Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2485/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş gömrük ödənişinin geri qaytarılması, tələbetmə müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh xxxnə qarşı “artıq ödəmənin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 2-1(103)-327/2024 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kas sasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Baş Gömrük İdarəsinə ərizə ilə müraciət edərək gömrük bəyannamələri əsasında artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh hərəkətsizlik göstərərək iddiaçının müraciətinə hər hansı münasibət bildirməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, **********8453 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 9.065,92 manat, xx.xx.2021-ci il tarixli, **********2569 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 8.469,43 manat, xx.xx.2021 -ci il tarixli, **********9717 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 877,78 manat, xx.xx.2021-ci il tarixli, **********9722 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 2.018,32 manat, xx.xx.2022-ci il tarixli, **********0114 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 1.068,35 manat, xx.xx.2022-ci il tarixli, **********7313 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 5.255,36 manat və xx.xx.2022-ci il tarixli, **********2046 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 8.454,15 manat, ümumilikdə 37.581,46 manat gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması vəzifəsinin cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Türkiyə Respublikasında fəaliyyət göstərən “X4 Ticaret ve Senaye Limited Şirketi” ilə bağladığı fason üretim müqaviləsinə əsasən Azərbaycana “qida əlavəsi” idxal edir. Qida əlavələrinin idxal edilməsi zamanı aşağıdakı gömrük bəyannamələrinə əsasən İddiaçı MMC-dən artıq gömrük ödənişləri alınmışdır. 1) xx.xx.2021-ci il tarixli, **********8453 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 9.132,92 ABŞ dolları olan məhsulun gömrük dəyəri 16.375,96 manat təşkil etdiyinə görə İddiaçı MMC tərəfindən 6.200,21 manat gömrük ödənişi edilməli idi. Lakin gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 41.770,70 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 15.266,13 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən m əhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 9.065,92 manat (15.266,13 manat-6.200,21 manat = 9.065,92 manat) artıq gömrük ödənişi etmişdir. 2) xx.xx.2021-ci il tarixli, **********2569 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 8.610,10 ABŞ dolları olan məhsulun gömrük dəyəri 14.892,17 manat təşkil etdiyinə görə İddiaçı MMC tərəfindən 5.635,11 manat gömrük ödənişi edilməli idi. Lakin gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 38.516,90 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 14.104,54 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 8.469,43 manat (1 4.104,54 manat-5.635,11 manat = 8.469,43 manat) artıq gömrük ödənişi etmişdir. 3) xx.xx.2021-ci il tarixli, **********9717 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 3000 ABŞ dolları olan məhsulun gömrük dəyəri 5.355 manat təşkil etdiyinə görə İddiaçı MMC tərəfindən 2.088,73 manat gömrük ödənişi edilməli idi. Lakin gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 7.714,60 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 2.966,51 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 877.78 manat (2.966,51 manat-2.088,73 manat = 877.78 manat) artıq gömrük ödənişi etmişdir. 4) xx.xx.2021-ci il tarixli, **********97 22 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 3.498.70 ABŞ dolları olan məhsulun gömrük dəyəri 6.202,79 manat təşkil etdiyinə görə “Azerbaijan Pharma" MMC tərəfindən 2.391,40 manat gömrük ödənişi edilməli idi. Lakin gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 11.459,70 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 4.409,72 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 2.018,32 manat (4.409,72 manat-2.391,40 manat = 2.018,32 manat) artıq gömrük ödənişi etmişdir. 5) xx.xx.2022-ci il tarixli, **********0114 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 2.600 ABŞ dolları olan məhsulun gömrük d əyəri 4.675 manat təşkil etdiyinə görə İddiaçı MMC tərəfindən 1.845,97 manat gömrük ödənişi edilməli idi. Lakin gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 7.568,40 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 2.914,32 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 1.068,35 manat (2.914,32 manat-1.845,97 manat = 1.068,35 manat) artıq gömrük ödənişi etmişdir. 6) xx.xx.2022-ci il tarixli, **********0107 sorğunömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 3.036 ABŞ dolları olan məhsulun gömrük dəyəri 5.586,20 manat təşkil etdiyinə görə İddiaçı MMC tərəfindən 2.171,27 manat gömrük ödənişi edilməli idi. Lakin göm rük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 11.735,10 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 4.543,42 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 2.372,15 manat (4.543,42 manat-2.171,27 manat = 2.372,15 manat) artıq gömrük ödənişi etmişdir. 7) xx.xx.2022-ci il tarixli, **********7313 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 7048 ABŞ dolları olan məhsulun gömrük dəyəri 12.619,10 manat təşkil etdiyinə görə İddiaçı MMC tərəfindən 4.823,61 manat gömrük ödənişi edilməli idi. Lakin gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 27.240,80 manat göstərilməsini tələb et miş və buna görə də İddiaçı MMC 10.078,97 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 5.255,36 manat (10.078,97 manat-4.823,61 manat = 5.255,36 manat) artıq gömrük ödənişi etmişdir. 8) xx.xx.2022-ci il tarixli, **********2046 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən alış qiyməti 13.724,28 ABŞ dolları olan məhsulun gömrük dəyəri 24.861,28 manat təşkil etdiyinə görə İddiaçı MMC tərəfindən 9.194,07 manat gömrük ödənişi edilməli idi. Lakin gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 48.443,20 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 17.648,22 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində İddiaçı MMC 8.454,15 manat (17.648,22 manat-9.194,07 manat = 8.454,15 manat) artıq gömrük ödənişi etmişdir. Qida əlavələrinin alınması ilə bağlı edilən ödənişlər rəsmi sənədlərlə təsdiq olunur. Həmin sənədlər gömrük orqanına təqdim edilmişdir. Lakin gömrük orqanı məhsulların gömrük dəyərini rəsmi sənədlərə əsasən deyil, öz mülahizəsinə uyğun şəkildə bəyannamədə göstərilməsini tələb etmiş, nəticədə yuxarıda qeyd edilən müvafiq gömrük bəyannamələri üzrə İddiaçı MMC-nin gömrük orqanına 9.065,92 manat, 8.469,43 manat, 877.78 manat, 2.018,32 manat, 1.068,35 manat, 2.372,15 manat, 5.255,36 manat və 8.454,15 manat artıq gömrük ödənişləri yaranmışdır.
5. Bakı İnzibati Məhkəməsinin 14 noyabr 202 2-ci il tarixli 2-1(112)-12611/2022 nömrəli qərardadına əsasən "xxxx" MMC (VÖEN **********) İddiaçı MMC cavabdeh Bakı şəhəri Baş Gömrük İdarəsinə qarşı artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması” tələbinə dair inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbinin “xx.xx.2021-ci il tarixli **********8453 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 9.065,92 manat, xx.xx.2021-ci il tarixli **********2569 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 8.469,23 manat, xx.xx.2021-ci il tarixli **********9717 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 877,78 manat, xx.xx.2021-ci il tarixli **********9722 sorğu nömrəli gömrük bəyannamə si üzrə artıq ödənilmiş 2.018,32 manat, xx.xx.2022-ci il tarixli **********0114 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş ödənilmiş 1.068,35 manat, xx.xx.2022-ci il tarixli **********0107 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 2.372,15 manat, xx.xx.2022-ci il tarixli **********7313 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 5.255,36 manat və xx.xx.2022-ci il tarixli **********22046 sorğu nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 8.454,15 manat gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsinin cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması kimi” qəbul edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərardadı ilə iddia tələbi ərizənin məzmununa uyğun ol araq “artıq ödənilmiş gömrük ödənişlərinin "xxxx" MMC-yə qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsinin cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlü yünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Gömrük Məcəlləsinin 104.2-ci maddəsində göstərilir ki, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.
9. İddiaçı MMC ərizələrində qeyd edilən malların idxalı zamanı gömrük orqanına təqdim etdiyi **********8453, **********9717, **********9722, **********0114, **********0107, **********7313 və **********2046 sorğu nömrəli gömrük bəyannamələrinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, həmin bəyannamələr gömrük orqanı t ərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Həmin bəyannamələrin 46-cı qrafasında göstərilmiş malların statistik dəyəri ” Azerbaijan Pharma” MMC tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1-ci bəndində göstərilir ki, gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1.mallar qüsurlu o lduqda; 2.1.2.gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3.“Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Həmçinin qeyd edilmişdir ki, iddiaçının ərizəsində bu hallardan hansının baş verdiyi göstərilməmiş, ərizə əsaslandırılmamışdır
10. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(112)-2605/2023 nömrəli qərarı (hakim X1) ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixli **********2569 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli **********9717 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli **********9722 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli **********0114 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli **********0107 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli **********7313 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli **********22046 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan olunan malların (qida əlavələri) sövdələşmə qiyməti nəzərə alınmaqla gömrük dəyərinin hesablanması və artıq ödənilmiş gömrük ödənişlərinin geri qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsi cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
11. İddianın təmin edilən hissəsi ilə əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əsasən artıq ödənilmiş gömrük ödənişinin qaytarılması birbaşa olaraq gömrük orqanının üzərinə qoyula bilməz. Belə ki, gömrük ödənişlərinin qaytarılması Qaydalarının 6-cı bəndinə uyğun olaraq gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanı qərar qəbul etməli və gömrük rüsumunun qaytarılmalı o lduğu müvafiq maliyyə orqanına buna dair rəy verməlidir. Odur ki, həmin malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi əsas götürülməklə rəsmiləşdirilməsi həyata keçirilməli və nəticədə artıq ödənilmiş gömrük ödənişinin qaytarılması ilə bağlı qərar və rəyin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
12. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, iddiaçı malları (qida əlavələri) ölkəyə xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə idxal etmişdir. Gömrük Məcəlləsinin 270.1-ci maddəsinə əsasən qaytarılmalı olan gömrük ödənişləri üçün 1 il ərzində gömrük orqanına müraciət edilməlidir. İşin halların dan görünür ki, iddiaçı gömrük ödənişlərinin qaytarılması üçün xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Bununla iddiaçı xx.xx.2021-ci il tarixdə idxal edilmiş mallar üzrə artıq ödənilmiş hesab edilən gömrük ödənişinin geri qaytarılmasını tələb etmək hüququnu müddət ötürdüyünə görə itirmişdir.
13. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayətləri verilmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 2-1(103)-327/2024 nömrəli qərarı (hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və X2) ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2-1(112)-2605/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apel yasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətlərinin dəlilləri İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti
17. Həmin kassasiya şikayətində Gömrük Məcəlləsinin 270.1-ci maddəsinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
18. Qeyd edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinə münasibətdə bir illik müddəti ötürməmişdir. Lakin məhkəmələr formal mülahizələrə əsaslanaraq iddiaçının xx.xx.2021-ci il tarixli bəyannamə ilə əlaqədar şikayəti gömrük orqanına gec təqdim etdiyini bildirmişlər. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti
19. Həmin kassasiya şikayətində Gömrük Məcəlləsinin 9.0.3, 104.1, 104.2-ci maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edərək iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
20. Qeyd edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli **********2569 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli **********9717 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli **********9722 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli **********0114 sorğu nömrəli, 01,03.2022-ci il tarixli **********0107 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli **********7313 sorğu nömrəli, xx.xx.2022-ci il tarixl i **********2046 sorğu nömrəli gömrük bəyannnamələrinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Xüsusilə qeyd etməliyik ki, həmin bəyannamələrin 46-cı qrafasında göstərilmiş malın statistik dəyəri iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır.
21. Bununla da iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında heç bir mübahisə qalmamışdır. Buna rəğmən iddiaçı iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi və gömrük orqanına təqdim etdiyi, gömrük o rqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni sonradan mübahisələndirmiş və məhkəməyə müraciət etmişdir. İddiaçı idxal edilən mallar üçün gömrük ödənişlərini mövcud gömrük qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülməklə bəyan edilən malların gömrük dəyərindən hesablamış və ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən öz növbəsində təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və sərbəst dövriyyəyə buraxılmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: Maddə
1. Bu Məcəllədə istifadə ol unan əsas anlayışlar 1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi; 1.0.2. bəyannaməçi – gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs; Maddə 40.4 Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həy ata keçirilməsində yardım göstərməlidirlər. Maddə
157. Gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Maddə
224. Gömrük ödənişləri 224.1. Bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyy əti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır:i 224.1.1. gömrük rüsumları; 224.1.2. əlavə dəyər vergisi; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. 224.2. Gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa məsələlər bu Məcəllə və Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan digər normativ hüquqi aktlarla m üəyyən edilir. 224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. 224.6. Gömrük rüsumlarının dərəcələri göstərilməklə, bu dərəcələrin həm malların adları, həm də kodları üzrə axtarışının həyata keçirilməsinə, qanunla nəzərdə tutulmuş digər gömrük ödənişlərinin məbləğlərinin öyrənilməsinə imkan verən, malları gömrük sərhədindən keçirən şəxslərin istifadəsi üçün nəzərdə tutulan və istifadəsi sadə olan elektron avadanlıqlar gömrük sərhəd buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi yerlərdə yerləşdirilməlidir. Maddə
225. Gömrük rüsumları 225.1. Gömrük rüsumları bəyan edilən malların yerləşdirilməsi üçün seçilmiş gömrük prosedurunun tələbləri əsasında, normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur. Maddə
226. Gömrük rüsumlarının növləri 226.0. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı gömrük rüsumları tətbiq edilir: 226.0.1. advalor - malların gömrük dəyərinə görə nisbətən faizlə hesablanan; 226.0.2. spesifik - malın vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanan; 226.0.3. kombinə edilmiş – yuxarıda göstərilən hər iki gömrük rüsum növlərinin birləşdirilməsi yolu ilə hesablanan. Maddə
242. Gömrük borcunun hesablanmasının əsasları 242.1. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. 242.2. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respubl ikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. 242.3. Gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. 242.4. Gömrük borcunun məbləği gömrük bəyannaməsi verildikdən sonra mümkün qədər qısa müddətdə hesablanmalıdır. 242.5. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanır. Maddə
266. Ümumi müddəalar 266.1. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 266.2. Gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 266.3. Şəxsin müraciəti olduqda, gömrük orqanları qaytarılmalı olan gömrük ödənişlərini onun gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edirlər. Maddə
267. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılmalı olduğu hallar 267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişl ərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 267.3. Bu Məcəllənin 267.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, gömrük ödənişlərinin qaytarılması gömrük orqanları tərəfindən faizlərin ödənilməsinə səbəb olmur. 267.4. Gömrük ödənişlərinin qaytarılması barədə qərar verildikdən sonra 3 (üç) ay ərzində ödəniş edilmədikdə və bu gecikmə gömrük orqanının (onun vəzifəli şəxslərinin) hərəkətləri (hərəkətsizliyi) nəticə sində baş verdikdə, gömrük orqanları tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə faizlər hesablanır və şəxsə ödənilir. Faizlər üç aylıq müddətin başa çatdığı tarixdən gömrük ödənişinin qaytarıldığı tarixədək olan müddət üzrə hesablanır. Maddə
269. Gömrük ödənişlərinin məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması Gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Maddə
270. Gömrük ödənişlərinin qaytarılması barədə müraciət 270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödə nildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 270.2. Ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır. 270.3. Gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. M a d d ə
322. Gömrük ekspertizasının məqsədi və aparılması qaydaları 322.1. Gömrük ekspertizasının aparılmasını n məqsədi aşağıdakılardan ibarətdir: 322.1.1. malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; 322.1.2. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; 322.1.3. malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; 322.1.4. ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; 322.1.5. malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; 322.1.6. ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; 322.1.7. radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; 322.1.8. malların gömrük dəyərinin təyin olunması; 322.1.9. malların tarixi və s ənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi. 322.2. Gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. 322.3. Gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciəti olduqda da aparılır. 322.4. Gömrük ekspertizası gömrük laboratoriyalarının ekspertləri və müqavilə əsasında cəlb edilmiş digər ekspertlər tərəfindən aparılır. 24. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. gömrük tarifi - gömrük s ərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusu;... 1.1.5. malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsi; Maddə
7. Gömrük dəyərinin müəyyən edilməsi 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Q anunla müəyyən edilir. 7.3. Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi qaydalarını bu Qanunun müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 7.4. Malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir. Maddə
8. Malın gömrük dəyərinin bəyan edilməsi 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir. 8.2. Gömrük sərhədindən keçirilən malların bəyan edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 8.3. Gömrük dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi bu Qanunun 7.1-ci maddəsi nəzər ə alınmaqla bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun həyata keçirilir. 8.4. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. Maddə
10. Bəyannaməçinin hüquq və vəzifələri 10.1. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. 10.2. Bəyannaməçinin gömrük orqanına təqdim etdiyi gömrük bəyannaməsi təqdim edildiyi tarixdən 1 (bir) gün müddətində gömrük orqanı tərəfindən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti ilə əlaqədar olaraq təsdiq edilmədikdə, bəyannaməçi malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciətə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Maddə
11. Gömrük orqanının hüquq və vəzifələri 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 11.2. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq d üzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim edildiyi andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. Maddə
12. Gömrük dəyərinin müəyyən edilməsi üsulları 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. Maddə
13. Malların sövdələşmə qiyməti üsulu 13.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur, bu şərtlə ki: 13.1.1. alıcının dəyərləndirilən mallara dair sərəncam və ya istifadə hüququna məhdudiyyətlər nəzərdə tutulmasın (qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər, malların təkrar satıla biləcəyi coğrafi ərazi məhdudiyyətləri, mal ların dəyərinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər istisna olmaqla); 13.1.2. satış və ya malların qiyməti həmin mallara münasibətdə dəyəri müəyyən edilə bilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasın; 13.1.3. alıcı tərəfindən mallara dair sərəncam verilməsindən və ya onların istifadəsindən satıcı birbaşa və ya dolayı yolla mənfəət əldə etməsin, əgər bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsinin aparılması mümkün deyilsə; 13.1.4. bu Qanunun 13.1.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, malların alıcısı və satıcısı əlaqəli şəxslər olmasınlar; 13.1.5. alıcı ilə satıcı əlaqəli şəxslər olduğu halda, onlar arasındakı münasibətlər mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etməsin və ya idxalatçı malların sövdələşmə qiymətinin bu Qanu nun 13.7-ci maddəsinin tələblərinə cavab verdiyini sübut etsin. Maddə
18. Ehtiyat üsul 18.1. İdxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. 18.2. Bu Qanunun 18.1-ci maddəsinə müvafiq olaraq malların gömrük dəyəri aşağıdakılar əsasında müəyyən edilə bilməz: 18.2.1. gömrük ərazisində istehsal edilən malların həmin ərazidəki satış qiyməti; 18.2.2. müqayisə üçün seçilən iki alternativ dəyərdən gömrük məqsədləri üçün ən yüksək olanının qəbul edilməsini nəz ərdə tutan sistem; 18.2.3. malların ixrac ölkəsinin daxili bazarındakı qiyməti; 25. “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması” Qaydaları Bənd
1. Ümumi müddəalar 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra Gömrük Məcəlləsi) 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. Bənd
2. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması halları 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablana rkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Bənd
4. Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. Bənd 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat z amanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13 2.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati m übahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
28. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçiləriin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hər iki tərəfin vermiş olduğu kassasiya şikayətlərini təhlil edərək bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti isə rədd edilməlidir.
31. Məhkəmə kollegiyası gəl miş olduğu nəticəni iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri əsasında aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.
32. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Türkiyədə fəaliyyət göstərən “X4 Ticaret ve Senaye Limited Şirketi” ilə bağladığı fason üretim müqaviləsinə əsasən Azərbaycana xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə idxal olunan qida əlavəsinin gömrük orqanlarında rəsmiləşdirilməsi zamanı 8 bəyannamə üzrə cəmi 37581,46 manat məbləğində artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılmasına yönəlmişdir.
33. Cavabdeh hesab edir ki, iddiaçı xx.xx.2021-ci il tarixli **********2569 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli **********9717 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli **********9722 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli ** ********0114 sorğu nömrəli, 01,03.2022-ci il tarixli **********0107 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli **********7313 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli **********2046 sorğu nömrəli gömrük bəyannnamələrinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Bununla da iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında heç bir mübahisə qalmamışdır.
34. Cavabdehin mövqeyindən belə nəticə hasil olur ki, gömrük ödənişlərinin hesablanması zamanı səhvə yol verilməmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən malların dair daha yüksək məbləğdə gömrük dəyərinin bəyan edilməsi onu Qaydaların 2.1.2-ci bəndinə əsasən gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verilməsini bildirmək və artıq ödənilmiş məbləğin geri tələb etmək hüququndan məhrum etmir. Bu zaman müvafiq müraciət olduğu təqdirdə inzibati orqanın müvafiq inzibati araşdırmanı aparmaqla “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsinə uyğun olaraq məsələyə qiymət vermək öhdəliyi yaranır. Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinin, o cümlədən “İnzibati icraat haqqında” Qanunun 24, 41-47-ci maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, inzibati orqan iş üzrə əhəmiyyətli halları hərtərəfli araşdırmalı, bu zaman iş üzrə obyektiv həqiqətin əldə edilməsi üçün lazımi sübutları əldə etməlidir. Sübutların əldə edilməsi və qiymətləndirilməsi zamanı inzibati icraatın iştirakçısının üzərinə əlavə yük qoyulmamalı, lüzumsuz və qanunda nəzərdə tutulmayan sənədlər tələb ed ilməməlidir. Bununla yanaşı, qanunvericilikdə inzibati orqanın ona təqdim edilmiş sənədlərin mötəbərliyini birmənalı şəkildə qəbul etmək vəzifəsi təsbit edilməmiş, zəruri hallarda təqdim edilən sənədlərin və oradakı məlumatların həqiqiliyini yoxlamaq hüququ verilmişdir (digər orqanlara və ya təşkilatlara sorğular verməklə, ekspert və mütəxəssis rəyi almaqla, təqdim edilən sənədin əslini və ya notarial təsdiqini tələb etməklə və s.). 36.Qeyd edilənlərin hazırkı işə tətbiqi onu deməyə əsas verir ki, gömrük orqanlarının inzibati orqan olaraq onlara təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüquqları vardır. Lakin cavabdeh gömrük orqanı tərəfindən gömrük rəsmləşdirilməsi zamanı hər hansı sənədlərin çatışmaması barədə iddiaçıya müraciətin olunması, bunda n başqa malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı gömrük ekspertizanın keçirilməsi müəyyən edilməmişdir.
37. Gömrük Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, risklərin təhlilinin adekvatlığını təmin etmək məqsədilə, müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarından, o cümlədən müvafiq beynəlxalq müqavilə əsasında digər ölkələrin gömrük xidmətlərindən malların və nəqliyyat vasitələrinin göndərişləri haqqında əvvəlcədən ilkin elektron məlumatlar alırlar. Cavabdeh qurum malların mənşə ölkəsinin gömrük xidmətindən məlumatları əldə etmək imkanı olduğu halda, malların invoys dəyərinə dair əsaslı şübhələri, eləcə də gömrük dəyərinin malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsinin mümkünsüzlüyünü əsaslandıran araşdırmanı aparmadan (yəni malların mənşə ölkəsinin gömrük xi dmətindən onun faktiki dəyəri ilə bağlı məlumatları əldə etmədən) digər üsulla dəyərləndirilməli olduğunu hesab etmişdir.
38. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən artıq ödənilmiş gömrük ödənişinin qaytarılması birbaşa olaraq gömrük orqanının üzərinə qoyula bilməz. Belə ki, Gömrük ödənişlərinin qaytarılması qaydalarının 6-cı bəndinə uyğun olaraq gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanı qərar qəbul etməli və gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına buna dair rəy verməlidir. Odur ki, məhkəmə hesab edir ki, həmin malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi əsas götürülməklə rəsmiləşdirilməsi həyata keçirilməli idi və nəticədə artıq ödənilmiş gömrük ödənişinin qaytarılması ilə bağlı qərar və rəyin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
39. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə gəlincə məhkəmə kollegiyası həmin şikayətin dəlilləri ilə tam razılığını ifadə edir.
40. Belə ki, iddiaçının iddia tələbinin məhkəmələr tərəfindən rədd edilmiş hissəsi xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bağlıdır. Məhkəmə aktlarında qeyd edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsini mübahisələndirmək üçün Gömrük Məcəlləsinin 270.1-ci maddəsi ilə müəyyən edilmiş 1 illik iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçıxx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə idxal etdiyi 8 bəyannamə üzrə artıq ödənilmiş gömrük ödənişinin qaytarılmasını tələb etsə də, bununla bağlı müraciəti xx.xx.2022-ci ildə gömrük orqanına daxil olmuşdur.
41. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmayaraq bildirir ki, iş materiallarında olan sənədlər yuxarıda göstərilmiş halları təkzib edir. Belə ki, iddiaçı tərəfindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2022-ci il tarixdə müraciət edildiyi 38-ci səhifəyə əlavə edilmiş poçt qəbzindən müəyyən edilir.
42. Müraciətin xx.xx.2022-ci il tarixdə edilməsi ilə 1 illik müddətin axımı dayandırılmışdır (nəzərə almaq lazımdır ki, müddətın son günü xx.xx.2022-ci ildir). Odur ki, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinə münasibətdə də iddiaçının iddia tələbi əsaslı olmuşdur.
43. Məhkəmə kollegiyası bir məqama da diqqət yetirməyi məqsədə müvafiq hesab edir. Belə ki, birinci instansiya məhkəməsi kimi apelyasiya instansiyası məhkəməsi də xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinə münasibətdə iddia müddəti ilə əlaqədar halları tətbiq edərkən “İnzibati icraat haqq ında” Qanunun 62.2-ci maddəsinə əsaslanmışlar.
44. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinin tələbinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.
45. Maddənin məzmunundan görünür ki, “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsi inzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktlarla bağlı hüquq münasibətlərini tənzimləyir. Başqa sözlə fiziki və ya hüquqi şəxslərin inzibati orqanların hərəkət və ya hərəkətsizliklərindən verilən şikayətlərlə bağlı hallara “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsi tətbiq edilə bilməz.
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilməyən hissəsində ləğv edilməklə iddia tam təmin edilməli, cavabdehin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 21(103)- 327/2024 saylı qərarı iddianın təmin olunmayan hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, **********8453 sorğu nömrəli gömrük bəyannamə ilə bəyan olunan malların (qida əlavələri) sövdələşmə qiyməti nəzərə alınmaqla gömrük dəyərinin hesabla nması və artıq ödənilmiş gömrük ödənişinin geri qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsi cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.