Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2461/2019 21.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2461/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil və cavabdehin vəkili X1 iştirakları, E.Lətifovun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı borcun əmlakın satılması yolu ilə tutulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-993/2019 saylı qərardadından iddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş idarəsi Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin fəaliyyətinin dayandırılması və 01 yanvar 2018-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə 60182,10 manat məbləğində b orcun əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK-nın xxxx 2018-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə 60.182,10 manat məbləğində borcu yaranmışdır. DSMF Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş idarəsi tərəfindən cavabdehə borcla bağlı xxxx 2018-ci il tarixli bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqlara əməl olunmadığına görə hesablaşma hesablarına xxxx 2018-ci il tarixli 188/**********, 188/**********, 188/**********, 188/********** saylı sərəncamlar qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xxxx 2003-cü il tarixli 909 nömrəli Fərmanının 5-ci bəndinə əsasən təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün müəssis ə və təşkilatların rəhbərləri məcburi dövlət sosial sığorta haqlarının əmək haqları ödənişləri ilə eyni vaxtda DSMF-yə tam ödənilməsinə şəxsən məsuliyyət daşıyırlar. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqını vaxtında ödəməyən və ya ödənilməsini gecikdirən sığortaedənə DSMF-nin yerli orqanları tərəfindən xəbərdarlıq edilir. Xəbərdarlıq müddətində bu hərəkətlər sığortaedən tərəfindən aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürülmə əməliyyatlarının aparılması qanunvericiliklə müəyyən olunmuş qaydada dayandırılır. Ödəmə qabiliyyəti olmayan sığortaedənlərin əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borcların ödənilməsi üçün iddia qaldırır. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1 (82)-3662/2018 saylı qərarı ilə iddia qismən təmin edilərək Cavabdeh MTK-nın xxxx 2018-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə 60.182,10 manat məbləğində borcunun əmlakının satılması yolu ilə ondan tutularaq iddiaçı DSMF Bakı şəhəri hüquqi şəxslərlə iş idarəsinin xeyrinə ödənilməsi qərara alınmışdır (hakim – R.Kərimli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-993/2019 saylı qərardadı ilə iş üzrə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş idarəsi əsl iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz edilm işdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-993/2019 saylı qərardadı ilə (sədrlik edən İ.B.Əhmədov, hakimlər S.S.Seyidova və V.M.Məmmədov) Cavabdeh Mənzil-Tikinti Kooperativinin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3662/2018 saylı, xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “borcun əmlakın satılması yolu ilə tutulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadından iddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadın ın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iş üzrə təqdim olunan sübutlar düzgün qiymətləndirilməyərək prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir, VM-in: 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir; 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakı siyahıya alına bilər. VM-in 23.1.15-1-ci maddəsi vergi orqanlarının vergilər (eləcə də, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı) üzrə borcların, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququnun olduğunu təsbit edir. Tərəflərin izahatları İddiaçının vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə ed ərək, onun təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin vəkili X2 məhkəmə iclasında kassasiya şikayətinə etirazın dəlillərinə etiraz edərək, kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərardadın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instan siyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil və cavabdehin vəkili X1 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-993/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının tələbi cavabdehin fəaliyyətinin dayandırılması və xxxx 2018-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə 60.182,10 manat məbləğində borcun əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulmasından ibarətdir və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraqsa iddiaçı yalnız siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə iddia ilə məhkəməyə müraciət edə bilərdi. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. “Sosial sığorta haqqında” xxxx 1997-ci il tarixli Azərbaycan Respublikası Qanununun 9 və 11-ci maddələri ilə sığortaçının üzərinə sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, sığorta olunanın üzərinə isə sosial sığorta haqqını vaxtında ödəmək vəzifələri qoyulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90-cı maddəsinə görə, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər (90.1). Vergi ödəyicisinin siyahıya alınmış əmlakının əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdı rılmış təşkilat tərəfindən ixtisaslaşdırılmış açıq hərraclarda satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi icra məmuru tərəfindən təmin edilir (90.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu da «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» xxxx 2011-ci il tarixli Qərarında göstərmişdir ki, «…Vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edil miş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VMdə vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının s iyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə VM-in 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Belə ki, VM-in 90.1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisinin öhdəliklərinin icra edilməsi məqsədilə məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin qeyd olunan hüququn təmin edilməsi üçün vergi ödəyicisinin əmlakı VM-in 89.1-ci maddəsinin tələblərinə görə siyahıya alınmalıdır.» Digər tərəfdən, VM-in 90.2-ci maddəsinə görə, Məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra - MPM) müəyyən edilmiş qaydada baxır. MPM-in 26.2.8-ci maddəsində də, «vergi ödəmələri barədə, habelə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə mübahisələr»in inzibati-iqtisadi məhkəmədə baxılan iqtisadi mübahisələrə aid olduğu göstərilmişdir. AR Vergi Məcəlləsinin 23.1.7-ci maddəsinə görə, vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanlarının hüquqlarıdır. Adıçəkilən normadan göründüyü kimi, vergi orqanının VM-in 65-ci maddəsində təsbit olunan sərəncamı icra (ödəniş) sənədi olmaqla, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2, 2.0.11, 64 və 81-ci maddələri anlamında icrası məcburi olan, barəsində çıxarılmış şəxsin hüquqi vəziyyətində neqativ dəyişikliklər yaradan, onun hüquqlarını məhdudlaşdıran əlverişsiz (yükləyici) inzibati aktdır, sərəncamın icrası banklar üçün də məcburi olduğu üçün vergi ödəyicilərinin hesablarından borcların dövlət büdcəsinə alınması üçün, əlavə olaraq hər hansı məhkəmə qərarına ehtiyac duyulmadan, kredit təşkilatlarına təqdim edilməsi kifayətdir. «İnzibati icraat haqqında» AR Qanununun 82-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir (82.1). İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur (82.2). Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır (82.3): borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması (82.3.1); pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi (82.3.2); inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi (82.3.3). Qeyd olunan normanın mübahisəyə tətbiqi göstərir ki, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati icraat haqqında» AR Qanununu öz fəaliyyətində rəhbər tutmalı olan inzibati orqan kimi iddiaçı da sözüg edən qanunvericilik aktının tələblərinə əməl etməklə, öz hüquq və vəzifələrinin həyata keçirilməsində ən səmərəli, qənaətli və effektiv imkanlardan istifadə etməlidir. Bu mənada, hazırkı iddia ilə tələb olunan borc məbləğinin tutulması barədə inzibati akt (qərar) qəbul edərək, iddiaçı onun icraya yönəldilməsini və icrasını təmin etməli idi. Həmçinin, “Sosial sığorta haqqında” AR Qanununu 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosia l sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra - VM) vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. VM-in 1.4-cü maddəsinə görə isə, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müdd əaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Bu kontekstdə, VM-in: 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir; 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tə tbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakı siyahıya alına bilər. VM-in 23.1.15-1-ci maddəsi ümumi qaydada vergi orqanlarının vergilər (eləcə də, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı) üzrə borcların, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququnun olduğunu təsbit edir, bu hüququnun realizə imkanı və qaydaları isə VM-in 89 və 90-cı maddələri ilə tənzimlənir. Apellyasiya Məhkəməsi iş üzrə düzgün olaraq qeyd etmişdir ki, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehti mal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbu l edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Apellyasiya məhkəməsi iş materiallarına istinad etməklə iddianın mümkün sayılmaması barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hazırkı iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermədiyindən, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının Azərbaycan Respublikası İPMnin 35-ci maddəsinin tələbinə əsasən mümkün olm adığını, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında vurğulanmış hüquqi mövqeyi nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-993/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-993/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2461/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2461/2019
21.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver