Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2485/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2485/19 Bakı şəhəri 13 noyabr 2019-cu il Açar sözlər: pensiya təminatı hüququ, güzəştli şərtlərlə pensiya hüququ, xüsusi iş stajının müəyyən edilməsi; işin araşdırılması prinsipinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Ləti fovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinin müdiri XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2019-cu il tarixli, 2-1(103)-1174/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 25 noyabr 1983-cü il tarixdən 01 noyabr 1995-ci il tarixədək “Artemneftqaz” NQÇİ-də, 01 noyabr 1 995-ci il tarixdən hal-hazıradək “28 May” NQÇİ-də işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyən edilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 13 may 2008-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004–2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, dənizdə xüsusi zərərli iş şəraiti olan müxtəlif vəzifələrdə işləmişdir. Həmin vəzifələr dən iz şəraitində olduğundan xarakterinə və vəzifə funksiyalarına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş güzəştli pensiya hüququ verən vəzifələrin 1 saylı siyahısına uyğun olmuşdur. Zəruri iş stajını 13 may 2008-ci il tarixədək qazandığından onun əmək pensiyası hüququ həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq 50 yaşdan yaranmışdır. Bununla bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2-1(82)694/2019 saylı qərarı ilə (hakim Rüstəm Kərimli) id dia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı 01 avqust 1997-ci il tarixədək 20 ildən çox ümumi və 10 ildən çox əmək şəraiti xüsusilə zərərli olan iş stajını topladığından, qanunvericiliyin əmək stajını topladığı dövrdə qüvvədə olmuş normalarına əsasən iddiaçının 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti ve rərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2019-cu il tarixli, 2-1(103)-1174/2019 saylı qərarı ilə (sədrlik edən Ülvi Mayılov, hakimlər Mirzə Tağızadə və Kəmalə Abiyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3, 3.2-ci bəndlərinə, “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanunun 3.1, 4.1, 9.1, 9.8, 21.1, 27, 30.1, 31.1, 37.7, 67, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, mövcud pensiya qanunvericiliyinin tələblərinə görə, 57 yaşına çatmış kişilər, azı 25 il ümumi sığorta stajına malik olduqlarında və bunun azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ v erən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında” nəzərdə tutulmuş işlərdə tam iş günü ərzində çalışdıqda əmək pensiyası hüququna malik olurlar. Bundan başqa bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna 01 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklə əmək pensiyalarının hesablanması qaydası dəyişilmiş, pensiyanın hesablanması zamanı əmək haqqına istinad olunması aradan qaldırılmışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8, 27.1-cimaddələrinəistinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun s əbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxx 1958-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. H3 seriyalı, ******* saylı hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı 10 noyabr 1977-ci il tarixdən 14 noyabr 1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçının adına 03 dekabr 1974-cü ildə tərtib olunuş əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı: 20 noyabr 1974-cü ildən 0 9 noyabr 1977-ci il tarixədək X1 elektrik montyoru vəzifəsində işləmiş, 10 noyabr 1977-ci ildən 14 noyabr 1979-cu ilə tarixədək Sovet ordusunda Xidmətdə olmuş, 17 dekabr 1979-cu ildən 21 noyabr 1983-cü il tarixədək yenidən X1 müxtəlif dərəcəli elektrik montyoru vəzifəsində işləmiş, 21 noyabr 1983-cü il tarixli, Pr-OK-182 saylı əmrlə “Artyomneftqaz” NQÇİ-yə köçürülməklə işdən azad edilmiş, 24 noyabr 1983-cü il tarixli, Pr-207/k saylı əmrlə “Artyomneftqaz” NQÇİ-nin İstehsalanın avtomatlaşdırılması Sexinə elektrik montyoru vəzifəsinə qəbul edilmiş, 25 may 1984-cü il tarixli, Pr-83/k saylı əmrlə 28 may 1984-cü il tarixdən həmin Qeftqazçıxarma İdarəsinə Əməyin Mühafizəsi və Təhlükəsizli Texnikası üzrə mühəndis təyin olunmuş, 09 oktyabr 1990-cı ildə isə İdarənin ƏM və TT üzrə baş mühəndisin müav ini vəzifəsinə təyin olunmuş, 26 oktyabr 1995-ci il tarixli, Pr-OK-182 saylı əmri ilə 01 noyabr 1995-ci il tarixdən “28 May” NQÇİ-yə köçürülməklə işdən azad edilmiş, 01 noyabr 1995-ci il tarixli, 155-k saylı əmri ilə həmin tarixdən “28 May” NQÇİ-nə ƏM və TT üzrə rəis müavini vəzifəsinə (vaxtalı iş üsulu ilə) təyin olunmuş, 31 may 1997-ci ildə həmin İdarədə baş mühəndisin müavini vəzifəsinin müvəqqəti icraçısı, 05 iyul 1997-ci ildə baş mühəndisin müavini vəzifəsinə təyin olunmuş, 17 noyabr 2008-ci il tarixli, 327/k saylı əmrlə 17 noyabr 2008-ci il tarixdən “28 May” NQÇİ-nin İdarə Aparatının Baş energetik şöbəsinə 12 dərəcəli energetik vəzifəsinə keçirilmiş və hal-hazıradək energetik vəzifəsində işləyir. Cavabdehin iddiaçıya ünvanlanmış 27 noyabr 2018-ci il tarixli, 18/04-5856 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, sizin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Suraxını RŞ-nə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı üçün daxil olmuş ərizənizə baxılmışdır. Cavab olaraq bildiririk ki, «Əmək pensiyalar haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsüsilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını h əmin işlərdə çalışmışdırsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərə əsasən zarərli iş stajınız nəzərə alınmaqla Sizə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini mümkün hesab edirik. Sizin ərizənizdə qeyd etdiyiniz 50 yaşdan pensiya təyin edilməsi mövcud qanunvericiliklə nəzərdə tutulmadığından pensiya təyin edilməsi mümkün deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıda iddiaçının işlədiyi peşələr müvafiq olaraq «11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin «1100000a – 19861» kodu ilə (11000000 -
1. Qazma, 1100000a – «a» fəhlələr, - «bilavas itə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları», «1100000b-17541» kodu ilə (1100000b – b. Rəhbərlər və mütəxəssislər, «quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları»), «1100000b – 24125» kodu ilə (1100000b – b. Rəhbərlər və mütəxəssislər, «neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri») və 1010100a – 25455 kodu ilə (10100000 - Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tik intisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması, «energetiklər») nəzərdə tutulmuş peşələrdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və on un mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etsə də, lakin işin hallarına tam uyğun tətbiq etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi peşə güzəştli şərtlərlə pensiya hüququnu yaranmasına əsas olan siyahıda nəzərdə tutulduğundan, onun tələbi təmin edilməlidir. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün zəruri stajı toplanmadığından tələbi əsassız olmuşdur. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İddiaçının iddia edilən güzəştli şərtlərlə əmək pensiya hüququnun yarandığı 13 may 2008-ci il tarixinə qüvvəd ə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) müddəalarına görə: - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, (...) çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; - 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Res publikasının Nazirlər Kabineti həyata keçirir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 57 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Lakin əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müə yyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər və müddətdən asılı olmayaraq, keçmiş müddət üçün də pensiya məbləğini almalıdırlar. Əvvəlki qanunvericilik isə 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa aid olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, d ənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ciil tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı” təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Bü müddəalara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçının 01 avqust 1997-ci il tarixinə zəruri olan 20 il ümumi stajı və onun daxilində 10 il güzəştli şərtlərlə pensiya hüququnun yaradan xüsusi stajı toplanmışdır. Məhkəmə kollegiayası hesab edir ki, apellyasiya məhkəməsinin tətbiq etdiyi müddəalar işin hallarına tam uyğun deyildir. Belə ki, iddiaçının işlədiyi peşə və sahələri apellaysiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 qərarı ilə təsdiq edilmiş 1 saylı siyahısında göstərilmiş peşə və sahələrə uyğ un olduğunu müəyyən etmiş, lakin hər bir işlədiyi dövrün siyahının hansı hissəsinə aid olduğunu göstərməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məsələyə ehtimallarla yanaşaraq qiymət vermək məcburiyyətindədir. İddiaçının işlədiyi “Artyomneftqaz” və “28 May” NQÇİ-nin sihayının “11000000 - X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı» bölməsinə uyğun olduğu ilə məhkəmə kollegiyası razılaşır. İddiaçının 24 noyabr 1983-cü il tarixdən 28 may 1984-cü il tarixinədək “Artyomneftqaz” NQÇİ-nin İstehsalanın avtomatlaşdırılması sexində elektrik montyoru peşəsində işləməsini apellyasiya məhkəməsi «1100000a – 19861» kodu ilə “11000000 -
1. Qazma, 1100000a – «a» fəhlələr, - «bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə m əşğul olan elektrik montyorları» peşəsinə uyğun olduğunu müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiçının bilavasitə buruqlarda işlədiyi müəyyən edilmədiyindən, həmin bölmənin “2.Neft-qaz və qaz kondensatının hasilatı” yarımböıməsində “1100000a—19861” kodla gösərilmiş “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” peşəsi iddiaçının işlədiyi peşə və sahəyə uyğun olduğu kimi qəbul edilməlidir. İddiaçnın 28 may 1984-cü il tarixdən 09 oktyabr 1990-cı tarixinədək həmin neftqazçıxarma idarəsində əməyin mühafizəsi və təhlükəsizli texnikası üzrə mühəndis işləməsinə münasibətdə apellyasiya məhkəməsi siyahının “1100000b-17541» kodu ilə (1100000b – b. Rəhbərlər və mütəxəssislər, «quyularda g eofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları») müəyyən edilmiş peşəyə uyğun olduğunu bildirmişdir. Bu hissədə apellyasiya məhkəməsinin müəyyən etdiyi vəzifənin iddiaçınını işlədiyi vəzifəyə hansı qaydada uyğun olduğu əsaslandırılmamışdır. Belə ki, istinad edilən siyahıda mədən-geofiziki partiyaların mühəndisləri göstərilmişdir ki, iddiaçının əmək kitabçasında olan qeydə əsasən, o, mədən-geofiziki partiyalarda deyil, idarədə əməyin mühafizəsi və təhlükəsizli texnikası üzrə mühəndis kimi işləmişdir. Qeyd edilən halda iddiaçının vəzifə səlahiyyətlərinin mahiyyəti araşdırmaqla, mədən-geofiziki partiyalarda işlə bağlı olub-olmamasına qiymət verilməli idi. İddiaçnını 09 oktyabr 1990-cı il tarixdən 01 avqust 1997-ci il tarixədək əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndisin müavini vəzifəsində, eyni təyinatlı şöbənin rəis müavini vəzifəsində işləməsinə münasibətdə apellyasiya məhkəməsi siyahının «1100000b – 24125» kodu ilə müəyyən olunmuş “1100000b – b. Rəhbərlər və mütəxəssislər, «neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri” vəzifələrinə uyğun olduğuna istinad etmişdir. Lakin bu halda da məhkəmə kollegiaysı hesab edir ki, siyahıda göstərilmiş “sexlərin operativ istehsalat xidmətlərinin” iddiaçının işlədiyi əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə şöbəyə hansı qaydada uyğunlaşdırıldığı tam müəyyən deyildir və bu hissədə hər hansı bir araşdırma aparılmamışdır. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən bildirilmiş əsasların, yəni iddiaçının işlədiyi peşə və vəzifərlərin güzəştli şərtlərlə pensiya hüququnu verən peşəyə aid olması ilə bağlı işin halını tam araşdırmadan, nəticəyə gəlməklə apellyasiya məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində təsbit edilmiş işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifəsi icra edilməmişdir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə, göstərilmiş halın müəyyən edilməsi, habelə iddiaçının güzəştli şərtlərlə pensiya hüquq verən xüsusi sığorta stajı müəyyən edildiyi təqdirdə, onun umumi sığorta stajının toplanılıb -toplanılmamasına qiymətin verilməsi üçün iş yenidən apellyasiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sa dalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon Şöbəsinin müdiri XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2019-cu il tarixli, 2-1(103)-1174/2019 saylı qərarı ləğv ed ilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova