Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-247/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X2 və Dövlət Neft Şirkəti) qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X2 və Dövlət Neft Şirkəti) qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Zığ bələdiyyəsinin 14 dekabr 2004-cü il tarixli 97 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Suraxanı rayonu, Zığ qəsəbəsinin şimalqərb hissəsində ayrılmış 600 kv.m torpaq sahəsinin özəlləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2024-cü il tarixli, 2-1(103)-1933/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İş materiallarında olan sənədlərdən görünür ki, Zığ bələdiyyəsinin 14 dekabr 2004-cü il tarixli 97 nömrəli sərəncamı ilə Zığ qəsəbəsinin şimal-qərb hissəsində 600 kv.m torpaq sahəsi iddiaçıya ayrılmış, sonuncu həmin torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödəmişdir.
2. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, sözügedən torpaq sahəsinə dair təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim olunmamışdır. Həmçinin, torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşdiyi və həmin torpaq sahəsi ilə bağlı digər şəxslər tərəfindən müraciət edildiyi müəyyən olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Zığ bələdiyy əsinin 14 dekabr 2004-cü il tarixli 97 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Suraxanı rayonu, Zığ qəsəbəsinin şimal-qərb hissəsində ayrılmış 600 kv.m torpaq sahəsinin özəlləşdirilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Suraxanı rayonu Zığ bələdiyyəsinə ərizə ilə müraciət etmiş, bələdiyyənin 14 dekabr 2004-cü il tarixli 97 nömrəli sərəncamı ilə Zığ qəsəbəsinin şimal-qərb hissəsində 600 kv.m torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmişdir. Bunun əsasında torpağın bölgüsünə dair akt, torpaqların alqı-satqısına dair akt tərtib edilib imzalanmış və bələdiyyə sədri tərəfindən möhürlənmişdir. Torpağın alqı-satqısı üçün Zığ bələdiyyəsinin hesabına, həmin dövrdə ******* manat pul ödənilmişdir. Eyni zamanda, bələdiyyənin 14 dekabr 2004cü il tarixli 97 nömrəli sərəncamının 3-cü bəndinin tələbinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə müraciət olunmuşdur. Müraciət əsasında həmin torpaq sahəsi Bakı şəhər xəritəsinə işlənmiş, torpaq sahəsinin planı və xəritədən çıxarış iddiaçıya təqdim edilmişdir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə əsaslandırmışdır.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X2 və Dövlət Neft Şirkəti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.
7. Üçüncü şəxs Dövlət Neft Şirkəti iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, qeyd edilən torpaq sahəsi SOCAR-ın “Azneft” istehsalat Birliyinin daimi istifadəsində olan, neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin, quyuların elektron baza məlumatlarına baxış keçirən zaman müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsinin 12 metrliyində - 464 saylı, 30 metr məsafədə - 416 saylı, 64 metr məsafədə - 333 saylı, 69 metr məsafədə - 669 saylı və 72 metr məsafədə - 300 saylı ləğv edilmiş neft-qaz quyuları yerləşir. “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi hallarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublika sı Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Həmin bənddə verilmiş cədvəl üzrə ləğv edilmiş quyularla yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələr arasında 75 metrlik mühafizə zonası müəyyən edilmişdir ki, həmin məsafə gözlənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növl əri və onların tətbiqi halları” Qaydalarının 3.3-cü bəndinə görə, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) müəyyən edilmişdir. Həmin Qaydalara görə, fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyularla yaşayış evləri arasındakı məsafə ən azı 300 metr, mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə yaşayış evləri ara sında olan mühafizə zonası isə minimum 150 metr müəyyən edilmişdir. Ləğv olunmuş quyularla yaşayış evləri arasında mühafizə zonasının isə ən azı 75 metr olması müəyyən edilmişdir. Bundan başqa, mübahisəli torpaq sahəsi Azərbaycan Respublikasının 20 sentyabr 2005-ci il tarixli, 997-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X5 Kompani S.A” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.
8. İşin məhkəmə araşdırm ası zamanı cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aparılmış araşdırma nəticəsində Zığ bələdiyyəsinin 14 dekabr 2004-cü il tarixli 97 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinə dair hər hansı məlumat aşkar edilməmişdir.
9. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/2493 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 600 kv.m təşkil edir (üzərində tikili yoxdur). Torpaq sahəsinin sərhədləri bir tərəfdən qonşu hasarla həmsərhəd, digər üç tərəfi isə şərti olaraq göstərilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: H.A.Ağalarov) 23 noyabr 2023-cü il tarixli 2-1(112)-1678/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
12. Birinci ins tansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı alınmış ekspert rəyinin əsassızlığı ilə bağlı iddiaçı tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşdiyindən və bələdiyyənin dövlət mülkiyyətində olan torpaq sahəsinə sərəncam vermək hüququ olmadığından, bələdiyyənin həmin qərarı iddia olunan torpaq sahəsinə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilməz.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və S.R.Səlimova) 13 avqust 2024-cü il tarixli, 21(103)-1933/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİ N DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
17. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh bələdiyyə sərəncamı əsasında ona ayrılmış torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla, Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşdiyini bildirir. Halbuki, qonşu torpaq sahələrində fərdi yaşayış evləri tikilmişdir. Bundan başqa, onun müraciəti əsasında torpaq sahəsi Bakı şəhər xəritəsinə işlənmiş, həmin torpaq sahəsinin planı və xəritədən çıxarış ona təqdim edilmişdir. Məhkəmələr qərar qəbul edərkən, bələdiyyənin sərəncamı qüvvədə olduğu halda, hansı əsasla həmin torpaq sahəsinin ARDNŞ-nin balansında göstərilməsinə, əgər bu sərəncam ləğv edilmişdirsə, bunun ləğvini təsdiq edən sənədlərin harada olmasına və ödədiyi pulun hansı səbəbdən qaytarılmamasına aydınlıq gətirməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Üçüncü şəxs Dövlət Neft Şirkəti kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə m üəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... 20. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarının qəbul edildiyi tarixdə qüvvədə olan redaksiyada): Maddə
4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələ diyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;... Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.... 21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respu blikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanı: Bənd
2. Həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər....
22. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə (bələdiyyə qərarı qəbul edildiyi tarixdə qüvvədə olan redaksiyada): Bənd
7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir....
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona gör ə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlə rin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılması zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 600 kv.m təşkil edir (üzərində tikili yoxdur). Torpaq sahəsinin sərhədləri bir tərəfdən qonşu hasarla həmsərhəd, digər üç tərəfi isə şərti olaraq göstərilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi “Sənaye, nəqliyyat, rabitə, m üdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşir.
29. Bundan əlavə, işin apellyasiya baxışı zamanı Bakı şəhəri Suraxanı rayonu Zığ bələdiyyəsinə, X1 və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə sorğular ünvanlanaraq, işin obyektiv araşdırılması məqsədilə, Bakı şəhəri Suraxanı rayonu Zığ bələdiyyəsinin 14 dekabr 2004-cü il 97 saylı Zığ qəsəbəsinin şimal-qərb hissəsində 600 kv.m torpaq sahəsinin ayrılması haqqında sərəncamın və həmin sərəncamın verilməsi ilə bağlı bütün inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi xahiş olunmuş, X3 sorğuya cavab məktubunda qeyd etmişdir ki, Zığ bə lədiyyəsinin xx.xx.2004-cü il tarixli 97 nömrəli sərəncamı Bələdiyyələrlə iş baş idarəsində qeydiyyatdan keçməmişdir. Dövlət Arxivinin Bakı Filialı 12 iyun 2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd etmişdir ki, Suraxanı rayon Zığ Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Həmçinin, Zığ bələdiyyəsinin 140 nömrəli, 24 iyun 2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı Suraxanı rayonu Zığ bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılması barədə protokol qeydiyyatı aparılmamış və bələdiyyənin arxivində məlumat aşkarlanmamışdır.
30. Eyni zamanda, Zığ bələdiyyəsinin 14 dekabr 2004-cü il 97 saylı sərəncamı ilə, Zığ qəsəbəsinin şimal-qərb hissəsində 600 kv.m torpaq sahəsi İddiaçı ayrılması ilə bağlı rəyin alınması ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib-edilməməsi, müraciət edilmişdirsə bununla bağlı rəyin verilibverilməsi barədə birinci instansiya məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli sorğusuna Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir.
31. Göründüyü kimi, iddiaçı iddia etdiyi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinə əsas olan sənədləri təqdim edə bilməmişdir və məhkəmə araşdırmaları zaman ı da iddiaçının daşınmaz əmlaka hüququnun yaranmasını təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Həmçinin, iddiaçının iddia etdiyi torpaq sahəsi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətindədir və Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşir.
32. Məhkəmə kollegiyası onu da qeyd edir ki, bələdiyyələr tərəfindən ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar tələblərə baxılarkən, məhkəmələr tərəfindən hüquqi əsas qismində qəbul edilən bələdiyyə qərarına münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bu isə onu qeyd etməyə əsas verir ki, bələdiyyələr tərəfindən torpaq sahəsinin ayrılması yalnız bələdiyyə iclasının qərarı əsasında həyata keçirilə bilər.
33. Məhkəmə araşdırması zamanı bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı qərara hüquqi qiymət verilməsi üçün eyni tarixdə bələdiyyə iclasının keçirilibkeçirilməməsi, həmin iclasda sözügedən məsələnin müzakirə olunub olunmaması və bu növ qərarın qəbul edilib-edilməməsi, bələdiyyənin iclasının protokolu, bələdiyyə iclasının qərarı və torpaqayırma sənədlərinin (torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sxematik təsviri, cizgisi, alqı-satqı aktı və ya müqaviləsi, ödəniş qəbzi və s.) arxiv nüsxələrinin mövcud olub-olmaması araşdırılmış, lakin qeyd edilən bələdiyyə qərarı və ona məxsus inzibati icraat materialları nə bələdiyyənin arxivində, nə də digər arxiv idarələrində aşkar edilməmişdir.
34. İddiaçının kassasiya şikayətinin “bələdiyyənin sərəncamı ləğv edilmişdirsə, torpağa görə ödədiyi pulun hansı səbəbdən qaytarılmaması” ilə bağlı dəlilinə münasibətdə qeyd edilməlidir ki, qeyd edilən məsələ hazırkı mübahisənin predmetinə aid deyil və iddiaçı bu barədə müvafiq iddia qaldırmaqla məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər.
35. Beləliklə, iddiaçının təkrarlanan kassasiya dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyindən və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, barəsində şikayət verilən məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2024-cü il tarixli, 2-1(103)-1933/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.