Məhkəmə qərarları › İş №2-1(102)-2479/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2479/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2479/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “şəhid” və “şəhid ailəsi” statusu ilə bağlı arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 (xx.xx.1964-cü il təvəllüdlü; FİN: xxxxxxx) və İddiaçı2 (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid” və “şəhid ailəsi” statusu ilə bağlı arayışın v erilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2-1(104)56/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi A-013212 nömrəli xidmət dəftərçəsinə əsasən, X7 xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “İdarəetmə mühəndisliyi” ixtisası üzrə təhsil almış, xx.xx.2010-xx.xx.2011-ci illər üzrə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində dinləyici olmuş, xx.xx.2011-ci il tarixli əmrlə 2166-cı motoatıcı taborunun qərargah rəisinin rabitə üzrə köməkçisi – taqım komandiri təyin edilmiş, xx.xx.2020-ci il tarixədək müxtəlif hərbi hissələrdə xidmət etmiş və xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissədə Qarnizon rabitə qovşağının avtomatik idarəetmə sistemləri bölməsinin rəisi – qovşaq rəisinin müavini təyin olunmuşdur. 2. 23.12.2020-ci il tarixli, AZ-İİ 130882 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X7 xx.xx.2020-ci il tarixdə “Covid-19” virusundan vəfat etmişdir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə verilmiş xx.xx.2021-ci il tarixli, 97 nömrəli məlumatda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin Qarnizon rabitə qovşağının avtomatik idarəetmə sistemləri bölməsinin rəisi – qovşaq rəisinin müavini kapitan X7 xx.xx.2020-ci il tarixdə, saat 17:30 radələrind ə Bakı şəhərində Mərkəzi Neftçilər Xəstəxanasında “Covid-19” virusuna yoluxması ilə əlaqədar vəfat etmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır.

4. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 0183 nömrəli əmri ilə N nömrəli hərbi hissənin Qarnizon rabitə qovşağının avtomatik idarəetmə sistemləri bölməsinin rəisi – qovşaq rəisinin müavini kapitan X7 vəfat etdiyi üçün xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılmış hesab edilmişdir. Həmin əmrdə həmçinin qeyd edilmişdir ki, X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Mərkəzi Neftçilər Xəstəxanasında “Covid-19” virusundan vəfat etmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır.

5. İddiaçılar cavabdehə müraciət edərək, X3 “şəh id” və ailəsinin isə “şəhid ailəsi” hesab edilməsi üçün müvafiq arayışın verilməsini xahiş etmişdirlər.

6. Cavabdeh xx.xx.2021-ci il tarixli, 1/M-11376 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, mərhum X7 müalicədə olarkən xx.xx.2020-ci il tarixdə “Covid-19” virusundan vəfat etdiyinə görə ona “şəhid” statusunun verilməsi qanunvericiliyin tələblərinə uyğun gəlmir.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 14/3536 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin “Azərbaycan Ordusunun Vətən müharibəsi dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” əmrinə əsasən N nömrəli hərbi hissə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-c i il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2023cü il, N nömrəli məktubunda qeyd edilmişdir ki, kapitan S.X8 zamanı Şəmkir şəhərində daimi dislokasiya məntəqəsində rabitə qovşağında rabitə növbətçiliyini təşkil etmişdir, xəstəliyə xidmətdə olan zaman yoluxmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin X3 ailəsinə şəhid vəsiqəsinin verilməsi istiqamətindəki qanunsuz müdaxiləsinin dayandırılması və X3 “şəhid” və ailəsinin isə “şəhid ailəsi” hesab edilməsi üçün müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

10. B akı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, e-2-1(112)-12192/2021 nömrəli qərardadına əsasən iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların oğlu mərhum kapitan X11 Əliyev adına Ali Hərbi Məktəbini 2010-cu ildə müvəffəqiyyətlə bitirərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə başlamış, 2010-2019-cu illərdə X10 Korpusunda, 2019-cu ildən isə N nömrəli hərbi hissədə xidmət etmiş, hərbi hissənin xidmət ərazisinə daxil olan təmas xətlərində rabitə əlaqəsinin təmin və bərpa olunmasında zabit kimi iştirak etmişdir. 2020-ci ilin 27 sentyabr tarixində erməni silahlı birləşmələrinin təxribat və hücumlarının qarşısının alınması istiqamətində başladılmış əks-hücum əməliyyatları nda iştirak etmiş və 2 oktyabr tarixində xəstələnərək xəstəxanaya yerləşdirilmişdir. Lakin müalicənin gecikdirilməsi və xəstəliyin ağırlıq dərəcəsinin düzgün qiymətləndirilməməsi Sənan Mansurovun səhhətində ağırlaşmalara səbəb olmuşdur. Ona görə də xx.xx.2020-ci il tarixində Kür qəsəbə xəstəxanasından Mərkəzi Neftçilər Xəstəxanasına köçürülmüşdür. Bu xəstəxanada aparılan intensiv müalicə nəticə verməmiş və 6 noyabrda vəfat etmişdir. Ayrı-ayrı vaxtlarda cavabdehə müraciət edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinə əsasən Sənan Mansurovun “şəhid”, ailəsinin isə “şəhid ailəsi” hesab edilməsi üçün arayış veril məsi xahiş edilmiş, lakin cavabdehin sonuncu daxil olan xx.xx.2021-ci il tarixli, 1/M-11376 nömrəli məktubu ilə iddiaçıların müraciəti təmin edilməmişdir.

12. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, mərhum kapitan X7 Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.2006-xx.xx.2020-ci illərdə həqiqi hərbi xidmət keçmiş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Mərkəzi Neftçilər Xəstəxanasında “Covid-19” virusundan vəfat etdiyi üçün Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 0183 nömrəli əmri ilə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılmış hesab edilmişdir. Odur ki, qanuni və əsaslı qərar qəbul edilməsi xahiş olunmuşdur.

13. Gəncə İnzibati Məhkəməsinin (hakim Fikrət Hüseynov) 20 iy ul 2022-ci il tarixli, e-2-1(114)-1444/2022 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mərhum X7 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, “Covid-19” virusundan vəfat etmişdir. Odur ki, işin faktiki hallarına və müvafiq qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıların müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmuşdur.

15. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdirlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlə r Aygül İsgəndərova /sədrlik edən və məruzəçi/, Azər Bayramov və Rəşad Mamedov) 01 iyun 2023-cü il tarixli, 2-1(104)-56/2023 nömrəli qərarı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilmiş, mərhum X6 “şəhid” adının, ailəsinə isə “şəhid ailəsi” statusunun verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur.

17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməyərək qeyd etmişdir ki, hazırkı tələb üzrə qərarın qəbul edilməsi zamanı təkcə mərhumun ölüm səbəbi deyil, ümumilikdə onun xidməti, ölüm şəraiti və xidməti zamanı olan ümumi vəziyyət birgə dəyərləndirilməlidir. Hazırkı iş üzrə toplanmış sübutlard an məlum olur ki, mərhum Sənan X8 zamanı döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissə olan N nömrəli hərbi hissənin tərkibində xidmət etmiş və döyüş əməliyyatları başlarkən onun xidmətində hər hansı fasilə yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 14/3536 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin “Azərbaycan Ordusunun Vətən müharibəsi dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” əmrinə əsasən N nömrəli hərbi hissə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Digər tərəfdən, N nömrəli hərbi hissənin Qarnizon rabitə qovşağının avtomatik idarəetmə sistemləri bölməsinin rəisi – qovşaq rəisinin müavin i kapitan S.Mansurov yoluxucu xəstəlik olan “Covid-19” virusuna hərbi xidməti hər hansı iradi və ya qeyri-iradə şəkildə tərk etdikdən sonra yoluxmamış, virusa yoluxarkən, eyni zamanda müalicəsinin ilk mərhələsində hərbi hissənin nəzdində və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlər aparılan “44 günlük Vətən Müharibəsi” zamanı xidmət yerində olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2023-cü il, N nömrəli məktubundan görünür ki, kapitan S.X8 zamanı Şəmkir şəhərində daimi dislokasiya məntəqəsində rabitə qovşağında rabitə növbətçiliyini təşkil etmişdir, xəstəliyə xidmətdə olan zaman yoluxmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 0183 nömrəli şəxsi heyət üzrə əmrindən çıxarışda qeyd olunur ki, N nömrəli hərbi hissənin Qarnizon rabitə qovşağının avtomatik idarəetmə sistemləri bölməsinin rəisi – qovşaq rəisinin müavini kapitan S.Mansurov xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Mərkəzi Neftçilər Xəstəxanasında “Covid-19” virusundan vəfat etmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır. Göründüyü kimi, əmrdə də S.Mansurovun ölümünün hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olması təsdiqlənmişdir. Məhkəmə tərkibi hesab edir ki, “44 günlük Vətən Müharibəsi” zamanı, yəni aktiv əməliyyatlar dövründə, hərbi əməliyyatlara cəlb edilən N nömrəli hərbi hissənin Qarnizon rabitə qovşağının avtomatik idarəetmə sistemləri bölməsinin rəisi – qovşaq rəisinin müavini kapitan S.Mansurova şəhid statusunun verilməsinin mümkünlüyünə qiymət verilərkən şəxsin ölümü ilə onu n yerinə yetirdiyi xidməti borcu, aktiv olmasa da döyüş əməliyyatlarında avtomatik idarəetmə sistemləri bölməsinin rəisi – qovşaq rəisinin müavini kimi iştirakının arasında səbəbli əlaqənin olması müəyyən edilmişdir. Belə ki, şəxsin xəstəliyə yoluxması və yoluxma zamanı olan şərait bu cür nəticəyə gəlməyə əsas verir. Digər tərəfdən S.Mansurov hər hansı mülki statusa malik olarkən və ya xidmət şəraitindən kənar şəkildə virusa yoluxmamış, hərbi xidməti vəzifələrinin icrası zamanı yoluxmaqla vəfat etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şəhid adının verilməsi yalnız atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və digər qanunda nəzərdə tutulan yerlərdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərin şəhid hesab edilməsi ilə əlaqələndirilməmiş, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə şəhid adının verilməsi halı da nəzərdə tutulmuşdur. Hadisə insanın iradəsindən asılı olmayaraq baş verən reallıq fenomenidir. Hadisə mütləq və ya nisbi ola bilər. Mütləq hadisə insanın hərəkətlərindən (təbii fəlakətlər, meteorit düşməsi və s.) asılı deyil, nisbi hadisələr isə bu hüquqi münasibətlərin iştirakçılarından asılıdır, yəni subyektlərin iradəsi ilə yaranır, lakin iradələrindən asılı olmayaraq inkişaf və davam edir. Normada qeyd edilən və şəhid statusunun verilməsinə əsas olan digər hadisələ r də insanın iradəsindən asılı olmayan və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən hadisədir.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının və iddiaya qarşı etirazının dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, hərbi xidmət zamanı həlak olmaq heç də hər bir halda şəhid adı verilməsi ilə nəticələnə bilməz. Bunun üçün qanunvericiliklə nəzərdə tutulmuş hallardan ən azından biri mövcud olmalıdır. X7 Azərbaycan Respublikasının Silahlı Qü vvələrində xx.xx.2006-xx.xx.2020-ci illərdə həqiqi hərbi xidmət etmiş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Mərkəzi Neftçilər Xəstəxanasında “Covid-19” virusundan vəfat etmişdir. X3 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə bağlı döyüş əməliyyatlarında iştirak etdiyi müəyyən edilsə də, lakin qeyd olunan xəstəliyin hərbi xidməti vəzifəsinin icrası zamanı, o cümlədən döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olması öz təsdiqini tapmamışdır. Ölümün səbəbi isə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə bağlı olmamışdır. Sadalanan qanunvericilik normalarından bir daha müəyyən edilir ki, X6 şəhid adının verilməsi üçün hər hansı hüquqi əsas mövcud olmadığından cavabdeh haqlı olaraq şəhid adının verilməsinin mümkün olmaması qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. İddiaçılar tərəfindən kassasiya şikayətinə qarşı təqdim edilmiş etirazda qeyd edilmişdir ki, mərhum Sənan X8 zamanı döyüş əməliyyatlarına cəlb olunmuş N nömrəli hərbi hissənin tərkibində xidmət etmiş və döyüş əməliyyatları başlarkən onun xidmətində hər hansı fasilə yaranmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2023-cü il, N nömrəli məktubundan görünür ki, kapitan S.X8 zamanı Şəmkir şəhərində daimi dislokasiya məntəqəsində rabitə qovşağında rabitə növbətçiliyini təşkil etmişdir, xəstəliyə xidmətdə olan zaman yoluxmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 0183 nömrəli şəxsi heyət üzrə əmrindən çıxarışda qey d olunur ki, N nömrəli hərbi hissənin Qarnizon rabitə qovşağının avtomatik idarəetmə sistemləri bölməsinin rəisi – qovşaq rəisinin müavini kapitan S.Mansurov xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Mərkəzi Neftçilər Xəstəxanasında “Covid-19” virusundan vəfat etmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır. Göründüyü kimi, əmrdə də S.Mansurovun ölümünün hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olması təsdiqlənmişdir. Cavabdehin kassasiya şikayətində sadəcə qanunvericilik normaları sadalanır, lakin heç bir sübut və dəlil göstərilmir. Qeyd edilənlərə əsasən, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

4. Hərbi qulluqçular tərəfindən hərbi xidmət vəzifələrinin icrası

1. Hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır.

2. Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır. 22. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə

2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak o lmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər:... 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itki n düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər;... 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, St rateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. 24. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suver enliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə d air tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması bar ədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şi kayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının pred metini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə cavabdehin imtinasının və iddiaya qarşı etirazının dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. H azırkı iş üzrə iddiaçıların hüquqi marağı X3 “şəhid” və ailəsinin isə “şəhid ailəsi” hesab edilməsi üçün cavabdeh tərəfindən müvafiq arayışın verilməsinə yönəlmişdir.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıların iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. İşinin a pellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, mərhum Sənan X8 zamanı döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissə olan N nömrəli hərbi hissənin tərkibində xidmət etmiş və döyüş əməliyyatları başlarkən onun xidmətində hər hansı fasilə yaranmamışdır. X12 yoluxucu xəstəlik olan “Covid-19” virusuna hərbi xidməti hər hansı iradi və ya qeyri-iradə şəkildə tərk etdikdən sonra yoluxmamış, virusa yoluxarkən, eyni zamanda müalicəsinin ilk mərhələsində hərbi hissənin nəzdində və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlər aparılan “44 günlük Vətən Müharibəsi” zamanı xidmət yerində olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2023-cü il, N nömrəli məktubundan görünür ki, kapitan Sənan X8 zamanı Şəmkir şəhərində daimi dislokasiya məntəqəsində rabitə qovşağında rabitə növbətçiliyini təşkil etmişdir, xəstəliyə xidmətdə olan zaman yoluxmuşdur. X12 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Mərkəzi Neftçilər Xəstəxanasında “Covid-19” virusundan vəfat etmişdir.

35. Cavabdehin imtinasının əsası ondan ibarətdir ki, X12 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, “Covid-19” virusundan vəfat etmişdir, bu səbəbdən ona “şəhid” statusunun verilməsi qanunvericiliyin tələblərinə uyğun gəlmir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 21-ci bəndində göstərilən normalara əsasən, hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştir ak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar.

37. Göründüyü kimi, X12 hərbi xidmət vəzifələrini yerinə yetirərkən “Covid-19” virusuna yoluxmuş və həmin virusdan vəfat etmişdir.

38. Eyni zamanda, cavabdehin surətini məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə verilmiş xx.xx.2021-ci il tarixli, 97 nömrəli məlumatda (i.v. 79) qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin Qarnizon rabitə qovşağının avtomatik idarəetmə sistemləri bölməsinin rəisi – qovşaq rəisinin müavini kapitan X7 xx.xx.2 020-ci il tarixdə, saat 17:30 radələrində Bakı şəhərində Mərkəzi Neftçilər Xəstəxanasında “Covid-19” virusuna yoluxması ilə əlaqədar vəfat etmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır.

39. Həmçinin cavabdehin surətini məhkəməyə təqdim etdiyi, Sənan Mansurovun vəfat etdiyi üçün xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılmış hesab edilməsi barədə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 0183 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Mərkəzi Neftçilər Xəstəxanasında “Covid-19” virusundan vəfat etmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır.

40. Göründüyü kimi, həm sözügedən xidməti məlumatda, həm də qeyd edilən əmrdə X1 2un ölümünün səbəbli əlaqəsinin məhz hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olması öz təsdiqini tapmışdır.

41. Bu qərarın 23-cü bəndində qeyd edilən normalara əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər.

42. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq belə qənaətə gəlmişdir ki, “44 günlük Vətən Müharibəsi” zamanı, yəni aktiv əməliyyatlar dövründə, hərbi əməliyyatlara cəlb edilən N nömrəli hərbi hissənin Qarnizon rabitə qovşağının avtomatik idarəetmə sistemləri bölməsinin rəisi – qovşaq rəisinin müavini kapitan S.Mansurova şəhid statusunun verilməsinin mümkünlüyünə qiymət verilərkən şəxsin ölümü ilə onun yerinə yetirdiyi xidməti borcu, aktiv olmasa da döyüş əməliyyatlarında avtomatik idarəetmə sistemləri bölməsinin rəisi – qovşaq rəisinin müavini kimi iştirakının arasında səbəbli əlaqənin olması müəyyən edilmişdir. Belə ki, şəxsin xəstəliy ə yoluxması və yoluxma zamanı olan şərait bu cür nəticəyə gəlməyə əsas verir. Digər tərəfdən, S.Mansurov hər hansı mülki statusa malik olarkən və ya xidmət şəraitindən kənar şəkildə virusa yoluxmamış, hərbi xidməti vəzifələrinin icrası zamanı yoluxmaqla vəfat etmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, şəhid adının verilməsi yalnız atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və digər qanunda nəzərdə tutulan yerlərdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərin şəhid hesab edilməsi ilə əlaqələndirilməmiş, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqəda r Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə şəhid adının verilməsi halı da nəzərdə tutulmuşdur. Hadisə insanın iradəsindən asılı olmayaraq baş verən reallıq fenomenidir. Hadisə mütləq və ya nisbi ola bilər. Mütləq hadisə insanın hərəkətlərindən (təbii fəlakətlər, meteorit düşməsi və s.) asılı deyil, nisbi hadisələr isə bu hüquqi münasibətlərin iştirakçılarından asılıdır, yəni subyektlərin iradəsi ilə yaranır, lakin iradələrindən asılı olmayaraq inkişaf və davam edir. Normada qeyd edilən və şəhid statusunun verilməsinə əsas olan digər hadisələr də insanın iradəsindən asılı olmayan və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən hadisədir.

44. Məhkəmə kolle giyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2-1(104)-56/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar