Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2465/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid ailəsi kimi mənzil sahəsi ilə təmin edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzil sahəsi ilə təmin edilmə” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2023-cü il tarixli, 2-1(103)-1171/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının oğlu X4 Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüş əməliyyatlarında (İİ Qarabağ müharibəsində) iştirak etmiş və döyüş tapşırığını yerinə yetirərkən xx.xx.2020-ci il tarixdə şəhid olmuş, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ölümündən sonra “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 2. xx.xx.2020-ci i l tarixdən iddiaçının oğlu X4 “şəhid”, onun ailəsi isə “şəhid ailəsi” hesab edilmişdir.
3. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 05 nömrəli sərəncamı ilə iddiaçı 3 nəfər ailə tərkibi (özü, əri, oğlu Fuad) ilə şəhid ailəsi kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilmişdir. 4. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, ev 42, 8 nömrəli mənzili oğlu X5 bağışlamışdır.
5. İddiaçı mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar şəhid ailəsi kimi mənzillə təmin edilməsi barədə cavabdehə müraciət etmişdir.
6. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində 63,74 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi qeydiyyatdan keçdiyindən və iddiaçı adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğundan, o, sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsini tələb etmək hüququna malik deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona ailə üzvləri (əri və oğlu) nəzərə alınmaqla şəhid ailəsi kimi mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsasland ırılmışdır ki, iddiaçının oğlunun mülkiyyətində fərdi yaşayış evi olsa da, həmin fərdi yaşayış evinin minimum norması adambaşına nəzərdə tutulan yaşayış minimumundan azdır. İddiaçı hazırkı iddia tələbi üzrə eyni məzmunlu ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.
9. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 3 nəfər ailə üzvü ilə Suraxanı Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Sərəncamın icrası çərçivəsində iddiaçının mənzillə təmin olunması üçün təqdim edilmiş sənədlərə baxılarkən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arayışında iddiaçının mülkiyyətində daşınmaz əmlakın – ünvan 1 ünvanında 63,74 kv.m ümumi sahəli 3 otaqlı mənzilin olduğu aşkar edilmişdir. Adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğuna görə iddiaçının sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi mövcud qanunvericiliyə uyğun deyildir. Belə ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 26-cı bəndinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzi l Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 23 sentyabr 2022-ci il tarixli, 2-1(112)-10960/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya ailə üzvləri nəzərə alınmaqla (həyat yoldaşı və oğlu) şəhid ailəsi kimi mənzil verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ümumi sahəsi 63,74 kv.m olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində xx.xx.2018-ci il tarixdə iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmış və müvafiq çıxarış ilə rəsmiləşdirilmişdir. Bundan sonra iddiaçı ilə oğlu – X6 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən daşınmaz əmlakın bağışl anması həyata keçirilmiş və yuxarıda qeyd olunan daşınmaz əmlak üzərində X3 mülkiyyət hüququ qeydə alınaraq müvafiq çıxarış ilə rəsmiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının və ya onun oğlunun mülkiyyətində fərdi yaşayış evinin olmasından asılı olmayaraq, iddiaçı sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsini tələb etmək hüququndan məhrum olunmamalıdır. Belə ki, iddiaçı güzəştli mənzil növbəsinə götürülərkən, həmin vaxt onun ailə tərkibi özü də daxil olmaqla 3 nəfər ailə üzvündən ibarət olmuşdur. Nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan qanunvericiliyin normalarına görə adambaşına düşən minimum yaşayış sahəsinin norması 16 kv.m təşkil edir. Buna baxmayaraq, əvvəl iddiaçının mülkiyyətində olmuş, lakin sonradan mülki əqd əsasında oğlunun mülkiyyətinə keç miş fərdi yaşayış evinin ümumi sahəsi 63,74 kv.m təşkil etsə də, texniki pasportdan da göründüyü kimi, bu sahədən yalnız 37,04 kv.m olan hissəsi yaşayış üçün nəzərdə tutulmuşdur. İddiaçının ailə tərkibi özü də daxil olmaqla 3 nəfər olduğu halda, onların yaşadığı mənzilin və ya fərdi yaşayış evinin yaşayış sahəsi azı 48 kv.m (16 kv.m x 3 nəfər) təşkil etməlidir ki, hazırda iddiaçının və ya onun ailə tərkibinin belə ölçüdə mənzilə sahib olduğu müşahidə olunmur. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın iddiaçının və ya onun oğlunun mülkiyyətində olmasından asılı olmayaraq, həmin əmlakın yaşayış sahəsi üçün nəzərdə tutulan sahəsi 37,04 kv.m olduğundan, həmin sahə 3 nəfər üçün nəzərdə tutulmalı olan 48 kv.m-dən aşağıdır ki, bu da, cavabdehin adambaşına düşən minimum yaşayış sahəsinə malik ol duğu ilə bağlı irəli sürdüyü əsasın mövcudluğunu istisna edir.
12. Digər tərəfdən, nəzərə alınmalıdır ki, iddiaçı və ya onun oğlu (iddiaçı ilə bağışlama müqaviləsinin bağlanması əsasında) daşınmaz əmlak ilə təmin olunsalar da, həmin əmlak məhz mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailəsi kimi verilməmişdir. Halbuki, qüvvədə olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 4-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Buna baxmayaraq, nə şəhid X1 valideynləri, nə də ki qardaşı mənzillə təmin olunmamışdır. Halbuki, şəhid X1 valideynləri və qardaşı sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsini tələb etmək hüququna malik olan şəxslər hesab olunurlar. Eyni zamanda, iddiaçının əri X2 birinci dərəcəli əlil olması da, iddiaçının sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsi zamanı nəzərə alınmalıdır.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Şərafət Məmmədova) 31 may 2023-cü il tarixli, 2-1(103)-1171/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, iddiaçıya ailə üzvləri – özü və ər i nəzərə alınmaqla şəhid ailəsi kimi mənzil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia digər hissədə təmin edilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ümumi sahəsi 63,74 kv.m olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınsa da, iddiaçı həmin mənzili oğlu X5 bağışlamışdır və hazırda həmin mənzil üzərində mülkiyyət hüququ X3 adına qeydiyyata alınmışdır. Nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan qanunvericiliyin normalarına görə adambaşına düşən minimum yaşayış sahəsinin norması 16 kv.m təşkil edir. Buna baxmayaraq, əvvəl iddiaçının mülkiyyətində olmuş, lakin sonradan mülki əqd əsasında oğlunun mülkiyyətinə keçmiş fərdi yaşayış evinin ümumi sahəsi 63,74 kv.m təşkil etsə də, texniki pasportdan da görün düyü kimi, bu sahədən yalnız 37,04 kv.m olan hissəsi yaşayış üçün nəzərdə tutulmuşdur. İddiaçı güzəştli mənzil növbəsinə götürülərkən, həmin vaxt onun ailə tərkibi özü də daxil olmaqla 3 nəfər ailə üzvündən ibarət olmuşdur. Göründüyü kimi, hətta həmin mənzil iddiaçının mülkiyyətində olmuş olsa da, iddiaçı uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsi ilə təmin olunmuşdur ki, bu da, onun yaşayış sahəsinə ehtiyacı olan qismində tanınmasına əsas verir. Bu səbəbdən də iddiaçının və ya onun oğlunun mülkiyyətində fərdi yaşayış evinin olmasından asılı olmayaraq, iddiaçı sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsini tələb etmək hüququndan məhrum olunmamalıdır.
16. İddiaçının oğlu X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olmuşdur və iddiaçı şəhid ailəsi statusuna malikdir. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 05 nömrəli sərəncamına əsasən iddiaçı 3 nəfər ailə tərkibi ilə (özü, əri, oğlu Fuad) yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilmişdir. İddiaçı ikinci dərəcə əlildir, iddiaçının əri isə müddətsiz birinci dərəcə əlildir və hazırda onların adına qeydiyyatdan keçmiş daşınmaz əmlak mövcud deyildir. Qeyd olunanlara əsasən, iddiaçı mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab olunur və o, sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsini tələb etmək hüququna malikdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ai lələrinə edilən güzəştlər haqqında” Qanunun 4-cü maddəsinin tələblərindən də göründüyü kimi, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 05 nömrəli sərəncamına əsasən iddiaçı 3 nəfər ailə tərkibi ilə (özü, əri, oğlu Fuad) yaşayış yeri üzrə mənzil növbəsinə götürülsə də, hazırda ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququ iddiaçının oğlu X3 adına qeydiyyata alınmışdır. Belə olan halda, iddiaçının oğlu mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilmir və iddiaçıya yalnız özü və əri nəzərə alınmaqla şəhid ailəsi kimi mənzil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.8-ci maddəsinə əsasən, vətəndaşa sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsi verilərkən vətəndaşın yaşayış sahəsinin ölçülərinin azalmasına və ya özgəninkiləşdirilməsinə səbəb olmuş hərəkətlər və bağladığı mülki-hüquqi əqdlər nəzərə alınır. Vətəndaşa yaşayış sahəsi sosial kirayə müqaviləsinə əsasən verilərkən həmin müddətdən əvvəl aparılmış yuxarıda göstərilən hərəkətlər və əqdlər qanunvericiliklə müəyyən edilən müddət ərzində, lakin həmin müddət beş ildən çox olmamaq şə rti ilə nəzərə alınır. Həmin maddəyə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, ev 42, 8 nömrəli mənzili xx.xx.2021-ci il tarixdə bağışlanma müqaviləsi əsasında oğlu X5 bağışlamışdır. Həmçinin iddiaçıya məxsus mənzilin ümumi sahəsi 63,74 kv.m, 2 və ya 3 ailə üzvü olmaqla, hər bir ailə üzvünə düşən sahə ayrılma norması 16 kv.m-dir. Belə olduqda, iddiaçının hər bir ailə üzvünə düşən sahənin ayrılma normasına çox yaxın olduğu müşahidə edilir (63,74 kv.m / 3 = 21,24 kv.m və ya 63,74 kv.m / 2 = 31,87 kv.m) b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güz əştlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları” 3.2. Şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) aşağıdakı qaydada verilir:... 3.2.16. mənzil şəraitini yaxşılaşdır mağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar.
22. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə
1. Mənzil qanunvericiliyinin əsasları 1.1. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi il ə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır.... Maddə
4. Mənzil hüququnun həyata keçirilməsi üçün şəraitin təmin edilməsi 4.0. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə:... 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir;... Maddə
12. Mənzil hüququnun obyektləri 1 2.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir. 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 12.3. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. 12.4. Qanunla müəyyən edilmiş qaydada və əsaslarla yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edilə bilər. 12.5. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəz ərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.... Maddə
49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması... 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələd iyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz.... Maddə
50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sa həsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun a ilə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. … Maddə
51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir.... 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan so nra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir.... Maddə
52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdi kləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.... Maddə
56. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin verilməsi 56.5. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. 23. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli, 459 nömrəli Qərarı Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati əra zi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. 24. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdənd ir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müs təqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. 25. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqill iyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1 0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsin in qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının tam ləğv edilməsi tələb olunsa da, həmin qərarla iddia qismən təmin edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin edilən hissəsinə münasibətdə yoxlanılacaqdır. Belə ki, iddianın rədd edilən hissəsində qərar cavabdehin mənafeyinə toxunmur, həmin hissədə qərarla onun üzərinə hər hansı öhdəlik qoyulmur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vaci b hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda isti nad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, xx.xx.2020-ci il tarixdən iddiaçının oğlu X4 “şəhid”, onun ailəsi isə “şəhid ailəsi” hesab edilmişdir. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 05 nömrəli sərəncamı ilə iddiaçı 3 nəfər ailə tərkibi (özü, əri, oğlu Fuad) ilə şəhid ailəsi kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilmişdir. İddiaçı mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar şəhid ailəsi kimi mənzillə təmin edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə mülkiyyətində 63,74 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin qeydiy yatdan keçdiyini və adambaşına düşən minimum yaşayış sahəsinə malik olduğunu əsas gətirib, iddiaçının sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsini tələb etmək hüququna malik olmadığını bildirmiş və bu səbəbdən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ümumi sahəsi 63,74 kv.m olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınsa da, iddiaçı həmin mənzili oğlu X5 bağışlamışdır və hazırda həmin mənzil üzərində mülkiyyət hüququ X3 adına qeydiyyata alınmışdır. Nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan qanunvericiliyin normalarına görə adambaşına düşən minimum yaşayış sahəsinin norması 16 kv.m təşkil edir. Buna baxmayaraq, əvvəl iddiaçının mülk iyyətində olmuş, lakin sonradan mülki əqd əsasında oğlunun mülkiyyətinə keçmiş fərdi yaşayış evinin ümumi sahəsi 63,74 kv.m təşkil etsə də, texniki pasportdan da göründüyü kimi, bu sahədən yalnız 37,04 kv.m olan hissəsi yaşayış üçün nəzərdə tutulmuşdur. İddiaçı güzəştli mənzil növbəsinə götürülərkən, həmin vaxt onun ailə tərkibi özü də daxil olmaqla 3 nəfər ailə üzvündən ibarət olmuşdur. Göründüyü kimi, hətta həmin mənzil iddiaçının mülkiyyətində olmuş olsa da, iddiaçı uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsi ilə təmin olunmuşdur ki, bu da, onun yaşayış sahəsinə ehtiyacı olan qismində tanınmasına əsas verir.
37. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin əsaslandırmasının bu hissəsi ilə aşağıdakılara görə razılaşmır.
38. Mənzil Məcəlləsinin 12-ci maddəsinə görə, yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Yəni, balkon və eyvan istisna olmaqla məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələr də yaşayış sahəsinə daxildir. Yaşayış sahəsi təkcə mənzilin ayrı-ayrı otaqları kimi qəbul edilə bilməz. Mənzil Məcəlləsinin tələbinə görə balkon və eyvanlar istisna olmaqla vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin sahəsi yaşayış sahəsinə aiddir. Odur ki, ümumi sahə si 63,74 kv.m olan mənzilin yalnız 37,04 kv.m olan hissəsinin yaşayış üçün nəzərdə tutulması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab edilə bilməz.
39. Bununla belə, məhkəmə kollegiyası iddianın təmin edilməsi hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq vurğulayır ki, iddiaçının və ya onun oğlunun mülkiyyətində fərdi yaşayış evinin olmasından asılı olmayaraq, iddiaçı şəhid ailəsi kimi sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsini tələb etmək hüququndan məhrum olunmamalıdır. İddiaçı ikinci dərəcə əlildir, iddiaçının əri isə müddətsiz birinci dərəcə əlildir və hazırda onların adına qeydiyyatdan keçmiş daşınmaz əmlak mövcud deyildir. Qeyd olunanlara əsasən, iddiaçı mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab olunur və o, sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsini tələb etmək hüququna malikdir. Hazırda ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququ iddiaçının oğlu X3 adına qeydiyyata alınmışdır. Belə olan halda, iddiaçının oğlu mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilmir və iddiaçıya yalnız özü və əri nəzərə alınmaqla şəhid ailəsi kimi mənzil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
40. Cavabdeh kassasiya şikayətində Mənzil Məcəlləsinin 56.8-ci maddəsinə istinad edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3cü Mədən küçəsi, ev 42, 8 nömrəli mənzili xx.xx.2021-ci il tarixdə bağışlama müqaviləsi əsasında oğlu X5 bağışlamış olduğunu qeyd edərək, iddianın rədd edilməli olduğunu qeyd etmişdir.
41. Mənzil Məcəlləsinin 56.8-ci maddəsinə əsasən, vətəndaşa sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsi verilərkən vətəndaşın yaşayış sahəsinin ölçülərinin azalmasına və ya özgəninkiləşdirilməsinə səbəb olmuş hərəkətlər və bağladığı mülkihüquqi əqdlər nəzərə alınır. Vətəndaşa yaşayış sahəsi sosial kirayə müqaviləsinə əsasən verilərkən həmin müddətdən əvvəl aparılmış yuxarıda göstərilən hərəkətlər və əqdlər qanunvericiliklə müəyyən edilən müddət ərzində, lakin həmin müddət beş ildən çox olmamaq şərti ilə nəzərə alınır.
42. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, əvvəla həmin normada qanunverici belə bir halda müraciət edən şəxsin müraciətinin birbaşa təmin edilməməsini deyil, müraciətə baxılarkən həmin halın işin digər faktiki halları ilə bərab ər nəzərə alınmalı olduğunu təsbit etmişdir.
43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028 -ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır.
44. Daha sonra “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikas ının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır.
45. Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamında şəhid ailələr üçün 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlərin ayrılması nəzərdə tutulmuşdur. Lakin sonrad an Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı ilə nəzərdə tutulmuş bu müddət azaldılmış və şəhid ailələrinin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur.
46. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, Prezidentin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamında 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsi qeyd edilmişdir.
47. İddiaçı da 2023-cü il yanvarın 1-dək Suraxanı Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailəsi olmuş və iddiaçının uçotda olması mübahisə olunmamışdır. Odur ki, o, mənzillə təmin edilməsini tələb etməkdə haqlı olduğundan, işin hazırkı vəziyyətində Mənzil Məcəlləsinin 52 və 56.8-ci maddələri iddiaçıya münasibətdə tətbiq edilə bilməz.
48. Məhkəmə kollegiyası hesab edir ki, şəhid ailəsi kimi uçota alınma tarixi (növbəlilik) nəzərə alınmaq şərtilə 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamda nəzərdə tutulmuş mərhələlərlə cavabdeh tərəfindən iddiaçının mənzillə təmin edilməsi həyata keçirilə bilər.
49. Yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstər ilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2023-cü il tarixli, 21(103)-1171/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.