlli iki manat, 48 q.) maliyyə sanksiyası hesablanmışdır.

6. Müəssisənin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdırıb nəzərdən keçirsək, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görsənir. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəriciləri düzgün araşdırılmamış, faktiki göstəriciləri hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Müəssisəyə əlavə hesablanmış vergilərin əsasını təşkil edən vergitutma obyekti və qaydaları səyyar vergi yoxlaması ilə düzgün müəyyən edilmədiyindən müəssisəyə yoxlama aktı ilə əlavə vergilər vergi qanu nvericiliyinə uyğun olmayaraq, qeyri-obyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin fəaliyyəti ilə əlaqədar və götürdüyü digər vergi öhdəlikləri üzrə vergiləri azaldılması müəyyən edilməmişdir, çünki bu faktlar heç olmamışdır. "BƏRPA-TİKİNTİ'' MMC-də iyun 2017- may 2020-ci il tarixədək dövrü əhatə edən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələri xx.xx.2021-ci il tarixli **********138368 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin səyyar vergi yoxlaması aktı qanunvericiliyin tələbləri kobud sürətdə pozulmaqla tərtib edildiyindən həmin aktı imzalamaqdan imtina edilmişdir. Bütün bunlar göstərir ki, vergi ödəyicisi "xxxx" MMCyə qarşı qərəzli mövqe tutulmuş, ona qarşı ədalətsiz və qeyri-qanuni vergilər hesablanmışdır. Heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Səyyar vergi yoxlaması aktından göründüyü kimi əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Yoxlamanın aparılma müddətinə da nəzər salsaq bunun prosessual qanun pozuntusu ilə aparılması halı mövcuddur, yəni göründüyü kimi 13 ay ərzində səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlamasının iddiaçının məntiqinə əsasən hesablamaları guya elektron fayllarda olan məlumatlarla aparılmışdır. Bu məlumatlardan iddiaçının xəbəri olmamışdır. Belə ki, bütün sənədlər vergi orqanına təqdim olunmuşdur. Əgər təqdim olunmazdırsa, vergi orqanı tərəfindən Verg i Məcəlləsinin 42.2-ci maddəsinə əsasən akt tərtib olunmalıdır. Belə akt isə tərtib olunmamışdır. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində təsbit edilmiş 30 gün olan inzibati aktın mübahisələndirməsi müddətini ötürmüşdür. İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında v ə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

8. Vergi orqanının xx.xx.2020-ci il tarixli-**********137922 nömrəli qərarına əsasən İddiaçı MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2021-ci il tarixli **********138368 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin səyyar vergi yoxlaması aktını imzalamaqdan imtina etdiyini nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 08 iyul 2020-ci il tarixli **********653500 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə yoxlama materialları baxılmaq və müvafiq rəy in verilməsi üçün Vergi auditi baş idarəsinə göndərilmişdir. Vergi auditi baş idarəsi Hüquq baş idarəsi ilə birgə xx.xx.2021-ci il tarixli **********493100 nömrəli İddiaçı MMC-də aparılan səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materiallarına dair” rəy hazırlamış və həmin rəyə əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2021-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********150747 nömrəli Qərar qəbul etmişdir. Həmin qərar xx.xx.2021-ci il tarixində vergi ödəyicisinə təqdim olunmuş, vergi ödəyicisi qərarla tanış olmuş, lakin onu imzalamaqdan imtina etmişdir. Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar bildirilmişdir ki, vergi ödəyicisi yoxlanılan dövr ərzində Bakı şəhərinin Yasamal, N əsimi rayonlarında yerləşən müxtəlif binaların fasad və həyətlərində təmirtikinti işləri ilə məşğul olmuş, Qazax rayonu ərazisində isə yeni hərbi hissə kompleksinin əsaslı tikintisini həyata keçirmişdir.

9. Mənfəət vergisi üzrə: 2017 və 2018-ci illər üzrə vergi ödəyici mənfəət vergi üzrə bəyannamə təqdim etməmişdir. 2019-cu ildə vergi ödəyicisinin gəlirləri 0,0 manat, ümumi gəlirdən çıxılmalar 498 765,62 manat, çıxılmalardan sonra ümumi gəlir - 498 756,62 manat, xərcləri isə 3 220 721,64 manat (Əmək haqqı xərcləri- 8200 manat, Sosial sığorta haqları 1845 manat, Bank xidməti üzrə xərclər- 254 231,23 manat, Borca görə faizlər- 2 954 789,54 manat, Digər xərclər- 1655,87 manat) olmuş, nəticədə 2019-cu ili vergi ödəyicisi 3 719 478,26 manat zərərlə başa vurması ilə bağlı bəyannamə təqdim etmişd ir. Vergi ödəyicisinin 2019-cu il üzrə gəliri təqdim etdiyi elektron qaimə fakturalarına əsasən 17 747 560,6 manat götürülmüşdür. Vergi ödəyicisi yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada xərcləri (gəlirlərin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin birbaşa vəzifələrinə aid edilmişdir. Qeyd olunanları nəzərə alaraq mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarının təsdiq edilməsi barədə" Qərarına əsasə n hesablanmışdır. Bununla da cəmiyyətin 2019-ci illər üzrə mənfəəti 2 957 926,77 manat, mənfəət vergisinin isə 591 585,35 (2 957 926,77*20%= 591 585,35) manat olduğu müəyyən edilmişdir. Beləliklə, azaldılmış 591 585,35 manat vergi məbləğinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 295 792,68 manat maliyyə sanksiyası hesablanmışdır.

10. Əlavə dəyər vergisi üzrə: Yoxlama dövrü ərzində vergi ödəyicisi tərəfindən bəyan edilmiş ƏDV-siz dövriyyə 25 531 649,7 manat, ƏDV məbləği 4 595 696,9 manat, əvəzləşdirilən ƏDV 3 053 182,9 (idxalda ödənilən ƏDV məbləği nəzərə alınmaqla), nəticədə dövlət büdcəsinə hesablanan ƏDV məbləği 1 542 511 manat olmuşdur. Aparılmış səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisinin ƏDV-siz dövriyyəsinin 25 131 370,9 manat, ƏDV məbləğinin 4 523 646,8 manat, əvəzləş dirilən ƏDV məbləğinin 2 985 036,1 manat (idxalda ödənilən ƏDV nəzərə alınmaqla), nəticədə dövlət büdcəsinə çatası ƏDV məbləğinin 1 538 610,7 manat olduğu müəyyən edildi. Belə ki, 3 902,46 manat artıq hesablama müəyyən edilmiş, vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi ilə əlaqədar Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri nəzərə alınmaqla 64 609,53 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa, vergi ödəyicisi 2019-cu il avqust ayında əldə etdiyi tütün və alkoqollu malları satışında əks etdirmədiyi, həmçinin yoxlama dövrünün sonunda bu mallar anbarında mövcud olmadığına görə (Vergi orqanına təqdim etdiyi izahata əsasən) Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 350000 manat məbləğində mallara ƏDV hesablanmış və bu məbləğ Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsas ən səyyar vergi yoxlaması ilə əhatə edilən sonuncu hesabat dövrünə, yəni 2020-ci ilin may ayına aid edilmişdir.

11. Ödəmə mənbəyində tutulan vergi üzrə: Yoxlanılan dövr ərzində vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan Çinin Xalq Respublikasının Honkonq şəhərində təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə əldə edilmiş mallara görə 2019-cu ilin 4-cü rübü üzrə 177 256,62 manat, 2020-ci ilin 1-rübü üzrə isə 662 349,19 manat ödəniş həyata keçirildiyi üçün həmin məbləğlərə Vergi Məcəlləsinin 13.2.16.14-1 və 125.1.9-cu maddəsinə əsasən müvafiq olaraq 2019-cu ilin 4-cü rübü üzrə 17 725,66 manat, 2020-ci ilin 1- rübü üzrə isə 66234,92 manat ödəmə mənbəyində vergi, azaldılmış məbləğlərə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 8862,83 manat və 33117,46 manat maliyyə sanksiyaları hesablanmışdır. Bundan başqa, tikinti sahəsində görülmüş tikinti-quraşdırma işlərinin həcmi, bu işlərin yerinə yetirilməsinə sərf olunan işçi qüvvəsinin (əmək tutumunun) müəyyənləşdirilməsi zərurəti yarandığından Vergi Məcəlləsinin 23 və 45-ci maddələrinə əsasən Vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********142835 nömrəli Qərar əsasında mütəxəssis dəvət edilmişdir. Mütəxəssis kimi "xxxx" MMC-nin mütəxəssisi X1 dəvət olunmuş və "xxxx" tərəfindən xx.xx.2021-ci il tarixində MB 13/1310 nömrəli rəy vergi orqanına təqdim olunmuşdur. Təqdim olunmuş rəy əsasında Vergi Məcəlləsinin 92,150 və 101.1-3-cü maddələrinə əsasən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin gördüyü işlərə görə 245.196,78 manat ödəmə mənbəyində tutulan vergi, azaldılmış vergi məbləğinə isə 122.598,39 manat maliyyə sanksiyası hesablanmışdır.

12. Məcburi dövlət sosial sığorta haqları üzrə: 2019-cu ilin 4-cü rübü üzrə məcburi dövlət sosial sığorta haqqı bəyannaməsi vergi orqanına təqdim edilməmiş və vergi ödəyicisi tərəfindən əldə olunan sənədlər əsasında "Sosial sığorta haqqında" Qanunun 14.5.2-ci maddəsinə əsasən 2019-cu ilin 4-cü rübü üzrə 10 097,25 manat məbləğ vergi uçot bazasına işləndi. 2019-cu ilin 4-cü rübü üzrə 10 097,25 manat azaldılmış məcburi dövlət sosial sığorta haqqı məbləğinə 5048,63 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa, 2020-ci ilin 1-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı barədə bəyannamələr vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilməmişdir. Vergi ödəyicisindən əldə olunan sənədlər əsasında həmin dövr üzrə "Sosial sığorta haqqında" Qanunun 14.5.2-ci maddəsinə əsasən 12616,53 manat məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sosial sığorta haqqı vergi uçot bazasına işləndi. 2020-ci ilin 1-ci rübü üzrə azaldılmış 12 616,53 manat məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı məbləğinə 6308,27 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa, tikinti sahəsində görülmüş tikintiquraşdırma işlərinin həcmi, bu işlərin yerinə yetirilməsinə sərf olunan işçi qüvvəsinin (əmək tutumunun) müəyyənləşdirilməsi zərurəti yarandığından Vergi Məcəlləsinin 23 və 45-ci maddələrinə əsasən Vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********142835 nömrəli Qərar əsasında mütəxəssis dəvət edilmişdir. Təqdim ol unmuş mütəxəssis rəyi əsasında vergi ödəyicisinin vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin gördüyü işlərə "Sosial sığorta haqqında" Qanunun 14.5.2-ci maddəsinə əsasən 437 851,39 manat məcburi dövlət sosial sığorta haqqı məbləği hesablanmış, azaldılmış həmin məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 218 925,69 manat maliyyə sanksiyası hesablanmışdır birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4277/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli **********150747 nömrəli qərarı 591.585,35 manat məbləğində mənfəət vergisinin, 83.960,58 manat məbləğində ödəmə mənbəyində tutulan verginin və 10.097,25 manat məbləğində MDSS (muzdla işləyənləri işə götürən sığorta edənlə r) və bu hesablamalara tətbiq edilmiş maliyyə sanksiyaları hissələri istisna olmaqla qalan hissədə ləğv edilmişdir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/4126 №-li xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, səyyar vergi yoxlaması ilə hesablanmış ƏDV-nin, ÖMV-nin (83960,58 manat məbləğ istisna olmaqla), muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının düzgünlüyü müəyyən olunmadı. Ekspert rəyinin ƏDV ilə bağlı tədqiqat prosesinin təsviri hissəsində göstərilmişdir ki, səyyar vergi yoxlaması zamanı inventarizasiya aparılmadan, baxış keçirilmədən mal qalığına görə vergi ödəyicisinə ƏDV hesa blanmışdır. Halbuki mal qalığının müəyyən edilməsi zamanı inventarizasiya aparılmalı və baxış keçirilməli idi. Həmçinin rəydə qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən vergi ödəyicisi tərəfindən vergi tutulan əməliyyatların vaxtının Vergi Məcəlləsinin 166-cı maddəsinə zidd aparılması müəyyən edilmədi. Ekspert rəyinin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının və ödəmə mənbəyində vergi ilə bağlı (83960,58 manat məbləğ istisna olmaqla) tədqiqat prosesinin təsviri hissəsində göstərilmişdir ki, müəssisə tərəfindən VÖEN təqdim etməyən fiziki şəxslərə göstərdiyi xidmətə görə haqq ödənilməsi barədə hər hansı ödəniş sənədi və onlarla bağlanmış müqavilə iş materiallarınd a mövcud deyil. Həmçinin Vergi Məcəlləsində ödəmə mənbəyində verginin səyyar vergi yoxlaması aktında göstərilən üsulla hesablanması nəzərdə tutulmamışdır. Məhkəmə səyyar vergi yoxlaması ilə hesablanmış 591585,35 manat məbləğində mənfəət vergisinin, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1.9-cu maddələrinə əsasən hesablanmış 83960,58 manat məbləğində ödəmə mənbəyində tutulan verginin və 10097,25 manat məbləğində MDSS- muzdla işləyənləri işə götürən sığorta edənlər üzrə hesablamanın silinməsi hissəsində iddiaçı tərəfindən təqdim edilmiş dəlillərin yetərli olmadığı, bu hissədə hesablanmış əlavə məbləğlərin ləğv edilməsi üçün əsasın müəyyən edilmədiyi qənaətinə gəlmişdir.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və id dia tələbinin tam təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1968/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə səyyar vergi yoxlaması zamanı tə rtib edilmiş rəyə şübhə ilə yanaşırdısa, məhkəmə "xxxx" MMC tərəfindən görülmüş işlərin tərkibində olan işçi sərfiyatının müəyyən edilməsi istiqamətində araşdırma apara bilərdi, çünki bu həcmdə işlərin görülməsi üçün hər bir halda iddiaçı tərəfindən müvafiq işçi qüvvə cəlb edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamələr təqdim edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, hər iki instansiyada mütəxəssis tərəfindən aparılan hesablamaların əsasları şübhə altına alınmasına baxmayaraq, sözügedən mütəxəssis prosessual fəallıq prinsipinə əsasən obyektiv həqiqətin müəyyən edilməsi üçün şahid qismində dəvət edilib dindirilməmiş, eyni zamanda cavabdeh tərəfindən təqdim edilən dəlillər də əsaslandırılmadan rədd edilmişdir.

20. Məhkəmə kollegiyası məsuliyyət qərarı ilə Verg i Məcəlləsinin 57.1 və 58.6-cı maddələri üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ləğvi əsasları barədə heç bir məlumat vermədiyi halda birinci instansiya məhkəməsinin qərarını o hissələrdə də qüvvədə saxlamış və əsassız olaraq Vergi Məcəlləsinin 57.1 və 58.6-cı maddələri üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ləğv etmişdir. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarını inzibati mübahisə üzrə tətbiq etməli olduğu halda, tətbiq etməmişdir.

21. Mal qalığına görə ƏDV hesablaması ilə bağlı məhkəmə ümumiyyətlə hər hansı münasibət bildirməmişdir. Yalnız ümumi şəkildə ekspert rəyinə istinad etməklə kifayətlənmişdir. Belə ki, ekspert qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli, **********138368 saylı səyyar vergi yoxlaması aktında, yuxarıda da göstərildiyi kimi, inventarizasiya k eçirilməməsi qeyd edilmişdir. Halbuki, mal qalığının müəyyən edilməsi zamanı baxış keçirilməli və inventarizasiya aparılmalı idi. Vergi Məcəlləsinin 23.1.3-cü maddəsinə əsasən vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvaf iq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq vergi orqanının hüquqlarına aid edilmişdir. Vergi orqanı tərəfindən ona verilmiş hər hansı hüquqdan istifadə etməməsi qanunsuz sayıla bilməz. Vergi ödəyicisi 2019-cu il avqust ayında əldə etdiyi tütün və alkoqollu malları satışında əks etdirmədiyi, həmçinin yoxlama dövrünün sonunda bu mallar anbarında mövcud olmadığına görə (vergi orqanına təqdim etdiyi izahata əsasən) Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 350000 manat məbləğində mallara ƏDV hesablanmış və bu məbləğ Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən səyyar vergi yoxlaması ilə əhatə edilən sonuncu hesabat dövrünə, yəni 2020ci ilin may ayına aid edilmişdir. Məhkəmə tərəfindən isə qeyd edilən i stiqamətdə hər hansı araşdırma aparılmamışdır.

22. Ekspert tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”na istinad edilmişdir. Ekspertin istinad etdiyi qaydalar mühasibat uçotu subyektləri tərəfindən inventarizasiya aparılması məsələlərini tənzimləyir və vergi orqanı tərəfindən inventarizasiya aparılmasına aid deyil. Belə ki, həmin qaydaların 2.2-ci bəndinə əsasən bu Qaydalar mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün təşkilatlara, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra mühasibat uçotu subyekti) şamil edilir. Ve rgi ödəyicisi 2019-cu il avqust ayında əldə etdiyi tütün və alkoqollu malları satışında əks etdirmədiyi, həmçinin yoxlama dövrünün sonunda bu mallar anbarında mövcud olmadığına görə (vergi orqanına təqdim etdiyi izahata əsasən) Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 350000 manat məbləğində mallara ƏDV hesablanmış və bu məbləğ Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən səyyar vergi yoxlaması ilə əhatə edilən sonuncu hesabat dövrünə, yəni 2020-ci ilin may ayına aid edilmişdir. Həmçinin rəydə qeyd edilmişdir ki, təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən vergi ödəyicisi tərəfindən vergi tutulan əməliyyatların vaxtının Vergi Məcəlləsinin 166-cı maddəsinə zidd aparılması müəyyən edilmədi. Göründüyü kimi, bu istiqamətdə də ekspert tərəfindən hansı araşdırmanın aparılması, ek spert tərəfindən nəyə əsasən bu nəticəyə gəlməsi qeyd edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 101.6-cı maddəsinə əsasən, ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir.

23. Ödəmə mənbəyində tutulan vergi üzrə ekspert öz rəyini onunla əsaslandırmışdır ki, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətə görə haqq ödənilməsi barədə hər hansı bir rəsmi məlumat iş materiallarında mövcud deyildir. Ekspertin həmin mülahizəsi məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının nəticəsi ola bilməzdi. Ekspert yalnız ona təqdim olunmuş sənədlər əsasında onun qarşısında qoyulmuş suala cavab olaraq hesablanmalı vergilərin məbləğini müəyyən etməli idi. Ekspert əgər hesab edirdisə ki, yalnız VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətə görə haqq ödənilməsi barədə rəsmi sənəd olduğu halda Vergi Məcəlləsinin 150.1.7-ci maddəsində nəzərdə tutulan ödəmə mənbəyində tutulan vergi məbləği hesablana bilərdi (halbuki, vergi məcəlləsində belə bir tələb yoxdur), onda qeyd etdiyi sənədlərin iş materialında olmaması əsası ilə həmin hissədə rəy verməkdən imtina edə və ya həmin hissədə rəy verilməməsinin mümkünsüzlüyünü qeyd edə bilərdi.

24. Bundan əlavə, vergi ödəyicisinə bəyannamələrin vaxtında təqdim edilməməsinə görə ümumilikdə 1360 manat maliyyə sanksiyası tətbiq edilsə də, məhkəmə tərəfindən də qeyd edilən istiqamətdə hər hansı araşdırma aparılmadan, əsaslandırılmadan qərarın həmin hissədə də ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Bundan əlavə, Vergi ödəyicindən əldə olunan sənədlər əsasında həmin dövr üzrə "Sosial sığorta haqqında" qanunun 14.5.2-ci maddəsinə əsasən 12616,53 manat məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sosial sığorta haqqı vergi uçot bazasına işlənmişdir. 2020-ci ilin 1-ci rübü üzrə azaldılmış 12 616,53 manat məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı məbləğinə 6308,27 manat maliyyə sanksiyası hesablanmışdır. Lakin apellyasiya məhkəməsi tərəfindən bu istiqamətdə də hər hansı araşdırma aparılmamışdır. Belə ki, qeyd edilən məbləğin hesablanmasına səbəb məhz vergi ödəyicisinin təqdim etdiyi sənədlər olmuşdur, həmin sənədlər iş materiallarında mövcuddur, lakin məhkəmə tərəfindən qeyd olunanlar nəzərə alınmamışdır. Bu da qərarın əsassız olduğuna dəlalət edən daha bir məqamdır.

25. Həmç inin məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Etirazın dəlillərinin əsasını iddia ərizəsində və iddianın təmin edilməsi ilə bağlı məhkəmə qərarında göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirili r. Maddə 64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsa slandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

92. Məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslar 92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır:... 92.0.3. proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar i stisna olmaqla, imtina olunduqda; Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

31. İPM-in 92.0, 92.0.3-cü maddələrinin təl əbindən göründüyü kimi, proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır.

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların üzərindən sükutla keçə bilməz.

33. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə istinad etməklə kifayətlənmiş, apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir (İPM-in 87.8-ci maddəsinin üçüncü cümləsi).

34. Bundan başqa, cavabdehin apellyasiya şikayətində göstərilən faktiki halları məhkəməni n icraat iştirakçıları ilə müzakirə etdiyinə dair işdə məlumat yoxdur (İPM-in 64.1, 68.2-ci maddələri).

35. Cavabdeh haqlı olaraq qeyd edir ki, məhkəmə səyyar vergi yoxlaması zamanı tərtib edilmiş rəyə şübhə ilə yanaşırdısa, "xxxx" MMC tərəfindən görülmüş işlərin tərkibində olan işçi sərfiyatının müəyyən edilməsi istiqamətində araşdırma apara bilərdi, çünki bu həcmdə işlərin görülməsi üçün hər bir halda iddiaçı tərəfindən müvafiq işçi qüvvəsi cəlb edilmişdir. Cavabdeh tərəfindən təqdim edilən dəlillər əsaslandırılmadan rədd edilmişdir.

36. Məhkəmə kollegiyası bununla bağlı əlavə olaraq qeyd edir ki, yerinə yetirilmiş işlərin qəbulu aktlarında (Forma 2) görülmüş işlərlə bağlı məlumatların özünün mübahisə predmeti olduğuna dair işdə məlumat yoxdur. Başqa sözlə, əgər yerinə yetirilmiş işlərin qəbulu aktlarında görülmüş işlərin həcmi və tərkibi barədə məlumatları müqavilə tərəfləri mübahisələndirməmiş, vergi orqanı da öz növbəsində həmin məlumatların mötəbərliyini qəbul etmişdir, lakin həmin həcmdə işlərin görülməsinə sərf olunmuş əmək tutumunun həcmi və bundan irəli gələn vergi öhdəliyinin məbləği mübahisəlidirsə, məhkəmənin araşdırması da məhz həmin halların müəyyən edilməsinə yönəlməli, ekspert və mütəxəssis rəyləri işdəki digər sübutlarla, habelə apellyasiya instansiyası məhkəməsində əldə edilmiş digər sübutlarla birgə araşdırılmalı və qiymətləndirilməli idi.

37. Bundan başqa, cavabdehin təkrarlanan digər dəlili ondan ibarətdir ki, məhkəmə kollegiyası məsuliyyət qərarı ilə Vergi Məcəlləsinin 57.1 və 58.6-cı maddələri üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ləğvi əsaslar ı barədə heç bir məlumat vermədiyi halda, birinci instansiya məhkəməsinin qərarını o hissələrdə də dəyişdirilmədən saxlamış, Vergi Məcəlləsinin 57.1 və 58.6-cı maddələri üzrə tətbiq edilmiş maliyyə sanksiyaları əsassız olaraq ləğv edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarını inzibati mübahisə üzrə tətbiq etməli olduğu halda, tətbiq etməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi mal qalığına görə ƏDV hesablaması ilə bağlı işin hallarını tam və hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin həmin hallarla bağlı dəlillərinə münasibət bildirməmişdir.

39. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, vergi ödəyicisi 2019-cu il avqust ayında əldə etdiyi “tütün və alkoqollu malları satışında” əks etdirmədiyi, həmçinin yoxlama dövrünün sonunda bu mallar anbarında mövcud olmadığına görə Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 350000 manat məbləğində mallara ƏDV hesablanmış və bu məbləğ Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən səyyar vergi yoxlaması ilə əhatə edilən sonuncu hesabat dövrünə, yəni 2020-ci ilin may ayına aid edilmişdir. Məhkəmə tərəfindən isə qeyd edilən istiqamətdə hər hansı araşdırma aparılmamışdır.

40. Cavabdeh şikayətində bəyan edir ki, mal qalığının olmadığını vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi izahata əsasən müəyyən etmişdir.

41. Məhkəmə kollegiyası razılaşır ki, həmin dəlilə apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı münasibət bildirilməmiş, mal qalığı ilə bağlı məsələ açıq qalmışdır. Cavabdeh eyni məzmunlu həmin dəlillərə kassasiya şikayətində də istinad etmişdir.

42. Cavabdeh qeyd edir ki, ekspert ödəmə mənbəyində tutulan vergi üzrə rəyini onunla əsaslandırmışdır ki, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətə görə haqq ödənilməsi barədə hər hansı bir rəsmi məlumat iş materiallarında mövcud deyildir. Ekspertin həmin mülahizəsi məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının nəticəsi ola bilməzdi. Ekspert yalnız ona təqdim olunmuş sənədlər əsasında onun qarşısında qoyulmuş suala cavab olaraq hesablanmalı vergilərin məbləğini müəyyən etməli idi. Ekspert əgər hesab edirdisə ki, Vergi Məcəlləsinin 150.1.7-ci maddəsində nəzərdə tutulan ödəmə mənbəyində tutulan vergi məbləği yalnız VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətə görə haqq ödənilməsi barədə rəsmi sənəd olduğu halda hesablana bilərdi, bu halda, həmin sənədlərin iş materialında olma ması əsası ilə həmin hissədə rəy verməkdən imtina edə və ya həmin hissədə rəy verilməməsinin mümkünsüzlüyünü qeyd edə bilərdi.

43. Bundan əlavə, apellyasiya şikayətinin dəlillərinə görə, vergi ödəyicisinə bəyannamələrin vaxtında təqdim edilməməsinə görə ümumilikdə 1360 manat maliyyə sanksiyası tətbiq edilsə də, məhkəmə tərəfindən də qeyd edilən istiqamətdə hər hansı araşdırma aparılmadan, əsaslandırılmadan qərarın həmin hissədə də ləğv edilməsi barədə qərar qəbul edilmişdir.

44. Cavabdeh apellyasiya şikayətində işin yuxarıda qeyd olunan ziddiyyətli hallarına diqqət çəksə də, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilərinə hər hansı münasibət bildirməmiş, bu dəlilləri qəbul etməməsinin səbəblərini göstərməmiş, bununla bağlı qənaətini əsaslandırmamışdır.

45. Beləliklə, apellyas iya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin (İPM-in 12.1, 58.7, 64.1, 68.2, 82, 87.8-ci maddələri) tələbləri pozulmuşdur. Dinlənilmə hüququnun təmin edilməsi vəzifəsinin yerinə yetirilməməsi isə İPM-in 92.0.3-cü maddəsinə əsasən, məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsasdır.

46. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

47. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

48. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsinin qərarı iddianın rədd edilməsi hissəsində mübahisə predmeti olmamışdır. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi, həmçinin iddianın rədd edilən hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarına münasibət bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq səyyar vergi yoxlaması ilə hesablanmış 591.585,35 manat məbləğində mənfəət vergisinin, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1.9-cu maddələrinə əsasən hesablanmış 83.960,58 manat məbləğində ödəmə mənbəyində tutulan verginin və 10.097,25 manat məbləğində MDSS-muzdla işləyənləri işə götürən sığorta edənlər üzrə hesablamanın silinməsi hissəsində iddiaçı tərəfindən təqdim edilmiş dəlillərin yetərli olmadığı, bu hissədə hesablanmış əlavə məbləğlərin ləğv edilməsi üçün əsasların müəyyən edilmədiyi və buna görə də iddia tələbinin qismən təmin edilməli olduğu qənaətinə gəlmişdir.

49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1968/2023 nömrəli qərarı ləğv edilir. İş iddianın təmin edilən hissəsinə münasibətdə təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar