Məhkəmə qərarları › İş №2-1(102)-2467/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2467/2019

11.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2467/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 iştirakı ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı “təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 may tarixli 21(103)-1146/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təs viri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 1979-1984-cü illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı müddətin sığorta stajına daxil edilməklə ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 31 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində təhsil müddətinin iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. İddiaçı 2018-ci il 7 noyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2018-ci il 31 oktyabr tarixli, 09-2651 saylı imtina məktubunun qanunsuz hesab edilməsi, onun 1979-1984-cü illərdə Azərbaycan Politexnik İnstit utunda 5 illik əyani təhsilinin sığorta stajına daxil edilməsi, 2017-ci ilin 1 iyulundan ödənilməli olan pensiya məbləğinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə əsasən 2017-ci il 12 yanvar tarixdən ikinci dərəcəli əlilliklə pensiyaya çıxmışdır. Müəyyən etmişdir ki, əmək stajı düzgün hesablanmamış, 1979-1984cü illərdə Azərbaycan Politexnik İnstitutundakı 5 illik əyani təhsili nəzərə almamışdır. Cavabdehin “Əmək pensiyaları haqqında” 2006-cı il tarixli Qanuna əsaslanmaqla onun 1979-1984-cü illərdəki əyani təhsilini əmək stajına daxil etməməsi onun konstitusiya ilə təmin olunmuş hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi nin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2019-cu il 6 fevral tarixli 2-1(81)-442/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1979-1984-cü illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı müddətin sığorta stajına daxil edilməsi, 2017-ci ilin 1 iyulundan ödənilməli olan pensiya məbləğinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı zaman qüvvədə olan qanunda nəzərdə tutulduğundan təhsil müddəti şəxsin iş stajına daxil edilməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisad i Kollegiyasının 2019-cu il 10 may tarixli 2-1(103)-1146/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 24 may tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 19 iyun tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qa nunun 21.2.5-ci maddəsinə əsasən, işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət daxil edilir, digər hallarda təhsil müddəti sığorta stajına daxil edilmir. Təhsil müddətinin staja daxil edilməsi halı 2006-cı il 1 yanvar tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda mövcud olmuşdur və əmək pensiya hüququ 2006-cı il 1 yanvar tarixə qədər yaranmış və həmin tarixə qədər əmək pensiyası təyin edilmiş vətəndaşlara münasibətdə təhsil müddəti sığorta stajına daxil edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunda təhsil müddətinin sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Yalnız işsiz vətəndaşın yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət Qanunun 21.2.5-ci bəndinə əsasən sığorta stajına daxil edilir. İddiaçının müvafiq ərazi prinsipi üzrə məşğulluq mərkəzində işsiz kimi qeydə alınaraq yenidən peşə hazırlığı keçdiyi və ya təhsil alması barədə təsdiqləyici hər hansı bir sənədi olmadığı üçün qanunun bu maddəsi onun sığorta stajına münasibətdə tətbiq edilə bilməz. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddələrinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12.1, 14.3, 58.7, 68.2-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında tə msil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı vaxtda qüvvədə o lmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1972-ci il 3 avqust tarixli, 590 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixt isaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə də qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və təsdiq etmişdir (Qanunun 67-ci maddəsi). Beləliklə, iddiaçı həmin qanunvericilik aktlarının tələblərinə əsasən ali təhsil müəssisəsindəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququn un) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, ali təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 may tarixli 2-1(103)-1146/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar