Məhkəmə qərarları › İş №2-1(102)-2481/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2481/2024

26.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2481/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Nizami rayon Nizami bələdiyyəsi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: bələdiyyə qərarı ilə icarəyə verilmiş torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Nizami rayon Nizami bələdiyyəsi) qarşı “Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən, sahəsi 291 kv.m olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2024-cü il tarixli, 2-1(103)-1751/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyətinin başçısının 911 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları ha qqında” 24 dekabr 1999-cu il tarixli Fərmanına əsasən Nizami rayonu üzrə 330 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Nizami Bələdiyyəsinə təhvil verilmişdir.

2. Bakı şəhər Nizami rayon Nizami bələdiyyəsinin 28 fevral 2006-cı il 02 nömrəli qərarı ilə Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən 291 kv.m. faktiki istifadədə olan torpaq sahəsi 49 il müddətinə ticarət və iaşə məqsədi ilə iddiaçının icarəsinə verilmiş, həmin torpaq sahəsinin cizgisi təsdiq edilmişdir.

3. Sxemdən görünür ki, torpaq sahəsi su anbarlarının ərazisi ilə su tikinti səxtəxanasının ərazisinin arasında qalan yolun kənarında yerləşməklə eni 6 metr, uzunluğu 48,5 metr təşkil edir.

4. İddiaçı icarəsinə verilmiş həmin torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamış və yerləşmə sxemində istinad və məsafələr göstərilməmişdir. Həmçinin, torpaq sahəsinə keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktı, icarə müqaviləsində qeyd edilən bələdiyyə qərarı və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə edilməmişdir. Bununla yanaşı, torpaq sahəsi su anbarının mühafizə zonasında və yol kənarı yaşıllıq ərazisində yerləşmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbini n dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən, sahəsi 291 kv.m olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

6. İddia tələbi bu qərarın 1-4-cü bəndlərində sadalanan işin halları ilə əsaslandırılmışdır.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə əsaslandırmışdır.

8. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Bakı şəhəri Nizami Bələdiyyəsinin 02/560 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşə n 291 kv.m torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti başçısının 26 sentyabr 2000-ci il tarixli 911 nömrəli sərəncamı və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş Bakı şəhər Nizami Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin sərhədləri daxilində olan torpaq sahəsinə aiddir. Nizami Bələdiyyəsi Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi,4085-ci məhəllədə yerləşən ümumi sahəsi 291 kv.m olan bələdiyyə mülkiyyətinin icarə hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmir.

9. Cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli **********91 nömrəli məktubla bildirmişdir ki, mübahisəli torp aq sahəsinin qeydiyyatdan keçməsi barədə hər hansı məlumat aşkar edilməmişdir. 10. "xxxx" ASC xx.xx.2023-cü il tarixli 13-16/2-03/02-6/8868/2023 nömrəli məktubla məhkəmə sorğusuna cavab olaraq bildirmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən araşdırma aparılmış, 07 iyun 2023-cü il tarixində əraziyə baxış keçirilmişdir, vətəndaş İddiaçı icarəsinə ayrılmış Bakı şəhəri, Nizami rayon, Şərq küçəsi 4085-ci məhəllədə yerləşən 291 kv.m torpaq sahəsinin "xxxx" ASC-yə məxsus mövcud xətdən 33 m aralıdadır, “+98 Qaraçuxur” su anbarının daş hasarına bitişikdir.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6310 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri Nizami rayon Nizami bələdiy yəsinin 02 nömrəli, 28 fevral 2006-cı il tarixli qərarına əsasən, iddiaçının icarəsinə verilmiş Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən torpaq sahəsinin konfiqurasiyası, sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti, planlı yerləşmə mövqeyi ilə naturada təqdim olunmuş torpaq sahəsi arasında hər hansı uyğunsuzluq və sahə fərqi yoxdur, naturada təqdim olunan torpaq sahəsinin texniki göstəriciləri bələdiyyənin xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əlavə edilmiş sxemə uyğundur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci, “Torpaq Məcəlləsinin” 8-ci, 47-ci və 59.2-ci maddələrində qeyd olunanlara əsasən ümumi istifadədə olan torpaqların bələdiyyə mülkiyyətinə aid olmasını, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrininküçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbristanlıqların altındakı torpaqlar və.s. aid olmasını, ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşəpark, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələrin bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilməsini, eyni zamanda iddia olunan torpaq sahəsinin yolkənarı boş ərazi olmasını, Bakı şəhəri Nizami rayon Nizami bələdiyyəsinin 02/560 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunanlara əsasən, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən 291 kv.m torpaq sahəsinin Bakı şəhər Nizami bələdiyyəsinə ayrılmış torpaq sahələrinin sərhədləri daxilində olan torpaq sahəsinə aid olmasını, torpaq sahəsinin texniki göstəricilərinin Bakı şəhər Nizami rayon Nizami bələdiyyəsinin xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əlavə edilmiş sxemə uyğun olmasını nəzərə alaraq, iddia olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu müəyyən edilmişdir. Bələdiyyə qərarına əsasən iddiaçının icarəsinə verilmiş Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən 291 kv.m torpaq sahəsinin torpaqayırma sxemi üzrə və faktiki vəziyyə tdə su anbarının yerləşdiyi ərazinin sərhəd hasarından kənarda yerləşməsini nəzərə alaraq həmin sahənin su anbarının mühafizəsi zonasında yerləşmədiyi, eləcə də iddia olunan torpaq sahəsinin yol kənarında yerləşən boş ərazi olması müəyyən edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin (hakim: M.C.Qarayeva) 02 noyabr 2023-cü il tarixli 2-1(112)-9829/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən sahəsi 291 kv.m olan torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

13. Birinci instansiya məhkəməsinin əsaslandırması: 13.1. Cavabdeh inzibati orqanın imtinanın əsası kimi göstərdiyi hallar formal xarakter da şıyır və yaranan hər hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Cavabdehin imtinasında göstərilən hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. 13.2. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Məhkəmə araşdırması zamanı göstərilən halların heç biri hazırki iş üzrə müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xahişinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. 13.3. Cavabdeh inzibati orqan iddiaçının tələbinin icrasından yayınsa da, buna əsas verən hallar barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, iddiaçıya məxsus sənədlər sübut kimi mötəbər qiymətləndir ilir və icarə müqaviləsinə əsasən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsini təsdiq edir. 13.4. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Bu baxımdan, iddiaçının təqdim etdiyi müvafiq bələdiyyə ilə bağlanmış 01 mart 2006-cı il tarixli icarə müqaviləsinə əsasən torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun qeydiyyata alınmasından imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

14. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmi şdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və E.Ə.Əliyev) 21 may 2024-cü il tarixli, 21(103)-1751/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

18. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, elektron kadastr baza məlumatına əsasə n torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Torpağa dair yerləşmə cizgisində istinad məsafələri və prerimetrik ölçülər qeyd edilmədiyindən həmin sənədlərin göstərilən torpaq sahəsinə aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, torpaq sahəsi su anbarının mühafizə zonasında və yol kənarı yaşıllıq ərazisində yerləşmişdir. Bundan əlavə, torpaq sahəsinin iddiaçıya qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənə dlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 21. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslər ə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim ol unduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün h esab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiy ası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin bütün dəlilləri mahiyyətcə iddiaçının müraciətindən imtinanın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddianın dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normal arına əsasən mübahisə predmeti olan 291 kv.m torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun dövlət qeydiyyatına alınmalı olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan dəlillə r iddiaçının müraciətindən imtina məktubunda da qeyd olunduğundan həmin dəlillər aşağı instansiya məhkəmələri tərəfindən tam araşdırılmışdır.

30. Beləliklə, cavabdehin imtinasının əsassız olduğu, iddianın təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir.

31. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız sayır və belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2024-cü il tar ixli, 21(103)-1751/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar