Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-247/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-247/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, cavabdehin vəkili Vəkil iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı pensiya məbləğinin yenidən hesablanaraq birdəfəlik verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2273/2018 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1983-1985-ci illərdə SSRİ MN-nin Silahlı Qüvvələr ində həqiqi hərbi xidmətdə olduğunu, daha sonra 1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə könüllü şəkildə iştirak etdiyini, xxxx 1994-cü ildə Füzuli rayon ərazisində erməni silahlı qüvvələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak edən zaman ağır yaralandığını və uzun müddət müalicə olunduqdan sonra AR MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının xxxx 1994-cü il tarixli qərarı ilə hərbi xidmətə yararsız hesab edilməklə ordudan tərxis olunduğunu və aldığı xəsarətə görə ona 2-ci qrup əlillik verildiyini, əlilliyə görə əmək pensiyası təyin edildiyini, Azərbaycan Respublikası Prezidentinin xxxx 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna qanunvericiliklə müəyyən edilmiş müvafiq hallarda Azərbayca nın Milli qəhrəmanları və şəhidlərin ailə üzvləri, əlililər də daxil olmaqla bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu sərəncamın 1-ci bəndinə uyğun artırılaraq yenidən hesablanmasının tapşırıldığını, lakin cavabdeh orqan qeyd olunan sərəncamla bağlı hər hansı bir hərəkət etmədiyini və vətəndaşı məlumatlandırmadığını, ərizə ilə DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə müraciət edərək, hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının xxxx 2008-ci ildən təyin ediməsini xahiş etdiyini, sonuncu, 08.01.2018-ci il tarixli məktubla xxxx 2017-ci ildən ona hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının təyin edildiyinə, lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.7 və 32.1-1-ci maddələrini əsas tutaraq pensiyanın xxx x 2014-cü il tarixdən yenidən hesablandığına istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının xxxx 2008-ci il tarixdən xxxx 2014-cü il tarixədək olan müddət üçün hesablanaraq birdəfəlik qaydada ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)1558/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı hərbi qulluqçu kimi əlilliyə görə əməkpensiyasının xxxx 2008-ci il tarixdən xxxx 2014-cü il tarixədək olan müddət üçünhesablanaraq birdəfəlik qaydada ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir(hakim – M.T.Hacıbəyova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tari xli, 2-1(103)-2273/2018 saylı qərarı ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və M.A.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il xxxx tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Qanunun 32.1-1 maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və mü raciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”, Qanunun bu maddəsi İddiaçı şamil edilmiş və son 3 il üçün pensiya məbləği hesablanıb ödənilmişdir. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhk əmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2273/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqi”nə əsasən iddiaçı MAHHX əsgər kimi 26.07.1994-cü ildə (xəstəliyə görə) xidmətdən tərxis olunmuş, cəmi təminatı 457,75 manat təşkil etmiş, İddiaçı xxxx1995-ci ildə ikinci qrup Qarabağ əlili kimi əlilliyə görə əmək pensiyası təyin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nərimanov 2 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası nın **** saylı arayışına əsasən iddiaçıya təyin edilmiş İİ qrup əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə müdafiəsi ilə əlaqədar müddətsiz olaraq müəyyən edilmiş (əsas: xxxx 2005-ci il tarixli, 71 №-li müayinə aktı), əmək pensiyası xxxx 2017-ci il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə köçürülməsi ilə əlaqədar olaraq xxxx 2017-ci il tarixinədək ödənilmiş, DSMF-nin HQXRŞİİ-nin əmək pensiyası təyin edən komissiyasının xxxx 2017-ci il tarixli qərarı ilə İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən 2-ci qrup əlil kimi əmək pensiyası xxxx 2017-ci il tarixdən ömürlük 366,20 manat məbləğində təyin edilmiş, iddiaçı xxxx 2017-ci il tarixdə ərizə ilə müraciət edərək, hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş edilməsi ilə əlaqədar idarə DSMF-nin Nərimanov rayon şöbəsinə sorğu verərək pensiyanın ödənilməsinin dayandırılmasını xahiş etmiş, cavabdeh, xxxx 2018-ci il tarixli məktubla Müdafiə Nazirliyi tərəfindən tərtib olunmuş məlumat vərəqinə əsasən xxxx 2017-ci il tarixdən hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasınin təyin edildiyinə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən təminat xərcliyi 457,75 manat təşkil etdiyi üçün iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi zamanı ikinci qrup əlilliyə görə təminat xərcliyinin 80 faizi, yəni 366,20 manat məbləğində pensiya hesablanaraq ödənildiyinə, pensiyanın qanuna müvafiq olaraq xxxx 2014-cü il tarixdən yenidən hesablandığına və pensiya fərqi hər ay pens iyanın üzərinə əlavə olunmaqla xxxx 2018-ci il tarixdən ödənildiyinə istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən xxxx 2017-ci il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklərin, Qanunun 32.1-1 maddəsində nəzərdə tutulmuş “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi” müddəasının iddiaçıya tətbiq edilməsi əsassız və qanunaziddir, iddiaçı MAHHX əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət keçən) hərbi qulluqçu olaraq, 26.07.1994-cü ildə (xəstəliyə g örə) hərbi xidmətdən tərxis olunmuş, ona xxxx 1995-ci ildə ikinci qrup Qarabağ əlili kimi əlilliyə görə əmək pensiyası təyin edilmiş, iddiaçının hərbi qulluqçu kimi əmək pensiyası almaq hüququ artıq 1995-ci ildə yaranmış, lakin cavabdeh tərəfindən iddiaçı hərbi qulluqçu kimi xxxx 2017-ci il tarixdə müraciət etdiyi üçün xxxx 2017-ci il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 maddəsi iddiaçıya şamil edilmiş və son 3 il üçün pensiya məbləğinin hesablanıb 01.01.2018-ci il tarixdən ödənilməsi qərara alınmış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xxxx 2017-ci ilə qədər olan redaksiyasında əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan əmək pensiyasının təyin olunması hüququ nəzər də tutulmuş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 32.1-1-ci bəndi xxxx 2017-ci il tarixli, 543 VQD nömrəli Qanunla əlavə edilmiş və xxxx 2017-ci il tarixdə qanuni qüvvəyə minmiş, qanunvericilikdə dəyişiklik iddiaçının pensiya hüququ yarandığı vaxtdan sonra aparılmış, belə olan halda həmin maddənin tələbləri vətəndaşın vəziyyətini ağırlaşdırdığından, geriyə şamil edilə bilməz, iddiaçının müharibə əlili kimi pensiya almaq hüququnun müraciət edildiyi tarixdən əvvəlki üç ilə olan pensiya məbləğini alması ilə məhdudlaşdırmaq qanuna ziddiyyət təşkil edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əm ək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan)onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 12.2-ci (Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri) maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlilli k hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Qanunun 20-ci (Qulluq stajına görə əmək pensiyasına əlavələr) maddəsinin 20.16.-ci bəndinə əsasən bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin—100 faizi, İİ qrup müharibə əlillərinə—80 faizi, İİİ qrup müharibə əlillərinə—55 faizi. Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gü ndən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 32-ci (Əmək pensiyasının təyin edilməsi müddətləri) maddəsinin 32.11- ci bəndinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qanunun 37-ci maddəsinin (Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları) 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il xxx tarixli, 17 nömrəli qərarı ilə təsdi q edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə görə, 2017-ci ilin xxxx pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının Qarabağ əlili olaraq hərbi qulluqçu kimi əmək pensiyası almaq hüququ artıq 1995-ci ildə yaransa da, cavabdeh tərəfindən iddiaçı hərbi qulluqçu kimi xxxx 2017-ci il tarixdə müraciət etdiyi üçün xxxx 2017-ci il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 maddəsinin iddiaçıya şamil edildiyini və son 3 il üçün pensiya məbləğinin hesablanıb xxxx 2018-ci il tarixdən ödənildiyini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xxxx 2017-ci ilə qədər olan redaksiyasında əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan əmək pensiyasının təyin olunması hüququnun nəzərdə tutulduğunu, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 32.1-1-ci bəndinin 10 mart 2017-ci il tarixli, 543 VQD nömrəli Qanunla əlavə edildiyini və 01 iyul 2017-ci il tarixdə qanuni qüvvəyə mindiyini, qanunvericilikdə dəyişikliyin iddiaçının pensiya hüququ yarandığı vaxtdan sonra aparıldığını, həmin maddəni n tələblərinin vətəndaşın vəziyyətini ağırlaşdırdığından, geriyə şamil edilə bilmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(103)-2273/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2273/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-247/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-247/2019
06.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver