Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2483/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İda rəsinə qarşı əmək pensiyasına əlavələrin ailə başçısının təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsi və ödənilməmiş məbləğin ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1272/2019 nömrəli inzibati iş üzrə 30 may 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 14 avqust 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1964-cü ildə Qusar şəhərində anadan olmuşdur, ünvan 1 ünvanda qeydiyyatdadır. (AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi). İddiaçı ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (bundan sonra - cavabdeh) müraciət edərək, ailə başçısının təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsi və ödənilməmiş məbləğin ödənilməsini xahiş etmiş, lakin cavabdeh 28.12.2018-ci il tarixli, **********77 nömrəli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, 11.09.2015-cı il tarixində ona ailə başçısını itirməyə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin vaxt qüvvədə olan 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşının pul təminatının 35%-i həcmində əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş 2017-ci il 10 mart tarixli dəyişikliyə uyğun olaraq hərbi qulluqçuların ail ə üzvlərinə təyin edilən ailə başçısının itirməyə görə əmək pensiyasına əlavənin ailəyə düşən ümumi məbləği ailə başçısının təminat xərcliyinin 80 faizdən az olduqda həmin məbləğə çatdırılmaqla müəyyən edilir. Qeyd olunan dəyişiklik 01 iyul 2017-ci il tarixində qüvvəyə mindiyi üçün həmin tarixdən əvvəl əmək pensiyası hüququ qazanmış vətəndaşlara münasibətdə tətbiq edilməsi mümkün hesab edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İdarəyə daxil olmuş məlumat vərəqəsinə əsasən 01 mart 2017-ci il tarixindən mərhum X1 vaxtilə işlədiyi vəzifəyə uyğun vəzifə maaşı 527,00 manat, rütbə maaşı 134,00 manat, xidmət ilinə görə 50 faiz əlavə 330,50 manat, məharət dərəcəsinə görə 35 faiz əlavə -184,45 manat, xüsusi işə görə 150 faiz əlavə 790,50 manat və ərzaq payı əvəzinə verilən 64,00 manat məbləğində pul kompensasiyası olmaqla cəmi təminat xərcliyi 2030,45 manat təşkil edir. İddiaçıya təminat xərcliyinin 35 faizi, yəni 710,66 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Bu cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543 -VQD nömrəli Qanun, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.17.2-ci maddəsi əsasında təyin olunmuş pensiyanın məbləğinin yenidən hesablanıb ərinin təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsi və 01 iyul 2017-ci il tarixdən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunm asını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının əri X2 uzun illər daxili işlər orqanlarında işləmiş, 25 iyun 2015-ci il tarixdə vəfat etmişdir. İddiaçıya ailə başçısının itirməyə görə pensiya təyin edilmişdir. Pensiyanın məbləği ərinin təminat xərcliyinin 35 faizini təşkil edir. Keçmiş polis əməkdaşlarının ailə üzvlərinə düşən pensiyanın miqdarının 35 faiz təşkil etməsi “Əmək pensiyaları haqqında“ Qanunun 20.17.2-ci maddəsi ilə tənzimlənir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanun ilə həmin maddəyə dəyişiklik edilmişdir və həmin dəyişikliyə əsasən ailəyə düşən ümumi pensiya məbləği ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda, pensiya məbləği təminat xərcliyini 80 faizinə çatdırılmalıdır. X1 vəfat etməsinə görə yalnız bir nəfər pensiya alır, o da iddiaçı dır. Nəticə etibarı ilə ailəyə düşən ümumi pensiya məbləği 80 faizdən azdır və bu səbəbdən həmin məbləğ 80 faizə çatdırılmalıdır. “Əmək pensiyaları haqqında” Qanununa dəyişikliklər 01.07.2017-ci ildə qüvvəyə mindikdən sonra iddiaçı 06 dekabr 2018-ci il tarixdə ailə başçısını itirdiyinə görə əmək pensiyasının yenidən hesablanmsı üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 28 dekabr 2018-ci il tarixli məktubla ona imtina cavabı verərək bildirmişdir ki, Qanunun 20.17.2-ci maddəsinə 10 mart 2017-ci il tarixində edilmiş dəyişiklik iddiaçıya şamil edilmir, çünki bu dəyişiklik iddiaçıya pensiya təyin olandan sonra baş verib. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdi r ki, iddiaçıya 11.09.2015-ci il tarixdən ailə başçısını itirməyə görə həmin tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşının təminat xərcliyinin (sonrakı artımlar da nəzərə alınmaqla) 35 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçının tələbi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş sonuncu dəyişikliklə bağlı olaraq ailə başçısının təminat xərcliyinin 80 faizi məbləğində pensiyanın yenidən təyin edilməsidir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Qanun qüvvəyə mindiyi tarix 01.07.2007-ci ildir. İddiaçının pensiya hüququ qanundan əvvəlki dövrü əhatə etdiyindən və həmçinin Qanunda edilmiş dəyişikliklər qüvvəsini aldığı tarixdən sonra hüquq qazanmış vət əndaşlara şamil edilyindən iddia tələbi təmin edilməməlidir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2-1(81)1237/2019 nömrəli qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia təmin edilmiş, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543 -VQD nömrəli Qanun, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.17.2-ci maddəsi əsasında təyin olunmuş pensiyanın məbləğinin yenidən hesablanıb təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsi və 01 iyul 2017-ci il tarixdən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci in stansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə edilmiş 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyin iddiaçıya ailə başçısının ititrilməsinə görə pensiyanın 01.07.2017-ci il tarixdən əvvəl təyin olunması əsası ilə tətbiq edilməməsi, iddiaçının sosial təminat almaq hüququnun məhdudlaşdırılmasına səbəb olmuş, onun konstitusion hüququ pozulmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1272/2019 nömrəli iş üzrə 30 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İq tisadi Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2-1(81)-1237/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1272/2019 nömrəli iş üzrə 30 may 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamenti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin **********5 nömrəli, 06 fevral 2019-cu il tarixli əmrinin 1.3.- cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi adlandırılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 2.4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaş ları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin qanununun 14.1.1. və 14.1.1.3-cü maddələrinə əsasən, vəfat etmiş və ya həlak olmuş şəxslərin əmək qabiliyyətsiz övladlarının və valideynlərinin, habelə təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Lakin həmin Qanunun 14.1.2. maddəsinə əsasən “ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranır. İddiaçıya ailə başçısını itirməyə görə “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının hüququnun yarandığı tarixdə qüvvədə olmuş 20.17.2-ci maddəsinə əsasən mərh um atasının təminat xərcliyinin 35 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçının istinad etdiyi qanunda edilmiş dəyişikliklər 01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir. İddiaçının hüquq qazandığı tarix qanunda dəyişiklik edilməzdən əvvəlki dövrü əhatə etdiyindən bu dəyişikliyin ona şamil edilməsi qanunvericiliyə uyğun deyildir. Etiraz: İddiaçı cavabdehin verdiyi kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasınını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, cavabdeh öz kassasiya şikayətində iki vacib normanı nəzərdən qaçırmışdır. Belə ki, konstitusion prinsipə əsasən “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən norm ativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir”. Həmçinin, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 29.3-cü maddəsinə əsasən, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin ar tımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Göründüyü kimi, cavabdehin öz kasasiya şikayətində gətirdiyi əsaslar, Azərbaycan Respublikası Konstitusiyasının, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun və “Əmək pensiyaları haqqında” Qanunun müddəaları ilə ziddiyyət təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kol legiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci m addəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Bundan əlavə, 10 mart 2017-ci il tarixli 543-VQD N-li Qanunla e dilən dəyişikliyə görə «Əmək pensiyaları haqqında» Qanunun 20.17.2-ci maddəsinin redaksiyasına görə» «hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər pensiyasının sığorta hissəsinə əlavə ödənilir. Apelyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim olunmuş pensiya işinə dair sənədlərdən görünür ki, onun 05.10.2015ci il tarixli ərizəsinə əsasən cavabdeh tərəfindən 11.09.2015-ci il tarixdə 30.09.2016-cı il tarixə kimi Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş 29.09.2015-ci il tarixli məlumat vərəqəsi üzrə müəyyən edilən cəmi 1722,25 manat təminat xərcliyinin 35 faizi miqdarında - 602,79 manat, sonradan isə 30.09.2016-cı il tarixli növbəti qərarı ilə 01.02.2016-cı ildən 30.09.2021-ci ilədək olan müddətə 654,38 manat məbləğində ailə başçısını itirməyə görə pensiya təyin olunmuşdur (İddiaçı əlillik pensiya növünü, ailə başçısını itirməyə görə pensiya növünə dəyişmişdir). 10 mart 2017-ci il tarixli 543-VQD N-li Azərbaycan Respublikasının Qanunu ilə edilən, 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş dəyişiklikdən sonra «Əmək pensiyaları haqqında» Qanunun 20.17.2-ci maddəsinin redaksiyasından isə göründüyü kimi, hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasını sığorta hissəsinə əlavə edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin, qanunun qeyd olunan n ormasına edilən dəyişiklik onun qüvvəyə minməsindən əvvəl pensiya hüququ qazanmış şəxslərə şamil olunmasını mümkünsüz hesab etməsi əsassızdır. Belə ki, birincisi, həmin Qanunun 29.2-ci maddəsinin 01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İV hissəsinə əsasən təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 27.17.2-ci maddəsinə əsasən, hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə düşən minimum müəyyənləşdirilmişdir. Yəni imperativ qaydada müəyyən olunmuşdur ki,ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda, həmin məbləğə çatdırılmaqla müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasının sığorta hissəsinə əlavə edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1272/2019 nömrəli iş üzrə 30 may 2019-cu il tarixli qərarı
Məhkəmə qərarları › İş №2-1(102)-2483/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2483/2019
14.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver