Məhkəmə qərarları › İş №2-1(102)-2477/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2477/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2477/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 28.09.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X14, X13, X6, X15 və X8) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1665/2023 nömrəli, 5 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş ka ssasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 2. 5947412№-li xx.xx.2022-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, X15, X14, X13, X6, X8, X11, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadırlar. 3. 5558561 №-li, xx.xx.2022-ci tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X14, xx.xx.2014-cü il təvəllüdlü X13, xx.xx.1975-ci il təvəllüdlü X6, xx.xx.1973-cü il təvəllüdlü X15, xx.xx.1981-ci il tə vəllüdlü X8 ünvan 1 ünvanında qeydiyyatdadırlar 4. ünvan 2-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 11№-li arayışında bildirilir: 2 saylı MKİS-nin ərazisində olan Pivzavod küçəsi ev 24 ünvanı RXN 1124166-№li, xx.xx.2017-ci il tarixli, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışa əsasən vətəndaş İddiaçı adınadır. Eyni zamanda Pivzavod küçəsi ev 24də daha bir mənzilin ünvanı Pivzavod küçəsi ev 24-dür. Bu səbəbdən İddiaçı evinə Pivzavod küçəsi, ev 24C ünvanı verilməsini təklif edilir.

5. Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 101-31668Ə №li məktubda qeyd olunmuşdur ki, X14, X13, X6, X15 və X3 ünvan 1 ünvanında n qeydiyyatdan çıxarılması barədə müraciətinə baxılmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:

1. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən,

2. Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən,

3. Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında,

4. Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim edildiyi halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər.

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 018-296521222 nömrəli məktubdan görünür ki, X14, X13, X6, X15 və X3 ünvan 1 ünvanına qeydiyyata alınmasına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********66 nömrəli məktubdan görünür ki, ünvan 7 saylı fərdi yaşayış evindən başqa digər yaşayış sahələrinə mülkiyyət hüquqlarının verilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. ünvan 5 ünvanında bir neçə mənzil qeydiyyata alınmışdır.

8. Bakı şəhəri Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1233/d nömrəli məktubla X14, X13, X6, X15 və X3 ünvan 7 ünvanında yaşamalarına əsas olan sənədlər məhkəməyə təqdim edilmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-527/04 nömrəli qiyabi qətnaməsinin surətindən görünür ki, X10 və X1 Bakı şəhəri, Pirzavod küçəsi, 24 nömrəli özbaşına tikilmiş evdən istifadə hüququnun tanınması və köçürülməsi qət edilmişdir.

10. Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 2 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2022 -ci il tarixli, 42 nömrəli arayışından görünür ki, X15, bacısı X7, arvadı X8, oğlu X14 və qızı X13 ünvan 8 ünvanında pasport qeydiyyatındadırlar.

11. Bakı şəhəri ünvan 9 ünvanlanmış məktubunda bildirilir ki, ünvan 10 aprel 2004-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X10 və X1 ünvan 5 nömrəli özbaşına tikilmiş evdən istifadə hüququnun tanınması və köçürülməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2- 527/2004 saylı 02 aprel 2004-cü il tarixli qətnaməsi 14 may 2004-cü il tarixdə qanuni qüvvəsini almış, icra edilməsi üçün Xətai Rayon Məhkəmə nəzarətçiləri və Məhkəmə İcraçıları şöbəsinə göndərilmiş, qətnamə icra edildiyindən məhkəmənin 18 may 2004-cü il tarixli qərardadı ilə icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X14, X13, X6, X15 və X3 ona məxsus ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, 24 saylı fərdi yaşayış evi 2017-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilən Çıxarışa (qeydiyyat nömrəsi: **********) əsasən onun xüsusi mülkiyyətindədir. X14, X13, X6, X15, X8 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. O, X14, X13, X6, X15, X5 tanımır və üçüncü şəxslər onun ailə üzvləri deyil, üçüncü şəxslərin onun evinə necə qeydiyyata düşdükləri barədə məlumatı yoxdur. X14, X13, X6, X15, X3 onun xüsusi mülkiyyətində olan evdə pasport qeydiyyatları yalnız formal xarakter daşıyır. Bundan başqa, X14, X13, X6, X15, X3 ona məxsus ünvanda qeydiyyatda olmaları onun mülkiyyətçi kimi hüquqlarını pozur, ona əlavə kommunal xərclərin ödənilməsində çətinlik yaradır və o, əlavə xərclər çəkməli olur. X14, X13, X6, X15, X3 ona məxsus olan ünvan 1 ünvanından pasport qeydiyyatdan çıxarılmalarına dair xx.xx.2022-ci il tarixində ərizə ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə müraciət etsə də, müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixində 10131668Ə saylı imtina məktubuna əsasən, X14, X13, X6, X15, X3 mənzildən qeydiyyatdan çıxar ılmasından imtina edilmişdir. Həmin məktuba əsasən X14, X13, X6, X15, X3 mənzildən pasport qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2945/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qərarı ilə (sədrlik edən hakim N.İ.Abıyev) iddia rədd edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, X12 və X4 Xətai Rayon Məhkəməsinin qiyabi qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Pirzavod küçəsində yerləşən 24 saylı fərdi yaşayış evindən istifadə və həmin ünvanda yaşamaq hüququ verilmişdir. Digər üçüncü şəxslər isə X9 və X2 ailə üzvləridir. Belə olan halda üçüncü şəxslərin həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından cavabdeh inzibati orqan sonuncunu qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərinə uyğun hərəkət etmiş olmuşdur.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1665/2023 nömrəli, 5 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Mülki Məcəlləsinin 228-ci maddəsinin mənasına görə cavabdehin mülkiyyətçinin razılığı ilə pasport qeydiyyatına alınmış olsa da, həmin mənzildən AR Mülki Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutan mülkiyyət hüququnun elementlərindən biri kimi istifadə hüququnu qazanıb-qazanmaması müəyyən deyildir. Çünki yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün AR Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin tələblərinə riayət edilməsi tələb olunur. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanunun 1- ci maddəsində isə yalnız AR qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

21. Bundan əlavə Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanunun 9-cu maddəsinə əsasən, mülkiyyətçinin razılığı ilə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilir. Yuxarıda qeyd olunan AR Konstitusiya Məhkəməsinin şərhindən də aydın olduğu kimi məhkəmə inzibati orqana müraciət edilməsinin əsası kimi yaşayış sahəsində faktiki olaraq yaşamayan və ya istifadə hüququ olmayan şəxs şərtini vurğulamışdır. Belə olan halda ona məxsus olan fərdi yaşayış evindən üçüncü şəxslər qeydiyyatdan çıxarılmalı idi. Nəzərinizə çatdırım ki, məhkəmə üçüncü şəxs lərin mənə məxsus fərdi yaşayış evi ilə eyni ünvanda olan şəxslərin məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında özbaşına tikiliyə köçürülmə tələbinin mövcud olduğu, bununla da şəxslərin istifadə hüququ olduğunu müəyyən etmişdir. Lakin şəxslərin qanunun dili ilə desək özbaşına tikili hesab edilən fərdi yaşayış evinə köçürülməsi istifadə hüququnun olması demək deyildir. Şəxslərin mənə aidiyyatı olmayan özbaşına tikiliyə köçürülmə tələblərinin olması onun mülkiyyətçi kimi hüquqlarıma toxuna bilməz.

22. Bundan başqa, hazırkı mübahisədə məhkəmələr yekun akt qəbul edərkən diqqətdən yayındırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 2017-ci il tarixində onun adına dövlət reyestrində qeydiyyata alınmış, mülkiyyətçi kimi iddiaçını tanımışdır. Belə çıxır ki, iddiaçı ona məxsus, qanunla müəyyən edilmiş mülkiyyət hüququna malik olduğu fərdi yaşayış evi üzərində sərəncam vermə hüququndan üçüncü şəxslərin razılığı olmadan həyata keçirə bilməz, onun özgəninkiləşdirilməsini realizə edə bilməz. Halbuki, mülkiyyət hüququnun üç elementindən biri olan sərəncam vermə hüququnu realizə edilə bilməməsi onun bir mülkiyyətçi kimi qanunla qorunan hüquqlarına toxunur. Odur ki, onun mülkiyyət hüquqlarının nəzərə alınaraq üçüncü şəxslərin ona məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılma öhdəliyi Xətai RPİ-nin üzərinə qoyulmalıdır.

23. Bundan başqa mübahisənin həll edilməsi, ona aidiyyatı olmayan kənar şəxslərin onun ünvanında qeydiyyatda olmaması üçün tərəfindən ona məxsus fərdi yaşayış evinə dair yeni ünvan verilməsi üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilm işdir. Lakin, ünvan 1 ünvan rekvizitinin təkrarlanmaması səbəbindən yeni ünvanında verilməsi mümkün olmamışdır. Göründüyü kimi, ona məxsus ünvana dair başqa fərdi yaşayış evi qeydə alınmamışdır. Göründüyü kimi, sözü gedən ünvan ona məxsus olduğundan, məhkəmə bu fakta nəzər yetirməli, ona məxsus ünvan 1 ünvanından kənar şəxslərin qeydiyyatdan çıxarılmasına dair tələbini təmin etməli idi. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəm iyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələ rində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi pr osessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya ş ikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası hazırkı iş üzrə qəbul etdiyi 5 iyul 2023-cü il tarixli, 2-1(103)1665/2023 nömrəli qərarla iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisəni n faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

29. İş materiallarından görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, həmçinin eyni ünvanda yerləşən 0,01 hektar olan torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

30. Lakin iddiaçının sözügedən fərdi yaşayış evinə və torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun əldə edilməsinin mənbəyi bəlli deyil, yəni həmin məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalı olduğu halda tədqiq edilməmişdir.

31. Eyni zamanda iş materiallarında olan 5947412№-li, xx.xx.2022-ci il tarixli “Yaşayış yer i üzrə qeydiyyat haqqında” arayışa əsasən, X15, X14, X13, X6, X8, X11, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadırlar.

32. Bununla yanaşı iş materiallarında olan ******* №-li, xx.xx.2022-ci tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən, xx.xx.2010-cu il təvəllüdlü X14, xx.xx.2014cü il təvəllüdlü X13, xx.xx.1975-ci il təvəllüdlü X6, xx.xx.1973-cü il təvəllüdlü X15, xx.xx.1981-ci il təvəllüdlü X8 ünvan 1 ünvanında qeydiyyatdadırlar.

33. Həmçinin iş materiallarında olan ünvan 2-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 11№-li arayışında bildirilir: 2 saylı MKİS-nin ərazisində olan Pivzavod küçəsi ev 24 ünvanı RXN 1124166-№-li, xx.xx.2017-ci il tarixli, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əml akın Dövlət Reyestrindən verilmiş Çıxarışa görə vətəndaş İddiaçı adınadır. Eyni zamanda Pivzavod küçəsi ev 24-də daha bir mənzilin ünvanı Pivzavod küçəsi ev 24-dür. Bu səbəbdən İddiaçı evinə Pivzavod küçəsi, ev 24C ünvanı verilməsini təklif edilir.

34. Göründüyü kimi, həmin arayışda deyilir ki, mübahisə predmeti olan ünvan iddiaçının adındadır, lakin daha bir mənzil həmin ünvandadır.

35. Bununla bağlı apellyasiya məhkəməsi adı çəkilən fərdi yaşayış evinin və mənzilin bir ünvanda olub-olmamasını dəqiqləşdirməli olduğu halda, bunu etməmişdir.

36. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********66 nömrəli məktuba əsasən, ünvan 7 saylı fərdi yaşayış evindən başqa digər yaşayış sahələrinə mülkiyyət hüquqlarının verilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. ünvan 5 ünvanında bir neçə mənzil qeydiyyata alınmışdır.

37. Bununla yanaşı iş materiallarında olan Bakı şəhəri Xətai Rayon MənzilKommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1233/d nömrəli məktubla X14, X13, X6, X15 və X3 ünvan 7 ünvanında yaşamalarına əsas olan sənədlər məhkəməyə təqdim edilmişdir.

38. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-527/04 nömrəli qiyabi qətnaməsinə əsasən, X10 və X1 Bakı şəhəri, Pirzavod küçəsi, 24 nömrəli özbaşına tikilmiş evdən istifadə hüququnun tanınması və köçürü lməsi qət edilmişdir.

39. Həmin məktuba əlavə edilmiş Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 2 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2022-ci il tarixli, 42 nömrəli arayışa görə, X15, bacısı X7, arvadı X8, oğlu X14 və qızı X13 ünvan 8 ünvanında pasport qeydiyyatındadırlar.

40. Həmçinin iş materiallarında olan Bakı şəhəri ünvan 9 ünvanlanmış məktuba əsasən, ünvan 14-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X10 və X1 ünvan 5 nömrəli özbaşına tikilmiş evdən istifadə hüququnun tanınması və köçürülməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2- 527/2004 saylı 02 aprel 2004-cü il tarixli qətnaməsi 14 may 2004-cü il tarixdə qanuni qüvvəsini almış, icra edilməsi üçün Xətai Rayon Məhkəmə nəzarətçiləri və Məhkəmə İcraçıları şöbəsinə göndərilmiş, qətnamə icra edildiyindən məhkəmənin 18 may 2004-cü il tarixli qərardadı ilə icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır.

41. Beləliklə iş üzrə 3-cü şəxslərin ünvan 1 ünvanına qeydiyyatı, 14 may 2004-cü il tarixdə qanuni qüvvəyə minmiş ünvan 15əhkəməsinin 2-527/2004 saylı, 2 aprel 2004-cü il tarixli qətnaməsinə əsasən baş vermiş, iddiaçının həmin ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüquqi isə 13 il 3 aydan sonra yaranmışdır, belə olan halda apellyasiya məhkəməsi tərəfindən sözügedən fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətinə verildiyi zaman iş üzrə 3-cü şəxslərin buna razılıq verib-vermədikləri araşdırılmalı idi, lakin apellyasiya məhkəməsi bunu etməmişdir.

42. Bununla belə, əgər iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evi, 3-cü şəxs lərin isə istifadəsində olan yaşayış sahəsi fərqli tikililərdirsə, o zaman apellyasiya məhkəməsi dövlət tərəfindən verilmiş həmin çıxarışa görə adıçəkilən ünvanın iddiaçının adına olduğu, tanındığı və orada başqa ünvanın olmadığı halda buna düzgün hüquqi qiymət verilməlidir.

43. Beləliklə hazırkı inzibati mübahisə üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalı olan əsas məsələ- iddiaçının xüsusi mülkiyyətində, 3-cü şəxslərin isə istifadəsində olan yaşayış tikililərin, eyni tikililər olub-olmamasıdır.

44. Bundan asılı olaraq da iş üzrə qanuni və əsaslı məhkəmə qərarı qəbul edilməlidir.

45. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar ba xılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2023-cü il tarixli, 21(103)-1665/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar