Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2471/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı2 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşına çatmış qadına “toxucu” peşəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı2 (təvəllüd: xx.xx.1961) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pen siyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1996/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.
2. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışı təqdim edildikdən sonra iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavab dehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 52 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət etdiyi xx.xx.2021-ci il tarixindən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqan onun ərizəsini xx.xx.2021-ci il tarixində almış, lakin üstündən 35 gündən çox vaxt keçsə də heç bir cavab verməmişdir. Ona “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki o, tələb olunan 10 il xüsusi, 20 il ümumi stajı xx.xx.2017-ci il tarixinədək qazanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlarin: kişilər - 57 yaşına çatdıqda, azı 25 ili sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 ili sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüq uqu vardır. Göründüyü kimi, qanunda edilmiş dəyişikliyədək 20 ildən çox ümumi əmək stajına malik olmaqla bərabər 10 ildən çox əmək şəraiti zərərli olan işlərdə işlədiyinə görə ona 52 yaşında pensiya təyin edilməlidir. O, xx.xx.1961-ci ildə Quba rayonunda anadan olmuşdur. xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək Quba quşçuluqda quşa baxan fəhlə işləmişdir (6 ay, 9 gün ümumi staj). xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək Azərtexstapın bazasında anbarçı işləmişdir (1 il, 6 ay ümumi staj). xx.xx.1981-ci ildən xx.xx.1987-ci ilədək Bakı Komvol Kombinatında kontroller işləmişdir (6 il güzəştli staj). xx.xx.1988-ci ildən xx.xx.1999-cu ilədək Natavan (Samira, Güney, ŞFB) X1 trikotaj toxucusu işləmişdir (11 il, 8 ay, 2 gün güzəştli staj). xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək Xətai rayonu 91 say lı MKİS-də lift bələdçisi işləmişdir (5 ay, 28 gün ümumi staj). xx.xx.2012-ci ildən xx.xx.2017-ci ilədək "xxxx" MMC-də mətbəx işçisi işləmişdir (52 yaşının tamam olduğu xx.xx.2013-cü ilədək 1 il, 1 ay, 3 gün ümumi staj). xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək,”Yunis Servis” MMC-də xidməti müqavilə ilə fərdi sahibkar kimi fəaliyyət göstərmişdir. xx.xx.2021-ci ildən halhazıra kimi "xxxx" MMC-də mətbəx işçisi işləmişdir. xx.xx.2013-cü ilə kimi ümumi stajı 21 il, 1 ay, 12, güzəştli iş stajı isə 17 il, 8 ay, 2 gün təşkil edir. Onun işlədiyi həmin iş yerləri ləğv olunduğuna, onlar barədə heç bir məlumat əldə edə bilmədiyinə görə iş yerlərindən güzəştli arayış almağı mümkün olmamışdır. Beləliklə, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin imperativ xarakter daşıyan hüquq norması və Azərbaycan Respublikası Konstitusiyasının normaları və prinsipləri əsas götürülərək zərərli işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan ona 52 yaşından pensiya təyin edilməlidir. Cavabdehin etirazları:
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın əri zəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh orqana müraciət etsə də müraciətinə cavab verilməmişdir. Lakin adıçəkilən şəxsin iddia tələbində qeyd edilənlərlə bağlı Mərkəzi Filiala hər hansı bir müraciəti daxil olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmədən iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-297/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1988-xx.xx.1999-cu il tarixədək işlədiyi dövr 11 il 08 ay 03 gün zərərli iş stajı hesab edilməklə güzəştli şərtlərlə yaşa görə pensiya təminatına imkan verir. Belə olan halda, iddiaçı 52 yaşının tamam olduğu xx.xx.2013cü il tarixədək tələb olunan 20 il ümumi iş stajını, 10 il güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Həmçinin “Əmək pensiyaları haqqında ” Qanunun 32.1-1-ci maddəsinə əsaslanaraq iddiaçıya pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün ödənilməlidir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1996/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəmələri tərəfindən iddiaçının işlədiyi vəzifə qanunvericiliyin tələblərinə zidd olaraq işəgötürən tərəfindən güzəştli arayışın mövcud olmamasına baxmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olan vəzifə kimi qəbul edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2013-cü il tarixdə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər — 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar — 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 15. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə:...qadınlar — 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 9 4.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtı nda verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
20. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə edilmiş mövqeyinə uyğun olaraq qeyd edir ki, əgər iddiaçı işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər.
21. İddiaçının 52 yaşının tamam olduğu 2013-cü ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi nəzərə alındıqda: 1) 1992-ci ildə qəbul edilmiş və iddiaçının “toxucu” vəzifəsində işlədiyi illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin (e) bəndində “toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar” üçün xüsusi müddət – 20 illik iş stajı müəyyən etmişdir. Həmin istehsalat sahəsi və peşələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarına 2 nömrəli Əlavədə (2 nömrəli Siyahının sonunda) təsbit olunmuş “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı”nda nəzərdə tutulmalı idi. (Məhkəmənin qeydi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarına 2 nömrəli Əlavədə təsbit olunmuş “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı”nda nəzərdə tutulmuş sahə və peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərərı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, “32. Toxuculuq istehsalatı” bölməsinə daxil edilmişdir) 2) İddiaçının işlədiyi “toxucu” vəzifəsinin (peşəsinin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərt lərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş Toxuculuq sənayesi (********) üzrə “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları” (2200200a-11602) peşəsinə, “3. Kətan və kəndir-cut istehsalları” (********) üzrə “yaş toxumada məşğul olan toxucular” (2210400a—17501) və ya “yaş toxumada məşğul olan tesma toxucuları” (2210400a—19136) vəzifələrindən (peşələrindən) ən azı birinə uyğunluğu müəyyən edilməli idi.
22. İddiaçının 52 yaşının tamam olduğu 2013-cü ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün onun “toxucu” peşəsi, yaxud Azərbaycan Respublikası Nazirlər Kab inetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarına 2 nömrəli Əlavədə təsbit olunmuş və sonradan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərərı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “32. Toxuculuq istehsalatı” bölməsinə daxil edilmiş istənilən digər peşə üzrə 20 il xüsusi iş stajı tələb olunmur. Belə ki, həmin normaya əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların:...qadı nlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
23. İddiaçının azı 20 il ümumi sığorta stajına malik olduğu müəyyəndir.
24. İddiaçının xx.xx.1988-xx.xx.1999-cu il tarixədək işlədiyi dövrün apellyasiya məhkəməsi tərəfindən araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı həmin illərdə toxucu, xüsusən də «Brayzer» 25 maşınında toxucu vəzifəsində işləmişdir.
25. İddiaçının işləmiş olduğu Respublika İstehsalat Trikotaj icarə Birliyi və onun hüquq varisi olan “Güney Trikotaj”, "xxxx" Şirkəti hazırda mövcud olmadıqlarından, iddiaçının işləmiş olduğu vəzifələrlə bağlı güzəştli arayışın əldə edilməsi mümkün olmamışdır.
26. Qeyd olunan səbəbdə n birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq iddiaçının işlədiyi vəzifələrin zərərli işlərə aid olub-olmaması barədə güzəştli arayışın oxşar sahədə fəaliyyət göstərən müəssisələrdən əldə edilməsi ilə bağlı sorğular vermiş, lakin Respublika İstehsalat Trikotaj İcarə Birliyi (Samira, Natavan),“Güney Trikotaj”, "xxxx" Şirkətləri ilə oxşar sahədə (toxuculuq, trikotaj) fəaliyyət göstərən "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC müəssisələrindən iddiaçının işləmiş olduğu vəzifələrin bilavasitə zərərli iş hesab edilməsinə dair arayışın əldə edilməsi mümkün olmamışdır. İddiaçıya aid əmək kitabçasındakı xx.xx.1981-xx.xx.1987-ci il tarixədək işlədiyi kontroller vəzifəs i Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda hər hansı vəzifə koduna uyğun gəldiyi müəyyən olunmamışdır.
27. Belə olan halda, məhkəmə iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya təyinatına əsas verib-vermədiyini işin faktiki hallarına əsasən qiymətləndirməli olmuşdur.
28. Qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə kollegiyası hesab edir ki, hazırkı məzmunda iddianın məhkəmə tərəfindən təmin olunması Ali Məhkəmənin oxşar iş üzrə xx.xx.2022-ci il tarixli, 2-1(102)-180/2022 nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğundur. Həmin qərarında Ali Məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi toxucu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş Toxuculuq sənayesi (********) üzrə, eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərərı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 26.Yüngül sənaye bölməsinin 3 -cü bəndində və
32. Toxuculuq istehsalı bölməsində “toxucu” kimi qeyd olunmuşdur və iddiaçının işlədiyi vəzifə həmin Siyahılarda nəzərdə tutulmuş “toxucu” (trikotaj məmulatlarının toxucusu) vəzifəsinə uyğundur.
29. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1996/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.