Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2465/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçıcavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Azər Hüseynov, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Vəkiliştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 16 may 2019-cu il tarixli, 2-1(103)-878/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 2 4 iyul 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Səbail rayon İcra Hakimiyyəti başçısının 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamı ilə Badamdar qəsəbəsində, fərdi evin tikintisi üçün ona ayrılmış 600 kv.m torpaq sahəsinin texniki pasportunun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamı ilə ona Badamdar qəsəbəsi ərazisində fərdi e v tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sərəncamın surəti 13 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından alınmış, habelə Səbail rayon İcra Hakimiyyəti başçısının 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamı ilə Badamdar qəsəbəsində, fərdi evin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin situasiya planı və sxemi 10 noyabr 2017ci il tarixdə tərtib olunmuşdur. Həmin sənədlər Xidmətin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmişdir. Cavabdehin **********02 nömrəli, 13 dekabr 2017-ci il tarixli bildirişinə əsasən Səbail rayon İcra Hakimiyyəti Başçısının 647 saylı, 01.08.2000-ci il tarixli sərəncamı əsasında ləğv edilmiş Səbail rayon İcra Hakimiyyətinin 124 saylı, 06.01.1995-ci il tarixli sərəncamı əsasında DTXK tərəfindən digər fiz iki şəxsin adına torpağın mülkiyyətə verilməsi barədə JN-12198 saylı şəhadətnamə verilməsi, bundan başqa torpaq sahəsində tikinti 110 kv.m olan iki mərtəbəli yaşayış evi və həyət tikililəri olması əsas gətirilərək ərizənin icrasının mümkünsüzlüyü qeyd olunmuşdur. Həqiqətən də ona ayrılmış torpaq sahəsi üzərində 2000-ci ildən tikintialtı sahəsi 110 kv.m deyil, 99.0 kv.m olan ikimərtəbəli yaşayış evi və həyət tikililəri inşa etdirmiş və 17 ildir ki, həmin evdə yaşayır. Birinci instansiya məhkəməsinin 06.12.2018-ci il tarixli iş № 2-1(81)-1031/2018, (sədrlik edən hakim A.Abdullayeva) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 06.12.2018-ci il tarixli qərarının ləğv edi lməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 16.05.2019-cu il tarixli iş № 2-1(103)-878/2019 (hakimlər V.Baxışova - sədrlik edən və məruzəçi, E.Nağıyeva və H.Həmidov) qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, 2-1(81)-1031/2018 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şika yətini onunla əsaslandırmışdır ki,Azərbaycan Respublikası 1 saylı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 05 noyabr 2018-ci il tarixli 15600 nömrəli ekspert rəyinin təhqiqatının nəticə hissəsindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssisinin rəyinə əsasən faktiki istifadəsində olan və naturada koordinatları müəyyən edilmiş 600 kvadrat metr torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X2 adına «Torpağın mülkiyyətə verilməsinə dair» JN-12198 saylı şəhadətnam ədəki torpaq sahəsi ilə üst-üstə düşmür və şəhadətnamədə göstərilən torpaq sahəsi onun istifadəsində olan torpaq sahəsindən 3150 metr şimal istiqamətində yerləşir. İşə apelyasiya qaydasında baxılarkən məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən göründüyü kimi, X1 rayon İcra Hakimiyyəti başçısının 06 yanvar 1995-ci il tarixli 124 saylı Sərəncamı ilə fərdi evin tikintisi üçün ona ayrılmış torpaq sahəsini 2004-cü ildə özəlləşdirilmiş, bu barədə ona “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198 saylı şəhadətnamə verilmişdir. Sənədlərə torpaq sahəsinin Səbail rayon İcra Hakimiyyəti başçısı tərəfindən 2004-cü ildə təsdiq edilmiş yerləşmə cizgisi əlavə edilmişdir. Apelyasiya instansiyası məhkəməsi X2 adına “Torpağın mülkiyyətə verilməsinə dair” JN12198 saylı şəhadətn amənin verilməsi zamanı kobud pozuntulara yol verildiyi, şəhadətnamənin verilməsinə əsas verən 06 yanvar 1995-ci il tarixli 124 saylı Sərəncamın Səbail rayon İcra Hakimiyyəti başçısının 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamı ilə faktiki olaraq qüvvədən düşməsini, 1995-ci ilin sərəncamına əlavə olunmuş yerləşmə cizgisinin heç bir əsas olmadan 2004-cü ildə tərtib edilməsini, şəhadətnamənin verilməsinə əsas verən sənədlərin həqiqiliyini və qeydiyyata alınıb-alınmadığını müəyyən etmək üçün Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından müvafiq arayış və digər sənədlər alınmadan verildiyini nəzərə almamışdır. Habelə, təqdim olunmuş sənədlərdən göründüyü kimi, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198 saylı şəhadətnamə ödənişli əsaslarla həyata keçirilmişdir. Bu isə bi r daha yerləşmə cizgisində göstərilmiş torpaq sahəsinin Səbail rayon İcra Hakimiyyəti başçısının 06 yanvar 1995-ci il tarixli 124 saylı Sərəncamına heç bir aidiyyəti olmadığını, 1997-ci ildən sonra X4 tərəfindən əldə olunduğunu təsdiq edir. Qeyd olunanlardan göründüyü kimi, X4 aralarında olan qarşılıqlı razılaşma əsasında Səbail rayon İcra Hakimiyyəti başçısının 06 yanvar 1995-ci il tarixli 124 saylı Sərəncamı 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamı ilə dəyişdirildikdən sonra, 2004-cü ildə onun istifadəsində olan torpaq sahəsindən 3150 metr şimalı istiqamətində yerləşən digər bir torpaq sahəsini, faktiki olaraq qüvvədən düşmüş 124 nömrəli sərəncam və aralarında açıq-aşkar uyğunsuzluq olan, biri-birinin mötəbərliyini inkar edən sənədlər əsasında, habelə bütün zəruri sənədlər təqdim olunmadan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198 saylı şəhadətnamə əldə etmişdir. İşdə olan qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 2-1(81)-3492/2016 nömrəli qərarına əsasən Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən, fərdi evin tikintisi üçün ona ayrılmış 600 kvadrat metr torpaq sahəsinə dair sənədlərin qanuniliyi tam olaraq təsdiq olunduğundan torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün cizgisinin tərtib edilməsi və verilməsi Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən, 01 avqust 2000-ci il tarixli 647 saylı Sərəncamın Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından verilmiş müvafiq sənədlərlə qeydiyyata alındığının təsdiq olunmasına, habelə 10 noyabr 2017-ci il tarixdə tərtib olunmuş torpaq sahəsinin situasiya planı və sxeminin qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli 2-1(81)-3492/2016 nömrəli qərarı əsasında verilməsinə baxmayaraq, həmin sənədlər mötəbər sübut kimi qəbul edilməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya İddiaçı şikayətində keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198 saylı şəhadətnamənin etibarsız sayılması, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2019-cu il tarixli 2-1(103)-878/2019 nömrəli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2018-ci il tarixl i 2-1(81)-1031/2018 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, şikayətində keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN12198 saylı şəhadətnamənin etibarsız sayılması, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2019-cu il tarixli 2-1(103)-878/2019 nömrəli qərarının ləğv edilməsi, Azərbaycan Res publikası 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli 2-1(81)1031/2018 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, şikayətində keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-12198 saylı şəhadətnamənin etibarsız sayılması, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2019-cu il tarixli 2-1(103)-878/2019 nömrəli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli 2-1(81)-1031/2018 nömr əli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışinı dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 16 may 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkra r baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyası hazırkı iş üzrə qəbul etdiyi 16 may 2019-cu il tarixli, 2-1(103)-878/2019 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli 2-1(81)-1031/2018 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın rədd edilməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 12.1, 12.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 68-ci maddəsinə istinad etməklə belə hesab etmişdir ki, iş ə birinci instansiya qaydasında baxmış məhkəmə qeyd edilən normaların tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda cavabdehin etirazında istinad etdiyi halı araşdırmaq üçün zəruri tədbirlər görməmiş, nəticədə iddianın əsaslı olması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası İddiaçı kasasiya şikayətindəki dəlillərlə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 16 may 2019cu il tarixli qərarının əsaslandırıcı hissəsində İnzibati Prosessual Məcəllənin “İşin hallarının araşdırılması prinsipi” adlanan 12.1 və 12.2-ci maddələrinə əsaslansa da, faktiki olaraq həmin prosessual hüquq normalarının tələblə rinə riayət etməmiş, yəni, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki halları xidməti vəzifəsinə görə tam və hərtərəfli araşdırmamış, tərəflərdən bu məqsədlə əlavə məlumat və sübutlar tələb etməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi özü tərəfindən müəyyən edilmişdir ki, Səbail rayon İcra Hakimiyyətinin 01 avqust 2000-ci il tarixli 647 saylı sərəncamına əsasən X2 razılıq ərizəsi və İddiaçı torpağa olan tələbatı nəzərə alaraq, Səbail rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli, 124 saylı sərəncamı ilə fərdi evin tikintisi üçün X3 ayrılmış 600 kvadrat metr torpaq sahəsi qarşılıqlı razılaşma əsasında İddiaçı adına sənədləşdirilmişdir. İddia ərizəsinə həmin sərəncam əsasında ayrılmış torpaq sahəsinin 10 noyabr 2017-ci il tarixdə Səbail rayon İcra Ha kimiyyəti tərəfindən təsdiq edilmiş situasiya planı və sxemi əlavə edilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi yenə özü tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 23 noyabr 2017-ci il tarixli ərizə ilə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 13 dekabr 2017-ci il tarixli imtina bildirişində qeyd edilmişdir ki, aparılan araşdırma zamanı elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş Səbail rayon İcra Hakimiyyəti Başçısının 01 avqust 2000-ci il tarixli, 647 saylı sərəncamında istinad edilmiş Səbail rayon İcra Hakimiyyətinin 06 yanvar 1995-ci il tarixli, 124 saylı sərəncamı əsasında digər fiziki şəxsin adına torpağın mülkiyyətə verilməsi barədə JN-12198 saylı şəhadətnamə verilmişdir. Bundan başqa torpaq sahəsində tikintialtı sahəsi 110,0 kvadrat metr olan iki mərtəbəli yaşayış evi və həyət tikililəri mövcuddur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə kollegiyası burada xüsusi olaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin sözügedən imtina məktubunda göstərilən həmin imtina səbəbini, yəni, işin bu halını ümumiyyətlə araşdırmamış və ona hüquqi qiymət verməmişdir. Belə ki, bundan öncəki abzasda deyilir ki, Eldar Əfəndiyevlə İddiaçı arasında baş vermiş yazılı razılığa əsasən Səbail rayon İcra Hakimiyyətinin 01 avqust 2000-ci il tarixli, 647 saylı sərəncamına görə Səbail rayon İcra Hakimiyyətinin Başçısının 06 yanvar 1995-ci il tarixli, 124 saylı sərəncamı ilə fərdi evin tikintisi üçün E.E.Əfəndiyevə ayrılmış 600 kvadrat metr torpaq sahə si qarşılıqlı razılaşma əsasında İddiaçı adına sənədləşdirilmişdir. Beləliklə Səbail rayon İcra Hakimiyyətinin sözügedən 06 yanvar 1995-ci il tarixli, 124 saylı sərəncamı həmin təşkilatın 01 avqust 2000-ci il tarixli, 647 saylı sərəncamı ilə faktiki olaraq qüvvədən düşmüş hesab edilmiş, lakin apelyasiya instansiyası məhkəməsi işin bu halını ümumiyyətlə nəzərə almamışdır. Bundan başqa apelyasiya instansiyası məhkəməsi qərarında özü yazır ki, işə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 noyabr 2018-ci il tarixli, 15600 nömrəli ekspert rəyi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, Torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı faktiki istifadəsində olan və naturada koordinatları müəyyən edilmiş 600 kvadrat metr torpaq sahəsinin ləğv edilmiş Dövlət Torpaq və Xətirəçəkmə Komitəsi tərəfindən verilmiş X2 adına JN-12198 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dəki torpaq sahəsi ilə üst-üstə düşməməsi və iddia olunan torpaq sahəsinin şəhadətnamədə göstərilən torpaq sahəsinin 3150 metr şimal istiqamətində yerləşməsi müəyyən edilir. Lakin buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi işin həmin halının üzərindən sükutla keçərək ona hər hansı bir hüquqi qiymət vermir. Xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçı E.E.Əfəndiyevi heç olmazsa iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etdiyi hald a məhkəmə bunu etmir və əvəzində qərarında yazır ki, “işə apelyasiya qaydasında baxılarkən məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, həqiqətən X1 rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli, 124 saylı sərəncamı ilə fərdi evin tikintisi üçün ona ayrılmış torpaq sahəsini 2004-cü ildə özəlləşdirmiş, bu barədə ona “Torpağın mülkiyyətə verilməsinə dair” JN12198D saylı şəhadətnamə verilmişdir. Sənədlərə torpaq sahəsinin Səbail rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 2004-cü ildə təsdiq edilmiş yerləşmə cizgisi əlavə edilmişdir. Qeyd edilən sənədlərə əsasən müəyyən olunur ki, X1 rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli, 124 saylı sərəncamı ilə ona ayrılmış torpaq sahəsindən iddiaçının xeyrinə imt ina etməmiş, həmin sahə onun özünün sahibliyində və istifadəsində olmuş, 2004-cü ildə isə mülkiyyətinə keçmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Səbail rayon İcra Hakimiyyəti Başçısının 01 avqust 2000-ci il tarixli, 647 saylı Sərəncamı iddiaçının özəlləşdirmək istədiyi və 2017-ci ildə icra hakimiyyəti orqanı tərəfindən sxemi tərtib edilmiş torpaq sahəsi üzərində qanuni istifadə hüququnu təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz”. Halbuki yuxarıda artıq göstərildiyi kimi, E.E.Əfəndiyev sözügedən torpaq sahəsi ilə bağlı öz iradəsini 2000-ci ildə razılıq ərizəsində ifadə etmişdir, yəni, Səbail rayon İcra Hakimiyyəti Başçısının 06 yanvar 1995-ci il tarixli, 124 saylı sərəncamı ilə fərdi evin tikintisi üçün ona ayrılmış 600 kvadrat metr t orpaq sahəsinin qarşılıqlı razılaşma əsasında İddiaçı adına sənədləşdirilməsinə etiraz etməmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi işin bu halını da ümumiyyətlə araşdırmamış, ona hüquqi qiymət verməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı iş üzrə yeni ekspertizanın təyin edilməsini xahiş etsə də, apelyasiya instansiyası məhkəməsi heç bir səbəb və izah olmadan iddiaçının həmin vəsatətinə münasibət bildirməmişdir. Beləliklə apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisəyə baxılarkən yol verilmiş prosessual pozuntular səbəbindən (İnzibati Prosessual Məcəllənin 12.1, 12.2-ci maddələrinin pozulması) geniş həcmdə sübutların araşdırılması tələb olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyas ı məhkəməsinin 16 may 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə yuxarıda göstərilmiş səbəbdən təmin edilməməlidir. İşə apelyasiya instansiyası məhkəməsində təkrar baxıldığı zaman sözügedən hallar tam və hərtərəfli araşdırmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməli və bunun nəticəsində iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 16 may 2019-cu il tarixli, 21(103)-878/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-2465/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2465/2019
24.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver