Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-247/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsinə dair hüququn qeydə alınması. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabde h Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxs 1, üçüncü şəxs 2, üçüncü şəxs 3 qarşı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-301/2019 saylı iş üzrə 03 oktyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 21 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Torpağın mülkiyyətə verilməsinə dair JN-**** A seriyalı, KOD ****** nömrəli şəhadətnaməyə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 28.06.1999-cu il tarixli, ** nömrəli qərarı ilə İddiaçı 0,12 ha torpaq sahəsi verilmişdir və şəhadətnamənin özündə onun ***** nömrə ilə qeydə alınması göstərilmişdir. Eyni zamanda, torpağın mülkiyyətə verilməsinə dair JN-*** A seriyalı, KOD ******* nömrəli şəhadətnaməyə əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 28.06.1999-cu il tarixli, *** nömrəli qərarı ilə X1 0,12 ha torpaq sahəsi verilmişdir və şəhadətnamənin özündə onun 18230 nömrə ilə qeydə alındığı göstərilmişdir. İddiaçı cavabdehə müraciət edərək şəhadətnamə əsasında mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 06 aprel tarixli, **********95 nömrəli məktubla iddiaçının müraciətinin təmin olunmasından imt ina etmişdir. Cavabdeh bildirmişdir ki, şəhadətnamə elektron baza xəritəsində öz əksini tapmamışdır. Müəyyən edilmişdir ki, torpaq sahəsinin yerləşdiyi ərazi kənd təsərrüfatı təyinatlı örüş sahəsidir. Həmçinin arxivdə JN seriyalı *** A nömrəli başqa vətəndaşa məxsus şəhadətnamə mövcuddur. Kadastr ekspertizası zamanı məlum olmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi əvvəllər qeydiyyata alınmış başqa vətəndaşa məxsus torpaq sahəsi ilə üst-üstə düşür. İmtinanı qanunsuz hesab edən iddiaçı məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı **** A nömrəli Şəhadətnamə əsasında Diyallı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçınınqanuni istifadəsində 0,12 ha həyətyanı torpaq sahəsi olmuş və islahat aparılan zaman əvəzsiz mülkiyyətinə verilməklə adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Bu səbəbdən də həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın təmin edilməməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-24/2019 saylı 28 fevral 2019-cu il tarixli qərarı (hakim – R.A.Məcidov) ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir. Şəki Apellya siya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-301/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – R.R.Rəfiyev, hakimlər – G.Q.Abbasov və M.R.Hüseynov)İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 2019-cu il tarixli 2-1(84)-24/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə İddiaçı torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı *** A nömrəli Şəhadətnamə əsasında Diyallı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi qoyulmuşdur. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının təqdim etdiyi torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı *** A nömrəli şəhadətnamə hüquqların dövlət qeydiyyata alınması üçün əsas deyil. Ona görə ki, həmin şəhadətnamə elektron baza xəritələrində öz əksini tapmamış, həmin şəhadətnamə subyektlər siyahısında başqa şəxsin adına olmaqla sənəd üzrə torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyildir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Örüş sahəsi isə xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alına bilməz. Eyni zamanda, müəyyən olunur ki, JN seriyalı *** A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə dublikat olmaqla eyni kod və eyni nömrə ilə şəhadətnamə X1 adına tərtib edilmiş və sonuncunun adına olan şəhadətnamə xəritədə öz əksini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının adına tərtib edilmiş JN *** A nömrəli torpağın mülkiyyətə verillməsinə dair Şəhadətnamə onu tərtib edən qurumun vəzifəli şəxslərin əsassız hərəkətləri nəticəsində tərtib olunmuşdur ki, şəhadətnamə hüquqların dövlət qeydiyyatı üçün mötəbər sənəd deyildir. Həmçinin Daşınmaz Əmla k Kadastrı və Ünvan reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının adına hazırlanmış şəhadətnamə elektron baza xəritələrində öz əksini tapmamışdır. Həmin şəhadətnamə subyektlər siyahısında X2 adınadır, iddiaçının adına hazırlanımış JN *** A nömrəli torpağın mülkiyyətə verillməsinə dair Şəhadətnamə mərkəzin elektoron bazasında öz əksini tapmadığından qeyd olunan 0,12 ha torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyildir, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə aid olmaqla JN *** A nömrəli torpağın mülkiyyətə verillməsinə dair Şəhadətnamə kənd təsərrüfat təyinatlı örüş torpaq sahəsidir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ətrafı hasarlanmamış və torpaq sahəsinin daxilində hər hansı tikili yoxdur. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İ nzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxışa göndərilməlidir. Apellyasiya məhkəməsi iddianın təmin edilməli olduğuna dair mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı JN seriyalı *** A nömrəli Şəhadətnamə əsasında Diyallı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınma sını tələb etməkdə haqlı olmuşdur. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1 və 8.0.5-ci maddələrinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır və həmin şəhadətnamə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 28.06.1999-cu il tarixli ** nömrəli qərarı əsasında 0,12 ha torpaq sahəsinə dair İddiaçı adına JN seriyalı *** A nömrəli Şəhadətnamə verilmişdir. Şəhadətnamə mülkiyyət hüququnu təsdiq edən sənəddir və hal hazırda qüvvədədir. Göründüyü kimi, 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən apar ılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır və həmin şəhadətnamə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh heç bir hüquqi əsas olmadan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsindən imtina etmişdir. Kollegiya aşağıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sü butlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, apellyasiya məhkəməsinin özü nün də qərarında göstərdiyi kimi iddiaçı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. O, sözügedən torpaq sahəsinin mülkiyyətində olmasını təsdiq edən əvvəllər torpaqlar üzərində hüquqların qeydiyyatını aparan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən 2006-cı ildə qeydiyyata alınmış JN seriyalı *** A nömrəli Şəhadətnaməni təqdim edir. Cavabdeh isə JN seriyalı *** A nömrəli Şəhadətnamənin elektron baza xəritəsində öz əksini tapmaması, torpaq sahəsinin yerləşdiyi ərazinin kənd təsərrüfatı təyinatlı örüş sahəsi olması, həmçinin, JN seriyalı *** A nömrəli başqa vətəndaşa məxsus şəhadətnamənin mövcud olmasını əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edir, bununla da, JN seriyalı *** A nömrəli Şəha dətnamənin mötəbərliyini şübhə altına alır. Apellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi şəhadətnamənin mötəbərliyinin şübhə doğurmadığı ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, şəhadətnamə həmin dövrdə mövcud olmuş və müvafiq inzibati funksiyaları yerinə yetirmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmişdir. Şəhadətnamə ləğv edilməmiş və ya etibarsız hesab olunmamış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Kollegiya qeyd edir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1 və 8.0.5-ci maddələrində 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatının öz hüquqi qüvvəsini saxladığının və şəhadətnamənin daşınmaz əmlak üzərində hüquqların əmə lə gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğunun təsbit edilməsinə baxmayaraq həmin sənədlərin mötəbərliyi ilə bağlı ciddi dəlillər olduqda məhkəmənin sənədin mötəbərliyinə dair şübhələri aradan qaldırmaq üçün müvafiq araşqdırma aparmaq vəzifəsi yaranır. Məhkəmənin bu vəzifəsi İPM-in 12.1 və 82-ci maddələrinin tələblərindən irəli gəlir. Bu mənada, məhkəmə ilk növbədə iddiaçının adına Torpağın mülkiyyətə verilməsinə dair JN-*** A seriyalı, KOD ***** nömrəli şəhadətnamənin verilməsinə əsas təşkil etmiş hüquq müəyyənedici sənədin mövcudluğunu və orada şəhadətnamədə göstərilən ölçüdə torpağın ona ayrılıb-ayrılmadığı ilə bağlı halları araşdırmalı idi. Şəhadətnamədən müəyyən edilir ki, iddiaçıya 0,12 ha torpaq sahəsi İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 28.06.1999-cu il tarixl i, *** nömrəli qərarı ilə ayrılmışdır. Belə olan halda, məhkəmə Aqrar İslahat Komissiyasının həmin qərarını və onunla bağlı Yerli Aqrar İslahat Komissiyasının qərarını əldə etməklə onları tədqiq etməli və sözügedən sənədlərdə həqiqətən də iddiaçıya 0,12 ha torpaq sahəsinin ayrılıbayrılmadığını müəyyən etməlidir. Apellyasiya məhkəməsi iddianı təmin edərək JN seriyalı *** A nömrəli Şəhadətnamə əsasında Diyallı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyini cavabdehin üzərinə qoysa da, nəzərə almamışdır ki, bu zaman hüquq müəyyənedici sənəd kimi çıxış edən JN seriyalı *** A nömrəli şəhadətnamə subyektlər siyahısında başqa şəxsin - X3 adınadır. Məhkəmə bunun səbəblərini aydınlaşdırmamışdır. İşə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı *** A nömrəli şəhadətnamədə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 28.06.1999-cu il tarixli ** nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsi verilməsi və şəhadətnamənin ***** nömrə ilə qeydə alınması göstərilmişdir. Eyni zamanda, X1 adına tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı *** A nömrəli şəhadətnamə ilə müəyyən olunur ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 28.06.1999-cu il tarixli ** nömrəli qərarı ilə ona 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamənin isə ***** nömrə ilə qeydə alındığı göstərilmişdir. Apellyasiya məhkəməsi eyni nömrəli şəhadətnamələrin verilməsinin səbəblərini müəyyənləşdirməyə yönəlmiş zəruri araşdırmanı da aparmamı şdır. Məhkəmə yalnızca ona istinad etmişdir ki, X1 nümayəndəsi X4 izahatında bildirmişdir ki, iddiaçıya verilən torpaq sahəsi ilə onların hazırda istifadə etdikləri torpaq sahəsi eyni nömrəli şəhadətnamələr əsasında verilsə də, tamamilə ayrı-ayrı torpaqlardır və həmin torpaqların arasındakı məsafə 734,49 metrdir. X1 verilən torpaq sahəsini hazırda istifadə edirlər və iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması X1 hüquqlarını pozmur. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə mövcud faktiki vəziyyətdən çıxış etməklə iddianı təmin etməkdə haqlı deyildir. Çünki torpaq sahəsinə dair hüququ qeydə ala bilmək üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsaslardan hər hansı biri mövcud olmalıdır. İddiaçı hazırkı halda bel ə hüquqi əsas kimi Torpağın mülkiyyətə verilməsinə dair JN-*** A seriyalı, KOD ********* nömrəli şəhadətnaməyə istinad edir. Odur ki, məhkəmə həmin şəhadətnaməni hüquq müəyyənedici sənəd kimi qəbul edirsə, o halda, məhz həmin şəhadətnaməyə əsasən ayrılmış sahənin naturada mövcud olub-olmadığını, harada yerləşdiyini, eləcə də hər hansı başqa şəxslərə ayrılmış torpaq sahələri ilə üst-üstə düşübdüşmədiyini müəyyən etməlidir. Bununla bağlı iş üzrə keçirilmiş mütəxəssis rəylərində göstərilmişdir ki, iddiaçının adına hazırlanmış JN-*** A nömrəli şəhadətnamə elektron bazada öz əksini tapmadığından orada göstərilən 0,12 ha torpaq sahəsinin yerini, eləcə də sənəd üzrə torpaq sahəsi ilə faktiki naturada ölçülmüş sahənin koordinatlarının üstü-üstə düşməsini müəyyən etmək mümkün deyildir. Beləliklə, apellyasiya məhkəməsi iddianı təmin edərək JN seriyalı *** A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun qeydə alınmalı olduğunu bildirsə də, faktiki olaraq həmin şəhadətnamədə göstərilən torpağın naturada harada yerləşdiyi ilə bağlı məsələ müəyyən olunmamış qalmışdır. Ehtimal etmək olar ki, məhkəmə şəhadətnamədə göstərilən sahənin iddiaçının faktiki istifadəsində olan sahə ilə eyni olduğunu qəbul etmişdir. Əgər belədirsə, məhkəmə bununla bağlı öz mövqeyini, yəni nəyə görə faktiki istifadədə olan sahə ilə şəhadətnamədə göstərilən sahələrin eyni sahələr olduğu nəticəsinə gəldiyini və bu zaman hansı hüquq normalarına istinad etdiyini aşkar şəkildə bildirməklə əsaslandırmalı idi. Lakin apellyasiya məhkəməsi belə bir əsaslandırma aparmamışdır. Bununla bağlı olaraq həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh bildirir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir, örüş sahə isə xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alına bilməz. Məhkəmə bu dəlildən irəli gələn lazımi araşdırmanın və qiymətləndirmənin aparılmasını da təmin etməmişdir. Məhkəmə yalnızca İsmayıllı rayonu Diyallı Bələdiyyəsi tərəfindən təqdim edilmiş 02.10.2019-cu il tarixli 152 nömrəli arayış istinad edərək göstərmişdir ki, həmin arayışda qeyd edilir ki, JN seriyalı *** A nömrəli Şəhadətnamə ilə iddiaçıya verilmiş həyətyanı torpaq sahəsi onun mülkiyyətindədir və sənədləşdirilməsinə heç bir etirazları yoxdur. Bununla bağlı olaraq isə kollegiya ilk növbədə qeyd e dir ki, həmin arayış özü-özlüyündə iddiaçının tələbini təmin etmək üçün hüquqi əsas kimi çıxış etmir. Eləcə də, bu arayışa istinad torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması ilə bağlı dəlildən irəli gələn araşdırmanın aparıldığı nəticəsini də doğurmur. Nəzərə almaq lazımdır ki, bələdiyyə torpaqlarının xüsusi mülkiyyətə verilməsinin qanunvericiliklə nəzərdə tutulmuş xüsusi qaydası vardır və həmin qaydalara riayət edilməklə ayrılmış sahələrə münasibətdə mülkiyyət hüququ əldə edilə bilər. İşin hallarından isə görünür ki, Diyallı Bələdiyyəsi tərəfindən verilmiş arayışda sahənin bələdiyyə mülkiyyətində olub-olmadığı məsələsinə aydınlıq gətirilməmiş, Bələdiyyə nəyə əsasən sahəni iddiaçının mülkiyyətində olan sahə kimi qəbul etdiyini göstərməmişdir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-301/2019 saylı iş üzrə 03 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-247/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-247/2020
21.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver