Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2463/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətin ötürülməsi səbəbindən apellyasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə qarşı (üçüncü şəxs Binəqədi rayon İcra Hakimiyyəti) qarşı “ünvan 1 ünvanında yerləşən "tikinti hissələri" kompleks layihə müəssisəsinin texniki pa sportuna əsasən hazırlanmış bərpa layihəsinə uyğun tikinti işlərinin aparılmasına icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyul 2023-cü il tarixli, 2-1(103)-2783/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı “ünvan 1 ünvanında yerləşən "tikinti hissələri" kompleks layihə müəssisəsinin texniki pasportuna əsasən hazırlanmış bərpa layihəsinə uyğun tikinti işlərinin aparılmasına icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(11 2)-3886/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən "tikinti hissələri" kompleks layihə müəssisəsinin texniki pasportuna əsasən hazırlanmış bərpa layihəsinə uyğun tikinti işlərinin aparılmasına icazə verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3886/2022 nömrəli qərarının surəti sifarişli-xəbərnaməli poçt vasitəsilə kağız daşıyıcıda cavabdehə göndərilmiş və sonuncu tərəfindən xx.xx.2022-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnamə imzalanmaqla rəsmi qaydada qəbul edilmişdir.
3. Qərar qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmiş, sonuncu ərizə ilə müraciət edərək məhkəmə qərarının icra üsuluna izah verilməs ini xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3886/2022 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, qərardadın surəti xx.xx.2023-cü il tarixli məktubla sifarişli-xəbərnaməli poçt vasitəsilə kağız daşıyıcıda cavabdehə göndərilmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnamə imzalanmaqla rəsmi qaydada qəbul edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3886/2022 nömrəli qərardadından cavabdeh elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə, kağız daşıyıcıda poçt vasitəsilə isə xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ M ƏHKƏMƏ AKTLARİ a) apellyasiya instansiyası məhkəməsində icraat
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.T.Axundova və R.Ə.Səmədov) 06 iyul 2023-cü il tarixli, 21(103)-2783/2023 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün sayılaraq şikayətin qəbulundan imtina edilmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı sürətli poçt vasitəsilə cavabdehə göndərilmiş və xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Buna baxmayaraq, cavabdehin apellyasiya şikayəti elektron məhkəmə sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Apellyasiyanın mümkünlük məsələsinə baxılması xx.xx.2023-cü il tarixə təyin ed ilmiş və cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişlə məhkəmə kollegiyası hüquqi yardım göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardaddan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə, həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsi təklif edilmişdir. Lakin cavabdeh prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirməmişdir.
8. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
9. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi t ərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən müvafiq iş materialları obyektiv və düzgün araşdırılmamış, sübutlar düzgün qiymətləndirilməmiş və qanunsuz olaraq cavabdehin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və şikayətin qəbulundan imtina edilməsi barədə ədalətsiz qərardad qəbul edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidi yyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.... Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materialla ra əlavə olunur.... 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə
85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə il ə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıq da, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənə dləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.... 135.5. bu Məcəllənin 135.2-ci, 135.3-c ü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.... KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
14. Apellyasiya insta nsiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
16. İş materialları ilə müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3886/2022 nömrəli qərardadı xx.xx.2023-cü il tarixli məktubla sifarişlixəbərnaməli poçt vasitəsilə kağız daşıyıcıda cavabdehə göndərilmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza olunmaqla rəsmi qaydada qəbul edilmişdir.
17. Göründüyü kimi, məhkəmənin qərardadı cavabdeh inzibati orqana xx.xx.2023cü il tarixdə rəsmi qaydada çatdırılmasına baxmayaraq, cavabdeh qanunvericiliklə müəyyən edilmiş 10 gün müddət keçdikdən sonra elektron kabinet vasitəsilə xx.xx.2023cü il tarixdə, kağız daşıyıcıda poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edildiyindən İPM-in 22.1-ci maddəsinin tələbinə uyğun olaraq, şikayət verilməsi üçün 10 günlük müddətin axımı həmin gündən başlamış və cavabdeh apellyasiya şikayətinin verilməsi üçün 10 günlük prosessual müddəti ötürmüşdür.
19. Məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyul 2023-cü il tarixli, 21(103)-2783/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.