Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2464/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüququ haqqında arayış verilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi yyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı “X5 adına Bakı şəhəri Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi olan 2374 saylı bağ sahəsinə dair mülkiyyət hüququ haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2023cü il tarixli, 2-1(103)-1560/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X7 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 4/134 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 184 nömrəli BTK nəzdinə 0,12 hektar torpaq sahəsi ayrılmış və adına 7 nömrəli order verilmiş, orderdə bağın nömrəsi 2374 qeyd olunmuşdur. X8 xx.xx.2003-cü il tarixdə ölmüşdür və iddiaçı onun vərəsəsidir.
2. İddiaçı vərəsəsi olduğu şəxsə məxsus bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla (bildiriş) iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, göstərilən ərazi digər bağ sahələri ilə birlikdə ümumi hasar daxilində yerləşir. Həmçinin faktiki sahə 2375 saylı bağ sahəsinə uyğun gəlir və idarəyə təqdim edilmiş 184 BTK üzvlərinin siyahısında X6 adı aşkar edilsə də, orderin arxiv nüsxəsi aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ca vabdehə qarşı iddia ərizəsi, xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X5 adına Bakı şəhəri Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi olan 2374 saylı bağ sahəsinə dair mülkiyyət hüququ haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 54 saylı Notariat Ofisinə müraciət etmiş, xx.xx.2013-cü il tarixdə vərəsələrin dairəsi müəyyən olunmuş və vərəsəlik işi açılmışdır. Bununla əlaqədar olaraq Bakı şəhəri, Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi olan 2374 saylı bağ sahəsinə dair çıxarış verilməsi üçün notariat ofisi tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli məktubla müraciət olunmuş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla imtina etmişdir. İnzibati orqanın imtina məktubunda qeyd olunanlar əsassız və qanunsuzdur. Belə ki, ilk öncə bağların bölgüsünə dair sxematik xəritənin hansı xəritə olduğu, hansı orqan tərəfindən təsdiq olunduğu, ümumiyyətlə həmin xəritənin hansı hüquq müəyyənedici sənəd olduğu qeyri-müəyyəndir. İnzibati orqanın belə bir “xəritəyə” istinad edərək bağ sahəsində ölçmə işlərinin aparılmasından imtina edilməsi absurddur. Digər tərəfdən bağ sahəsinin ümumi hasar daxilində və faktiki olaraq digər bağ sahəsinin ərazisində yerləşməsi imtina üçün əsas ola bilməz. Bu hal əksinə onu təsdiq edir ki, mülkiyyətində olan bağ sahəsi qanunsuz olaraq zəbt edilmişdir və qanunsuz olaraq zəbt edilmə ilə əlaqədar olaraq mülkiyyətində olan torpaq sahədə ölçmə işlərinin aparılmasından və digər hərəkətlərin edilməsindən imtina olunmamalıdır. Mülkiyyət hüququ haqqında çıxarış alındıqdan sonra həmin şəxslərin torpaq sahəsindən çıxarılması ilə bağlı tərəfindən mülki iddia qaydasında iddia qaldırılacaqdır və bu məsələnin cavabdehə heç bir aidiyyəti yoxdur. İnzibati orqan ona göndərilmiş notariat ofisinin məktubunu icra edərək ölçmə işləri aparmalı və bununla bağlı çıxarış təqdim etməli idi. Lakin cavabdeh inzibati orqan öz səlahiyyətlərinə aid olmayan məsələlərə toxunaraq həmin torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyini bildirir. İmtina məktubundan görünmüşdür ki, inzibati orqan heç bir hüquq müəyyənedici sənədə əsaslanmır və bağ sahəs inin faktiki olaraq onun mülkiyyətindəki bağ sahəsinə uyğun olduğunu qeyd etmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2020-ci il tarixli məktuba əsasən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2374 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin 7 nömrəli orderindən və 184 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısından müəyyən olunur ki, Ləhiş bağlar sahəsi 2374 saylı bağ sahəsi 0,12 ha ölçüdə X7 ayrılmışdır. Bütün bu sənədlər olduğu təqdirdə inzibati orqan orderin arxiv nüsxəsinin aşkarlanmadığını qeyd edir. İnzibati orqana orderin əsli və 184 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısı barədə arxiv çıxarışı təqdim olunmuşdur.
5. Cavabdehin yazılı etirazının dəlilləri iddiaçının tələbindən imtinanın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən xx.xx.2021-ci il tarixdə aparılan yerli baxış zamanı iddiaçı tərəfindən göstərilən bağ sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuş və həmin bağ sahəsinin çatışmayan 584,5 kv.m hissəsinin isə şimal tərəfdə, qonşu bağın ərazisində olduğu iddiaçı tərəfindən bildirilmişdir. Bu səbəbdən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə sahəsi 1200 kv.m olsa da, faktiki sahəsi 615,5 kv.m təşkil edir.
6. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestr Xidməti t ərəfindən təqdim edilmiş mütəxəssis rəyindən və sxemlərdən görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirmiş, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin” mütəxəssisləri tərəfindən ölçülmüş ərazinin koordinatlarını, baza məlumatlarını sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. Bakı və Bakı ətrafı bağ sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri heç bir məlumatın olmaması və müraciətə əlavə edilmiş sxemin miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi səbəbindən iddiaçının iddia etdiyi torpaq sahəsinin 2374 nömrəli bağ sahəsi olubolmamasını və hər hansı bağ sahəs i ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşməklə 0,12 hektar hissəsi X1 adına verilmiş reyestr nömrəsi **********48-11301 olan çıxarışla üst-üstə düşür. Ümumi ölçülən sahə 2520 kv.m-dir.
7. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinin yerquruluşu planından görünür ki, göstərilən bağ sahələri ümumi hasar daxilində olmaqla 4983 kv.m təşkil edir. Bağ sahələrinin ara sərhədləri şərtidir. Sözügedən sahə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 2373, 2374, 2375, 2376 və 2377 saylı bağ sahələrinin ərazilərinə uyğun gəlir. 2376 saylı bağ sahəsi 2375 saylı bağ sahəsi ilə birlikdə 2556 kv.m-dən, 2377 saylı bağ sahəsi 1227 kv.m-dən ibarətdir. 2374 saylı bağ sahəsinin 1044 kv.m, 2374 saylı bağın 2375 və 2376 saylı bağların hüdudları daxilində yerləşən hissəsi isə 156 kv.m-dən ibarətdir.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-731/2022 nömrəli qərardadı X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
9. İşin məhkəmə araşdırması zamanı mütəxəssis rəyini tərtib etmiş X9 mütəxəssis qismində xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, 1300 kv.m torpaq sahəsi üçüncü şəxsin faktiki istifadəsindədir. 2374 nömrəli bağ sahəsinə dair üst-üstə düşmə halı mövcud deyildir, ərazidə bağ sahələrinin nömrəli ilə bağlı dəyişiklik olmuşdur. 2376 nömrəli bağ sahəsi həqiqətən mövcuddur, 2375 nömrəli bağ sahəsinin isə sənədləri mövcud deyildir. İddiaçı və üçüncü şəxsin hərəsinə məxsus 12 sot torpaq sahələri vardır, lakin iddiaçının iddia etdiyi torpaq sahəsi üçüncü şəxsin faktiki istifadəsindədir. Torpaq sahələri bölünərək özgəninkiləşdirildiyi üçün texniki göstəricilərlə bağlı problemlər yaranmışdır. 2375 nömrəli vağ sahəsinin hüdudları daxilində 2375 və 2376 nömrəli bağ sahələrinə aid torpaq sahələri mövcuddur.
10. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(112)-731/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi olan 2374 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X7 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən qeyd olunan səbəblər çıxarışın verilməsinə münasibətdə imtina olaraq göstərilsə də, bu mahiyyət etibarilə arayışın verilməsindən də imtina kimi qəbul olunmalıdır. Belə ki, arayışın verilməsi də şəxsin mülkiyyət hüquqlarının təsdiqi mənasını daşıdığından, şəxs qeyd olunan arayışı aldıqdan sonra mülkiyyət hüquqları təsdiqlənmiş olduğu üçün daha sonra müraciət edərək, çıxarış ala bilər. Bu səbəbdən də imtinanın dəlilləri həmçinin arayışın verilməsinə münasibətdə də eynilik təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağ sahəsindəki 184 nömrəli kooperativi tərəfindən X7 verilmiş 7 nömrəli orderin əsli iddiaçıda mövcuddur və onun arxiv nüsxəsinin ca vabdehdə olmaması iddiaçının iradəsindən asılı olmayan haldır. Bundan əlavə həmin order mübahisələndirilməmiş və onun mötəbər olmaması ilə bağlı hər hansı hal mövcud deyildir. İddiaçının vərəsəsi olduğu X6 184 nömrəli bağ tikinti kooperativinin üzvü olması işin mübahisəsiz halıdır. İşin araşdırılmış hallarından göründüyü kimi Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/134 nömrəli qərarına əsasən X7 Ləhiş bağlar sahəsində 184 nömrəli BTK nəzdinə 0,12 hektar torpaq sahəsi olan 2374 nömrəli bağ ayrılmışdır. Belə olan halda iddiaçının anası “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən həmin torpaq sahəsinə qanuni istifadəçi kimi mülkiyyət hüququ əldə etmişdir. İddia edilən torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xər itə ilə uyğunsuzluq təşkil etməsi, orderin arxiv nüsxəsinin aşkar edilməməsi, bağın çatışmayan hissəsinin qonşu bağın ərazisi daxilinə düşməsi hüquqların qeydiyyatından imtina üçün əsas hesab edilə bilməz. Belə ki, inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş bağların bölgüsünə dair sxematik xəritədə 2374 nömrəli bağ mövcuddur. Hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.
12. Eyni zamanda məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən də aydın olur ki, 2374 nömrəli bağ sahəsi 1044 kv.m-dən ibarət olmaqla həmin bağın 2375 və 2376 nömrəli bağların hüdudları daxilində yerləşən hissəsi 156 kv.m-dən ibarətdir. 2 376 nömrəli bağ sahəsi üzrə üçüncü şəxsin 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqları qeydə alınmış olsa da, sonuncu tərəfindən faktiki olaraq 2375 və 2376 nömrəli bağ sahələrinin ümumi sahəsindən istifadə edilir. 2375 nömrəli bağ sahəsi ilə bağlı hər hansı hüquq müəyyənedici sənədlərin mövcudluğu isə məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, mərhum X6 184 nömrəli BTK-nın üzvü kimi təsdiq edilərək bağ sahəsinin ayrılması barədə müvafiq icra hakimiyyət orqanının qərarı (sərəncamı) və ona uyğun olaraq müvafiq BTK tərəfindən verilmiş Ləhiş qəsəbəsində sahəsi 0,12 hektar olan 2374 nömrəli bağ sahəsinin ayrılmasına dair 7 nömrəli order ləğv edilmədiyindən, etibarsız sayılmadığından, eləcə də mübahisələndirilmədiyindən mötəbər sübut kimi qiymə tləndirilməlidir.
14. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının vərəsəsi olduğu şəxsə qanuni əsaslarla istifadəsinə verilmiş torpaq sahəsi ilə bağlı “gözlənilən mülkiyyət hüququ" əldə edilmişdir. Mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi olan 2374 nömrəli bağ sahəsi üzərində mərhum X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtina olunması üçün əsaslar mövcud deyildir.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) 31 may 2023-cü il tarixli, 21(103)-1560/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-731/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) k assasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının istifadəsində olan bağ sahəsinin ölçüsü 615,5 kv.m təşkil edir. Həmin bağ sahəsinin çatışmayan 584,5 kv.m hissəsinin isə şimal tərəfdə qonşu bağ sahəsinin ərazisində olduğu iddiaçı tərəfindən bildirilmişdir. Göründüyü kimi, iddia olunan bağ sahəsi iddiaçının faktiki olaraq istifadəsində deyildir. Apellyasiya instansiya məhkəməsi torpaq sahəsinin sənəd üzrə sahəsi və faktiki yerləşməsini müəyyən etməmişdir.
20. Cavabdeh kassasiya şikayətində Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi və İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə istinad etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2023-cü il tarixli, 2-1(103)1560/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvün ün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam ve rilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dö vlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqd a, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə qərarı dəyişdirmədən saxlayarkən və birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl etmədiyindən qəbul etdiyi qərar ləğv edilməlidir. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılaraq yekun nə ticəyə gəlmək üçün iş üzrə əhəmiyyət kəsb edən hallar və sənədlər tam araşdırılmamışdır.
28. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 4/134 nömrəli qərarı ilə 184 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin 15 nəfərlik siyahısı təsdiq edilmiş, lakin siyahıda üzvlərə verilmiş bağ sahələrinin nömrələri və sahələri qeyd olunmamışdır.
29. Cavabdeh həmin 15 nəfərlik siyahını və əlavə olaraq 184 nömrəli bağ tikinti kooperativi üzvlərinin bağ sahələrinin yerləşmə sxemini məhkəməyə təqdim etmişdir. Təqdim olunan siyahıda da bağ sahələrinin nömrələri və sahələri qeyd olunmamışdır.
30. Təsdiq olunan 15 nəfərlik siyahıda iddiaçının anasının adı 7-ci sırada qeyd edilmişdir. Bağ sahələrinin yerləşmə sxemində də 15 nəfərin bağ sahəsi, hər ba ğ üzrə sıra nömrəsi, hər sıra üzrə bağın nömrəsi əksini tapmışdır.
31. Cavabdehin təqdim etdiyi bağ sahələrinin yerləşmə sxemində 7-ci sırada 2519 A nömrəli bağ, 5-cı sırada 2374 nömrəli bağ qeyd olunmuşdur. İddiaçı 7-cı sırada olan bağın deyil, 5-ci sırada olan 2374 nömrəli bağın anasına məxsus olmasını bildirmişdir. İddiaçı anasına məxsus bağın 2374 nömrəli olmasını anasının adına tərtib edilmiş orderlə əsaslandırmışdır.
32. Apellyasiya məhkəməsi həmin orderin etibarlılığı ilə bağlı araşdırma aparmamışdır.
33. Orderin verilməsinə əsas kimi 184 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinə bağ torpaq sahəsi ayrılması barədə Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 4/134 nömrəli qərarına istinad edilmişdir.
34. Qərarda və qərarla təsdiq edilən siyahıda ayrılan torpaq s ahəsi və bağ nömrələri qeyd edilməsə də, orderdə bağın nömrəsi 2374, sahəsi isə 0,12 ha göstərilmişdir.
35. Orderdə onu verən orqan kimi Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 184 nömrəli kooperativi göstərilmişdir. Lakin orderdə olan möhürün həmin birlik, yaxud kooperativ tərəfindən vurulması aydın deyildir.
36. Orderin səlahiyyətli dövlət orqanı tərəfindən verilməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir.
37. Məhkəmə kollegiyası vurğulayır ki, Dilruba Axundovanın adına tərtib edilmiş cavabdeh inzibati orqan tərəfindən mötəbərliyi mübahisələndirilən və iddianın əsasını təşkil edən 7 nömrəli orderin məhkəməyə təqdim edilmiş, iş materiallarında olan qara və rəngli kserosurətlərində möhür oxunaqlı deyildir. Başqa sözlə or derin hansı idarənin möhürü ilə təsdiq edildiyini görmək aydın olmamış, işə baxan məhkəmələr tərəfindən bu barədə ümumiyyətlə araşdırma aparılmamışdır.
38. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubla cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinə təqdim edilmiş mütəxəssis rəyindən (1-ci cild, səhifə 202-203) görünür ki, göstərilən bağ sahələri hasar daxilində olmaqla 4983 kv.m təşkil edir. Bağ sahələrinin ara sərhədləri şərtidir. Sözügedən sahə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 2373, 2374, 2375, 2376 və 2377 saylı bağ sahələrinin ərazilərinə uyğun gəlir.
39. Həmçinin cavabdehin etirazından görünür ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsinin çatışmayan 584, 5 kv.m hissəsi şimal tərəfdə qonşu bağın ərazisi ndədir (iddiaçı tərəfindən yerli baxış zamanı bildirilmişdir). Bu səbəbdən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1200 kv.m olsa da, faktiki 615,5 kv.m təşkil edir.
40. İşin 1-ci cild, 203-cü səhifəsində olan yerquruluşu planına görə 2374 nömrəli bağın sahəsi 1044 kv.m-dir. Bu bağın 2375 və 2376 saylı bağların hüdudları daxilində yerləşən hissəsi planda əksini tapmışdır.
41. İşin 1-ci cild 41-ci səhifəsində olan bağların, daha doğrusu iddiaçının iddia etdiyi 2374 nömrəli bağlın qonşu nömrələri ilə işin 1-ci cild 203-cü səhifəsindəki planda 2374 nömrəli bağın qonşuluğunda yerləşən bağların nömrələrində müəyyən fərqlər də vardır. Apelyasiya məhkəməsi mübahisənin obyektiv həlli üçün iddiaçının iddia etdiyi bağ torpaq sahəsinin başqalarının torpaq sahələri ilə üst-üstə düşməsini, üst-üstə düşən torpaq sahələrinin başqa şəxslərin qanuni istifadəsində (mülkiyyətlərində) olub-olmamasını yoxlamamış, əsas olarsa, həmin şəxslərin icraata cəlb edilməsini müzakirə etməmişdir.
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsi zəruri olduğundan iddianın təmin edilməməsi hissəsində şikayət təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelya siya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2023-cü il tarixli, 21(103)-1560/2023 saylı qərarı ləğv edilsin. İş təkrar apellyasiya baxışına göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərar qətidir.