Məhkəmə qərarları › İş №2-1(102)-2478/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2478/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2478/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhsul subsidiyasının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “məhsul subsidiyasının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2-1(103)-2109/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (VÖEN: **********) xx.xx.2016-cı il tarixdə vergi orqanında dövlət qeydiyyatına alınmışdır.

2. Salyan rayonu, Qızılağac kəndində yerləşən 373,4 ha və 1930,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə iddiaçının icarə hüququ xx.xx.2017-ci il tarixdən xx.xx.2066-cı il tarixədək 49 il müddətinə müvafiq olaraq xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə və xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

3. İddiaçı (“Satıcı”) ilə "xxxx" MMC (“Alıcı”) arasında bağlanmış xx.xx.2 021-ci il tarixli, TO-03 nömrəli “Xam pambığın alqı-satqısına dair” müqaviləyə əsasən, “Satıcı” Salyan rayonu, Qızılağac kəndində yerləşən özünə məxsus (mülkiyyətində və ya istifdəsində olan) 400 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətləri özü icra etməklə yığılmış məhsulu bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində “Alıcıya” təhvil verməyi, “Alıcı” isə “Satıcının” təhvil verdiyi xam pambığın nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərini ödəməyi üzərinə götürmüşdür.

4. İddiaçıdan pambıq qəbul edən "xxxx" MMC-nin 94 ədəd pambıq qəbulu qəbzlərinə əsasən, cəmi dəyəri 200000 manat məbləğində və cəmi kondisiya çəkisi 2000 ton xam pambıq iddiaçı tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir.

5. İddiaçı məhsul subsidiyasının ödənilməsi ba rədə cavabdehə müraciət etmişdir.

6. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə həyata keçirilir. Qaydanın tələblərinə əsasən məhsul subsidiyası ilə bağlı fermerlər hər il 1 iyun tarixinədək proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) 15 dekabr tarixinədək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbz lərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları EKTİS-ə daxil etməlidirlər. İddiaçının pambıq əkini və təhvil verdiyi məhsulun qəbzləri barədə məlumatları EKTİS-ə daxil edilmədiyi üçün iddiaçıya məhsul subsidiyasının ödənilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək tədarük edilmiş və "xxxx" MMC-yə satılmış 2000 ton kondisiya çəkisində xam pambığın təhvil verilməsinə dair 200000 manat məbləğində məhsul subsidiyasının ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçının ərizəsinə əsasən birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirlyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi əlavə cavabdeh qismində icraata cəlb edilmişdir.

9. İddiaçı xx.xx.2023-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tədarük edilmiş və "xxxx" MMC-yə satılmış 2000 ton kondisiya çəkisində xam pambığın təhvil verilməsinə dair 200000 manat məbləğində məhsul subsidiyasının ödənilməsi vəzifəsinin cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və birinci instansiya məhkəməsinin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.

10. İddiaçı iddia tələbini işin hallarına istinad etməklə əsaslandırmış və cavabdehin imtinasını əsassız hesab edərək iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tədarük edilmiş və "xxxx" MMC-yə satılmış 2000 ton kondisiya çəkisində xam pambığın təhvil verilməsinə dair 200000 manat məbləğində məhsul subsidiyasının ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh imtinasındakı dəlilləri göstərərək iddiaya qarşı etiraz təqdim etmiş və iddianın rədd edilməsini xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhəd ova) 03 fevral 2023-cü il tarixli, 2-1(112)-1134/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin subsidiyaların verilməsi ilə bağlı məsul orqan qismində çıxış etmədiyi əsas gətirilərək iddiaçının cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı məhsul subsidiyasının ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.

13. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 03 fevral 2023-cü il tarixli, 2-1(112)-1134/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tədarük edilmiş və “Taşobası" MMC-yə satılmış 2000 ton kondisiya çəkisində xam pambığın təhvil verilməsinə dair 200000 manat məbləğində məhsul subsidiyasının ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Kənd Təsərrü fatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmuşdur.

14. Birinci instansiya məhkəməsi subsidiyanın verilməsinin kənd təsərrüfatının inkişafına yönəlmiş dövlət siyasətinin istiqaməti olduğunu, subsidiya informasiya sisteminin fermerlərin subsidiya əldə etməsinə əlçatanlığının təmin edilməsinə xidmət edən sistem olmaqla məhz 2020-ci ildən etibarən istifadəyə verildiyini, bu sahədə fermerlərin sistem üzərindən məlumatların SİS-ə daxil edilməsi ilə bağlı müvafiq maarifləndirmənin 2021-ci il üçün tam başa çatmasının qeyri-mümkün olmasını, iddiaçının SİS üzərindən məlumatları vaxtında təqdim etməsə də, 2021-ci il pambıq mövsümündə xam pambığın becərilərək satıldığını, pambığın təqdim edilməsini təsdiq edən ciddi hesabat blankları – pambıq qəbzlərinin təqdim edildiyini, təhvil verilmiş pambıq məhsuluna görə məhsul subsidiyası istifadə edilmədiyindən dövlət büdcəsinə geri qaytarıldığını, təqdim edilmiş pambıq məhsuluna görə hazırkı halda məhsul subsidiyasının verilməsini istisna edəcək qanunla hər hansı imperativ norma olmadığını nəzərə alaraq bu nəticəyə gəlmişdir ki, iddiaçının məhsul subsidiyasının verilməsi ilə bağlı müraciəti cavabdeh orqan tərəfindən təmin edilməlidir.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərvia) 20 iyun 2023-cü il tarixli, 2-1(103)-2109/2023 nömrəli qərarı ilə cav abdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin yanaşması əsaslı olmamaqla qanunsuz qərarın qəbul edilməsinə səbəb olmuş, bununla da subsidiya verilməsinin mövcud mexanizminin və inzibati praktikasının pozulmasına, subsidiya verilməsi qaydasını tənzimləyən hüquq normalarının tətbiqinin mümkünsüzlüyünə şərait yaratmışdır. Hazırkı iş üzrə iddiaçı tərəf indən subsidiya alınması üçün Subsidiya İnformasiya Sisteminə müraciət daxil olunmamış, o cümlədən qanunvericiliklə təqdim edilməsi tələb olunan sənədlər sistemə əlavə edilməmişdir. Bu səbəbdən iddiaçıya subsidiya ödənilməsi baş verməmişdir. Məhkəmə iddiaçı üçün bu halı üzrlü hesab etsə də, nəzərə almamışdır ki, hazırkı iddia tələbinin təmin olunması subsidiya alınması üçün müraciət edən digər fermerləri sənədlərin vaxtında sistemə əlavə edilməsində lazımi məsuliyyət göstərməkdən yayınmağa sövq etməklə yanaşı, subsidiya verilməsinin mexanizmini tənzimləyən qanunvericilik normalarının faktiki işləkliyinin və əhəmiyyətinin itirilməsinə gətirib çıxarır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbayc an Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” 1.1. Bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. 1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablan dırılmasını təmin edən “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi;.... 1.2.4. baza məbləği – bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaiti;... 1.2.6. fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxs; 1.2.7. tədarükçü – kənd təsərrüfatı məhsullarının tədarükünü həyata keçirən və SİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxs;... 1.2.10. məhsul subsidiyası – tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən subsidiya; … 2.1. Fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir.... 2.6. Fermerlərə subsidiyaların veri lməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir.... 2.9. Fermerlər, tədarükçülər və təchizatçılar SİS-də aşağıdakıları həyata keçirirlər: 2.9.1. qeydiyyatdan keçməni; 2.9.2. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar barədə məlumatların verilməsini; 2.9.3. subsidiyan ın alınması üçün müraciətlərin edilməsi və ərizələrin elektron formada tərtibi, subsidiya ilə bağlı sənədlərin SİS-ə daxil edilməsini; 2.9.4. subsidiyalarla bağlı məlumatların əldə edilməsini. 2.10. SİS-də qeydiyyatdan keçməyən fermerə subsidiya verilmir. Subsidiya almaq hüququ başqa şəxsə ötürülmür.... 3.8. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti); 3.8.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elekt ron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı); 3.8.2-1. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri; 3.8.3. əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini; 3.8.4. məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri; 3.8.5. kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri. … 3.14. Məhsul subsidiyası ilə bağlı hər il fermerlər Nazirliyin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilmiş müddətlərdə bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti) və məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini və (və ya) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-fakturaları və ya malların alış aktlarını), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 g ün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə k ollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tədarük edilmiş və "xxxx" MMC-yə satılmış 2000 ton kondisiya çəkisində xam pambığın təhvil verilməsinə dair 200000 manat məbləğində məhsul subsidiyasının ödənilməsinə yönəlmişdir.

27. İddiaçı məhsul subsidiyasının alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na istinad edərək qeyd etmişdir ki, məhsul subsidiyası ilə bağlı fermerlər hər il 1 iyun tarixinədək proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), 15 dekabr tarixinədək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları EKTİS-ə daxil etməlidirlər. İddiaçının pambıq əkini və təhvil verdiyi məhsulun qəbzləri barədə məlumatları EKTİS-ə daxil edilmədiyi üçün cavabdeh tərəfindən iddiaçıya məhsul subsidiyasının ödənilməsindən imtina edilmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, 2020-ci il 1 yanvar tarixindən etibarən kə nd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmi və şərtləri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” ilə müəyyən edilir.

29. Həmin Qaydanın 1-ci bəndinə əsasən subsidiya dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir. Məhsul subsidiyası isə tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən subsidiyadır.

30. Həmçinin “Subsidiya” informasiya sistemi (SİS) kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qayda da qəbulunu, emalını və cavablandırılmasını təmin edən “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) altsistemidir.

31. Sözügedən Qaydanın məqsədləri üçün fermer kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxsdir. Tədarükçü isə kənd təsərrüfatı məhsullarının tədarükünü həyata keçirən və SİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxsdir.

32. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən, fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir.

33. Həmin Qaydanın 2.9-cu bəndi müəyyən edir ki, fermerlər SİS-də qeydiyyatdan keçməni; kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar barədə məlumatların verilməsini; subsidiyanın alınması üçün müraciətlərin edilməsi və ərizələrin elektron formada tərtibi, subsidiya ilə bağlı sənədlərin SİS-ə daxil edilməsini; subsidiyalarla bağlı məlumatların əldə edilməsini həyata keçirirlər.

34. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən, fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) (3.8.1-ci yarımbənd), habelə digər tələb edilən sənədləri və məlumatları SİS-ə daxil etməlidirlər.

35. Həmin Qaydanın 3.14-cü bəndi isə müəyyən edir ki, məhsul subsidiyası ilə bağlı hər il fermerlər Nazirliyin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilmiş müddətlərdə bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti) və məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini və (və ya) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-fakturaları və ya malların alış aktlarını), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən 2021-ci il ərzində 2000 ton kondisiya çəkisində xam pambığın tədarük edilməsi, həmin çəkidə pambıq məhsulunun "xxxx" MMC-yə təhvil verilməsi işin mübahisələndirilməyən halıdır.

37. Lakin iddiaçı məhsul subsidiyasını almaq üçün sözügedən Qayda ilə müəyyənləşdirilən müddətlərdə proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), eləcə də məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (müvafiq qəbzləri) “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) altsistemi olan “Subsidiya” informasiya sisteminə (SİS) daxil etməmişdir.

38. Göründüyü kimi, iddiaçının pambıq əkini və təhvil verdiyi məhsulun qəbzləri barədə məlumatları EKTİS-ə daxil edilmədiyi üçün cavabdehin iddiaçıya məhsul subsidiyasının ödənilməsindən imtinası əsaslı olmuşdur.

39. Məhkəmə kolle giyası apellyasiya instansiyası məhkəməsinin iddiaçı üçün qeyd edilən halların üzrlü hesab edilməsi ilə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırkı iddia tələbinin təmin olunması subsidiya alınması üçün müraciət edən digər fermerləri sənədlərin vaxtında sistemə əlavə edilməsində lazımi məsuliyyət göstərməkdən yayınmağa sövq etməklə yanaşı, subsidiya verilməsinin mexanizmini tənzimləyən qanunvericilik normalarının faktiki işləkliyinin və əhəmiyyətinin itirilməsinə gətirib çıxarır.

40. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının hazırkı məzmunda tələb hüququ olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Belə olan halda, cavabdehin kassasiya şikayəti təmin edil məli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 21(103)-2109/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddiası rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar