Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2465/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-632/2024 nömrəli, 22 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının “Vətəndaş İddiaçı mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli 264 nömrəli Sərəncamının surətindən görünür ki, vətəndaş İddiaçı mülkiyyətində olan Binəqədi rayonu, M.Kazımovski küçəsi, məhəllə 3215, ev 8 ünvanında yerləşən 2 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır.
2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən (elektron) görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi, məhəllə 3215, ev 8 (yeni qaydalarla: AZ 1114, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (sahəsi 70.09 kv.m) İddiaçı xüsusi mülkiyyət hüququ (tam) xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi **********). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, çıxarışın vverilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əlavə inşa edilmiş 66,4 kv.m sahədən zirzəminin ölçüsü (26,4 kv.m) çıxılmaqla yerdə qalan 40 kv.m nəzərə alınmaqla ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə mülkiy yət hüquqlarının qeydiyyata alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8312/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi təmin edilmiş, əlavə inşa edilmiş 66,4 kv.m sahədən zirzəmi sahə (layihədə 26,4 kv.m göstərilən) çıxılmaqla yerdə qalan 40 kv.m sahə əlavə kimi nəzərə alınmaqla ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin əlavə tikililərin i nşa edilməsi barədə mövqeyi adıçəkilən tələblərlə ziddiyyət təşkil edir. Mənzil qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlakda yenidən qurma işlərinin artırılması, əlavə tikililərin inşa edilməsinə dair hər hansı qadağan mövcud deyil. Həmin yenidən qurma işlərinin aparılması və əlavə tikililərin inşa edilməsi aidiyyəti inzibati orqanın razılığı və texniki tələblər gözlənilməklə mümkündür ki, səlahiyyətli qurum kimi yerli icra hakimiyyəti orqanı da razılaşdırılmış layihə, qəbul komissiyası aktı və texniki rəyə uyğun olaraq müvafiq sərəncamla 66,40 kv.m əlavə tikilinin inşa edilməsi ilə birgə 142,80 ölçüdə olan əmlakın qeyri-yaşayış sahəsi kimi istifadəsinə razılıq vermişdir. Bu zaman isə, cavabdehin istinad etdiyi imtina əsasları müəyyən edilməmiş, sərəncamla qeyri-yaşayış s ahəsi kimi iddiaçının hər hansı şəxsin hüquqi maraqlarına toxunmadan əmlakın istifadəsinin qanuniliyi tanınmışdır. Nəzərə alınmalıdır ki, inzibati orqanın adıçəkilən sərəncamı qüvvədədir, hər hansı orqan tərəfindən ləğv edilməmişdir.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-632/2024 nömrəli, 22 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: P.Hüseynov /sədrlik edən və məruzəçi/, Ş.Məmmədova və M.Qarayeva) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
9. Məhkəmə kolleg iyası qeyd etmişdir ki, iddiaçı əlavə sahəyə dair hüquqmüəyyənedici sənəd kimi Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 264 nömrəli Sərəncamına istinad etsə də, həmin sərəncamda əlavə sahə fərqinin hüquqi əsasları göstərilməmişdir. İddiaçının daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etdiyi əlavə sahə qeydiyyatdan keçmiş qeyri-yaşayış sahəsinə və binaya bitişik əlavə sahədir. Həmin əlavə sahəyə aid hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri iddiaçı tərəfindən həm inzibati orqana, həm də məhkəməyə təqdim edilməmişdir. Belə ki, qeyd olunan əlavə tiki li ilə əlaqədar sənədlər, o cümlədən əlavə sahənin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməmişdir. Bundan başqa, iddiaçının daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etdiyi əlavə sahə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş yerdə yerləşir. Həmin sahə yaşayış binasının sakinlərinin ümumi paylı mülkiyyətindədir. Həmin sahənin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması digər sakinlərin hüquqlarının pozulmasına səbəb olar.
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, cavabdeh inzibati orqan «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələblərinə əsasən, müraciətin təminindən imtina etmişdir ki, həmin imtina qeyd olunan maddənin tələbləri ilə uzlaşmır.
12. Belə ki, qeyd olunan maddədəki imtina əsaslarından heç biri hazırkı iş üzrə mövcud deyil.
13. Apellyasiya məhkəməsi, həmçinin nəzərə almamışdır ki, qanunvericiliyin tələbindən göründüyü kimi daşınmaz əmlakda yenidən qurma işlərinin artırılması, əlavə tikililərin inşa edilməsinə dair hər hansı qadağan mövcud deyil. Həmin yenidən qurma işlərinin aparılması və əlavə tikililərin inşa edilməsi aidiyyəti inzibati orqanın razılığı və texniki tələblər gözlənilməklə mümkündür ki, səlahiyyətli qurum kimi yerli icra hakimiyyəti orqanı da razılaşdırılmış layihə, qəbul komissiyası aktı və texniki rəyə uyğun olaraq müvafiq sərəncamla 66,40 kv.m əlavə tikilinin inşa edilməsi ilə birgə 142,80 ölçüdə olan əmlakın qeyri-yaşayış sahəsi kimi istifadəsinə razılıq vermişdir.
14. İş materiallarında olan texniki şərtlər və şəkillərlə ərazidə tikilinin olması sübut olunur. Lakin məhkəmə bu sübutlara diqqət yetirməmişdir.
15. Çıxarışdan görünür ki, ümumi sahəsi 64,92 kv.m olan mənzil iddiaçının mülkiyyətində olmuşdur.
16. Yerli icra hakimiyyəti orqanının sərəncamından görünür ki, iddiaçın ın mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmış və müvafiq qaydada sənədləşmə işlərinin aparılması üçün sərəncamın surətinin aidiyyəti orqanlara o cümlədən cavabdehə təqdim edilməsi müəyyən edilmişdir.
17. Yerli icra hakimiyyəti orqanının iddiaçıya ünvanlanmış bildirişindən də görünür ki, ümumi sahəsi 142,80 kv.m olan mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə olunması ilə bağlı sərəncamın qəbulu barədə iddiaçı məlumatlandırılmışdır.
18. Çıxarışdan görünür ki, ümumi ölçüsü 70,09 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir.
19. İşə əlavə edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçının mülkiyyətində olan 70.09 kv.m qeyri-yaşayış sahəsinə əlavə tikilmiş 66.4 kv.m sahənin 26.4 kv.metr hissəsi zirzəmi sahəsidir, iddiaçı isə ora hər hansı mülk iyyət hüququ tələb etmir. Həmin hissə çıxılmaqla yerdə qalan 40 kv.m əlavə tikilmiş sahə isə iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsinə bitişik olmaqla, onun üzərinə inşa edilmiş və əlavə torpaq sahəsi zəbt edilməmişdir.
20. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin veril məsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahis ə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkə mələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razı deyil və hesab edir ki, inzibati mübahi sə tam və hərtərəfli araşdırılmamış, bununla da İPM-in 12-ci maddəsi pozulmuşdur.
25. Belə ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi 3215 məhəllə, ev 8 (Yeni qaydalarla: AZ1114, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 100.2 kv.m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə mə hkəməyə müraciət edərək, əlavə inşa edilmiş 66,4 kv.m sahədən zirzəminin ölçüsü (26,4 kv.m) çıxılmaqla yerdə qalan 40 kv.m nəzərə alınmaqla ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
27. Beləliklə iddiaçının iddiası 40 kv.m. olan qeyri-yaşayış sahəsi ilə əlaqədardır.
28. Bununla əlaqədar olaraq apellyasiya məhkəməsi qeyd edir ki, “ünvan 5 ünvanında yerləşən sahəsi 64.92 kv.m olan 2 saylı mənzilə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 264 nömrəli Sərəncamına əsasən iddiaçının mülkiyyətində olan həmin mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmış, Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli texniki rəyi və qəbul komissiyasının aktına əsasən həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi mümkün hesab edilmişdir (ümumi sahəsi 142.80 kv.m, əlavə tikili 66.40 kv.m). Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi, məhəllə 3215, ev 8 (yeni qaydalarla: AZ 1114, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (sahəsi 70.09 kv.m) İddiaçı xüsusi mülkiyyət hüququ (tam) xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı əlavə inşa edilmiş 66,4 kv.m sahədən zirzəminin ölçüsü (26,4 kv.m) çıxılmaqla yerdə qala n 40 kv.m nəzərə alınmaqla həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsini xahiş edir. Cavabdeh inzibati orqan qeyri-yaşayış sahəsinə əlavə inşa olunmuş sahə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş yerdə yerləşdiyindən müraciətin təmin edilməsindən imtina etmişdir.”
29. Burada qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş yuxarıda göstərilən işin faktiki hallarından görünür ki, iddiaçının sözügedən qeyri-yaşayış sahəsinə aid adına mülkiyyət hüququna dair müxtəlif rəqəmlər (70,09 kv.m, 66,40 kv.m. və 64,92 kv.m.) yer almaqla yanaşı, iddiaçının inşa etdiyi əlavə tikili kimi 66,40 kv.m. rəqəmi yazılmışdır.
30. Eyni zamanda işin 62-ci səhifəsində olan xx.xx.2022-ci il tarixli cavabdehin tərtib etdiyi “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında əlavə tikilinin faktiki sahəsi kimi yuxarıda göstərilmiş rəqəmlərdən fərqli bir rəqəm, yəni 62,2 kv. metr qeyd edilmişdir.
31. Belə olan halda “əlavə tikili”nin 66,40 kv.m. ölçüdə olmasının haradan götürülməsi məsələsi apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.
32. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxıldığı zaman, zərurət yarandığı təqdirdə, Binəqədi Rayon İcra Hakimiyyəti işə cəlb edilməli və sözügedən məsələlər tam və hərtərəfli araşdırılmalıdır.
33. Bununla yanaşı qeyd edilməlidir ki, apellyasiya məhkəməsi qərarında göstərir ki, “Bundan başqa, iddiaçının daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınmasını xah iş etdiyi əlavə sahə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş yerdə yerləşir. Həmin sahə yaşayış binasının sakinlərinin ümumi paylı mülkiyyətindədir. Həmin sahənin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması digər sakinlərin hüquqlarının pozulmasına səbəb olar.”
34. Burada qeyd edilməlidir ki, mübahisə predmeti olan sahənin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş yerdə yerləşməsinə dair sübutlar işdə yoxdur, bundan başqa iddiaçıdan həmin sahədən neçə il istifadə etməsi, bununla bağlı mübahisələrin olub-olmaması istiqamətində izahat alınmalıdır.
35. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tari xli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2024-cü il tarixli, 21(103)-632/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.