Məhkəmə qərarları › İş №2-1(102)-247/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-247/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-247/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı qızının cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: İ qrup əlilə təyin edilmiş əmək pensiyasının “İ qrup gözdən əlil “ kimi yenidən hesablanması və ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçı qızının cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına qarşı “İ qrup gözdən əlil kimi pensiya hesablanması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 13 oktyabr tarixli, 2-1(105)-212/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X4 Ekspert Komissiyasının 1997-ci il 15 fevral tarixli qərarına əsasən, iddiaçıya İ qrup müddətsiz əlillik dərəcəsi təyin edilmiş və əlilliyin hər iki gözün xəstəliyi ilə bağlı olduğu qeyd olunmuşdur.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 1997-ci ildən etibarən İ qrup gözdən əlil kimi pensiya hesablanıb ödənilməsini xahiş etmişdir.

3. Cavabdeh 2018-ci il 16 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçıya hüququnun yarandığı 1997-ci il 24 iyul tarixdən əlilliyə görə əmək pensiya sı təyin edilmişdir. Ona 1997-ci il 13 fevral tarixdən İ qrup ümumi səbəbli əlillik dərəcəsi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2018-ci il 18 aprel tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şöbəsinə qarşı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 1997-ci ildən etibarən İ qrup gözdən əlil kimi pensiya hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 Ekspert Komissiyasının 1997-ci il 15 fevral tarixli qərarına əsasən ona İ qrup müddətsiz əlillik dərəcəsi təyin edilmiş və əlilliyin hər iki gözünün xəstəliyi ilə bağlı olduğu qeyd olunmuşdur. Lakin cavabdeh tərəfindən ona gözdən əlillər üçün təyin olunmalı pensiya təyin edilməmişdir. 2018-ci il 06 mart tarixdə keçirilən müayinə zamanı onun gözdən əlil olması faktı yenidən təsdiqlənmiş və cavabdeh həmin tarixdən ona gözdən əlillər üçün pensiyanı təyin etmişdir. Halbuki, hələ 1997-ci ildə verilmiş arayışda xəstəliyin səbəbi hər iki gözün görmə qabiliyyətinin itirilməsi göstərilmişdir. Diaqnozda həmçinin onun kənar şəxsin qulluğuna ehtiyacının olması və əmək qabiliyyətinin olmaması vurğulanmışdır.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 18 sentyabr tarixli, 2-1(85)1582/2018 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 1997-ci ildə iddiaçının əlilliyinin səbəbi kimi ümumi xəstəlik göstərilmişdir və daha sonra əlilliyin səbəbinin dəyişdirilməsi barədə heç bir sənəd iddiaçı tərəfindən təqdim olunmamışdır.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 iyun tarixli, 2-1(105)-41/2019 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmuş, iddiaçıya 1997-ci ildən etibarən İ qrup gözdən əlil kimi pensiya hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddi açının 1997-ci il 13 fevral tarixli müayinə aktında əlilliyin səbəbinin ümumi xəstəlikdən yazılmasına cavabdehin istinadı əsassızdır. Belə ki, müvafiq dövlət qurumunun əvvəllər yol verdiyi səhv onun sosial təminat hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 dekabr tarixli, 2-1(102)2837/2019 nömrəli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 iyun tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Kassasiya instansiyası məh kəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş fərqli məzmunda iki məktubun olmasına baxmayaraq, bu ziddiyyəti aradan qaldırmaq üçün ətraflı araşdırma aparmamış, iş materiallarında iddiaçının 1997-ci ildən gözdən əlil olmasını təsdiq edən mötəbər sübutun olmamasını nəzərə almamışdır. Göründüyü kimi, məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2020-ci il 06 oktyabr tarixli, 2-1(105)-212/2020 nömrəli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsi prosessual hüquqi varisi Dövlə t Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialı ilə əvəz edilmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 13 oktyabr tarixli, 2-1(105)-212/2020 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmuş, iddiaçıya 1997-ci ildən etibarən İ qrup gözdən əlil kimi pensiya hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı 1997-ci il 13 fevral tarixdə X4 Ekspert Komissiyasında “Hər iki gözdə yüksək dərəcəli fəsadlaşmış miopiya, mürəkkəb xorioretinit” diaqnozu ilə ilkin müayinə edildiyindən və müddətsiz birinci dərəcə əlilliyin təyini barədə qərar verildiyindən, iddia tələbi əsaslıdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti ve rərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. 20. 1997-ci il 13 fevral tarixli müayinə aktından çıxarışdan görünür ki, iddiaçıya ümumi xəstəliyə görə İ qrup əlillik dərəcəsi təyin edilmişdir. Tibbi Ekspert Komissiyası ona “hər iki gözdə yüksək dərəcəli fəsadlaşmış miopiya mərkəzi koriorstinit” diaqnozu qoymuşdur. Əlilliyin səbəbi arayışda “ümumi xəstəlik” göstərilmiş və qeyd olunmuşdur ki, “xəstənin kənar şəxslərin yardımına ehtiyacı vardır”. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci i! tarixli müayinə aktı ilə xəstəliyi təsdiq edilərək, ona birinci qrup “ümumi xəstəlikdən” əlillik dərəcəsi verilmişdir. Diaqnoz kimi gözdən əlil olmağı göstərilmişdir. Məhkəmə qərarında göstərmişdir ki, 1997-ci ildən sonra iddiaçı əlilliyin səbəbinin dəyişdirilməsi barədə hər hansı sənədi təqdim etməmişdir. Ona 1997-ci ildə xəstəliyə görə əlillik dərəcəsi təyin edilmiş və bu fakt 2018-ci ildə bir daha Tibbi - Sosial Ekspert Komissiyası tərəfindən təkrarən təsdiq edilmişdir. Məhkəmə TSEK-in arxivində guya onun sənədlərinin tapılmadığına istinad edərək, əlilliyin həqiqətən də 1997-ci ildə göz xəstəliyi ilə bağlı olmasını araşdırmamışdır. Eyn i zamanda, məhkəmə iddiaçının 1997-ci ildən gözdən əlil olmasını təsdiq edən mötəbər sübutun olmamasını nəzərə almamışdır. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 90-cı maddəsinin İ hissəsinə görə, sosial pensiyalar əmək pensiyası almaq hüququ olmadıqda ümumi xəstəlik nəticəsində İ, İİ və İİİ qrup əlillərə təyin edilir. İddiaçı gözdən əlilliyin ona 1997ci ildən təyin olunduğu, lakin cavabdeh orqanın iddiaçıya gözdən əlilliyə görə pensiyanın təyin edilmədiyini iddia etmişdir. Halbuki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda gözdən əlilliyə görə pensiyanın verilməsi müddəası öz əksini tapmamışdır. Bu səbəbdən, iddiaçıya gözdən əlilliyə görə pensiyanın təyin edilməsi mümkün deyil. İddiaçı 2018-ci ildə yenidən müayinədən keçdikdən sonra, əlillik səbəbi gözdən əlil kimi qeyd edilmiş və cavabdeh orqan iddiaçıya gözdən əlil kimi əmək pensiyası təyin etmişdir ki, bu hal da iddiaçıya əsassız olaraq, yenidən 1997-ci il tarixdən əlilliyə görə pensiyanın təyin edilməsini istisna edir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

23. Göründüyü kimi, məhkəmə tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmış, iş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olu nmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. b. məhkəmə icraatı iştirakçılarının izahatları

24. İddiaçı 2021-ci il 09 fevral tarixli məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi.

25. Cavabdehin vəkili X2 2021-ci il 09 fevral tarixli məhkəmə iclasında kasasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Qanun (2006-cı il 1 yanvar tarixdə qüvvədə olan redaksiyada): Maddə 13.1. Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin İ qrup əlillərə 120 faizi (İ qrup gözdən əlillərə 200 faizi)... həcmin də müəyyən edilir. Maddə 19.2. Əmək pensiyasının baza hissəsinin üzərinə müvafiq hallarda aşağıdakı əlavələr hesablanır:... 19.2.2. İ qrup əlillərə qulluq üçün – yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində;... Maddə 26.1. Bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pe nsiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 27. “Əmək pensiyaları haqqında” Qanun (2017-ci il 1 iyul tarixdən qüvvədə olan redaksiyada): Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

28. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Şikayət qismən əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

32. Cavabdeh təsdiq edir ki, iddiaçıya 1997-ci il 24 iyul tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir (163659 №-li pensiya işi) (iş v. 4).

33. İddiaçıya əlilliyə görə pensiyanın təyin olunduğu 1997-ci il 24 iyul tarixdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 15-ci maddəsinə görə, “Kor vətəndaşlar (1-ci qrup gözdən əlillər), eləcə də hipofiz nanizmi xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboylar aşağıdakı hallarda yaşa görə pensiya hüququna malikdirlər: kişilər — 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda; qadınlar — 40 yaşına çatdıqda və azı 10 il iş stajı olduqda.

34. Həmin Qanunda “1-ci qrup gözdən əlillərə” münasibətdə yalnız 15-ci maddədə nəzərdə tutulmuş şərtlər daxilində, həm də yaşa görə pensiya nəzərdə tutulmuşdur. Qanunda “1-ci qrup gözdən əlillər” müddəası digər hallar üçün, yaxud “gözdən əlillər” üçün ayrıcı güzəştlər (əlil qrupları üzrə nəzərdə tutulmuş ümumi güzəştlər istisna edilməklə) nəzərdə tutulmamışdır. İddiaçıya əlilliyə görə pensiyanın təyin olunduğu 1997-ci il 24 iyul tarixdə onun 25 yaşının olduğu nəzərə alındıqda isə, Qanunun 15-ci maddəsinin, o cümlədən “1-ci qrup gözdən əlillər” müddəasının iddiaçıya münasibətdə tətbiqi istisna edilirdi.

35. Həmin Qanunun 24-cü maddəsinə əsasən, əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); v) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə.

36. Həmin Qanunun 25-ci maddəsinə əsasən, əlilliyə görə pensiyalar əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli hərbi və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilir. Ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyalar 21 yaşına çatanadək əlil olmuş şəxslərə iş stajından asılı olmayaraq, 23 yaşınadək əlil olmuş şəxslərə bir il iş stajı olduqda, 23 yaşından sonra əlil olmuş şəxslərə isə bir il iş stajı və əlavə olaraq yaşın üstünə gələn hər növbəti il üçün üç ay iş stajı olduqda təyin edilir.

37. Normaların məzmunundan göründüyü kimi, əlilliyə görə pensiyalar Qanunun 24-cü maddəsində göstərilən üç halda (a,b,v) təyin edilirdi. İddiaçıya da məhz “ümumi xəstəlik” ( “hər iki gözdə yüksək dərəcəli fəsadlaşmış miopiya, mərkəzi xorioretinit”, İ dərəcə, müddətsiz) səbəbi ilə əlilliyə görə pensiya təyin edilmişdir.

38. İddiaçıya İ dərəcə əlilliyin və əlilliyə görə pensiyanın təyin edilməsindən sonra - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.1-ci bəndinə görə, birinci dərəcə əlillik əsasən aşağıda nəzərdə tutulan hallarda təyin edilir: 2.1.10. Hər iki gözü tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0,005-dən az olması və ya görmə sahəsinin 10-dərəcəyədək konsentrik daralması).* (* Göstərilən hallarda əlillik müddətsiz təyin edilir).

39. Həmin normanın tələbi və işin araşdırılmış halları nəzərə alı ndıqda, iddiaçının əlilliyinə dair göstəricilər (ümumi xəstəlik, “hər iki gözdə yüksək dərəcəli fəsadlaşmış miopiya, mərkəzi xorioretinit”, İ dərəcə, müddətsiz) və əlilliyə görə təyin edilmiş pensiyanın təyin olunma şərtləri dəyişməmişdir.

40. Beləliklə, iddiaçıya 1997-ci ildə əlilliyə görə pensiya həmin vaxtda qüvvədə olmuş pensiya qanunvericiliyinə uyğun təyin edilmişdir.

41. Bununla yanaşı, cavabdehin iddia olunan məzmunda – “İ dərəcəli gözdən əlil kimi əmək pensiyasının hesablanması” öhdəliyi 2006-cı il 1 yanvar tarixdən yaranmışdır. Belə ki, həmin tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2006-cı il 1 yanvar tarixə qüvvədə olan redaksiyada) 13.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin m əbləğinin İ qrup əlillərə 120 faizi (İ qrup gözdən əlillərə 200 faizi)... həcmində müəyyən edilir. Həmin Qanunun 19.2.2-ci maddəsinə əsasən, əmək pensiyasının baza hissəsinin üzərinə müvafiq hallarda İ qrup əlillərə qulluq üçün – yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə hesablanır.

42. Beləliklə, istinad edilən normaların (o cümlədən, “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda qeyd edilən 26.1-ci maddəsinin) tələbləri iddiaçıya münasibətdə tətbiq olunmaqla, onun “İ qrup gözdən əlil” kimi əmək pensiyası 2006-cı il 1 yanvar tarixdən yenidən hesablanmalı idi. 43. 2006-cı il 1 yanvar tarixdən yenidən hesablanmalı olan əmək pensiyasının ödənilməsi tələbinə gəldikdə, məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə ba ğlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 2017-ci il 1 iyul tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir.

44. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərard adına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkr et müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir.

46. İşdən göründüyü kimi, iddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə 2017-ci il 1 iyul tarixdən sonra – 2018-ci il 5 aprel tarixdə müraciət etmişdir. Buna görə də “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 2-1(105)-212/2020 nömrəli qərarı dəyişdirilir və iddia aşağıdakı məzmunda təmin olunur: Cavabdehin üzərinə iddiaçıya 1997-ci il 24 iyul tarixdən təyin edilmiş İ qrup əlilliyə görə əmək pensiyasının “İ qrup gözdən əlil” kimi 2006-cı il 01 yanvar tarixdən yenidən hesablanması və iddiaçının pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi 2018-ci il 05 aprel tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi qoyulur. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar