Məhkəmə qərarları › İş №2-1(102)-247/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-247/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-247/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni diplom sənədinin verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “yeni diplom sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2462/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh2 xx.xx.2006-cı il tarixli, 321 nömrəli arayışının notarial qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçı həmin kollecin “ibtidai təhsil” ixtisasının dördüncü kursunun M-011601-4qa qrupunun qiyabi şöbəsində ödənişli əsaslarla təhsil almışdır. 2. xx.xx.2006 tarixli, 134 nömrəli tələbə biletinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçı 2006-cı ildə Cavabdeh2nə daxil olmuşdur.

3. BB-İİ 080222 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçı 2004-cü ildə Cavabdeh2nə daxil olmuş, 17 iyun 2008-ci ildə “ibtida i təhsil” ixtisası üzrə tam kursu bitirmiş və ona ibtidai sinif müəllimi ixtisası verilmişdir.

4. Cavabdeh2 xx.xx.2020-ci il tarixli, 1/1785 nömrəli məktubuna əsasən iddiaçı həmin kollecdə təhsil almamış və ona ibtidai təhsil ixtisasını bitirməsi haqqında qeyd olunan diplom blankı (BB-İİ № 080222, qeyd.№ 29376) verilməmişdir.

5. Cavabdehin xx.xx.2021-ci il tarixli, H-1604/31-24 nömrəli məktubuna əsasən iddiaçının adına yazılmış BB-İİ 080222 nömrəli diplom blankının hüquqi əsas yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 15 aprel 2021-ci il tarixdə cavabdehlər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək ona yeni diplom sənədinin verilməsi öhdəliyinin cava bdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(116)-803/2021 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının əsaslandırması:

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildən Balakən rayonu Talalar kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi işləyir. 2004-cü ildə Cavabdeh2nə daxil olmuş və 17 iyun 2008-ci ildə “ibtidai təhsil” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İxtisas Komissiyasının 17 iyun 2008-ci il tarixli qərarı ilə iddiaçıya ibtidai sinif müəllimi ixtisası verilmiş, 20 iyul 2008-ci ildə 29376 nömrə ilə qeydiyyata alınmaqla BB-İİ №080222 nömrəli diplom verilmişdir. 2020-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etmək üçün sənədlərini Balakən rayon Təhsil Şöbəsinə təqdim etdikdə məlum olmuşdur ki, iddiaçıya təqdim edilmiş qeyd edilən diplom Cavabdeh2 tərəfindən verilməmişdir. Bununla bağlı Təhsil Nazirliyinə müraciət etmiş və iddiaçıya 02 mart 2021-ci il tarixli məktubla onun adına yazılmış BB-İİ №080222 nömrəli diplom blankının hüquqi əsasının olmadığı bildirilmişdir. İddiaçı qeyd etmişdir ki, diplomun dövlət qeydiyyatına alınmaması onun təqsirindən olmamışdır. Həmin səlahiyyətlər cavabdehə aid olmuşdur. Hesab etmişdir ki, “ibtidai təhsil” ixtisası üzrə tam kursu bitirdiyindən onun təhsili qanuni olmaqla cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin etirazları:

9. Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliy i iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının adına yazılmış BB-080222 nömrəli diplom blankının hüquqi əsası yoxdur. İddiaçı həmin kollecdə təhsil almamış və ona “ibtidai təhsil” ixtisasını bitirməsi haqqında diplom blankı verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş xx.xx.2000-ci il tarixdə AR Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın tələblərinə əsasən təhsil sənədi bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir, yəni məzunlara verilən diplom blanklarının hazırlanması işi yalnız Təhsil Nazirliyinə məxsus olmuşdur. İddiaçı o rta ixtisas təhsil müəssisəsinə TQDK-nın təşkil etdiyi test imtahanları ilə qəbul olunmamış və ona görə də onun adına diplom blankı yazılmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

10. Cavabdeh2 məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı 20 avqust 2021-ci il tarixli, 1/2001 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı həmin kollecdə təhsil almamış və ona “ibtidai təhsil” ixtisasını bitirməsi haqqında qeyd olunan diplom blankı (BBİİ № 080330, qeyd. № 30123) verilməmişdir. Əlavə olaraq məlumat üçün qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsinə əlavə edilmiş sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini Kollecə təqdim etməmişdir.

11. Azərbaycan Respublikası X1 məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tar ixli, PHŞ/3-2-2022-32 nömrəli məktubuna əsasən iddiaçı 2004-cü ildə ali və orta ixtisas təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanında iştirak etməmiş, heç bir təhsil müəssisəsinə qəbul olunmamış və barəsində X3 (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-1267/2022 nömrəli qərardadı ilə (hakim M.T.Hacıbəyova) iddia Cavabdeh2nə qarşı olan hissədə mümkün sayılmamışdır.

13. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-1267/2022 nömrəli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı hissədə rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəyyən etdiyi qaydada imtahan verərək Cavabdeh2nə qəbul olunmamışdır (bu hal məhkəmənin sorğusuna cavab olaraq X1 verdiyi məktub ilə təsdiq edilir), belə olan halda isə iddiaçı Cavabdeh2ndə təhsil də ala bilməzdi və onun adına da təbii ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplom blankı Kollecə təqdim edilə bilməzdi.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının özünün təqdim etdiyi sənədlərdə (diplom, tələbə bileti, Cavabdeh2 xx.xx.2006-cı il tarixli, 321 nömrəli arayışı) olan ziddiyyətlər də iddiaçının iddiasının tam əsassız olduğunu, həqiqətən də Kollecdə qanuni əsaslarla təhsil almadığını göstərir. Belə ki, iddia çı özü kollecə 2004-cü ildə qəbul olunduğunu göstərsə də, tələbə biletinin verilmə tarixi 2006-cı il göstərilmişdir. BB-İİ 080222 nömrəli diplomda iddiaçının kolleci 2008-ci ildə bitirdiyi göstərilsə də, Cavabdeh2 tərəfindən verilmiş sənəd kimi təqdim edilmiş xx.xx.2006-cı il tarixli, 321 nömrəli arayışda iddiaçının 2006-cı ildə dördüncü kursda təhsil alması göstərilmişdir. Belə olan halda cavabdehin iddiaçıya təhsil almadığı təhsil müəssisəsinin orta ixtisas təhsili haqqında diplomunun verilməsindən imtinası əsaslıdır və cavabdehin üzərinə belə bir öhdəlik qoyula bilməz.

16. Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-1267/2022 nömrəli qərardadından şikayət verilməmiş və qərardad qanuni qüvvəyə minmişdir.

17. İddiaçı Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-1267/2022 nömrəli qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2462/2022 nömrəli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)-1267/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmi n edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətində işin halları və iddia tələbinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını tam və hərtərəfli tədqiq etməmiş, geniş həcmdə sübutları tələb etməli və onları araşdırdıqdan sonra məhkəmə qərarını qəbul etməli olduğu halda, bunu etməmişdir. Həmçinin məhkəmələr iddiaçının sözügedən kollecə hansı qaydada daxil olması, onun adının Kollecin arxiv sənədlərində olub-olmaması, diplomun təqdimetmə kitabında olubolmaması, diplomun ona rəsmi təqdim edilib-edilməməsi, orada dərslərdə iştira k edibetməməsi və bununla bağlı rəsmi sənədlər sorğu vasitəsi ilə alınaraq məhkəmədə tədqiq edilməmişdir. Məhkəmələr cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təqdim etdiyi iddiaya dair etiraza əsaslanaraq hərtərəfli araşdırma aparmadan iddianı rədd etmişdir.

22. Bundan başqa, iddiaçının Cavabdeh2nə orta ixtisas təhsili almaq üçün 2004-cü ildə daxil olduğu dövrdə Azərbaycan Respublikasında təhsillə bağlı məsələlər həmin vaxt qüvvədə olan “Azərbaycan Respublikasının Təhsil Qanunu” və digər qanunvericilik aktları ilə tənzimləndiyi halda, məhkəmə hazırki mübahisəyə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnaməyə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 a prel 2010-cu il tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” qaydasına, “Azərbaycan Respublikasının X3 publik hüquqi şəxsin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının və onların struktur elementlərinin ləğv edilməsi haqqında” 16 may 2017-ci il tarixli, 1397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilənə qədər (iddiaçının təhsil aldığını iddia etdiyi dövrdə) qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında” Əsasnaməyə istinad etməklə maddi və prosessual hüquq normalarını poza raq mübahisəni düzgün həll etməmişdir.

23. Eyni zamanda, kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı ibtidai sinif müəllimi kimi müddətsiz müqavilə əsasında 2011-ci ildən fəaliyyət göstərir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi hazırki işə baxarkən “İnzibati icraat haqqında” Qanunun “Etimad hüququnun qorunması prinsipi” adlanan 13-cü maddəsinin tələbləri baxımından sözügedən məsələləri ümumiyyətlə araşdırmamış və nəzərə almamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və fakt lar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkə mə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümk ün hesab edilmişdir.

27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının orta ixtisas təhsili aldığını iddia etdiyi dövrdə (2004-2008-ci illərdə) qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən orta ixtisas tədris müəssisələrinə vətəndaşlar Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (hazırki X3) müəyyən etdiyi qaydada imtahan verməklə qəbul olunur dular və təhsil müəssisəsini bitirdikdən sonra isə onların adına təhsil sənədinin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi verirdi. İşin faktiki hallarına əsasən iddiaçı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəyyən etdiyi qaydada imtahan verərək Cavabdeh2nə qəbul olunmamışdır. Belə olan halda isə iddiaçı Cavabdeh2ndə təhsil ala bilməzdi və onun adına cavabdeh tərəfindən dövlət nümunəli diplom blankı təqdim edilə bilməzdi.

30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7, 82 və 87.8-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

31. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarından göründüyü kimi iddiaçı iddia ərizəsinə Cav abdeh2 xx.xx.2006-cı il tarixli, 321 nömrəli arayışının, xx.xx.2006 tarixli, 134 nömrəli tələbə biletinin və BB-İİ 080222 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətlərini əlavə etmişdir.

32. İşin faktiki əsasında da məhz yuxarıda qeyd edilən sənədlərin iddiaçıda olmasına baxmayaraq, ona cavabdeh tərəfindən imtina verilməsi dayanır. Lakin apellyasiya məhkəməsi mübahisənin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə iddiaçı tərəfindən təqdim edilən sənədlərin mötəbərliyini (həmin sənədlərin həqiqiliyini) araşdırmamışdır. Belə ki, iddiaçının əsaslandığı sənədlərin işdə olan, notarial qaydada təsdiq olunmuş surətlərindən göründüyü kimi, həmin sənədlərdə onların dövlət təhsil müəssisəsi olan Cavabdeh2 tərəfindən verildiyi qeyd olunmuş, sənədlərdəki imzalar həmin təhsil müəss isəsinin möhürü ilə təsdiq edilmişdir.

33. Cavabdeh2 məhkəmə sorğusuna verdiyi cavabında iddiaçının həmin Kollecdə təhsil almadığını və ona diplom verilmədiyini qeyd etməklə yanaşı, iddiaçının əsaslandığı sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərinin iddiaçı tərəfindən Kollecə təqdim edilmədiyini də qeyd etmişdir. Öz növbəsində, məhkəmə də həmin sənədlərin hansı əsaslarla verilməsi barədə zəruri məlumatların əldə edilməsi üçün cəhd göstərməmişdir. Belə ki, cavabdehin nümayəndəsi həmin sənədlərin iddiaçı tərəfindən necə əldə etməsi barədə suala aydınlıq gətirə bilməmişdir (iş v.59)

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən təqdim edilən sənədlərdə ziddiyyətlərin olması barədə mövqeyini təkrarlamaqla həmin ziddiyyətlərin aradan qaldır ılması və hərtərəfli şəkildə öyrənilməsi üçün zəruri araşdırma aparmamışdır.

35. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2462/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar