Məhkəmə qərarları › İş №2-1(102)-2473/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2473/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2473/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinin sökülməsinə görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “qeyri-yaşayış sahəsinin sökülməsinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 may 2024-cü il tarixli, 2-1(103)53 4/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Bakı "xxxx" MTK üzvlərinin 15 fevral 2018-ci il tarixli ümumi yığıncağının 02 nömrəli protokolundan çıxarışdan görünür ki, MTK üzvlərinin ümumi yığıncağının həmin tarixli iclasında İddiaçı "xxxx" MTK-ya üzv qəbul edilməsi və qaraj sahəsi alanların siyahısına daxil olunması, onun öz razılığı ilə MTK-nın binasında sahəsi 54 kv.m olan 08 nömrəli qaraj sahəsinin düşməsinin təsdiq edilməsi barədə qərar qəbul olunmuşdur. Bununla bağlı İddiaçı ilə "xxxx" MTK arasında 15 fevral 2018-ci il tarixdə müqavilə bağlanmışdır. 2. "xxxx" MTK-nın sədri tərəfindən verilmiş maliyyə arayışdan görünür ki, "xxxx" MTK-ya məxsus ünvan 1 ünvan ında yerləşən kooperativ yaşayış binasının zirzəmisində yerləşən sahəsi 54 kv.m olan 08 nömrəli (1-ci girişdə) qaraj sahəsinin tam dəyəri kimi 140.000 manat pul vəsaitinin İddiaçı tərəfindən ödənilmiş və adıçəkilən şəxsin MTK-ya borcu yoxdur.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin hazırkı İddiaçı ünvanlanmış 15 noyabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən 08 saylı qeyri-yaşayış sahəsi (qaraj) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə baxılmışdır. Texniki inventarlaşdırma işləri aparılan zaman qeyd edilən ünvanda yerləşən çoxmərtəbəli binanın söküldüyü aşkar edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestr i haqqında” Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Bakı şəhəri Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “iddiaçıya qeyri-yaşayış sahəsinin sökülməsinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən "xxxx" MTK-a məxsus yaşayış binasının zirzəmisində yerləşən 54 kv.m qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Belə ki, "xxxx" MTK üzvlərinin 15 fevral 2018-ci il tarixli ümumi yığıncağının 2 nömrəli protokolu ndan çıxarışa əsasən 54 kv.m qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən 140.000 manat məbləğində pul vəsaiti ödənilməklə satın alınmışdır. Bu, "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışla da öz təsdiqini tapır. İddiaçı 11 oktyabr 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə ona məxsus qeyri-yaşayış sahəsinə dair reyestrdən çıxarışın verilməsi ilə əlaqədar müraciət etmişdir. Lakin həmin İdarə tərəfindən göndərilmiş 15 noyabr 2022-ci il tarixli bildirişdə göstərilmişdir ki, qeyd edilən ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası söküldüyündən, onun hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bundan sonra iddiaçı cavabdeh Bakı şəhəri Xətai RİH-ə yazılı ərizə ilə müraciət edərək, ona məxsus əmlaka dair kompensasiyanın hes ablanaraq ödənilməsini xahiş etsə də, həmin qurumdan onun müraciətinə heç bir cavab verilməmişdir. Bakı şəhəri Xətai RİH başçısının 12 noyabr 2021-ci il tarixli 373 nömrəli sərəncamı ilə komissiya yaradılmış və Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinə başlanılmışdır. Həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sahiblərinə müvafiq kompensasiyalar ödənilsə də, iddiaçıya heç bir məbləğ ödənilməmiş və bununla bağlı də tədbir görülməmişdir. İddiaçıya məxsus əmlaka qonşu ərazidə yerləşən qeyri-yaşayış sahələri üçün kompensasiya ödənildiyi halda, ona bununla bağlı hər hansı vəsaitin ödənilməməsi birbaşa olaraq onun mülkiyyətçi kimi hüququnun kobud şəkildə pozulmasıdır.

6. Cavabdeh iddiaya yazılı etirazını təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 54 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə görə 140.000 manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir. Xətai rayonu ərazisində yol qovşağının genişləndirilməsi və abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Bu səbəbdən də, Bakı ŞİH başçısının 2 noyabr 2021-cı il tarixli 278 saylı sərəncamının icrasını təmin etmək məqsədilə köçürülməsi nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həy ata keçirilməsi üçün Xətai RİH başçısının 12 noyabr 2021-ci il tarixli 373 saylı sərəncamı ilə komissiya yaradılmışdır. Komissiya sökülməsi nəzərdə tutulan evlərin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən sökülən tikililərin 1 kv.m üçün 20 faiz əlavə hesablanmaqla qiymətləndirmə həyata keçirir. Göstərilən sərəncamlara əsasən köçürülmə ilə əlaqədar qiymətləndirmə müəyyən edilərək, yaşayış evlərinin 1 kv.m-ə 2.200 manat, qeyri-yaşayış sahələrinin 1 kv.m-ə isə 2.500 manat müəyyən edilmişdir. Yoxlama komissiyası tərəfindən qeyd olunan ünvanda yaşayış sahəsi və qeyri-yaşayış sahələri araşdırılan zaman İddiaçı məxsus qeyri-yaşayış sahəsi müəyyən edilməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim R.İ.Kərimli) xx.xx.2023-c ü il tarixli, 2-1(112)5587/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilərək cavabdeh Bakı şəhəri Xətai RİH tərəfindən İddiaçı ünvan 5 ünvanındakı yaşayış binasında yerləşən 54 kv.m qeyri-yaşayış sahəsinin (qarajın) sökülməsinə görə 135.000 manat məbləğində kompensasiya ödənilməsi qərara alınmış və iddia qalan hissədə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı "xxxx" MTK-ya ünvan 5 ünvanındakı (həmin küçənin A.Cəlilov küçəsi ilə kəsişməsində) binada yerləşən 54 kv.m qeyri-yaşayış sahəsinə (qaraja) görə 140.000 manat pay haqqını ödədiyindən və onun MTK üzvlüyünə qəbulu barədə qurumun ümumi yığıncağı müvafiq qərar qəbul etdiyindən, o, həmin əmlakın mülkiyyətçisi sayılır. Bundan başqa, iddiaçının müvafiq binadakı qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüqu qları qeydə alınmasa da, həmin sahəyə dair legitim gözləntisi olmuş, bu hüququn yaranmasına əsas kimi isə, onun “Daşınmaz əmlakların dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlərə malik olması çıxış edir ki, nəticə etibarı ilə iddiaçı sökülmüş qaraja görə kompensasiya tələb etmək hüququna malik olur.

9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5587/2023 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 may 2024-cü il tarixli, 21(103)-534/2024 nömrəli qərarı ilə (sədrlik edən: K.H.Əkbərov, hakimlər: M.N.Tağızadə və S.R.Səlimova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayəti iddia ərizəsinə etiraza və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Mülki Məcəllə: Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar. 139-1.1 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyy atı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Maddə

157. Mülkiyyətin müdafiəsi 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin e dilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə

246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 16. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.1: Alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. 1.1.2: torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud oldu ğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. 1.1.3: tikili — torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar (yaşayış və qeyri-yaşayış sahələri), qurğular, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlərdir. Maddə

4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə r azılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə

14. Rəsmi elanda göstərilən ərazidə həyata keçirilən tədbirlər 14.2. Bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulmuş tədbirlər nəticəsində torpağa dəyən zərərə görə torpağın mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə müvafiq kompensasiya ödənilir. Maddə

54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şi kayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığ ı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

22. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 5 ünvanında (həmin küçənin A.Cəlilov küçəsi ilə kəsişməsində) yerləşən bina "xxxx" MTK-ya məxsus olmuşdur. İddiaçı ilə "xxxx" MTK arasında 15 fevral 2018-ci il tarixdə müqaviləyə əsasən həmin binada 54 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə (qaraja) görə MTK-ya 140.000 manat pay haqqını ödəmiş və MTK üzvlərinin ümumi yığıncağının qərarına əsasən üzv qəbul edilmişdir. Bakı ŞİH-in 2 noyabr 2021-ci il tarixli 278 saylı sə rəncamına əsasən cavabdeh Bakı şəhəri Xətai RİH tərəfindən yaradılmış komissiya tərəfindən bina sökülmüşdür. Bundan sonra iddiaçı həmin qeyri-yaşayış sahəsinin sökülməsinə görə ona kompensasiya ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

24. Cavabdeh həmin binanın söküldüyünü inkar etməyərək binada yerləşən qeyriyaşayış sahələrinin sökülməsinə görə ayrı-ayrı obyekt sahiblərinə hər kv.m üzrə 2.500 manat pul vəsaitinin ödənildiyini bildirmiş, lakin binada hazırkı iddiaçıya məxsus qeyriyaşayış sahəsi müəyyən edilmədiyindən kompensasiyanın verilməsindən imtina etmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, 54 kv.m ölçüdə həmin daşınmaz əmlakın (qarajın) müvafiq binada yerləşməsi MTK-nın verdiyi sənədlərdə, o cümlədən xx.xx.2004-cü il tari xdə təsdiq olunmuş layihədə də təsdiqini tapır. Cavabdeh təşkilat isə, qeyri-yaşayış sahəsinin mövcud olmadığını iddia etsə də, nə təqdim olunmuş sənədlərin mötəbərliyinin təkzibinə, nə də ümumiyyətlə qarajın mövcud olmamasına dair hər hansı tutarlı sübut təqdim etməmiş, yalnız mülahizə irəli sürmüşdür.

26. İddiaçının müvafiq binadakı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmasa da, həmin sahəyə dair legitim gözləntisi olmuş, bu hüququn yaranmasına əsas kimi isə, onun “Daşınmaz əmlakların dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlərə malik olması çıxış edir ki, nəticə etibarı ilə iddiaçı sökülmüş qaraja görə kompensasiya tələb etmək hüququna malik olur.

27. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara gö rə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 may 2024-cü il tarixli, 21(103)-534/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar