Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-248/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı işi üzrə QƏRARİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, müddətin üzrsüz səbəbdən ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dö vlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı “1 fevral 2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanılaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-388/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qərardadından iddiaçının verdiyi şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-792/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-236/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı bundan sonra cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək "dövlət qulluqçusu kimi, 01 fevral 2021ci il tarixindən əmək pensiyasının bərpa olunması və həmin tarixdən, 01 fevral 2023-cü il tarixə qədər hesablanılaraq ödənilməsi vəzifə sinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək "01 fevral 2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanılaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1038/2023 saylı, 28 mart 2023-cü il tarixli qərardadı ilə (hakim X4) iddia ərizəsi mümkün sayılmamışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırki müraciəti ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur və həmin qərarlarda iddiaçının heç bir növdə əmək pensiyası hüququ yaranmamasına hüquqi qiymət verilmişdir. Buna görə hazırki hüquqi mübahisənin yenidən inzibati məhkəmə icraatı çərçivəsində araşdır ılması mümkün deyildir. Belə ki, iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz.
7. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından apelyasiya şikayəti verərək onun ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-388/2023 nömrəli iş üzrə 21 aprel 2023-cü il tarixli qərardadı ilə (hakimlər: X7 (məruzəçi), X5 və X3) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1038/2023 saylı, 28 mart 2023-cü il t arixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. ƏRİZƏNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Ərizənin dəlilləri
9. İddiaçı buraxılmış müddətin bərpasına dair vəsatətdə qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı poçtalyon vasitəsi ilə ona xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Lakin həmin tarixdə yaxın qohumunun vəfat etməsi ilə əlaqədar yas mərasimində iştirak etmiş, eyni zamanda maddi vəziyyəti ilə əlaqədar vaxtında vəkillə müqavilə bağlaya bilməmiş, bu səbəbdən də kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən ed ilmiş müddəti ötürmüşdür. b) Müddət bərpasına dair ərizəyə qarşı etirazın dəlilləri
10. Müddət bərpasına dair ərizəyə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünv anı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.... 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə tərkibi ərizədə qeyd edilmiş xüsusatları təhlil edərək bu qənaətə gəlir ki, vəsatətin təmin edilməsi və buraxılmış müddətin bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir.
13. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.
14. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçının vəsatətdə qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, iddiaçı müvafiq poçt xəbərnaməsinə imza etməklə qərardadı qəbul etmişdir. Kassasiya şikayəti isə qanunla müəyyən edilmiş 10 günlük müddət ötürülməklə xx.xx.2023-cü il tarixdə verilmişdir.
15. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir məlumat yoxdur.
16. İddiaçı kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətdə qeyd etmişdir ki, yaxın qohumunun (dayısı oğlunun) vəfat etməsi ilə əlaqədar yas mərasimində iştirak etdiyindən, eləcə də ma ddi vəziyyətinin çətin olması səbəbindən vəkillə müqavilə bağlaya bilmədiyindən qanunla müəyyən edilmiş müddəti ötürmüşdür.
17. Bu dəlillərlə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı vəsatətdə göstərdiyi xüsusatların heç biri ilə əlaqədar sübut təqdim etməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı tərəfindən müddət üzrsüz səbəbdən ötürülmüşdür.
18. Məhkəmə kollegiyası qeyd edir ki, «X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçü n yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.»
19. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar".
20. Avropa İnsan Hüquqları Məhkəməsinin "Staqno Belçikaya qarşı" iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında qeyd olunur ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş şikayətlərdən qorumaqla və məhkəmələr tərəfindən vaxtın ötdüyünə görə qeyri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısı nı almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır.
21. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti əsassız olduğundan təmin edilməməlidir.
22. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti verilməsi müddətini iddiaçı üzrlü səbəb olmadan ötürdüyü üçün buraxılmış prosessual müddətin bərpası üçün əsas yoxdur. Odur ki, ərizə təmin edilməməli, verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
23. Göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-388/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qərardadından iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və