Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2464/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Azər Hüseynov, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı 03.01.2003-cü il tarixdən - 30.12.2005-ci il tarixədək “Svet” firmasında fəhlə vəzifəsində işlədiyi müddətin əmək stajına daxil edilməklə əmək pensiya sı təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1066/2019 saylı iş üzrə 16.05.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 24 iyul 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1954-cü il tarixdə Laçın rayonu Qılışlı kəndində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı 03.01.2003-cü il tarixdən 30.12.2005-ci il tarixədək “Svet” firmasında fəhlə vəzifəsində işlə diyi müddətin əmək stajına daxil edilməklə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 03.01.2003-cü il tarixdən 30.12.2005-ci il tarixədək “Svet” firmasında fəhlə vəzifəsində işləmişdir. Qeyd olunan əmək stajı Binəqədi rayon Məhkəməsinin 12.03.2018-ci il tarixli 2(001)-2907/2018 saylı qətnaməsində və bir hissəsi əmək kitabçasında öz əksini tapmışdır. Cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyini əsas gətirərək təqdim etdiyi arxiv arayışına əsasən həmin illəri sığorta stajı na daxil etməkdən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsinin 10.09.2018-ci il tarixli iş № 2-1(81)-3228/2018, (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 10.09.2018-ci il tarixli qərarının ləğv edilməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 05.12.2018-ci il tarixli iş № 2-1(103)-2700/2018 (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Cahangir Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin 10.09.2018-ci il tarixli qə rarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin 05.12.2018-ci il tarixli qərarının ləğv edilməsiniAzərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 06mart 2019-cu il tarixli iş № 2-1(102)801/19 (hakimlər Sevda Hüseynova - sədrlik edən və məruzəçi, İlqar Dadaşov və Kəmaləddin Bədəlov) qərarı ilə kasasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə apelyasiya instansiya məhkəməsinin 05.12.2018-ciil tarixli,2-1(103)-2700/2018 saylı qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Ap elyasiya instansiyası məhkəməsinin 16.05.2019-cu il tarixli iş № 2-1(103)-1066/2019 (hakimlər Vüsalə Baxışova - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Həmid Həmidov) qərarı ilə birinci instansiya məhkəməsinin 10.09.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, yenə də qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmin qərar ilə razılaşmayan cavabdeh tərəfindən kasasiya şikayəti verilmişdir, lakin apelyasiya instansiyası məhkəməsi işə baxarkən iddiaçı tərəfindən təqdim edilmiş, Dövlət arxivi tərəfindən verilmiş arayışa əsaslanıb apelyasiya şikayətimizi təmin etməmişdir. İddiaçı cavabdehə Dövlət arxivi tərəfindən verilmiş arayışla müraciət edən zaman tərəflərindən araşdırma aparılmış və məlum olmuşdur ki, iddiaçının adı nə əmək haqqı verilməsi üçün hesabatlarda, nə də əmək haqqı cədvəllərində qeyd olunmamışdır. Digər tərəfdən 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2 və 21.1-ci maddələrinə əsasən əmək pensiyası hüququ müəyyən edilərkən sığorta stajı yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə nəzərə alınır (SSRİ dövrü olunmaqla, R.A. Xanlarovun 03.01.2003 - 31.12.2005-ci illərdə işlədiyi “Svet” firması sığorta olunan kimi müvafiq qeydiyyata alınmamış və təbii olaraq hər hansı bir məcburi dövlət sosial sığorta haqları ödəməmişdir. Bu səbəbdən həmin dövrün məhkəmə tərəfindən sığorta stajına aid edilməsi ilə maddi hüquq normaları pozulmuşdur. Qeyd edilənlər iddianın əsassız və qeyri qanuni olduğunu sübut edir. Cavabdeh olaraq bildirmək istəyirlər ki, iddiaçının cavabdeh təşkilata olmuş müraciəti tərəflərindən qanunvericiliyin tələblərinə əməl etməklə qiymətləndirilmişdir, lakin nə birinci instansiya məhkəməsi nə də, apelyasiya məhkəməsi yuxarıda qeyd olunan hallara qiymət verməmiş və maddi hüquq normalarını pozaraq iddiaçının ərizəsini təmin edərək qərar qəbul etmişlər. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 16 may 2019-cu il tarixli, 21(103)-1066/2019 saylı qərarının ləğv edilməsini, iddia tələbinin mümkünsüz hesab ed ilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 16 may 2019-cu il tarixli qərarının ləğv edib, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məh kəmə iclasınagəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 16 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərba ycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,apelyasiya instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, yenə də qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmin qərar ilə razılaşmayan cavabdeh tərəfindən kasasiya şikayəti verilmişdir, lakin apelyasiya instansiyası məh kəməsi işə baxarkən iddiaçı tərəfindən təqdim edilmiş, Dövlət arxivi tərəfindən verilmiş arayışa əsaslanıb apelyasiya şikayətimizi təmin etməmişdir. İddiaçı cavabdehə Dövlət arxivi tərəfindən verilmiş arayışla müraciət edən zaman tərəflərindən araşdırma aparılmış və məlum olmuşdur ki, iddiaçının adı nə əmək haqqı verilməsi üçün hesabatlarda, nə də əmək haqqı cədvəllərində qeyd olunmamışdır. Digər tərəfdən 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2 və 21.1-ci maddələrinə əsasən əmək pensiyası hüququ müəyyən edilərkən sığorta stajı yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə nəzərə alınır (SSRİ dövrü olunmaqla, R.A. Xanlarovun 03.01.2003 - 31.12.2005-ci illərdə işlədiyi “Svet” firması sığorta olunan kimi müvafiq qeydiyyata alınmamış və təbii olaraq hər hansı bir məcburi dövlət sosial sığorta haqları ödəməmişdir. Bu səbəbdən həmin dövrün məhkəmə tərəfindən sığorta stajına aid edilməsi ilə maddi hüquq normaları pozulmuşdur. Qeyd edilənlər iddianın əsassız və qeyri qanuni olduğunu sübut edir. Cavabdeh olaraq bildirmək istəyir ki, iddiaçının cavabdeh təşkilata olmuş müraciəti tərəflərindən qanunvericiliyin tələblərinə əməl etməklə qiymətləndirilmişdir, lakin nə birinci instansiya məhkəməsi nə də, apelyasiya məhkəməsi yuxarıda qeyd olunan hallara qiymət verməmiş və maddi hüquq normalarını pozaraq iddiaçının ərizəsini təmin edərək qərar qəbul etmişlər. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edər ək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında» Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədik də isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqan larında xidmət müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında’’ Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.2.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1- dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. İddiaçı “Svet” firmasında 30.12.2005-ci ilədək, yəni Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununu qəbul edilənədək işlədiyindən, əvvəlki “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda şəxsin işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınması üçün məcburi sosial sığorta haqqı ödənişlərinin həyata keçirilməli olduğu müəyyən edilmədiyind ən Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 16.05.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.05.2019-cu il tarixli 21(103)-1066/2019 nömrəli qərarı dəyişdirilm ədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-2464/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2464/2019
24.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver