Məhkəmə qərarları › İş №2-1(102)-248/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-248/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-248/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1584/2021 nömrəli iş üzrə 07.09.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya ş ikayətinə əsasən işə 12 yanvar 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 05.04.1993 - 28.10.1993-cü illərdə Zəngilan rayonu ərazisində hərbi xidmətdə olmuş, N saylı Hərbi hissə komandirinin 05.04.1993-cü il tarixli, 85 nömrəli ilə şəxsi heyətin tərkibinə daxil edilərək bütün növ təminatlarla təmin edilərək snayper vəzifəsinə təyin edilmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi il ə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 05.04.1993-cü il tarixdən 28.10.1993-cü il tarixədək Milli Ordu sıralarında N saylı hərbi hissədə Zəngilan rayonu ərazisində hərbi xidmət keçmiş və respublikanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək erməni işğalçılarına qarşı vuruşmuşdur. Müharibə veteranı statusu almaq üçün dəfələrlə cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Birinci instansiya məhkəməsinin 10.03.2021-ci il tarixli, 2-1(112)1675/2021 nömrəli (sədrlik edən hakim Elvin Əliyev) qərarı ilə iddianın rədd edilməsi qərara almışdır.

5. Birinci instansiya məhkəməsi həmin nət icəyə gələrkən, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7-ci maddələrinə, Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə, “Hərbi xidmətkeçmə haqqında” Qanunun 14-cü maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçı qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini istisna edir.

6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 10.03.2021-ci il tarixli, 2-1(112)-1675/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.09.2021-ci il tarixli, 2-1(103)-1584/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Cahangir Yusifov) qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 10.03.2021-ci il tarixli, 2-1(112)-1675/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

9. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin 07.09.2021-ci il tarixli, 2-1(103)-1584/2021 nömrəli qəra rının ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmidir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

10. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən qərəzli olaraq təqdim olunmuş sübutları nəzərə almamış və özünün fərziyyəsinə əsaslanaraq hesab etmişdir ki, o, inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Halbuki İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə onun döyüşlərdə fəal iştirakını təsdiqləyən arayışı sübutlar siyahısına daxil etməmiş və bilərəkdən həmin sübutu gizlədərək məhkəmə qərarına daxil etməmişdir. Məhkəmə Azərbaycan Respublikasında hüquq və azadlıqların dövlət tərəfindən müdafiə olunmasını nəzərə almamış, bununla da, Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrinin, AR İPM-nin 11.1, 12, 15.1, 58.7, 35.1-ci maddələrinin, AR “Veteranlar Haqqında” Qanununun 3-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, “’Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adalarının verilməsi qaydası və şərtləri haqqında” 216 saylı Qərarının tə ləblərini pozmaqla onun konstitusion hüququnu pozmuşdur.

11. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin müddəaları əsasında iddia tələbi təmin olunmalı və iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi cavabdeh təşkilata həvalə edilməlidir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veter anı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin İ bölməsinə əsasən, müharibə veteranı adı "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-na dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonalarında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, Dövlət Sərhəd Xidməti orqanları və h ərbi hissələr tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi müharibə veteranı adı və vəsiqəsinin verilməsini Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, qüvvədə olan Əsasnamə isə 1991-ci il oktyabrın 9-dan sonrakı dövr üçün bunun verilməsini belə əməliyyatlarda iştirak etmiş şəxslərdən hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, hərbi qulluqçulara, o cümlədən yaralanmış, xəsarət və ya kontuziya almış hər bi qulluqçulara şamil etmişdir.

12. Məhkəmə onun 05.04.1993-cü il tarixdən 28 oktyabr 1993-cü il tarixədək Azərbaycan Respublikası Milli Ordu sıralarında, N saylı hərbi hissədə Zəngilan rayonu ərazisində döyüş əməliyyatlarında iştirak etməsi və bu barədə hərbi biletdə aparılmış qeydləri, tabeliyində hər hansı döyüş silahı və döyüş sursatının olubolmamasını, onunla bərabər eyni əsaslarla döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunmuş şəxslərə veteran statusunun verilməsini və həmin şəxslərin onunla birlikdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakını araşdırmamışdır. Yuxanda qeyd olunanlardan göründüyü kimi, onun iddia tələbi üzrə məhkəmə baxışı zamanı məhkəmə tərəfindən yol verilmiş qanunvericiliyin tələblərinin pozulması nəticəsində inzibati işin ədalətli araşdırılmasına nail olunmamışdır ki, bu da onun Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi ilə təminat verilmiş məhkəmə müdafiə hüququnu pozmuşdur. Hesab edir ki, onun 05.04 1993-cü İl tarixdən 28 oktyabr 1993-cü il tarixədək Azərbaycan Respublikası Milli Ordu sıralarında, N saylı hərbi hissədə Zəngilan rayonu ərazisində döyüşmək və işin xarakterinə görə döyüş əməliyyatları aparılan ərazidə olmaq, tabeliyində döyüş silahının olması, döyüş əməliyyatlarında fəal iştirakını təsdiq edən əmrlərin olması onun döyüş əməliyyatlarında iştirak etdiyini təsdiq edir və bu səbəbdən iddia təmin olunmalıdır. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası “Veteranlar haqqında” Qanunu: Maddə

3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Maddə

7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsi 1-ci bəndi Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıva n Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixi ndən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd hissəsi Bu Qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

15. Azərbaycan Respublikası Prezidentinin «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında» 25.04.2006-cı il tarixli, 396 nömrəli Fərmanı 1.3-cü bəndi Bir ay müddətində «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçü n əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki dəlilləri əsassızdır.

21. Belə ki, iş materiallarına əlavə edilmiş NZ seriyalı, ******* nömrəli hərbi biletin 2 səhifəsinin təsdiq edilməmiş surətinə əsasən iddiaçının 25.05.1986-cı il tarixdə Zəngilan rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılması, 07.06.1988-ci il tarixinədək hərbi xidmətdə olması qeyd edilmişdir.

22. İşdə olan Azərbayca n Respublikası Müdafiə Nazirliyinin 18.08.2020-ci il tarixli iddiaçının müraciətinə verdiyi imtina məktubunda qeyd etmişdir ki: “Mərkəzi Arxivin 12.09.2017-ci il tarixli, 9/2-15935 nömrəli arayışına əsasən 05.04.1993-cü il tarixdən sonrakı hərbi xidməti və N nömrəli hərbi hissədən qanuni əsaslarla tərxis olunmağı barədə məlumat olmadığından ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir.”

23. Həmçinin işdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinin 01.10.2020-ci il tarixli, 586 nömrəli məktubunda qeyd edilmişdir ki, “1967-ci il təvəllüdlü İddiaçı Yunis oğlu həqiqətən 25.05.1986-cı il tarixdə Zəngilan rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 29.06.1986-cı il tarixdən 3 1.05.1988-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 28.06.1988-ci il tarixdə Zəngilan rayon hərbi komissarlığında hərbi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçməyi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsində heç bir məlumat yoxdur.”

24. İşdə olan məktuba əlavə edilmiş uçot kartasının surətinə əsasən iddiaçının doğulduğu tarix 18.12.1967-ci il göstərilmiş, eyni zamanda biletin 01.06.2011-ci il tarixində bərpa olunması qeyd edilmişdir.

25. Eyni zamanda işdə olan Müdafiə Nazirliyi 24.09.2020-ci il tarixli, 9/219672 nömrəli məktubunda qeyd etmişdir ki, “14.09.2020-ci il tarixli, 2-1(112)-6379/2020 №-li sorğuya cavab olaraq bildirilir ki, Zəngilan RHK-dan çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin 05.04.1993-cü il tarixli, 85 №-li əmrilə (əsas: səh 94, § 1, sıra 62) 3-cü taburun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək snayper vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissənin N dekabr 1993-cü il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: sıra 34, məlumatda atasının adı yazılmamışdır) sentyabr 1993-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş 3-cü taborun 3-cü bölüyünün şəxsi heyətinin siyahısında 1967-ci il təvəllüdlü, baş qranatatan köməkçisi sıravi İddiaçı adı qeyd edilmiş, adının qarşısında məvacib alması barədə imzası qeyd edilməmişdir. N nömrəli hərbi hissənin N dekabr 1993-cü il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: sıra 35, məlumatda atasının adı yazılmamışdır) oktyabr 1993-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş 3-cü taborun 3-cü bölüyünün şəxsi heyətinin siyahısında 1967-ci il təvəllüdlü, baş qranatatan köməkçisi sıravi İddiaçı adı qeyd edilmiş, adının qarşısında məvacib alması barədə imzası qeyd edilməmişdir. N №-li hərbi hissənin N dekabr 1993-cü il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: sıra 35, məlumatda atasının adı yazılmamışdır) noyabr 1993-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş 3-cü taborun 3- cü bölüyünün şəxsi heyətinin siyahısında 1967-ci il təvəllüdlü, baş qranatatan köməkçisi sıravi İddiaçı adı qeyd edilmiş, adının qarşısında məvacib alması barədə imzası qeyd edilməmişdir. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin sentyabr-deka br 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Araşdırmalar İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır.”

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 05.04.1993-cü il tarixdən sonrakı hərbi xidməti və N nömrəli hərbi hissədən qanuni əsaslarla tərxis olunması iş materialları ilə öz təsdiqini tapmamışdır.

28. Məhkəmə kollegiyası hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir.

29. Lakin iddiaçının kasasiya şikayətində qeyd edilən dəlilləri nəzərdən keçirərkən orda iddiaçının qanuni əsaslarla ordudan təxris olunmasını t əsdiq edən heç bir mötəbər sübuta istinad etmədiyini müəyyən etmişdir.

30. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 07.09.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.09.2021-ci il tarixli, 21(103)-1584/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar