Məhkəmə qərarları › İş №2-1(102)-2483/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2483/2022

29.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2483/2022 29.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra və probasiya şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə,, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X4 ) qarşı “icra sənədinin icrası ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, icra işi üzrə qəbul edilmiş qərarların ləğv edilməsi və qiymətləndirməyə göndərilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 6 oktyabr 2022-ci il tarixli 2-1(103)2449/2022 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9284/17 saylı, 07 noyabr 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş, 02 fevral 2018-ci il tarixli icra vərəqəsi (hakim E.Həsənov) icra olunması üçün Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. Sözügedən icra vərəqəsinə əsasən İcra Şöbəsi tərəfindən X1 1.600.000 (bir milyon altı yüz) (mətnə uyğun) manat və ödənilmiş dövlət rüsumu hesabına 15 (on beş) manat, cəmi 1.600.015 (bir milyon altı yüz on beş) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi təmin edilməlidir

2. Cavabdeh xx.xx.2 018-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9284/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Həmin tarixdə tələbin könüllü icrası barədə borclu X3 bildiriş göndərilmişdir. Lakin, borclu tərəfindən icra sənədinin icrası qanunvericiliklə nəzərdə tutulmuş müddətdə icra olunmamışdır. İcra məmuru tərəfindən icra sənədinin icrası üzrə zəruri tədbirlər davam etdirilmişdir (iddiaçının adında daşınmaz əmlak, nəqliyyat vasitəsinin olması və s. ilə bağlı sorğular verilmiş).

3. İddiaçı MMC xx.xx.2018-ci il tarixdə, borclu X2 etibarnamə üzrə nümayəndəsi X8 isə xx.xx.2018-ci il tarixdə Cavabdehnə müvafiq ərizələrlə müraciət edərək, icra sənədi üzrə mübahisəli borc məbləğinin X2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53 M ünvanında yerləşən ümumi sahəsi 2566.86 kv.m olan qeyri-yaşayış sahəsinə və 0.16775 ha torpaq sahəsinə yönəldilməsini xahiş etmişlər. Sözügedən ərizələr nəzərə alınaraq, icra məmuru tərəfindən “Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” təqdimat tərtib olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-524/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş və borclunun sözügedən əmlaklarının üzərinə həbs qoyulmuşdur.

4. Hərracda satılmalı olan əmlakın qiymətləndirilməsində yaranmış zərurətlə əlaqədar -Cavabdeh xx.xx.2018-ci il tarixli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərarı ilə "xxxx" MMC-dən sözügedən əmlakların mütəxəssis tərəfindən qiymətləndirilməsi qərara alınmışdır. 5. "xxxx" MMC tərəf indən sözügedən əmlaklar qiymətləndirilmiş və xx.xx.2018ci il tarixə bazar dəyəri 8 700 000 (səkkiz milyon yeddi yüz min) manat müəyyən edilmiş, bununla bağlı qiymətləndirmə rəyi İcra Şöbəsinə təqdim edilmişdir.

6. Cavabdeh tərəfindən "xxxx" MMC-nin qiymətləndirmə rəyi İddiaçı MMC-yə təqdim edilmiş, İddiaçı MMC 25 dekabr 2018-ci il tarixli məktubu ilə həmin qiymətləndirmə rəyi ilə razı olmadığını, həmin məbləğə daşınmaz əmlakın alınmasından imtina etdiklərini və həmin daşınmaz əmlakın yenidən qiymətləndirilməsi və başqa qiymətləndiriciyə göndərilməsini xahiş etmişdir. İddiaçı MMC-nin həmin məktubuna cavab olaraq Bakı şəhəri Cavabdeh tərəfindən xx/xx-51756/18- 2038 nömrəli, xx.xx.2019-cu il tarixli məktubla cavab verilərək, "xxxx" MMC-nin müvafiq qiymətləndirmə rəyini məhkəmə qaydasında müb ahisələndirmək hüquqları olduğu bildirilmişdir. Bundan sonra 51756/18 saylı sifariş məktubu ilə “X5” MMC-yə hərracın keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli, xx/xx-51756/18-941 nömrəli məktubu göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı MMC xx.xx.2019-cu il tarixində cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı Yasamal rayon İca və Probasiya Şöbəsinin 2(103)- 9284/2017 saylı, xx.xx.2017ci il tarixli icra sənədi üzrə xx.xx.2019-cu il tarixli, 17/72- 51756/18-941 nömrəli məktubu ilə hərracın keçirilməsi üçün 51756/18 saylı sifarişlə “X5” MMC-yə göndərilməsində ifadə olunan hərəkətlərin qanunsuz hesab edilməsi, müvafiq qərarının ləğv edilməsi və Cavabdeh üzərinə borclu X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binə qədi şossesi, 53 M ünvanında yerləşən daşınmaz əmlakın təkrarən qiymətləndirilməsi məqsədilə başqa qiymətləndiriciyə göndərilməsi vəzifəsinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2(103)-9284/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə xx.xx.2019-cu il tarixli, xx/xx-51756/18-941 nömrəli məktub ilə hərracın keçirilməsi üçün 51756/18 saylı sifarişlə “X5” MMC-yə göndərilməsində ifadə olunan hərəkətlərin qanunsuz hesab edilməsi, həmin sifarişin ləğv edilməsi və Yasamal rayon İcra Şöbəsinin üzərinə borclu X3 məxsus Bakı şəhəri, Binəqədi şossesi, 53 M ünvanında yerləşən daşınmaz əmlakın təkrarən qiymətləndirilməsi məqsədilə başqa qiymətləndiriciyə göndərilm əsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəyişdirilmiş ərizə icraata qəbul edilmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh icraatında Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9284/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi vardır. Həmin icra sənədi üzrə icra şöbəsi tərəfindən borclu X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53 M ünvanında yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi üçün 2018-ci ilin may ayında qiymətləndiriciyə göndərilmişdir. Əmlakın qiymətləndirilməsini həyata keçirən "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixli, QR-1293 saylı qiymətləndirmə rəyi (qiymətləndirmə hesabatı) verlmişdir. Həmin Qiymətləndirmə rəyində göstərilən 8.700.000 manat məbləğini əsas götürən icra şöbəsi xx/xx-51756/1831789 nömrəli, xx.xx.2018-ci il tarixli təkliflə daşınmaz əmlakı İddiaçı MMC-yə təklif etmişdir. Lakin, İddiaçı MMC həmin Təklifdən imtina edərək, daşınmaz əmlakın 8.700.000 manat məbləğində qiymətləndirilməsinin real bazar qiymətlərinə tamamilə uyğun olmamasının və bazar qiymətindən dəfələrlə yuxarı olmasını qeyd etmişdir, həmçinin həmin daşınmaz əmlakın yenidən qiymətləndirilməsini və başqa qiymətləndiriciyə göndərilməsini xahiş etmişdir. Lakin, icra şöbəsi cavabında bildirmişdir ki, İddiaçı MMC-nin qiymətləndirmə rəyini məhkəmə qaydasında mübahisələndirmək hüququ vardır. Buna baxmayaraq, icra şöbəsi xx.xx.2019-cu il tarixli, xx/xx-51756/18-941 nömrəli məktub göndərərək icra sənədi üzrə hərracın keçirilməsi üçün 51756/18 saylı sifarişlə “X5” MMCyə göndərdiyini bildirmişdir. İcra Şöbəsinin bu qanunsuz hərəkəti tələbkar kimi, İddiaçı MMC-nin hüquqlarını kobud şəkildə pozur. Belə ki, İddiaçı MMC məktubunda da, bildirdiyi kimi, daşınmaz əmlakın 8.700.000 manat məbləğində qiymətləndirilməsi real bazar qiymətlərinə tamamilə uyğun deyil. Bazar qiymətindən dəfələrlə yuxarıdır, həmçinin həmin daşınmaz əmlakın yenidən qiymətləndirilməsinə ehtiyac vardır və təkrar qiymətləndirmənin başqa qiymətləndirici tərəfindən aparılması vacibdir. Hal-hazırda həmin qiymətlə daşınmaz əmlakın hərraca göndərilməsi özü özlüyündə etibarsızdır. Çünki, qiymətləndirmə rəyində də, qeyd edildiyi kimi, “Tərtib edilmiş qiymətləndirmə rəyi 3 (üç) ay müddətində hüquqi qüvvəyə malikdir. Müddət başa çatdığı gündən rəyi tərtib etmiş qiymətləndirmə şirkəti və mütəxəssislər heç bir məsuliyyət daşımır”. Beləliklə, xx.xx.2018ci i l tarixində öz hüquqi qüvvəsini itirən qiymətləndirməni əsas götürərək icra şöbəsi tərəfindən daşınmaz əmlakın satılması üçün hərraca göndərilməsi yolverilməzdir və qanunsuzdur. Bununla bağlı icra şöbəsinə ərizə ilə müraciət edilməsinə baxmayaraq, qanunsuz hərəkətlər davam etməkdədir. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2043/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakim A.Abdullayeva) İddiaçı MMC-nin iddiası mümkün sayılmamışdır.

11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, iddia ərizəsini icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1777/19 saylı, 11 iyul 2019-cu il tarixli qərardadı i lə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, V.Ağayev, A.Nuriyeva) İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2043/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərardadının ləğv edilməsi və iddia ərizəsini icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)11/2020 saylı, 18 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər: İ.Hüseynov – sədrlik edən və məruzəçi, S.Hüseynova, K.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 iyul tarixli, 2-1(1 03)-1777/2019 nömrəli qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. d. Birinci instansiya məhkəməsində ikinci icraat

15. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-6161/2021 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir.

16. Məhkəmə hesab etmişdir ki, icra icraatının gedişində əmlakın qiymətləndirilməsinə dair verilmiş rəy (hesabat) özü-özlüyündə iddiaçı MMC ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə, onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququna müdaxilənin baş verdiyi nəticəsinə də, gəlmək mümkün deyildir. Belə ki, digər növbəti icra hərəkətləri aparılmadığı halda yalnız əmlakın qiymətləndirilməsi faktının mövcudluğu özüö zlüyündə tələbkarın və ya borclunun hüququnun pozuntusunu yaratmır. Çünki “İcra haqqında” Azərbaycan Respublikası Qanununda mütləq məhz həmin ilkin qiymətləndirmə rəyi əsasında icra məmurunun növbəti icra hərəkətlərini aparmalı olduğuna dair imperativ norma yoxdur. İcra məmuru öz təşəbbüsünə əsasən və ya rəylə razılaşmayan tərəflərdən hər hansı birinin müraciəti əsasında yeni qiymətləndirmə təyin etməkdə və əldə edilmiş həmin yeni qiymətə əsasən növbəti icra hərəkətlərini aparmaqda sərbəstdir.

17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. e. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasınnı 2-1(103)-2518/21 saylı, 11 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: E.Nağıyeva - sədrlik edən və məruzəçi, H.Həmidov, C.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-6161/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquq mövqeyi ilə razılaşmışdır.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini iddianın təmin edilməsini xahiş etmişdir. f. Kassasiya instansiyası məhkəməsində ikinci icraat

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)796/2022 saylı, 18 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər: K..N.Bədəlov – sədrlik edən və məruzəçi, N.İ.Rəsulbəyova, İ.K.Hüseynov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasınnı 2-1(103)-2518/21 s aylı, 11 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. g. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasınnı 2-1(103)-2449/2022 saylı, 6 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.İ.Bektaşi - sədrlik edən və məruzəçi, A.S.Hüseynov, A.Ə..Hüseyn) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-6161/2021 nömrəli qərarı ləğv edilmiş, Cavabdeh 2(103)-9284/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə xx.xx.2019-cu il tarixli, xx/xx-51756/18-941 nömrəli məktub ilə hərracın keçirilməsi üçün 51756/18 saylı sifarişlə “X5” MMC-yə göndərilməsində ifadə olunan hərəkətlərin qanunsuz hesab edilmiş, həmin sifarişin ləğv edilməsi və Yasamal rayon İcra Şöbəsinin üzərinə borclu X3 məxsus Bakı şəhəri, Binəqədi şossesi, 53 M ünvanında yerləşən daşınmaz əmlakın təkrarən qiymətləndirilməsi məqsədilə başqa qiymətləndiriciyə göndərilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur.

23. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki,, əmlakın qiymətləndirilməsi üzrə rəy vermiş "xxxx" MMC 05.02.18-ci il tarixdən fəaliyyətə başlamış və rəyi xx.xx.2018-ci ildə vermişdir. Rəyin obyektiv bazar dəyərinin müəyyən edilməsi bölməsinin 5.1. hissəsində - obyektin dəyərinin müəyyən edilməsinin mərhələlərlə həyata keçirildiyi qeyd edilir. Həmin mərhələlərdən son üçü aşağıdakılardır: - Analoji obyektlərin bazar dəyərinin təhlil olunması; - Uyğun obyektlərin müqayisəli təhlili; - Obyektin bazar dəyərinin müəyy ən edilməsi. Lakin qiymətləndirmə zamanı qiymətləndirici bu mərhələlərin tədqiqatı ilə bağlı dolğun açıqlama verməmiş, rəydə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 53 M ünvanında yerləşən daşınmaz əmlakın nə analoji obyektlərlə bazar dəyərinin təhlilinin aparılması, (analoq kimi heç bir əmlak göstərilməmiş) obyektlərin müqayisəli təhlili aparılması müəyyən olunmamış və qiymətləndirilən əmlaka oxşar olan heç bir obyekt müqayisə üçün göstərilməmişdir.

24. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

25. Şikayətdə qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 53.1-cü maddəsində qeyd olunub ki, - Üzərinə həbs qoyulmuş əmlak, qa nunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Göründüyü kimi, “İcra haqqında” Qanunun 53.1-cü maddəsinin tələbinə görə, əmlak qiymətləndirildikdən sonra, ilk növbədə tələbkara təqdim olunmalıdır. Həmin əmlakın hərraca çıxarılması isə yalnız tələbkar həmin təklifdən imtina etdikdən sonra mümkündür. İşdə olan rəsmi sənədlərdən isə görünür ki, "xxxx" MMC-nin 18 sentyabr 2018-ci il tarixli rəyi icra şöbəsinə daxil olduqdan dərhal sonra icra məmuru, qanunvericiliyin tələbinə uy ğun olaraq iddiaçıya 09 oktyabr 2018-ci il tarixli məktub göndərərək, həmin əmlakı almağı ona təklif etmiş, iddiaçı isə həmin təklifə cavab verməyi məqsədli şəkildə gecikdirərək, təklifi aldıqdan 2 ay 14 gün sonra, yəni 23 dekabr 2018-ci ildə məktub göndərərək, həmin təklifdən imtina etdiyini bildirmişdir. İcra şöbəsi həmin imtina məktubunu aldıqdan sonra, yəni, 14 yanvar 2019-cu ildə həmin əmlakı hərraca çıxarmaq üçün hərrac təşkilatı olan “X5” MMC-yə müraciət etmişdir. Tələbkardan imtina cavabı almadan isə, icra şöbəsu həmin əmlakı hərraca çıxara bilməzdi. Deməli, icra məmuru qeyd olunan daşınmaz əmlakı hərraca çıxararkən “İcra haqqında” Qanunun 53.1-cü maddəsinin tələbinə uyğun qaydada davranmış və heç bir qanun pozuntusuna yol verməmişdir. Belə olan halda məhkəmə qərar çıxararkən “İcra haqqında” Qanunun 53.1cü maddəsini tətbiq etməli idi. Lakin məhkəmə tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmişdir. 26. "xxxx" MMC tərəfindən verilmiş 18 sentyabr 2018-ci il tarixli, QR-1293 saylı qiymətləndirmə rəyi İddiaçı MMC tərəfindən mübahisələndirilmədiyi və öz həqiqiliyini saxladığı halda, işə baxan apellyasiya instansiyasıməhkəməsi həmin rəyi öz qərarında qanunsuz hesab etmiş, bununla da “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin də tələbini pozmuşdur. 27. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan RespublikasıQanununun 8-ci maddəsinə əsasən - Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üç ün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və buQanunun müddəalarını nəzərə alaraq, qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Göründüyü kimi, həmin normanın tələbinə görə əgər maraqlı tərəf qiymətləndirici rəylə razı deyildirsə, bu halda o, həmin rəyin ləğvi barədə məhkəmədə iddia qaldırmalıdır. Lakin İddiaçı MMC "xxxx" MMC tərəfindən verilmiş 18 sentyabr 2018-ci il tarixli, QR-1293 saylı qiymətləndirmə rəyini məhkəmədə mübahisələndirmədən, Bakı şəhəri, Cavabdehnə qarşı iddia irəli sürərək, həmin Şöbənin 2 (103)-9284/2017 saylı, 07 noyabr 2017-ci il tarixli icra sənədi üzrə hərracın keçirilməsi üçün “X5” MMC-yə 51756/18 nömrəli sifariş göndərilməsində ifadə olunan hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin sifarişin ləğv edilməsi və Yasamal rayon İcra Şöbəsinin üzərinə borclu X3 məxsus Bakı şəhəri, Binəqədi şosesi, 53 M ünvanında yerləşən daşınmaz əmlakın təkrarən qiymətləndirilməsi məqsədi ilə başqa qiymətləndiriciyə göndərilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Halbuki, qiymətləndirici rəylə razı olmayan tərəfin icra məmurundan həmin obyektin yenidən qiymətləndirilməsi üçün başqa qiymətləndirici təyin etməsini tələb etmək hüququ yoxdur. İddiaçının müraciətinə göndərilən cavab məktubunda da qiymətləndirici rəydə qeyd olunan məbləğlə razılaşmadığı halda, iddiaçının həmin rəyi məhkəmə qaydasında mübahisələndirmək hüququnun olduğu icra şöbəsi tərəfindən ona izah edilmişdir və bu fakt iddia ərizəsində də etiraf olunub. Lakin, işə baxan apellyasiya instansiyasıməhkəməsi bu ha lları da nəzərə almamış, nəticədə “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbini pozmuşdur.

28. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən - Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı əmlakın qiymətələndirilməsi barədə rəyi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq mübahisələndirmədiyi halda, məhkəmə iddia tələbindən kənara çıxaraq, həmin rəyi əsassız hesab etmiş, bununla da İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinin tələbini də pozmuşdur.

29. Bütün yuxarıda göstərilənlərə əsasən, üçüncü şəxs kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2449/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2449/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun Maddə 12..... Bu Qanunun 5-ci maddəsinin səkkizinci abzasında nəzərdə tutulan məcburi qiymətləndirmə icra məmurunun sifarişi ilə həyata keçirildiyi halda, icra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cina yətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. 32. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmuru tərəfindən həyata keçirilir. Maddə 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Maddə 29.1. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Maddə 29.2. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Maddə 40.1. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmur u tərəfindən müvafiq qərar qəbul olunur. Maddə 40.2. Mütəxəssis icra məmurunun çağırışı üzrə gəlməyə, icra məmurunun və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, icra məmuruna texniki kömək göstərməyə borcludur. Mütəxəssis icraat zamanı gördüyü iş üçün haqq almaq hüququna malikdir. Mütəxəssisə ödənilən haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aid edilir Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndi rici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qə rarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

34. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qəra r çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X7rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X7rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X7rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiks iyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi İddiaçı MMC cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə q arşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2(103)-9284/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə xx.xx.2019-cu il tarixli, xx/xx-51756/18-941 nömrəli məktubu ilə hərracın keçirilməsi üçün 51756/18 saylı sifarişlə “X5” MMC-yə göndərilməsində ifadə olunan hərəkətlərin qanunsuz hesab edilməsi, müvafiq qərarının ləğv edilməsi və Cavabdeh üzərinə borclu X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 53 M ünvanında yerləşən daşınmaz əmlakın təkrarən qiymətləndirilməsi məqsədilə başqa qiymətləndiriciyə göndərilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 38. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2043/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı MMC-nin iddiası mümkün sayılmamışdır.

39. Həmin qərardaddan i ddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 2-1(103)-1777/19 saylı, 11 iyul 2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2043/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

40. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sözügedən qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-11/2020 saylı, 18 fevral 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 iyul tarixli, 2-1(103)- 1777/2019 nömrəli qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir

41. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 18 fevral 2020-ci il tarixli qərarının əsasını qanuni qüvvəyə minmiş Ali Məhkəmənin Mülki Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli 2(102)6181/2019 saylı qərarı təşkil etmişdir ki, həmin qərarda göstərilmişdir ki, “hazırki məzmunda tələbə inzibati məhkəmə icraatında baxılmalı olduğundan iddiaçı inzibati məhkəməyə müraciət edə bilər”.

42. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, hazırki məzmunda olan tələbə mövcud olan məhkəmə təcrübəsindən fərqli qaydada, yəni inzibati icraat qaydasında baxılması istisna hal kimi qiymətləndirilməlidir.

43. Eyni zamanda sözügedən mübahisənin mahiyyətinə gəldikdə isə, qeyd edilməlidir ki, hazırki işə mahiyyəti üzrə Ali Məhkəmənin İnzibati Kolleg iyası tərəfindən artıq bir dəfə baxılmış və bunun nəticəsində Ali Məhkəmənin İnzibati Kollegiyasının 6 may 2022-ci il tarixli 2-1(102)-796/2022 saylı qərar qəbul edilmişdir.

44. Həmin qərarla iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2518/2021 nömrəli 21 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

45. Məlum olduğu kimi İPM-nin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

46. Bununla əlaqədar qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi ali məhkəmənin inzibati mübahisəyə dair hüquqi mövqeyini nəzərə almış və bununla bağlı verilmiş məcburi xarakter daşıyan gö stərişləri tam olaraq yerinə yetirmişdir.

47. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən “İcra haqqında” Qanunun 2.1, 8.1, 29.1, 29.2, 40.1,40.2, 61.1, 61.2, 61.3, 61.3.1, 61.3.4-cü maddələrinə və “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8.12-ci maddələrinə əsaslanaraq müəyyən edilmişdir ki, iş materiallarında olan Qiymətləndirmə rəyinin 3-cü maddəsinin 10cu bəndində qiymətləndiricinin özü birbaşa qeyd edir ki, onun tərtib etdiyi rəy 3 (üç) ay müddətində hüquqi qüvvəyə malikdir.

48. Həmçinin, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən rəy xx.xx.2018-ci il tarixində verilmiş, xx.xx.2018-ci il tarixində isə bu rəy artıq öz qüvvəsini itirmişdir. Eyni zamanda həmin vaxt artıq qüvvədə olmayan ilkin qiymət əsas götürülərək əmlakın satılması üçün c avabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə hərraca göndərilmişdir.

49. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, düzgün olaraq belə qənaətə gəlmişdir ki, əgər qiymətləndirmə rəyi hüquqi qüvvəyə malik deyildirsə, deməli həmin rəy əsasında hər hansı hərəkətin edilməsi də artıq qanunsuz hesab edilməlidir.

50. Bundan başqa apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, icra şöbəsi özünün xx.xx.2018-ci il tarixli Qərarı ilə əmlakın qiymətləndirilməsi üçün "xxxx" MMC-nin mütəxəssis kimi dəvət etdiyi halda qiymətləndirmə rəyini Qərarda göstərilməyən tamamilə başqa bir qiymətləndiricidən - "xxxx" MMC-dən almışdır.

51. Eyni zamanda apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, "xxxx" MMC-nin rəyinin obyektiv bazar dəyərinin müəyyən edilməsi bölməsinin 5.1. hissəsində oby ektin dəyərinin müəyyən edilməsinin mərhələlərlə həyata keçirildiyi qeyd edilir. Həmin mərhələlərdən son üçü aşağıdakılardır: - Analoji obyektlərin bazar dəyərinin təhlil olunması; - Uyğun obyektlərin müqayisəli təhlili; - Obyektin bazar dəyərinin müəyyən edilməsi. Lakin qiymətləndirmə zamanı qiymətləndirici bu mərhələlərin tədqiqatı ilə bağlı dolğun açıqlama verməmiş, rəydə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 53 M ünvanında yerləşən daşınmaz əmlakın nə analoji obyektlərlə bazar dəyərinin təhlilinin aparılması, (analoq kimi heç bir əmlak göstərilməmiş) obyektlərin müqayisəli təhlili aparılması müəyyən olunmamış və qiymətləndirilən əmlaka oxşar olan heç bir obyekt müqayisə üçün göstərilməmişdir.

52. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi doğru ol araq belə qənaətə gəlmişdir ki, əmlakın bazar qiymətinin müəyyən edilməsində qiymətləndirmə yuxarıda qeyd olunan normaların tələblərinə əməl olunmadan aparılmışdır. Bu da qiymətləndirici tərəfindən tərtib edilmiş rəyin əsassız olması ilə nəticələnmişdir. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir.

53. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Apellyasiya İnstansiya Məhkəməsinin İnzibati kollegiyasının 6 oktyabr 2022-ci il tarixli 2-1(103)-2449/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

54. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2449/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar