Məhkəmə qərarları › İş №2-1(102)-2473/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2473/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2473/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əvvəllər təyin edilmiş əlilliyin səbəb əlaqəsi dəyişdikdən sonra ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(104)-331/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2018-ci il tarixli, 4110003AAC8K nömrəli göndəriş üzrə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Keçirilmiş kəllə-beyin travması nəticəsində posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan (ayda 7-8 dəfə) qıcolmalarla və şəxsiyyətin nəzərə çarpan dəyişilməsi ilə.-AR-ın MN-in MHHK-ın 319 №-li qərarı xx.xx.2017 il. Ağırlaşma F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Keçirilmiş kəllə-beyin travması nəticəsində posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan (a yda 7-8 dəfə) qıcolmalarla və şəxsiyyətin nəzərə çarpan dəyişilməsi ilə. yanaşı xəstəliklər İ20.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX.Stabil gərginlik stenokardiyası FS İİİ.Hipertoniya xəstəliyi İİİ mərhələ.; diaqnozu ilə 5 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir.

2. Dövlət Tibi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd olunmuşdur ki, Agentlikdə nəzarət qaydasında əyani müayinə nəticəsində İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən edilməsi meyarlarına dair Əsasnamə”yə uyğun olaraq xx.xx.2018-ci ildən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbindən beş il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2018-ci il tarixdən 2-ci qrup “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1999-cu ildə hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar ona 2-ci qrup əlillik təyin edilmişdir. xx.xx.2009-cu ildən hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar ona təkrar müayinə zamanı 2-ci qrup müddətsiz əlillik təyin edilmiş və xx.xx.2018-ci ilədək 19 il müddətsiz əlil olmuşdur. Sonradan hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2017-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2018-ci il tarixdə səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Dövlət Tibbı Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyinin səbəb əlaqəsi dəyişdirilmiş və 19 ildən sonra müddətsiz əlillik təyin edilməsi əvəzinə əsassız olaraq 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2018-ci ildə ona 5 il müddətinə 2-ci qrup əlillik təyin edilmiş və lazım olan sənədlərlə təmin edilmişdir. Belə ki, o 1999-cu ildən 2018- ci ilədək 2-ci qrup müddətsiz hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar 19 il müddətsiz əlil olmuş və xx.xx.2018-ci ildə əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək 19 ildən sonra müddətsiz təyin edilməsi əvəzinə əsassız olaraq 5 il müddətinə təyin edilmişdir. Halbuki, cavabdeh tərəfindən xx.xx.2018-ci ildə ona müddətsiz əlillik təyin edilməli idi. Bununla da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hüquqlarını əsassız olaraq pozmuşdur, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Eks pert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinə elektron sistemdə 5 illik təyin edilməsi əsassız və qanunsuzdur, bu səbəbdən də onun yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki o xx.xx.2018-ci ilə qədər 21 il qiymətləndirilmişdir və 21 ildən çoxdur 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir. Hesab edir ki, cavabdeh əsassız olaraq əlilliyinin 5 il müddətinə əlillik təyinatı dəyişdirilərək müddətsiz təyin edilməli və cavabdehin xx.xx.2018-ci il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsinə 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müddətsiz təyin edilməlidir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07-Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Keçirilmiş kəllə-beyin travması nəticəsində posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan (ayda 7-8 dəfə) qıcolmalarla və şəxsiyyətin nəzərə çarpan dəyişilməsi ilə AR-ın MN-in MHHK-ın 319 №-li qərarı xx.xx.2017 il. Ağırlaşma F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Keçirilmiş kəllə-beyin travması nəticəsində posttravmatik ensefal opatiya, tez-tez təkrarlanan (ayda 7-8 dəfə) qıcolmalarla və şəxsiyyətin nəzərə çarpan dəyişilməsi ilə. Yanaşı xəstəliklər 120.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX.Stabil gərginlik stenokardiyası FS İİİ.Hipertoniya xəstəliyi İİİ mərhələ.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...;” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının müraciəti qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasn amə” nin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi iddiaçıya ikinci dərəcə əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2018- ci ildə ilk dəfə təyin edildiyi və növbəti qiymətləndirmə tarixi xx.xx.2023-cü il olduğundan müddətsiz əlillik təyin edilməsi mümkün deyil. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-172/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2018-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2 -ci qrup müddətsiz əlillik təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ikinci qrup əlilliyin müddətsiz müəyyən edilməsi müəyyən şərtlərdən asılı edilmişdir ki, həmin şərt əlilliyin fasiləsiz olaraq 10 il təyin olunması ilə bağlıdır. İddiaçıya 1999-cu ildən ikinci dərəcə əlillik təyin edilmişdir. Arayışlardan isə görünür ki, təyin edilmiş əlillik 2009-cu ilədək hər dəfə bir il müddətinə uzadılmış və iddiaçıya xx.xx.2009-cu il tarixdən ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Lakin cavabdeh orqan tərəfindən iddiaçının əlilliyinin müddətsiz təyin edilməsinə, baxmayaraq əsassız olaraq xx.xx.2018-ci il tarixdə yenidən qiymətləndirilmiş və ona 05 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi iddia çının əlillik müddəti ümumilikdə 10 ildən artıq müddətə (1999-cu ildən 2018-ci il tarixədək) təyin edilmiş və həmin vaxt ərzində hər hansı fasilə də yaranmamışdır. Belə olduğu təqdirdə iddiaçıya ikinci dərəcə əlillik müddətsiz təyin edilməli idi.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-331/2023 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, müddətsiz əlillik təyini üçün şəxs ilk növbədə əlil olmalı və əlillik təyini müddətsiz 10 il ərzində mövcud olmalıdır. Bununla yanaşı, analoji bir işdə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-l(102)912/2022 nömrəli qərarında da (31, 33-cü bəndlər) əlilliyin müddətsiz müəyyən olunması üçün növbəti müayinənin labüdlüyü qeyd olunmuşdur. Bu qərara əsasən, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olma sı şərtdir. Agentlik tərəfindən qəbul edilən qərar qanunsuz olmamışdır.

13. Həmçinin əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiym ətləndirilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir. Beləliklə, iş materiallarında olan sənədlərdən də aydın olur ki, cavabdeh orqan tərəfindən hər hansı bir maddi hüquq normasının pozulmamasına baxmayaraq, məhkəmə tərəfindən əsassız qərar qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyini n və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyy əti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir....

16. İddiaçıya əlilliyin müddətsiz təyin edilməsindən imtina olunduğu vaxtda qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir); (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə ləğv edilmişdir)...

4. Əlilliyin və sağlamlıq imkanla rının məhdudluğunun müəyyən olunması müddətləri 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəm ə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ap ellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

21. İşin ap ellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçıya 1999-cu ildən “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” 2-ci dərəcə əlillik təyin edilmiş və iddiaçı fasiləsiz olaraq 10 il müddətinə hər il müayinədən keçmiş, nəticədə ona xx.xx.2009-cu il tarixdən “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” 2-ci dərəcə müddətsiz əlillik təyin edilmişdir.

22. Bundan sonra, iddiaçının əlillik vəziyyəti xx.xx.2018-ci il tarixdə yenidən qiymətləndirilmiş və ona bu dəfə 5 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə ikinci dərəcə əlillik təyin edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən mərkəzləşdirilmiş elektr on informasiya sisteminin Əlillik altsistemində iddiaçıya müddətsiz ikinci qrup əlilliyin təyin olunması qüvvədə olduğu halda, ona xx.xx.2018-ci ildə ikinci dərəcə əlilliyin 5 il müddətinə təyin edilməsi həmin vaxtda qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin tələblərinə uyğun olmamışdır.

24. Cavabdehin dəlilinə görə, müddətsiz əlillik təyini üçün şəxs ilk növbədə əlil olmalı və əlillik təyini müddətsiz 10 il ərzində mövcud olmalıdır.

25. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsasən qeyd edir ki, iddiaçıya xx.xx.2018-ci ildə ikinci dərəcə əlillik müayinənin nəticəsi olaraq təyin edilmiş, bu zaman xx.xx.2009-cu ildən ömürlük təyin edilmiş 2-ci dərəcə əlilliyin yalnız səbəb əlaqəsi dəyişdirilərək “Azərbaycan R espublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” göstərilmişdir. Başqa sözlə, həmin göstərici iddiaçının xx.xx.2018-ci il tarixədək malik olduğu 2-ci dərəcə əlilliyin əsaslarını və həmin dərəcəli əlilliyin ümumi müddətinin fasiləsizliyini aradan qaldırmamışdır. Beləliklə, iddiaçıya əlilliyin müddətsiz təyin edilməsi əsasları xx.xx.2018-ci il tarixdə ona əlillik təyin edilərkən mövcud olduğundan, onun yenidən, cavabdehin qeyd etdiyi qaydada müayinəyə cəlb edilməsi də istisna edilir.

26. Cavabdehin kassasiya şikayətinin təkrarlanan digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil olub-olunmaması cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

27. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, 1999-2018-ci illərdə iddiaçıya əlillik dərəcəsi təyin edilməsinə əsas olmuş diaqnozun göstəriciləri təkrarlandığı halda, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlver işli inzibati aktın qəbulunu şərtləndirən həmin halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-331/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar