Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2462/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “vergi məsuliyyətinə cəlb etmə barədə qərarın mübahisələndirilməsi, operativ vergi yoxlaması, əmək müqaviləsi olmadan işçinin işlərin yerinə yetirilməsinə cəlb edilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikası İ qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2176/2023 nömrəli, 9 iyun 2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə VM-nin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödə nilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 002494 №li xx.xx.2021-ci il tarixli aktdan və akta əlavədən görünür ki, BŞLGBİ-nin xx.xx.2021-ci il tarixli, DVX seriyalı **********0624 №-li qərarına əsasən İddiaçı məxsus obyektdə (ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayı”) keçirilən operativ vergi nəzarəti nəticəsində 02 avqust 2021-ci il tarixdə saat 18:00-da təqdim edilmiş əmək müqaviləsi bildirişlərinə əsasən ictimai – iaşə obyektində cəlb olunmuş 44 (qırx dörd) fiziki şəxsdən 30 (otuz) nəfər fiziki şəxsin (X33, X7, X21, X12, X8, X44, X9, X13, X22, X45, X2 Zərqələm Həsən qızı, X15, X27, X46, X56, X34, X5, X35, X47, X36, X48, X57, X28, X29, X23, X3, X 49, X58, X30, X50,) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktı aşkar olunmuş və bununla bağlı İddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi ödəyicisi və ya səlahiyyətli nümayəndəsi yoxlamada iştirak etmədiyindən aktı imzalatmaq və bir nüsxəsini təqdim etmək mümkün olmamışdır.
2. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrak tı) hüquqi qüvvəyə minmədən 30 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 60000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. 3. “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********99614 №-li tələbnamə ilə İddiaçı 60000 manat vəsaitin xx.xx.2021-ci il tarixədək ödənilməsi tələb olunmuşdur.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 31 mart 2022-ci il tarixli Q2200887 say lı qərarı ilə “Fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi obyektdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 30 nəfərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə Azərbaycan Cinayət Məcəlləsinin 162.1.1-ci maddəsi ilə cinayət işi başlanılması qərara alınmışdır. 5. “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” 18 avqust 2022-ci il tarixli qərarla: Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxsləri, yəni 29 nəfər şəxsi müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə fərdi sahibkar İddiaçı barəsində istintaqı aparılan ********* nömrəli cina yət işi üzrə icraata, bu cür əməli ilk dəfə törətməsi, işçilərlə əmək münasibətlərini rəsmiləşdirməsi, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə borcunun olmaması ilə əlaqədar, cinayət qanunu müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olunduğundan, Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilməsi; fiziki şəxs İddiaçı oğluna məxsus şadıq evində X33, X7, X21, X12, X8, X44, X9, X13, X22, X45, X63, X14, X15, X27, X46, X56, X34, X5, X35, X47, X36, X48, X57, X28, X29, X23, X3, X49, X58, X30, X24 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri nəticəsində ödənilmədikdən yayındırılmış 1138,35 manat m əbləğində işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində olan hesabatlarına alınması, habelə gələcəkdə analoji halların baş verməsinin qarşısının alınmasından ötrü vergi ödəyicisi tərəfindən təqdim olunan bəyannamələrin nəzarətdə saxlanılması və işçi sayında azalma olduğu halda, məlumatın dəqiqləşdirilməsi məqsədilə zəruri tədbirlərin görülməsinin Bakı şəhəri LGBİ-yə tapşırılması qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində 60.000 manat məbləğində maliyyə sanksiyasının tətbiq e dilməsinə dair cavabdehin xx.xx.2021-ci il tarixli, **********9613 saylı qərarının ləğv edilməsi və vergi məsuliyyətinə cəlb etmənin xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiа оnunlа əsаslаndırılmışdır ki, cavabdeh tərəfindən iddiaçı barəsində operativ vergi yoxlamasının həyata keçirilməsi nəticəsində xx.xx.2021-ci il tarixli, 002494 nömrəli akt qəbul edilmiş, sözügedən akt əsasında isə xx.xx.2021-ci il tarixli, **********9613 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsinə dair ” qərar qəbul edilmişdir. **********9613 saylı qərarın hüquqi əsasını təşkil edən xx.xx.2021-ci il tarixli, 002494 nömrəli akt qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, sözügedən qərarın hüquqi əsası olaraq göstərilmiş x x.xx.2021-ci tarixli aktda vergi ödəyicisi İddiaçı tərəfindən 30 nəfər şəxsin əmək müqaviləsi bağlanılmadan işə cəlb edildiyi qeyd edilmişdir. Halbuki həmin akt tərtib edilən zaman iddia edilən 30 nəfər şəxsin yalnız 22 nəfərindən izahatı alınmış və aktlaşdırılmışdır. Sözügedən aktda geri qalan 8 nəfər ilə bağlı izahatlar öz əksini tapsa belə, həmin şəxslər tərəfindən izahatlar imzalanmamışdır. Aktda həmin şəxslərin ad və soyadları, şəxsiyyət vəsiqələrinin FİN kodu qeyd edilməsinə baxmayaraq, həmin şəxslər ilə aralarında nəinki xidmət münasibətləri, hətta əyani tanışlıq belə mövcud olmamışdır. Nəticədə, nə həmin şəxslərin kim olduğu, nə də onların törədildiyi iddia edilən qanun pozuntusunun tərkib hissəsi olmasının necə müəyyən edildiyi məlum deyildir. Akt yalnız akta imza atan şəxslər üçü n dəlil olaraq qəbul edilir. Bu səbəblə həmin şəxslərlə münasibətdə qanun pozuntusuna yol verilməsi ilə bağlı iddialar inzibati orqan tərəfindən sübuta yetirilməlidir. Bu baxımdan aktın həmin şəxslərə dair hissəsində iddianı birmənalı olaraq qəbul etmirlər. İkincisi, vergi ödəyicisi ilə onun tərəfindən isə cəlb edilmiş şəxslər arasında əmək müqaviləsinin olmaması qanun pozuntusunun mövcudluğu üçün əsas deyildir. Belə ki, vergi ödəyicisi ilə işə cəlb edilmiş şəxslər arasında hansı münasibətin olmasının müəyyən edilməsi üçün həmin münasibətin xarakterinə nəzər yetirilməlidir. Əgər münasibət davamlı xarakter daşıyarsa, vergi ödəyicisi ilə şəxslər arasında əmək müqaviləsi, müvəqqəti xarakter daşıdıqda isə xidmət müqaviləsi bağlanmalıdır. Vergi ödəyicisi ilə həmin şəxslər arasında əmək münasibə tlərinin deyil, xidmət müqaviləsi münasibətlərinin olduğu aşağıda qeyd edilmiş 2 nüansla təsbit olunur: Vergi orqanı tərəfindən tərtib edilmiş 002494 nömrəli akta əsasən 22 nəfər şəxsdən götürülmüş izahatlardan da göründüyü kimi 4 nəfər şəxs xaricində, digər şəxslərlə vergi ödəyicisi arasında günlük şifahi xidmət müqavilələri olmuşdur. Yalnız 4 nəfər şəxs ilə vergi ödəyicisi arasında aylıq əmək münasibətləri mövcud olmuşdur. Vergi orqanının təzyiqləri nəticəsində xidmət müqaviləsi ilə işə cəlb edilmiş şəxslər vergi ödəyicisi tərəfindən əmək müqaviləsi əsasında işə daxil edilmələrinə baxmayaraq, 2-3 gün sonra onlarla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Çünki həmin şəxslərlə faktiki olaraq əmək münasibətləri mövcud olmamış və yalnız vaxtaşırı olaraq hər hansı bir xidmət göstər dikləri təqdirdə onlara xidmət haqqı ödənilmişdir. Bu baxımdan sözügedən şəxslərlə vergi ödəyicisi arasında xidmət müqaviləsi əsasında yaranmış münasibətlərin mövcudluğu nəzərə alınmadan əmək müqaviləsinin olmaması səbəbi ilə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsinin hər hansı qanuni və hüquqi əsası mövcud deyildir. Vergi orqanının vergi ödəyicisi ilə isə cəlb edilmiş şəxslər arasında yaranmış münasibətlərin yalnız əmək münasibəti ola biləcəyi barəsində məsələyə yaxınlaşması tamamilə qanunaziddir. Belə ki, 002494 nömrəli aktın tərtib edilməsinə əsas hesab edilən vergi yoxlamasının keçirilməsinin səbəbi əmək müqaviləsi bağlamadan vergi ödəyicisi tərəfindən işçinin işə cəlb edilib-edilməməsi olmuşdur. Dolayısı ilə vergi yoxlamasının həyata keçirilməsi prosesi zamanı yoxlama predmeti xa ricinə çıxılması yolverilməz hesab edilmiş və əmək müqavilələrinin mövcud olmadığı qənaətinə gəlinmişdir. Bu səbəbdən dolayı vergi ödəyicisi ilə həmin şəxslər arasında əmək münasibəti xaricində digər münasibətin olması ehtimalı nəzərə alınmayaraq, vergi ödəyicisi inzibati məsuliyyətə cəlb edilmiş və nəticədə vicdanlı və ədalətli davranış prinsiplərinə zidd addım atılmışdır. Həmin şəxslər arasında əmək müqaviləsi əvəzinə, xidmət müqaviləsi bağlandığı halda AR mülki qanunvericiliyinin tələblərinə əsasən tərəflərin hər hansı bir forma şərtinə əməl etməsi zəruri hesab edilməmişdir. Eləcə də, tərəflər arasında bağlanmış xidmət müqaviləsinin hər hansı tələblərə cavab verməsi nəzərdə tutulmamışdır. İddiaçı odlunun məsuliyyətə cəlb edilməsi yalnız o halda mövcud ola bilərdi ki, vergi yoxlaması isə cəlb edilmiş şəxslərin məhz sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbzinin olub-olmamasına dair həyata keçirilmiş olsun. Nəticədə sözügedən akt tərtib edildiyi əsas üzrə deyil, təqdim etdiyi əsas üzrə tərtib edilmiş olsa idi, bu halda qismən də olsa vergi orqanının mövqeyi haqlı hesab edilə bilərdi. Lakin onu da diqqətə almaq lazımdır ki, AR Vergi Məcəlləsinin 221.8.5-ci maddəsinə əsasən sözügedən qəbzin əldə edilməli olması barəsində 29 noyabr 2019-cu il tarixli, 1704-VQD nömrəli dəyişiklik edilmiş və dəyişiklikdən çox qısa zaman sonra isə COVİD-19 pandemiyası səbəbi ilə İddiaçı vergi orqanında qeydiyyata alındığı xidmət sferası üzrə fəaliyyət müvəqqəti olaraq dayandırılmışdır. Nəticədə, vergi qanunvericiliyində edilmiş bu dəyişiklik praktikada tətbiq edilməməsi səbəbindən aktual hesab edilməmişdir. Bu halda belə, əgər vergi ödəyicisi sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında 10 (on) manat dəyərində olan qəbzin əldə edilməməsi səbəbindən ona həmin məbləğin 200 mislindən daha çox məbləğdə cərimə tətbiq ediləcəyini bilsə idi, o zaman tərəddüdsüz müvəqqəti xarakterli olmasına baxmayaraq işə cəlb etdiyi şəxslərlə də əmək müqaviləsi imzalamış olardı. Hazırki vəziyyətdə isə vergi orqanlarının vergi ödəyicisinə onun törətmiş olduğu qanun pozuntusunun əsl dəyərinin qat-qat daha çox misli həcmində cərimələrin tətbiq edilməsinə dair yaxınlaşması nəticəsində azad sahibkarlıq subyektlərinin fəaliyyətinin inkişafına birmənalı olaraq maneə yaranır və hətta bu vergi mənbəyinin bilərəkdən məhv edilməsinə səbəb olur. Beləliklə, Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən vergilər iqtisadi əsasa malik olmalı, konstitusion hüquq və azadlıqların həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilməməli, eləcə də vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir.
8. Cavabdeh iddiaya dair etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmiş və qeyd etmişdir ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunanlara əsasən Baş İdarənin İstintaq və təhqiqat idarəsinin 2-ci şöbəsinin böyük müstəntiqi, 1-ci dərəcəli hüquqşünas Sərxan Cəfərov tərəfindən fərdi sahibkar İddiaçı (VÖEN: **********) fəaliyyət göstərdiyi - ünvan 2 ünvan da yerləşən “Dəniz” şadlıq sarayında keçirilmiş operativ vergi nəzarəti zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 30 (otuz) nəfərin, müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə CM-nin 162-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin istintaqı aparılır. Həmin cinayət işi üzrə 28 nəfər işçi şahid qismində istintaqa verdikləri ifadələrində qeyd edilən şadlıq sarayında xx.xx.2021-ci il tarixdə və həmin tarixdən əvvəl əmək müqaviləsi olmadan işlərə cəlb edildiklərini, onlara işə götürülən zaman işəgötürən tərəfindən heç bir mülki və ya əmək müqaviləsinin təklif edilmədiyini göstərmişlər. Digər iki nəfər işçi, yəni X49 və X44 hazırda müddətli həqiqi hərb i xidmətdə olduqları üçün onların dindirilmələri mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-477/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “iş materiallarında olan 30 nəfər fiziki şəxslərin izahatlarından da görünür ki, onlar iddiaçı müəssisədə müvafiq olaraq “ofisiant”, “xadiməçi”, “musiqiçi”, “kababçı köməkçisi” “fəhlə” və s. vəzifələrində işlədiklərini göstərmişlər. Belə olan halda vergi ödəyicisi həmin şəxslərlə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçi kimi əmək müqaviləsi bağlamalı olduğu halda, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmə dən göstərilən şəxsləri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarına yol vermişdir ki, bu da vergidən yayınma faktı kimi qiymətləndirilir”.
11. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2176/2023 nömrəli, 9 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və R.Ə.Səmədov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-477/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qismən ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə cavabdehin xx.xx.2021-ci il tarixli, **********9613 saylı qərarı - X37, X16, X17, X10, X1, X31, X38, X18 münasibətdə ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşaraq qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən müvafiq yoxlama zamanı yalnız 22 nəfərin izahatı alınmış və həmin şəxslər tərəfindən müvafiq akt imzalanmışdır. 8 nəfər – X59, X28, X29, X23, X4, X49, X58, X6 isə ümumiyyətlə izahat alınmamış və həmin şəxslər tərəfindən akt imzalanmamış, lakin həmin şəxslərə münasibətdə də iddiaçıya maliyyə sanksiyası tətbiq edilmişdir.
14. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-2176/2023 nömrəli qərarının iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və iddiaçının iddia tələbinin tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-2176/2023 nömrəli qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddiaçının iddia tələbinin tam təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayətindən qeyd edilmişdir ki, məhkəmə 8 nəfəri sözügedən qərarda nəzərə alsa da, geri qalan 22 nəfərlə bağlanılan müqavilənin həqiqi mahiyyətinə fikir verməmişdir. Belə ki, yuxanda qeyd olunduğu kimi, sadəcə 8 nəfərin deyil, ümumiyyətlə həmin şəxs lərin (30 nəfər) heç birinin fəaliyyəti heç bir zaman sabit olmamışdır, bu səbəbdən sözügedən münasibətlər əmək münasibətləri hesab edilə bilməz. Əgər bu münasibətlər əmək qanunvericiliyi ilə tənzimlənəcəksə həmin şəxslərlə obyekt fəaliyyət göstərdiyi aylarda əmək müqaviləsi bağlanmalı, fəaliyyətdə olmadığı aylarda isə əmək müqaviləsinə xitam verilməlidir. Sözsüz ki, bu da əmək fəaliyyətinin stabilliyinə zərər vuracaqdır. Ya da əmək müqaviləsində əmək fəaliyyətinin həyata keçiriləcəyi konkret müddətlər qeyd olunmalıdır, lakin bu da həm əmək müqaviləsinin hüquqi təbiətinə zidd olduğundan, zidd olmasa belə konkret müddətlərin müəyyən edilə bilməyəcəyindən mümkün deyildir.
17. Həmçinin mövcud münasibətin əsasını şəxslərin fəaliyyətinin özü deyil, yerinə yetirilən işin və xidmətin nəticəsi təş kil edir. Məhz həmin nəticə üzrə şəxsin haqqı ödənilir. Məsələn, hazırlanan yeməklərin, çalınan ifaların müqabilində ödənilən haqlar. Yəni, həmin şəxslərlə iddiaçı arasında əmək münasibətləri mövcud ola bilməz. Bu münasibətlər təbiət etibarilə tamamilə mülki xarakterlidir.
18. Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən Vergi Məcəlləsinin 3.1ci, 24.1.2-ci, Əmək Məcəlləsinin 4.1-ci maddələrinin tələblərinə riayət etməmişdir.
19. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, “Fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi obyektdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 30 nəfərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə başlanmış cinayət iş inin istintaqı zamanı digər işçilərin istintaqa gəlmələri və dindirilmələri üçün zəruri istintaq hərəkətləri aparılmış və 2 nəfər işçi, yəni X44 və X49 müddətli həqiqi hərbi xidmətdə olmaları müəyyən edildiyindən həmin şəxslərin dindirilmələri mümkün olmamışdır.
20. Cinayət işinin istintaqı zamanı İddiaçı qeyd edilən 30 nəfərdən 28 nəfəri ilə əmək müqaviləsini bağladığını, qalan 2 nəfər şəxsin isə hərbi xidmətdə olmaları səbəbindən əmək müqaviləsi bağlanılmasının qeyri-mümkün olduğunu bildirmişdir. cinayət işi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, cinayət işinin istintaqı zamanı da vergi ödəyicisi tərəfindən şəxslərin əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi faktı bir daha öz təsdiqini tapmışdır.
21. Qanunvericilik əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdiri lməsinə yol vermir. Əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə elektron sənəd, yəni əmək müqaviləsi bildirişi daxil edilir. Əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza va sitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin əsas vəzifələrindən biridir.
22. Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən Vergi Məcəlləsinin 23.1.1-ci, 50-ci, 53-cü, 58-ci, Əmək Məcəlləsinin 2-ci, 3.5-1-ci, 7.2-ci maddələrinin tələblərinə riayət etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı cavabdehin kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
24. Cavabdeh iddiaçının kassasiya şikayətinə qarşı etiraz təqdim edərək iddiaçının şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN H ÜQUQ
25. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
23. Vergi orqanlarının hüquqları Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi i zahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; Maddə 50.1. operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əha li ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. 50.3. operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən x əbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcıl ıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
26. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təs diq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: - 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir....... 10-cu bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməs inə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: 10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektd ə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. 10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. 10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşd irilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. 10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat 22 subyekt ində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. 10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur.
27. İnzibati Prosessual Məcəllə (İPM): a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şik ayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)32/2022 nömrəli, 11 yanvar 2022-ci il tarixli qərarı.
29. Avropa Məhkəməsinin Potocka və digərləri Polşaya qarşı, Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı, Van de Hurk Hollandiyaya qarşı və Perez Fransaya qarşı iş üzrə qərarları KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə müb ahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası hazırki qərarın 22a bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə zidd qərar qəbul etmişdir.
33. Belə ki, hazırkı işdə iddiaçının hüquqi marağı onun barəsində 60.000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsinə dair cavabdehin xx.xx.2021-ci il tarixli, **********9613 saylı qərarının ləğv edilməsi və vergi məsuliyyətinə cəlb etmənin xitam verilməsinə yönəlmişdir.
34. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən Şadlıq sarayında keç irilmiş operativ vergi nəzarəti tədbiri zamanı 30 nəfər - Fiziki şəxs İddiaçı oğluna məxsus şadıq evində X33, X7, X21, X12, X8, X44, X9, X13, X22, X45, X63, X14, X15, X27, X46, X56, X34, X5, X35, X47, X36, X48, X57, X28, X29, X23, X3, X49, X58, X11 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri müəyyən edilmiş, onlardan 22 nəfər fiziki şəxs izahat verərək əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmiş, 8 nəfər - X59, X28, X29, X23, X4, X49, X58, X30 isə izahat verməkdən imtina etmiş, bu hal müvafiq aktla rəsmiləşdirilmişdir.
35. Operativ vergi nəzarəti nəticəsində aşkar edilmiş faktlar əsasında iqtisadi yyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır.
36. İstintaq zamanı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları, əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş X33, X7, X21, X12, X8, X9, X13, X22, X45, X63, X14, X15, X27, X46, X56, X34, X5, X39, X47, X36, X51, X59, X28, X29, X23, X4, X58 və X30 şahid qismində dindirilmişlər.
37. Cinayət işinin istintaqı zamanı digər işçilərin istintaqa gəlmələri və dindirilmələri üçün zəruri istintaq hərəkətləri aparılmış və 2 nəfər işçi, yəni X44 və X49 müddətli həqiqi hərbi xidmətdə olmaları müəyyən edildiyindən həmin şəxsl ərin dindirilmələri mümkün olmamışdır. Həmçinin İddiaçı qeyd edilən 30 nəfərdən 28 nəfəri ilə əmək müqaviləsini bağladığını, qalan 2 nəfər şəxsin isə hərbi xidmətdə olmaları səbəbindən əmək müqaviləsi bağlanılmasının qeyri-mümkün olduğunu bildirmişdir. İstintaq zamanı fiziki şəxs İddiaçı ona hesablanılmış 1138,35 manat məbləğində işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ödənilməsini təsdiq edən sənədləri də istintaqa təqdim etmiş və həmin sənəd cinayət işinin materiallarına əlavə edilmişdir.
38. Qeyd etmək lazımdır ki, X19 cinayət işinin istintaqı zamanı izahat almaq mümkün olmasa da, operativ vergi nəzarəti tədbiri z amanı verdiyi izahatında ünvan 1 ünvanında yerləşən “Dəniz” Şadlıq Sarayında xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən musiqiçi vəzifəsinə qəbul olunduğunu, əmək müqaviləsinin və ya xidməti müqavilənin olunmadığını, elektron xidmət müqaviləsinin onunla bağlanmadığını, aylıq əmək haqqının 300 manat təşkil etdiyini bildirmişdir.
39. Beləliklə iddiaçının məsuliyyətə cəlb edilməsi üçün faktiki şərtlərin mövcud olduğu cavabdeh tərəfindən sübuta yetirilmişdir. Operativ vergi nəzarəti zamanı izahat verməkdən imtina etmiş şəxslərin də vergi ödəyicisi tərəfindən işlərə cəlb edilməsi faktı cinayət işi zamanı alınmış ifadələrlə təsdiq olunur.
40. Beləliklə məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız, cavabdehin kassasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən, həyata keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus obyektdə “ofisiant”, “xadiməçi”, “musiqiçi”, “kababçı köməkçisi” “fəhlə” kimi çalışan şəxslərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunaraq 002494 nömrəli xx.xx.2021-ci il tarixli aktla rəsmiləşdirilmiş və həmin işçilərin siyahısı akta əlavə edilmişdir. Habelə, cinayət işinin istintaqı zamanı 30 nəfərdən 28 nəfəri ilə əmək müqaviləsini bağlanması, onların yazmış olduqları izahatlarında da, həmin şəxslərin əmək müqaviləsi və xidməti müqavilə bağlamadan iddiaçıya məxsus obyek tdə müxtəlif işlərdə işləmələri müəyyən edilmişdir.
41. Göründüyü kimi istər operativ vergi nəzarəti zamanı, istərsə də Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə başlanmış cinayət işinin araşdırması zamanı izahatları alınmış 29 nəfər şəxs iddiaçıya məxsus obyektdə əmək müqaviləsi bağlamadan müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. Yalnız iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti zamanı əmək müqaviləsi və xidməti müqavilə bağlamadan müxtəlif işlərin görülməsinə cəlb edilmiş şəxslərdən nə operativ vergi nəzarəti zamanı, nə də cinayət işinin istintaqı zamanı X25 izahatının alınması mümkün olmamışdır. Qeyd edilən hallar müvafiq aktla rəsm iləşdirilmişdir. Göründüyü kimi, cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər 29 nəfərə münasibətdə mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir.
42. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə işin faktiki hallarına düzgün qiymət verməmiş, bununla da yanlış hüquqi nəticəyə gəlmişdir.
43. Azərbaycan Respublikası Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğu n sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur.
44. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən vergi orqanının hesablamalarının tam səhv olduğu sübuta yetirilməmişdir.
45. Avropa Məhkəməsinin Potocka və digərləri Polşaya qarşı iş üzrə qərarına əsasən qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır.
46. Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı, Van de Hurk Hollandiyaya qarşı və Perez Fransaya qarşı iş üzrə qərarına əsasən məhkəmə prosesinin tərəfləri işlərinə müvafiq hesab etdikləri qeydlərini təqdim etmək hüququna malikdir. Hüquq yalnız bu qeydlər dinlənilən zaman, yəni birinci instansiya məhkəməsində müvafiq qaydada baxıldıqda effektiv ola bilər. Başqa sözlə, məhkəmənin tərəflərin təqdim etdikləri dəlilləri, arqumentləri və sübutları düzgün şəkildə araşdırmaq öhdəliyi vardır.
47. Fiziki şəxs İddiaçı ona hesablanılmış işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədləri də istintaqa təqdim etmişdir.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qismən yəni, “Cavabdehin xx.xx.2021-ci il tarixli, **********9613 saylı qərarı - X37, X16, X17, X10, X 1, X38, X18 münasibətdə 14000 məbləğində maliyyə sanksiyasının ləğv edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, apellyasiya məhkəməsinin qərarı “X25 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə iddiaçıya tətbiq edilmiş 2000 (iki min) manat maliyyə sanksiyasının tətbiqi ilə bağlı” hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, iddiaçının kassasiya şikayəti təmin edilməməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyun 2023-cü il tarixli, 21(103)-2176/2023 nömrəli qərarı qismən yəni, “Cavabdeh in xx.xx.2021-ci il tarixli, **********9613 saylı qərarı - X37,X16,X17, X10, X1, X38, X18 münasibətdə tətbiq olunan 14000 məbləğində maliyyə sanksiyası” hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Apellyasiya məhkəməsinin qərarı “X25 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə iddiaçıya tətbiq edilmiş 2000 (iki min) manat maliyyə sanksiyasının tətbiqi ilə bağlı” iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.