Məhkəmə qərarları › İş №2-1(102)-2462/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2462/2019

18.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2462/2019 18.09.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə (Açar söz: əmək qabiliyyətinin olmaması vərəqəsi əsasında müavinətin ödənilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı və vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı müavinətin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2-1(103)-873/2019 nömrəli qərarından İdd iaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18.09.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X5 İdarəsinin direktoru X1 25 avqust 2016-cı il tarixli yazılı müraciətinə 09 avqust 2018-ci il tarixli, **********0 nömrəli cavab məktubunun qanunsuz və əsassız hesab edilməsi, məcburetmə haqqında iddia vasitəsi ilə arzuladığı qanunamüvafiq inzibati aktı qəbul etmək, yəni, işçisi olduğu Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının ödənişsiz məzuniyyət dövrünə düşən iş günlərinin çıxıla n iş günlərinə aid edilməsi əsasında hesablayaraq vaxtında təqdim etdiyi 782315, 472784, 031015, 149980 və 940488 nömrəli X3 vərəqələri əsasında Məcburi Dövlət Sığortası üzrə 14 təqvim günündən sonraya aid müavinətin 6083,54 manat, ödənilməmiş qalığının sığortaolunan İddiaçı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun 2014-2015-ci illərdə işlədiyi təşkilat tərəfindən cavabdehə təqdim edilmiş əmək qabiliyyətinin olmaması barədə 031015 saylı, 940488 saylı, 149980 saylı, 472784 saylı, 782315 saylı, 472784 saylı vərəqələr əsasında ona 12234,89 müavinət ödənilməli olduğu halda, 25.05.2016-cı il tarixdə səhv hesablama aparılaraq 6151,44 manat müavinət ödənilmişdir. İddiaçı həmin ƏQO vərə qələrinin yenidən hesablanması, mərhələlərlə deyil, tam olaraq ödənilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4239/2018 saylı 04 dekabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı ambulator müalicə zamanı verilmiş 031015, 940488, 149980, 782315 və 472784 saylı əmək qabiliyyətinin olmamasına dair vərəqələr üzrə 14 təqvim günündən sonraya aid sosial sığorta ödənişlərinin həyata keçirilməsi (qanunvericiliyə uyğun hesablanmaqla) və həmin məbləğin (6053 manat 54 qəpik) ödənilməmiş qalığının iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər də iş günlərinin sayından çıxarılmalıdır. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövr onun əmək haqqı almadığı və beləliklə, barəsində məcburi dövlət sosial sığorta haqları hesablanmadığı dövrə aiddir. Belə olan halda isə müəyyən olunur ki, həmin dövrdə orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından çıxılmalıdır. İddiaçıya verilmiş 031015, 940488, 149980, 782315 və 472784 saylı əmək qabiliyyətinin olmaması vərəqələri etibarsız hesab edilmədiklərindən qüvvədədirlər və buna görə də həmin vərəqələrə əsasən iddiaçıya müavinət ödənilməlidir. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4239/2018 saylı 04 dekabr 2018-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X5 İdarəsi ap ellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-873/2019 nömrəli 24 aprel 2019-cu il tarixli qərarı ilə cavabdeh (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 06.02.2019-cu il tarixli əmri ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X5 İdarəsi ləğv edildiyindən məhkəmənin 06.03.2019-cu il tarixli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X5 İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmişdir.) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2-1(81)-4239/2018 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edi lməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının işdə olan əmək qabiliyyətinin olmaması barədə vərəqlərinin “haqq-hesab hissəsi”ndən görünür ki, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrdə qazancı olmamış və məcburi dövlət sosial sığorta haqqı hesablanmamışdır. Belə olan halda iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrün iddiaçının orta gündəlik qazancının hesablanması zamanı iş günlərinin sayından çıxılması Əsasnamənin qeyd olunan İİ-ci hissəsinin 28-ci bəndinin 9-cu abzasının tələbinə ziddir. Nəzərə alınsa ki, mübahisələndirilən xəstəlik vərəqələri üzrə iddiaçıya əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedən tərəfindən Əsasnamənin qeyd olunan tələbinə zidd olaraq artıq hesablanıb ödənilmişdir, qalan günlər üçün ona məcburi dövlət sosial s ığorta haqları hesabına müavinət ödənilməsi istisna edilir. Eyni zamanda, iddiaçıya əmək qabiliyyətinin olmaması barədə vərəqələr müxtəlif tibb müəssisələrindən verilmişdir, bu isə qanunvericiliyinin tələblərinə ziddir. Bakı Apellyasiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2-1(103)-873/2019 nömrəli qərarından İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsinin qərarı qüvvədə olan normalara uyğun əsaslandırılmamış, bundan əvvəlki analoji tələbə baxarkən özlərinin istinad etdikləri maddi hüquq normalarının, nümayiş etdirdikləri hüquqi mövqeyin, həmçinin Ali Məhkəmənin hüquqi mövqeyinin əksinə gedilmişdir. Belə ki, ilk növbədə iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xəstəliq vərəqələri mübahi sələndirilməmiş, hətta həmin vərəqələr əsasında ödəniş edilmişdir. Lakin ödəniş məbləği düzgün hesablanmamış, hesablama zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin 21(102)-1272/2018 saylı 21.06.2018-ci il tarixli qərarında göstərilmiş mövqeyin (Müavinətin məbləği hesablanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin müdəaları əsas götürülməli, bu zaman ödənişsiz məzuniyyət müddətinin orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından çıxılan dövrə aid olunduğu nəzərə alınmalıdır) ziddinə gedilmişdir. X2 Məcəllənin 87.8, 92.0.6, 96-cı maddələrinə istinad edərək şikayətin təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-873/2019 nömrəli 24 aprel 2019-cu il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili Vəkil1 Bakı Apellyasiya Məhkəməsinin 24 aprel 2019-cui il tarixli 2-1(103)-873/2019 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin 24 aprel 2019-cui il tarixli 2-1(103)-873/2019 nömrəli qərarının dəyişdirilmədən saxla nılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin 21(103)-873/2019 nömrəli 24 aprel 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X5 İdarəsinin direktoru X1 25 avqust 2016-cı il tarixli yazılı müraciətinə 09 avqust 2018-ci il tarixli, **********0 nömrəli cavab məktubunun qanunsuz və əsassız hesab edilməsi, məcburetmə haqqında iddia vasitəsi ilə arzuladığı qanunamüvafiq inzibati aktı qəbul etmək, yəni, işçisi olduğu Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının ödənişsiz mə zuniyyət dövrünə düşən iş günlərinin çıxılan iş günlərinə aid edilməsi əsasında hesablayaraq vaxtında təqdim etdiyi 782315, 472784, 031015, 149980 və 940488 nömrəli X3 vərəqələri əsasında Məcburi Dövlət Sığortası üzrə 14 təqvim günündən sonraya aid müavinətin 6083,54 manat, ödənilməmiş qalığının sığortaolunan İddiaçı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsidir. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı öz iddia ərizəsində (iş v.3), həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X5 İdarəsinə ünvanladığı 06.08.2019-cu il tarixli ərizədə (iş v.6) qeyd etmişdir ki, 782315, 472784, 031015, 149980 və 940488 nömrəli əmək qabiliyyətinin olmaması vərəqə ləri əsasında cəmi 6151,47 manat ödəniş aparılmışdır. Bundan əlavə, iddiaçı 06.08.2019-cu il tarixli ərizədə cavabdehdən 471036, 081756, 081447, 474178, 473244, 470561 saylı vərəqələr üzrə sosial sığorta ödənişlərinin, həmçinin 782315, 472784, 031015, 149980 və 940488 nömrəli əmək qabiliyyətinin olmaması vərəqələri əsasında ödənişlərin məhkəmə qərarlarının göstərişlərinə əməl etməklə yenidən hesablanıb tam olaraq ödənilməsini xahiş etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X5 İdarəsinin 09.08.2018-ci il tarixli **********0 saylı cavab məktubunda qeyd edilmişdir ki, “06.08.2018-ci il tarixli 20 saylı məktuba əsasən bildirilir ki, Əhmədli tibbi Sanitar Hissəsində ambulator müalicə zamanı verilmiş 471036, 081756, 081447, 474178, 473244 və 470561 saylı əmək qabiliyyətinin olmaması vərəqələri üzrə 14 təqvim günündən sonraya aid sosial sığorta ödənişlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətinin müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”-nin qüvvədə olan qaydalarına müvafiq olaraq hesablanıb iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X5 İdarəsini üzərinə qoyulmuşdur. Tərəfindən 081497 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə yuxarıda qeyd o lunan qərara uyğun olaraq 02 avqust 2018-ci il tarixdə ödəniş aparılmışdır, digər xəstəlik vərəqələrinə əsasən ödənişlərin icrası ardıcıl olaraq 5 ay ərzində tam təmin olunacaqdır.” Göründüyü kimi, iddiaçının müraciətinə cavabdeh tərəfindən imtina verilməmiş, xəstəlik vərəqələrinə əsasən ödənişlərin icrasının ardıcıl olaraq 5 ay ərzində tam təmin olunacağı qeyd edilmişdir. Bundan əlavə, iddiaçı öz iddia tələbində 25 avqust 2016-cı il tarixli yazılı müraciətinə 09 avqust 2018-ci il tarixli, **********0 nömrəli cavab məktubunun qanunsuz və əsassız hesab edilməsini xahiş etsə də, iş materiallarında 25 avqust 2016-cı il tarixli yazılı müraciətin özü və 25 avqust 2016-cı il tarixli yazılı müraciətə 09 avqust 2018-ci il tarixli, **********0 nömrəli cavab məktubu mövcud deyildir. İş materiallar ında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X5 İdarəsinin 09.08.2018-ci il tarixli **********0 saylı məktubu isə iddiaçının 06.08.2018-ci il tarixli 20 saylı məktubuna cavab olaraq verilmişdir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi yuxarıda sadalanan prose ssual hüquq normalarının tələblərinə riayət etməməklə işə baxmış və qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyas ı QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2-1(103)-873/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar