Məhkəmə qərarları › İş №2-1(102)-2481/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2481/2023

30.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2481/2023 30.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daxili işlər orqanlarında xidmətdən xaric edilmə barədə əmrin ləğvi; işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1981, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilərək iddiaçının tutduğu vəzifəyə bərpa olunması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 2-1(104)109/2023 nömrəli, 17 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 16 may 2022-ci il tarixli, 2307001- 22 nömrəli əmri ilə Gəncə şəhər Baş Polis İdarəsi 1-ci X2 hissəsinin polis nəfəri - sürücüsü, polis baş serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, 15 aprel 2022-ci il tarixində DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kliniki Diaqnostika La boratoriyasında “ekspert-test” üsulu ilə tibbi müayinə zamanı iddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlanmışdır. Əmrin verilməsinə bu faktın müəyyən edilməsi barədə müvafiq aktlar əsas olmuşdur.

2. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Kliniki Diaqnostika Laboratoriyasında “ekspert-test” üsulu ilə tibbi müayinə aparılmış, komissiya üzvlərinin iştirakı ilə iddiaçının sidiyinin tərkibində ekspress - test üsulu ilə piy və marixuana alkoloidlərinin olub-olmaması yoxlanılmış, müayinə zamanı iddiaçının sidiyinin tərkibində piy qrupuna aid olan narkotik maddə aşkar olunmuş, ekspert-test üsulu nəticəsinə müvafiq olaraq müayinəsi keçirilən iddiaçının sidiyinin tərkibində “çətənə” qrupuna aid (“THC” pozitiv) nark otik vasitə aşkar edilmişdir (15 aprel 2022-ci il tarixli, 44 nömrəli akt).

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi tərəfindən dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, məhkəmə-kimyəvi tədqiqat nəticəsində götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik hesab edilən "Kannabinoid” aşkar olunmuş və bu barədə xx.xx.2022-ci il tarixli 1354/K nömrəli akt tərtib edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 may 2022-ci il tarixli, 2307-001-22 nömrəli əmrin ləğv edilərək onun tutduğu vəzifəyə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İdd ia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, polis əməkdaşı olaraq işləmişdir. Sonradan onu əsassız olaraq işdən çıxarmışlar. İddiaçıya bildirilmişdir ki, guya o marixuana qəbul etməklə narkotik vasitə istifadə etmişdir. Lakin iddiaçı heç vaxt narkotik vasitə qəbul etməmişdir. Belə ki, narkotik vasitə qəbul etməsini xx.xx.2022-ci il tarixdə müayinədən keçməsi nəticəsində analiz müayinələri təsdiq etmişdir. Hazırda xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə keçirilmiş analizlərin nəticəsindən də görünür ki, iddiaçının narkotik vasitə qəbul etməsi absurddur. Onun narkotik vasitə qəbul etmədiyi halda barəsində absurd və təzyiqlə verilmiş rəyi qəbul etməməsi qeyri-səmimi kimi qəbul edilə bilməz. Hazırda iddiaçının narkotik vasitə qəbul edən şəxs olaraq işdən azad olu nması ona böyük mənəvi iztirab keçirməsinə və ailə üzvləri qarşısında utandırıcı hisslər yaratdığından mənəvi zərərin ödənilməsinə əsas verir. İddiaçıya qarşı olan əsassız ittihamın qarşılığı olaraq keçirilmiş analizləri və tibbi müayinələri onun əsassız ittihama məruz qaldığını göstərir. Bu baxımdan onun polis vəzifəsindən azad olunması ilə bağlı Daşkəsən rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli əmrini əsassız hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Cavabdeh inzibati orqanın iddia tələbinə dair etiraz ərizəsində qeyd olunmuşdur ki, Gəncə şəhəri BPİ-nin 1-ci X2 hissəsinin polis nəfəri-sürücüsü İddiaçı xx.xx.2022-ci il tarixdə DİN-in Tibbi İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının Kliniki Diaqnostika Laboratoriyasında “ekspr ess-test” üsulu ilə tibbi müayinədən keçirilərkən sidik nümunəsinin tərkibində narkotik vasitə olan marixuana aşkar edilərək bu barədə müvafiq akt tərtib edilmişdir. Həmin gün İddiaçı “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyində dərinləşdirilmiş tibbi müayinədən keçirilmiş, ondan götürülmüş müvafiq nümunələrin tərkibində məhkəməkimyəvi tədqiqat nəticəsində narkotik vasitə olan “Kannabinoid” aşkar edilərək bu barədə xx.xx.2022-ci il tarixli 1354/K nömrəli ekspert aktı tərtib olunmuşdur. Polis nəfəri İddiaçı intizam məsuliyyətindən yayınmaq məqsədi ilə xidməti təhqiqat prosesində qeyri-səmimi mövqe tutmuşdur. İddiaçının hərəkətləri daxili işlər orqanları əməkdaşlarının adına və polisin nüfuzuna ləkə gətirdiyinə görə “Azərbaycan Respublikasının daxili işl ər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.

7. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2031/2022 nömrəli, 27 oktyabr 2022ci il tarixli qərarı ilə (hakim Z.A.Quliyev) iddia tələbi rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin normalarının tələblərindən göründüyü kimi narkotik vasitə qəbulu daxili işlər orqanı əməkdaşının nüfuzunu aşağı sala biləcək hərəkət olduğu və etik davranış qaydalarına uyğun olmayan davranış sayıla bildiyi, eyni zamanda əməkdaşın xidmətdənkənar fəaliyyətində də ictimai davranış normalarına zidd bir hərəkət kimi qiymətləndirildiyi və qanunvericiliyə uyğun olaraq kobud pozuntu hesab olunduğu üçün daxili işlər orqanlarından xaric edilməyə əsas ola bilər. Digər tərəfdən, iddiaçı, ümumiyyətlə, narkotik vasitə qəbulunu inkar edir və bu faktı təsdiqləyici sübut kimi Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 637/2022 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolu, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli analiz nəticəsi, "xxxx" MMC-nin (Sağlam Ailə) xx.xx.2022-ci il tarixli test nəticələrini təqdim edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması” Qaydasının 2-ci bəndinə əsasən tibbi yoxlamanın aparılması üçün ş əxs narkoloji müəssisələrə könüllü olaraq müraciət edə bilər və bu halda onun narkoloji diaqnozu həkim-narkoloq tərəfindən müəyyən edilir. İddiaçı tərəfindən təqdim edilən analizlərdən görünür ki, onun narkoloji diaqnozu həkim-narkoloq tərəfindən müayinəsi aşkar edilmir. Digər tərəfdən, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli analiz nəticəsinin “Qeyd” hissəsində “ekspress müayinə üsulu olduğundan təkrar müayinə daha spesifik alternativ kimyəvi metod kimi Gas chromatograhy/mass spectrometr (GCMS) ilə testin yoxlanması tələb olunur. Qeyd: Bəzi psixotrop və antidepressant dərman preparatlarının qəbulu testinə nəticəsinə təsir edə bilər.” göstərilmişdir.

9. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi publik hüquqi şəxs tərəfindən verilən 10 fevral 2023-ü il tarixli, 439/K nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, hər hansı narkotik maddənin narkotik istifadəçisinin orqanizmdə qalma müddəti və bədəndən ifraz olunma vaxtı fərqlidir və narkotik maddənin kimyəvi tərkibindən, qəbul qaydasından, qəbul müddətindən, narkotik aludəçisinin orqanizminin xüsusiyyətlərindən və s asılıdır. Narkotik vasitənin qəbulu nə qədər uzun olarsa, narkotik də orqanizmdə bir o qədər çox qalar. Sidikdə immunoferment üsul ilə kannabinoidlərin metabolitləri xroniki istifadəçilərdə son qəbuldan sonra 46-77 gün ərzində, epizotik istifadədə isə 29 gün ərzində aşkar edilir.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxs tərəfindən məhkəməyə təqdim olunmuş 08 may 2023-cü il tarixli, 1820 nömrəli məktubunda göstərilmişdir ki, təhqiqat zərurəti ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalının rəisi İ.Babaxanovun xx.xx.2022-ci il tarixli, 2381007-1222 saylı göndəriş məktubunda vətəndaş İddiaçı qan və sidik nümunələrində narkotik, psixotrop, uyuşdurucu və kefləndirici maddələrin olub-olmamasının yoxlanaraq, nəticəsi barədə məlumat verilməsi göstərilmişdir. Həmin göndəriş əsasında Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin Məhkəmə-kimya şöbəsində 15 aprel 2022-ci il tar ixdə öz razılığı ilə İddiaçı götürülmüş qan və sidik nümunələrinin ekspert-kimyaçı tərəfindən məhkəmə-kimyəvi tədqiqatı aparılmışdır. Aparılmış məhkəmə-kimyəvi tədqiqatı nəticəsində İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmiş və tədqiqatın nəticəsi 1354/K nömrəli “Maddi sübutların ekspertizası aktı”nda təsbit edilərək aidiyyəti üzrə göndərilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsi, eləcə də Birliyin Məhkəmə-kimyəvi şöbəsi məhkəmə-tibbi ekspertizaların icrasını həyata keçirən məhkəmə ekspertiza qurumu olub Daxili İşlər Nazirliyi və prokurorluq orqanlarının, məhkəmələr və digər müvafiq orqanların qərar və göndərişləri, eləcə də Birliyin bütün ra yon və şəhər şöbələrinin göndərişləri əsasında insan orqanizmində və bioloji materiallarda bütün toksiki maddələrlə yanaşı, narkotik, psixotrop və digər güclü təsiredici maddələrin olub-olmamasını təyin edir. Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi və eləcə də digər narkoloji müəssisələr isə xroniki alkoqolizm və xroniki narkomaniya xəstəliklərinə düçar olmuş şəxslərdə bu xəstəliklərin diaqnostikası, müayinə və müalicəsi ilə məşğul olur.

12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-109/2023 nömrəli, 17 may 2023-cü il tarixli qərarı ilə (hakimlər A.V.İsgəndərova /sədrlik edən və məruzəçi/, A.V.Bayramov və R.Z.Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2031/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədə n qüvvədə saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin icraatına qaytarılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin əmrinə əsasən iddiaçının narkotik vasitə qəbul etməsi xx.xx.2022-ci il tarixdə müayinədən keçməyi nəticəsində analiz müayinələri ilə təsdiq edilmişdir. Hazırda xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə keçirilmiş analizlərin nəticəsindən də görünür kı, iddiaçının narkotik vasitə qəbul etməyi absurddur. İş üzrə keçirilmiş ekspert rəyinə əsaslanan məhkəmə iddia çının şəxsi işi ilə bağlı halları araşdırmamış, iş materiallarına onun şəxsi işi ilə bağlı xidmət keçməsinə dair sənədlər əlavə edilməmişdir. Məhkəmə iş materiallarında olan 15 aprel 2023- cü il tarixli müayinəyə əsaslanaraq zaman kəsiyinə istinad etsə də, həmin müayinə ilə bağlı cavabdeh orqanın hansı əsasla 29 aprel 2023-cü il tarixdə tərtib edilməsinə münasibət bildirməmişdir. İş materiallarında olan ekspert rəyinə əsaslanan məhkəmə həmin rəydə olan zaman kəsiklərini nəzərə almamışdır. Belə ki, əgər iddiaçı narkotik vasitə olan çətənə bitki mənşəli narkotik vasitə qəbul etmişdirsə, iddiaçının həmin maddəni qəbul etməsinin hansı tarixə uyğunluğunu qiymətləndirməmişdir. Ekspert rəyində həm qanda, həm də sidikdə olan izlərin zaman müddəti müəyyən edildiyindən iddiaçı tərəfindən verilmiş analizlərin cavabları ilə uyğunsuzluğun zaman kəsiyi düzgün qiymətləndirilməmişdir. İşdə olan ekspert rəyində qeyd olunan narkotik vasitənin son qəbulundan sonra 4677 gün ərzində epizodik istifadədə isə 29 gün ərzində aşkarlanması ilə bağlı zaman kəsiyini götürdükdə belə 15 aprel, aktın tərtibi 29 aprel, iddiaçının müayinəsinin 06 may, 19 may tarixlərində göstərilməsi ilə bağlı zaman kəsikləri məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Göründüyü kimi, iddiaçı öz razılığı ilə ekspertizadan keçdiyini bildirərək buna heç bir etirazı olmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-109/2023 nömrəli, 17 may 2023-cü il tarixli qərarının dəyişdirilmədə n qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”

135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər:... 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə;... 18. “Polis haqqında" Azəbaycan Respublikasının Qanunu: Maddə

13. Polis əməkdaşının ümumi vəzifələri I. Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır:... 7) səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək.

19. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 08 aprel 2005-ci il tarixli, 130 saylı əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davran ış kodeksi” Maddə

11. Sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda belə, xidməti geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. Maddə

22. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamın ın pozulması, daxili işlər orqanları əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir və «Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi»ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz i nzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

21. İnzibati Prosessual Məcəllə (İPM): 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyi şdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQE Yİ

24. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid mü vafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının daxili işlər orqanlarında xidmətdən xaric edilməsinə tibbi müayinə zamanı onun tərəfindən narkotik vasitədən istifadə edilməsi səbəbindən xitam verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət, mötəbərlik və yetərlilik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsini n hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Kollegiya məhkəmələrin gəldiyi nəticə ilə razılaşır ki, narkotik vasitə qəbulu daxili işlər orqanı əməkdaşının adına ləkə gətirən və nüfuzunu aşağı sala biləcək hərəkət olduğu və etik davranış qaydalarına uyğun olmayan davranış sayıla bildiyi, eyni zamanda əməkdaşın xidmətdənkənar fəaliyyətində də ictimai davranış normalarına zidd bir hərəkət kimi qiymətləndirildiyi və qanunvericiliyə uyğun olaraq xidməti hüquq münasibətləri üzrə öhdəliklərin kobud pozuntusu hesab olunmaqla intizam məsuliyyəti doğurduğu üçün daxili işlər orqanlarından xaric edilməyə əsas ola bilər.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının nömrəli, 17 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. 2-1(104)-109/2023

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar