Məhkəmə qərarları › İş №2-1(102)-248/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-248/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-248/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ərazi aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3162/2022 nömrəli, 5 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 51 nömrəli, 1991-ci il tarixli Bağçının üzvlük kitabçasının surətinə əsasən 1991-ci il tarixdən bağçılıq cəmiyyətinin üzvlüyünə qəbul olunmuş iddiaçıya Bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1991-ci il tarixli protokoluna əsasən Novxanı ərazisində Bağçılıq cəmiyyəti bağından sahəsi 600 kv. metr olan 51 №-li bağ sahəsi ayrılmışdır.

2. Azərbaycan Respublikası Dövlət Arxivinin 19 mart 2019-cu il tarixli K-16 nömrəli arxiv arayışında bildirilmişdir ki, “Azərbaycan SSR Nazirlər Soveti” arxiv fondunda mühafizə edilən sənədlərdə Azərbaycan SSR Nazirlər Sovetinin 30 dekabr 1990-cı il tarixli 600 nömrəli “Torpaq sahələrinin ayrılması haqqında” qərarında qeyd olunur ki, Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin təqdimatına əsasən Abşeron rayonunun Novxanı üzümçülük-heyvandarlıq sovxozunun ərazisində Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin işçilərinə kollektiv bağçılıq və bostançılıq təşkil etmək üçün daimi istifadəyə 7,0 hektar torpaq sahəsi ayrılmışdır. Ayrılan sahənin Şimali Abşeron kurort zonasına daxil olduğunu nəzərə alaraq, ərazinin memarlıq görkəminin lazımi səviyyəsinin təmini üçün tikinti eskizi işlənilmiş və Dövlət Tikinti Komitəsi ilə müəyyən olunmuş qaydada razılaşdırılmışdır.

3. İş mat eriallarına əsasən, iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Azərbaycan SSR Nazirlər Sovetinin 30 dekabr 1990-cı il tarixli 600 nömrəli qərarı ilə, Azərbaycan SSR X1 Komitəsinin təqdimatına əsasən, kollektiv bağçılıq və bostançılıq təşkil etmək üçün daimi istifadəyə verilən Novxanı ərazisində sahəsi 600 kvadrat metr olan 51 nömrəli bağ sahəsinin planı və ölçüsünün tərtib edilərək daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-1463/2019 nömrəli qərarı ilə iddia rədd e dilmişdir.

5. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(105)-197/2020 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-1463/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1993/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 24 iyun 2020-ci il tarixli, 21(105)-197/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı 7 aprel 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan SSR Nazirlər Sovetinin 30 dekabr 1990-cı il tarixli 600 nömrəli “Torpaq sahələrinin ayrılması haqqında” qərarı ilə, Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin təqdimatına əsasən Abşeron rayonu Novxanı üzümçülük- heyvandarlıq sovxozunun ərazisində Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin işçilərinə kollektiv bağçılıq və bostançılıq təşkil etmək üçün ayrılmış 7,0 ha ərazinin daxilində müəyyən edilmiş koordinatlar üzrə yerləşən, sahəsi 600 kv. metr olan, daimi istifadə üçün veri lmiş 51 nömrəli bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddətdir sözügedən torpaq sahəsi iddiaçının istifadəsinə verilsə də müəyyən səbəblərdən torpaq sahəsini daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmaq mümkün olmamışdır. Bağ sahəsi verildiyi zamandan indiyə qədər heç kimin istifadəsində olmayan və hasarlanma işləri aparılmamış ərazidir. Bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün o, daha əvvəllər 4 saylı Abşeron ərazi idarəsinə dəfələrlə müraciət etmişdir. Sənədlərdə eyniləşdirmə aparılması üçün müvafiq məlumatların (torpaq sahəsinin koordinatları, şərt i istinad sxemi və ya qonşuluqlar) olmaması və bağçılığa aid olan arxiv sənədlərinin aşkar edilməməsi səbəbi ilə bağ sahəsinin dəqiq koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Qonşuluqda yerləşən eyni bağçılıq tərəfindən verilmiş 53 nömrəli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı məlum olduqdan və ona verilmiş 51 nömrəli bağın dəqiq koordinatları müəyyən edildikdən sonra o, aidiyyəti instansiyalara müraciət etmişdir. Məlum olmuşdur ki, 53 nömrəli qonşu bağ sahəsi Bakı şəhəri Binəqədi rayonu ərazisi üzrə qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********08 nömrəli və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********24 nömrəli cavab məktublarında sözügedən bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması üçün ilkin hüquqmüəyyənedici sənədlə birgə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etməyi bildirilmişdir. Bundan əlavə, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********35 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin işçilərinə kollektiv bağçılıq və bostançılıq təşkil etmək üçün daimi istifadəyə ayrılmış 7.0 ha torpaq sahəsinə dair ilkin sənədlər mövcuddur və BN-004633 nömrəli “Torpaqdan istifadə hüququqna dair Dövlət Aktı” tərtib edilmişdir. xx.xx.2022-ci il tarixində o, cavabdehə bağ sahəsinin qeydiyyata alınmasına dair ərizə və qeydiyyat üçün əsaslardan hesab edilən bağçının üzvlük kitabçası ilə birgə müraciət etmişdir. Ərizəsində 53 nömrəli qonşu bağ sahəsinin Binəqədi rayonu üzrə dövlət r eyestrinə qeydiyyata alınması faktını da xüsusi olaraq qeyd etmişdir. Son icra tarixi xx.xx.2022-ci il göstərilsə də, cavabdeh tərəfindən ona xx.xx.2022-ci il tarixli ərizəsinin icrasından imtina bildirişi verilmişdir.

11. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazi Abşeron inzibati ərazi vahidinin sərhədləri daxilində yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********65 saylı cavab məktubu ünvanlanmışdır. Sözügedən daşınmaz əmlaka xx.xx.2022-ci il tarixdə yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, göstərilən sahə üç tərəfi hasar olan ümumi ərazi daxilində yerləşir və 600 kv.m şərti olaraq göstərilir. Torpaq sahəsinin yerlə şməsinə dair bağçılığın bölgü sxemi təqdim edilmədiyindən şərti göstərilən sahənin 51 saylı bağa aid olub-olmadığını aydınlaşdırmaq mümkün olmamışdır.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7601/2022 nömrəli, 23 avqust 2022-ci il tarixli qərardadı ilə (hakim N.İ.Abıyev) inzibati işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi bildirmişdir ki, iş materiallarına əlavə edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının yuxarıda qeyd olunan qərarında xüsusi olaraq qeyd edilmişdir ki, həqiqətən Azərbaycan SSR Nazirlər Sovetinin 30 dekabr 1990-cı il tarixli, 600 saylı “Torpaq sahələri ayrılması haqqında” qərarının, həmçinin Abşeron rayon XDS İK-nin 26 mart 1991-ci il tarixli, 54 nömrəli qərarına əsasən Azərbaycan SSR Taxıl Məhsulları Nazirliyinin Azərbaycan Respublikası Taxıl Məhsulları kollektiv bağçılıq və bostançılıq yoldaşlıq şirkətinin Nizamnaməsinin qeydə alınması faktının, eləcə də iddiaçı da həmin bağçılıq cəmiyyətinin 51 saylı üzvlük kitabçasının mövcud olduğunu nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müvafiq səlahiyyətli orqana (Abşeron rayon İcra Hakimiyyəti, Abşeron rayon bələdiyyəsi və ya digər) müraciət edib çatışmayan sənədləri əldə etmək hüququna malik olmaqla, həmin sənədləri də aldıqdan sonra hazırkı məsələnin həll edilməsi məqsədi ilə məhkəmədə yenidən iddia irəli sürə bilər. Göründüyü kimi, hazırda iddiaçı tərəfindən mülkiyyət hüquqlarının qeydə alınması tələb olunan torpaq sahəsi Abşeron rayonunun inzibati ərazisində yerləşən daşınmaz əmlak ilə bağlıdır.

14. Azə rbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir.

15. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3162/2022 nömrəli, 5 okyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Ba kı İnzibati Məhkəməsinin 2-1(112)-7601/2022 nömrəli, 23 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

19. Kassasiyaçı kassasiya şikayətində işin hallarını və iddia ərizəsinin dəlillərini sadalamış, əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 417.1.4 və 418.1-ci maddələrinə, İPM-nin 8, 12 və 90-cı maddələrinə istinad edərək şikayətin təmin olunmasını xahiş etmişdir. b) kassasiya şikayətinə dair etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qoru nan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadın ın təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla uyğunluq təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəf li araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı işə ərazi aidiyyəti üzrə baxılması ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi il ə də razılaşır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3162/2022 nömrəli, 5 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar