Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-247/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin iddiaçıya aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 2021-ci il 31 avqust tarixli, 2-1(103)-1263/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 4 saylı region üzrə X1 dövlət qulluğunda baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il 13 iyun tarixli əmrinin 1.2-ci bəndi ilə onunla 2015-ci il 2 mart tarixdə bağlanmış əmək müqaviləsinə əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 2019-cu il 15 iyul tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun işdən azad olmağının qanunsuz hesab etməklə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********7 saylı, 2019-cu il 13 iyun tarixli əmrini ləğv edilməsini, onu əvvəlki iş yeri olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsinə bərpa edilməsini və məcburi iş buraxma müddəti üçün 2019-cu il 13 iyun tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqının cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 2019-cu il 13 iyun tarixli, ****** ****7 saylı qərarının iddiaçıya aid hissədə (1.2.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 2015-ci il 2 mart tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı işlədiyi müddət ərzində intizam xətasına yol verməmiş, əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini qüsursuz yerinə yetirmiş və heç bir intizam tənbehi almamış, hətta dəfələrlə mükafatlar almışdır. Buna baxmayaraq iddiaçı barəsində ən sərt (ağır) intizam tənbehi tətbiq edilmişdir. Lakin hər hansı xidməti araşdırmanın aparılması zəruri hesab edilməmişdir. İddiaçı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının üzvüdür. Həmkarlar təşkilatının razılığına baxmayaraq iddiaçı müvafiq məsələyə baxılması üçün həmkarlar iclasına dəvət edilməmişdir. Bu səbəbdən hesab edilməlidir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericilik tələbləri pozulmuşdur. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı 2019-cu il 13 iyun tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə əsasən işdən azad edilmişdir. İddiaçının işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin rəisi E.Cəfərovun 2019-cu il 7 iyun tarixli, **********7 nömrəli yazılı məruzəsi olmuşdur. Məruzədə göstərildiyi kimi ar aşdırma zamanı müəyyən edilmişdir ki, Şəki şəhər sakini X3 "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti 2019-cu il 23 may tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 daxil olmuşdur. Həmin müraciətə yerində baxıb vətəndaşların müraciətinin cavablandırılması məqsədilə 2019-cu il 27 may tarixdə 4 saylı region üzrə X4 göndərilmişdir. 2019-cu il 27 may tarixdə 4 saylı region üzrə X4 daxil olmuş materialların araşdırılması baş əmək müfəttişləri İddiaçı və X7 tapşırılmışdır. Araşdırma zamanı 4 saylı region üzrə X2 əməkdaşları İddiaçı və Z.Hüseynov tərəfindən müraciətin araşdırılması üçün müəssisənin səlahiyyətli nümayəndəsinin 4 saylı region üzrə X4 dəvət olunması üçün məktub hazırlanmış, lakin məktub poçt ilə göndərilməmiş, həmin müfətti şliyin əməkdaşı Telman Alıyevə verilmiş və ona məktubu müəssisənin rəhbərliyinə təqdim etmək tapşırılmışdır. Məktub müəssisənin mühasibi tərəfindən qəbul edilməkdən imtina edildikdən sonra poçt vasitəsilə həmin müəssisəyə göndərilmişdir. T.Alıyev dəvət məktubunu təqdim edərkən cəmiyyətin səlahiyyətli nümayəndəsi ilə görüşərək müəssisəyə A.Əhmədovun əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb olunması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 20000-25000 manat inzibati tənbeh olunacağını bildirərək məsələnin onların xeyrinə həll olunması üçün köməklik edə biləcəyini vəd edərək ondan rüşvət tələb etmişdir. Göründüyü kimi, 4 saylı region üzrə X2 baş əmək müfəttişləri İddiaçı, X9 və əmək müfəttişi X8 vətəndaşın müraciət inin araşdırılması zamanı nöqsanlara yol vermişlər, qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişlər, vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdikləri orqanın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişlər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 12 fevral tarixli, 2-1(112)-160/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçı vəzifəsinin icrası zamanı kobud pozuntulara yol verdiyi üçün işdən azad edilmişdir və bu zaman onun işlədiyi qurumun həmkarlar təşkilatının razılığı alınmışdır. Belə olan halda onun iddiasının hüquqi əsasları mövcud deyildir.
8. İd diaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 sentyabr tarixli 2-1(103)-1181/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 12 fevral tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 fevral tarixli, 2-1(102 )-85/2021 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
13. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qərarda göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qərarda şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Həmçinin qeyd olunmalıdır ki, istənilən intizam pozuntusunun mövcudl uğu özlüyündə dövlət qulluqçusunun dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Qanunun 33.1-ci maddəsinə əsasən xitam verilməsi üçün yetərli deyildir. İşəgötürən aşkar olunmuş xətaya görə bu tənbeh növlərindən hər hansını seçə bilər və ondan bu tənbeh növlərinin ardıcıllığına riayət olunması tələb olunmur. Lakin nəzərə alınmalıdır ki, Qanunun 25.6-cı maddəsi tələbinə görə bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Bu normadan göründüyü kimi, şəxsə dövlət qulluğundan azad edilməsi növündə inzibati tənbeh növünün tətbiq edilməsi üçün 3 şərtdən ən azı birinin olması vacibdir. Bu şərt lərə aiddir: -Dövlət qulluqçusunun yol verdiyi pozuntunun kobud pozuntu olması; -Pozuntular kobud sayılmasa da onların mütəmadiliyi; -Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilməməsi. İşə baxmış məhkəmələr, iddiaçı ilə dövlət qulluğuna xitam verilməsi üçün bu şərtlərin mövcudluğunu, iddiaçıya irad tutulan hərəkətlərin kobud pozuntu kimi xarakterizə edən halları, pozuntuların mütəmadiliyini və ya Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilməməsini müəyyən etməmişdir. Məhkəmələrin bu cür araşdırması, Azərbaycan Respublikası İPM-nin 12ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 57-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinc i icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 31 avqust tarixli, 2-1(103)-1263/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 12 fevral tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş iddia tələbi təmin edilmiş, cavabdehin 2019-cu il 13 iyun tarixli, **********7 saylı qərarı iddiaçıya aid hissədə (1.2.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 2015-ci il 2 mart tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının yol verdiyi nöqsanlardan biri kimi onun "xxxx" MMC-nin rəhbərinə yazılmış məktubu poçt vasitə si ilə göndərmədiyinə istinad olunur. Bununla bağlı məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçının hərəkəti “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a zidd olmamışdır. Eyni zamanda, xidmət rəisinin yazılı məlumatında iddiaçının kobud pozuntu sayılan xətaya yol verməsinə istinad edilməsinə baxmayaraq, "xxxx" MMC-nin məhkəməyə ünvanladığı məktubda İddiaçı, X9 və X5 "xxxx" MMC-nə qarşı hər hansı qanun pozuntusuna, o cümlədən korrupsiyaya şərait yaradan hala yol verilmədiyi göstərilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2021-ci il 8 iyun tarixli qərarında qeyd edilmişdir ki, əmr verilərkən şəxsin barəsində araşdırma aparılması üçün orqanın rəhbəri tərəfindən əmr verilməmiş və izahat alınmamı ş, müvafiq araşdırma aparılmamışdır. Halbuki, cavabdeh tərəfindən hazırkı mövqeyə dair hüquqi açıqlama verilmişdir. Belə ki, xidməti yoxlamanın aparılması ilə bağlı bildirilməlidir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli, 435 nömrəli Fərmanının 3.1-ci bəndinə uyğun olaraq bu günə qədər belə bir qayda təsdiq edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndinə əsasən xidmətin aparatının və yerli orqanlarının işçiləri barədə intizam tənbehi tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında məsələ qaldırmaq xidmət rəisinin səlahiyyətlərinə aiddir. Xidmət rəisi qeyd edilən səlahiyyətinin icrası ilə bağlı araşdırma aparmış və bununla bağlı İddiaçı, Z.Hüseynov və T.Alıyevin izahatları alınmışdır. İddiaçı izahatında özünün icraatında olan məktubu müəssisəyə çatdırılması üçün T.Alıyevə verdiyini etiraf etmişdir.
18. Pozuntunun kobud olması və ya mütəmadi xarakter daşıması, habelə Dövlət qulluğu haqqında Qanunun 20-ci maddəsində göstərilən hansı tələblərin pozulması ilə bağlı: - “Dövlət Qulluğu haqqında” Qanunun 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci m addəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq edilə bilər. Belə ki, “Dövlət qulluğu haqqında" Qanunda “kobud” pozuntunun nədən ibarət olduğu açıqlanmır. Lakin, “Dövlət qulluğu haqqında” Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud pozulması hesab edilir. Həmçinin “Dövlət qulluğu haqqında” Qanunun 18.0.4-cü maddəsi (başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli) bu maddəyə analoji müddəa sayıla bilər. 19. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın tələblərinin araşdırılması və Məktub poçt vasitəsi ilə kimin tərəfindən göndərilməli olduğu və kimin məsul olduğu müəyyən edilməsi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. Qeyd edilən təlimatın 4.2-ci bəndindən göründüyü kimi, sənədləri göndərmək kargüzarlıq xidmətinin əsas vəzifələrindəndir. Həmçinin daxil olmuş vətəndaş müraciəti 2019-cu il 27 may tarixdə 4 saylı region üzrə DƏM-ə daxil olmuş materialların araşdırılması region rəisi tərəfindən Təlimatın 92-ci hissəsinə uyğun olaraq dərkənarla (dərkənarın surəti əlavə edilir) baş əmək müfəttişləri İddiaçı və X7 tapşırılmışdır. X6 edilməsi Sistemindən çıxarılmış arayışdan göründüyü kimi, iddiaçının qulluq funksiyalarında məktubların göndərilməsi müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçı bil ərəkdən əvvəlcədən əlbir olmaqla sənədi T.Alıyev vasitəsi ilə müəssisəyə çatdırmağa və onlarla sövdələşmə aparmağa çalışmışdır. İddiaçı izahatında özünün icraatında olan məktubu müəssisəyə çatdırılması üçün T.Alıyevə verdiyini etiraf etmişdir.
20. İstənilən intizam pozuntusunun mövcudluğu “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsi ilə xitam üçün yetərli deyil iddiası da tamamilə əsassızdır. Belə ki, nəzərə alınmalıdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati or qanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır və hüququn icrasını əhatə etmir. Yəni məhkəmə İPM-in 73.2-ci maddəsində təsbit olunmuş qaydaya uyğun surətdə hərəkət edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlə rindən biri tətbiq edilə bilər: (...) 25.2.6. dövlət qulluğundan azad edilməsi. Maddə 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (...) 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə;...
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam f ormada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Mad də 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
27. Cavabdeh əmrin hüquqi əsası kimi “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə istinad etmişdir.
28. Həmin normaya görə, dövlət qulluqçusu “Dövlət qulluğu haqqında” Q anunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə onun dövlət qulluğuna xitam verilə bilər.
29. Beləliklə, əmrin hüquqi əsası kimi istinad edilən 33.1.6-cı maddənin tətbiqi üçün Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulan şərt (dövlət qulluğundan azad edilmə) baş verməlidir. 25.2.6-cı maddə isə yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. 30. “Dövlət qulluğu haqqında” Qanun “kobud” pozuntunun nədən ibarət olduğunu açıqlamır. Bu səbəbdən, inzibati orqan pozuntunun “adi” deyil, məhz “kobud” pozuntu olduğunu əsaslandırmaq öhdəliyi daşıyır.
31. Cavabdeh bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud pozulması hes ab edilir. Həmçinin “Dövlət qulluğu haqqında” Qanunun 18.0.4-cü maddəsi (başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli) bu maddəyə analoji müddəa sayıla bilər.
32. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin dispozisiya şərtlərinin mövcudluğunu (əmək fəaliyyəti zamanı kobud səhvlərə, hüquq pozuntularına yol verilməsi və bunun nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) cavabdeh sübut etməlidir. Hazırkı işdə bu, baş verməyib. Əksinə, xidmət rəisinin yazılı məlumatında iddiaçının kobud pozuntu sayılan xətaya yol verməsinə istinad edilməsinə baxmayaraq, "xxxx" MMC-n in məhkəməyə ünvanladığı məktubda İddiaçı tərəfindən "xxxx" MMC-yə qarşı hər hansı qanun pozuntusuna, o cümlədən korrupsiyaya şərait yaradan hala yol verilmədiyi göstərilir. 33. “Dövlət qulluğu haqqında” Qanunun 18.0.4-cü maddəsinin tətbiqinə gəldikdə, bu normada göstərilən hal həmin Qanunun 25.2-ci maddəsində intizam tənbeh tədbirlərinin tətbiqinin əsaslarından biri kimi çıxış etsə də, Qanunun məhz 25.2.6-cı maddəsində nəzərdə tutulmuş tədbirin (dövlət qulluğundan azad edilmənin) tətbiqinə özü-özlüyündə əsas vermir. 34. “Mütəmadi olaraq pozuntulara yol verildikdə” müddəası isə dövlət qulluqçusuna yalnız o halda, tətbiq oluna bilər ki, “Dövlət qulluğu haqqında” Qanunun 18-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblər dövlət qulluqçusu tərəfindən davamlı olaraq pozulmuş olsun.
35. İddiaçının əvvəllər “Dövlət qulluğu haqqında” Qanunun 18-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduğuna görə həmin Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edildiyinə dair sübut işdə yoxdur. 36. “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinə gəldikdə, həmin normada dövlət qulluqçusu barəsində məhdudiyyətlərdən bəhs olunur və cavabdehin mübahisələndirilən əmrində “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinin tələblərinin iddiaçı tərəfindən pozulduğuna istinad yoxdur.
37. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 2021-ci il 31 avqust tarixli, 2-1(103)-1263/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.