Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2466/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə, X4, X2, X5rşı “mənzil-kirayə müqaviləsinin bağlanması” qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: apellyasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, X4, X2, X5rşı “mənzil-kirayə müqaviləsinin bağlanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 14 iyun 2024-cü il tarixli, 2-1(103)-2772/2024 nömrəli qərardadından cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, X4, X2, X5rşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 11 nömrəli evin 49 saylı mənzilinə dair mənzil-kirayə müqaviləsinin iddiaçı ilə bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh1 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1775/2013 nömrəli, 09 iyul 2013-cü il tarixli qərarı ilə (hakim İ.Bayramova) iş üzrə iddia tələbinin təmin edilməsi, Bakı şəh əri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 11 nömrəli evin 49 saylı mənzilinə dair mənzil-kirayə müqaviləsinin İddiaçılə bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh1 üzərinə qoyulması qərara alınmışdır.
3. Həmin qərardan narazı qalan cavabdeh X6 xx.xx.2024-cü ildə apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in (82)-1775/2013 nömrəli, 09 iyul 2013-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bundan başqa, iddiaçı apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə də müraciət etmişdir.
5. Vəsatət onunla əsaslandırmışdır ki, qeydiyyatda olduğu ünvandan çıxarıldığından, ünvanda yaşamadığından 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinin 2in(82)-1775/2013 nömrəli, 09 iyul 2013-cü il tarixli qərarından məlumatlı olmaması səbəbindən prosessual müddət ötürülmüşdür.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2-1(103)-2772/2024 nömrəli qərardadı ilə (hakimlər: M.Qarayeva (sədrlik edən), P.Hüseynov və E.Əliyev) prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, apellyasiya şikayəti mümkün sayılmamışdır.
7. Məhkəmə qərardadında qeyd edilmişdir ki, “...iş materiallarından göründüyü kimi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1775/2013 nömrəli, 09 iyul 2013-cü il tarixli qərarı poçt göndərişi (məktubu) ilə cavabdehin rəsmi qeydiyyatda olan ünvana təqdim edilmişdir. Cavabdehin həmin qərardan, daha sonra isə qərarın icrası ilə bağlı qəbul edilmiş inzibati aktdan, nö vbəti addım olaraq isə mənzilin özəlləşdirilməsi ilə bağlı hərəkətlərdən məlumatlı olmaması barədə izahatını məhkəmə kollegiyası inandırıcı hesab etmir. Belə ki, şəxsin ölkəni tərk etməməsi, ağır xəstəliyə düçar olmaması, Nizami rayonunda qonşuluqda başqa yaşayış yerini seçməklə yaşaması, özəlləşdirməyə razılıq vermiş digər bacı və qardaşları ilə ünsiyyətdə olması dolayısı ilə ona dəlalət edir ki, şəxsin mənzillə kifayət qədər və sabit əlaqələri mövcud olmuş, lakin mənzilin aqibəti (özəlləşdirilməsi) ilə bağlı müəyyən müddət ərzində hansısa səbəbdən hüquqi marağının olmaması və bu istiqamətdə tələb edilən prosessual addımların atmaması (bunu tərəflə münaqişəli vəziyyətdə olduğu ilə izah edir) “iradəsindən asılı olmama” kimi əsaslandırıla bilməz. Əlavə olaraq şikayətçi prosessual hüquqlara və vəzifələrə malik şəxs olaraq “özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan” halları təsdiq edən hər hansı ciddi və mötəbər sübutları ərizəsinə əlavə etməmişdir ki, 10 ildən artıq müddət keçdikdən sonra apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası üzrlü səbəb sayıla bilsin....məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Bundan irəli gələrək hər bir halda şikayət verən şəxs öz hüququndan qanunvericiliklə müəyyən olunan ümumi müddətlər daxilində, bu mümkün olmadıqda isə ağlabatan müddət ərzində istifadə etməklə şikayət verməlidir.”
8. İddiaç ı kassasiya şikayəti verərək apellyasiya instansiyasının qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfs ir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər ü ç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əgər inzibati məhkəmə icraatının iştirakçıları qanunla nəzərdə tutulmuş müddəti bu və ya digər səbəbdən ötürmüşlərsə müddətin bərpa edilməsinə dair vəsatətlə birlikdə müddətin üzrsüz səbəbdən ötürülməsi və ya ötürülmədiyi barədə müvafiq sübutlar təqdim etməlidirlər. Belə sübutlar təqdim edilmədiyi təqdirdə apellyasiyanın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin qərardardlarından verilmiş kassasiya şi kayətləri də təmin edilmir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati X1 Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı xx.xx.2022-ci il tarixli, 2-1(102)-82/2022 nömrəli, X3 cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixli, 2-1(102)-233/2022 nömrəli, X10 Cavabdeh1nə qarşı xx.xx.2022-ci il tarixli, 21(102)-785/2022 nömrəli).
17. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassator üçün əlçatan və bəlli olmuşdur.
18. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda, tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
19. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-c i maddəsində təsbit olunmuş məhkəmə qərardadının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 21(103)-2772/2024 nömrəli qərardadından cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.