Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2462/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması; göndərişdə qeyd olunmuş diaqnozun şəxsə əlillik təyin olunmasına əsas verməsi, eləcə də həmin diaqnoz əsasında şəxsə daha əvvəl əlillik təyin edilməsi; əlilliyin imtina tarixindən təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-60/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2007, xx.xx.2008, xx.xx.2009, xx.xx.2010, xx.xx.2011, xx.xx.2012, xx.xx.2013, xx.xx.2014-cü illərdə “ÜİX-yi infarktdan sonrakı kardioskleroz. gərginlik stenokardiyası İİİ f.s. Nevrasteniya. Paroksimal formalı mədəcik taxikardiyası. QDÇ İİ dər.” diaqnozu ilə ümumi xəstəlik səbəbindən 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə isə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. 2. xx.xx.2 021-ci il tarixli müayinə nəticəsində iddiaçıya əlilliyin təyin olunmasından imtina olunmuş, imtinanın əsas səbəbi kimi “Əlavə müalicəyə ehtiyacın olması - 2006-2018-ci ilə qədər aldığı stasionar müalicələr və bərpa müalicələri (Stend, AKS) qeyd edilməyib. EXO KQ nəticəsi Ü/Ç təsdiq etmir.” göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və İİ qrup əlillik dərəcəsi üzrə təyin edilmiş pensiyasının yenidən bərpa olunması məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun zamandır ki ürəyinin xəstə olmasından əziyyət çək ir. İnfarktdan sonrakı vəziyyətlə əlaqədar ona İİ qrup əlillik təyin edilmiş və xəstəliyi ilə əlaqədar pensiya verilmişdir. 2007-ci ilin noyabr ayından xəstəliyi ilə əlaqədar aldığı pensiya 2021-ci ilin fevral ayından dayandırılmışdır. Artıq 1 ildən çoxdur ki, iddiaçı xəstəliyi ilə əlaqədar pensiya almır. Pensiyasının dayandırılması ilə bağlı DSMF-yə müraciət etdikdə isə bildirirlər ki, ona sosial müavinət verilməkdən imtina edilmişdir. Səbəb də onu göstərirlər ki, cərrahi əməliyyatından uzun müddət keçib, hal-hazırkı vəziyyəti ilə əlaqədar ətraflı müayinələr yoxdur, qeyd olunan diaqnoz əlillik təyin etməyə əsas vermir və ixtisaslaşmış xəstəxanada ətraflı müayinə və müalicə məsləhət görülür. Lakin iddiaçı yenidən həkim komissiyasından keçsə də, ona İİ qrup əlillik dərəcəsi üzrə təyin edilm iş pensiyanı bərpa edilməmişdir. Halbuki onun sağalması mümkün deyil, 15 ildən çoxdur ki, bu xəstəliyə düçar olmuşdur.
5. Sonradan iddiaçı məhkəməyə “xx.xx.2017-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və ərizəsi xx.xx.2023-cü il tarixində icraata qəbul edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1394/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2017-ci il tarixdən müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya 2007-ci ildən 2021-ci il tarixədək qoyulmuş diaq nozlar hər müayinə nəticəsində söz ifadəsi olaraq, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eyni olmasına, habelə 413 nömrəli qərarın 2.2.3-cü bəndinə əsasən əlillik təyinatına əsas verməsinə baxmayaraq ona verilmiş imtina qanunsuz və əsassız olmuşdur.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-525/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2”nə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: a) xx.xx.1966-cı il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli №413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü?
10. Cavabdehin nümayəndəsinin iştirak etdiyi ekspertiza nəticəsində Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2024-cü il tarixli, T 98/2023 nömrəli ekspert rəyi ilə 1966cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-t ibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir. 1.2 İddiaçı xx.xx.2024-cü il tarixdə Elmi-Tədqiqat Kardiologiya institutunda müayinədən keçərkən ona “ÜİX. İnfarktdan sonrakı kardioskleroz. İ11.0- Arterial hipertoniya İİ mərhələ” diaqnozu qoyulmuşdur, yəni o, hazırda həmin xəstəliklərdən əziyyət çəkir. Diaqnoz nəzərə alınmaqla əyani müayinədə əlillik təyininə əsas vermədiyindən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmadı.
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-60/2024 nömrəli qərarı ilə apel lyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1394/2023 nömrəli qərarı qismən, yəni iddiaçıya xx.xx.2017-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində ləğv edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əlilliyin xx.xx.2017-ci il tarixdən müddətsiz təyin edilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, xx.xx.2016-cı il tarixli qiymətləndirmə zamanı iddiaçıya ikinci dərəcə əlillik 5 il müddətinə, yəni xx.xx.2021-ci il tarixə kimi təyin edilmişdir. İddiaçı cavabd eh orqanın qeyd edilən qərarını mübahisələndirməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iddiaçıya müddətsiz əlillik təyin edilməsini müəyyən etdiyi tarixdə iddiaçının əlillik statusu olmuşdur. Qanunvericiliyin tələbinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il müddətinə təyin edildikdə, artıq müddətsiz müəyyən edilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya müddətsiz əlillik sonuncu göndərişin tarixindən, yəni xx.xx.2021-ci il tarixdən müəyyən edilməlidir.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikas ı Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, T 98/2024 saylı rəyindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ElmiTədqiqat Kardiologiya institutunda müayinədən keçərkən ona “ÜİX. İnfarktdan sonrakı kardioskleroz. İ1L0-Arterial hipertoniya İİ mərhələ” diaqnozu qoyulmuşdur, yəni o, hazırda həmin xəstəliklərdən əziyyət çəkir. Diaqnoz nəzərə alınmaqla əyani müayinədə əlillik təyininə əsas vermədiyindən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmamışdır.
15. Diaqnozların nəticəsindən aydın olmuşdur ki, iddiaçı barəsində həmin göndərişlər, habelə aparılmış müayinələr əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır.
16. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)912/2022 nömrəli qərarına əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan maddi hüquq normasının tələbi ondan ibarətdir ki, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir. Göstərilən şərtlər təsdiqləndiyi halda iddiaçıya münasibətdə onun istinad etdiyi əsasnamənin 4.2-ci bəndi tətbiq olunacaqdır. İddiaçı ikinci dərəcə əlilliyin 10 il fasiləsiz olaraq təyin olunduğunu qeyd edərək ona ikinci dərəcəli əlilliyin tibbi komissiya sının göndərişi olmadan müddətsiz müəyyən olunmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normanın məzmununa əsasən ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunmasını üçün əlilliyin mövcudluğu labüddür. Belə ki norma, ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasının göstərişini verir.
17. Belə olan halda, iddiaçıda olan xəstəliklər qanunvericiliklə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.
18. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
19. Məhkəmə heç bir qan uni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iddiaçıya əlilliyin təyin edilməli olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəx slərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar.
25. Belə olan halda, əvvəlki müayinələrdə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliyin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun, yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.
26. Məhkəmə kollegiyası nəzərə alır ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır; - TSEK... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir...
27. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu müəyyən edilmişdir.
28. Əlilliyin müd dətsiz təyin olunmasına münasibətdə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nın 4.2-ci bəndinə uyğun olaraq ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İddiaçıya isə xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fasiləsiz ikinci dərəcə əlilliyin təyin olunduğu iş üzrə öz təsdiqini tapır.
29. Cavabdeh hesab edir ki, məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin diskresion səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir.
30. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhk əməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 31. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətləri n həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
32. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.
33. İddiaçıya əlilliyin təyin edilməsi tarixinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya təyin edilmiş əlillik müddəti sonuncu dəfə xx.xx.2016-cı il tarixdə Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik" altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra iddiaçının əlillik vəziyyəti xx.x x.2021-ci il tarixdə qiymətləndirilmiş, iddiaçı cavabdehin həmin imtinası ilə razılaşmayaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
34. Beləliklə, əlillik müayinənin nəticəsi olaraq təyin edilməli olduğundan, hazırkı məhkəmə araşdırmasının predmetini sonuncu göndəriş əsasında keçirilmiş müayinə nəticəsində verilmiş xx.xx.2021-ci il tarixli imtina qərarı təşkil etdiyindən və apellyasiya instansiyası məhkəməsi də məhz həmin imtinanın əsassız olduğu nəticəsinə gəldiyindən0, iddiaçıya əlillik xx.xx.2021-ci il tarixdən təyin edilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-60/2024 nömrəli qərarı dəyişdirilir. Cavabdehin üzərinə iddiaçıya xx.xx.2021-ci il tari xdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi qoyulur. Kassasiya şikayəti təmin edilmir. Qərar qətidir.