Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2486/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2486/19 Bakı şəhəri 13 noyabr 2019-cu il Açar sözlər: bələdiyyə qərarı əsasən verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, işin hallarının araşdırılması prinsipinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgü n Lətifovun iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 may 2019-cu il tarixli, 2-1(103)-1088/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, XXX ünvanında yerləşən evinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdiril məsi barədə ərizə təqdim edərək Bakı şəhər Binəqədi rayon Bələdiyyəsinin 14 avqust 2001-ci il tarixli qərarı ilə ona ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 29 avqust 2018-ci il tarixdə cavabdehə müraciət edərək Bakı şəhəri, XXX ünvanında yerləşən evinin dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh evin qeydiyyata alınması üçün heç bir əsasın olmadığını bildirməklə kifayətlənmiş və imtinasını əsaslan dırmamışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Kollegiyasının 18 fevral 2019-cu il tarixli, 2-1(81)419/2019 saylı qərarı ilə (hakim Elçin Məmmədov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı “X1” Şirkəti tərəfindən mübahisələndirilmiş, qərarın etibarsız hesab edilməsinə dair iddia təmin edilməmiş, qərarın qüvvədən düşməsinə dair iddia tələbi isə mümkün sayılmamışdır. Torpaq sahəsi ilə bağlı iddiaçının adına hüquqmüəyyənedici sənədlər olduğundan və həmin torpaq sahəsi “X1” şirkətinin kontraktla istifadəsinə ayrılmış ərazinin hüdudları daxilində yerləşmədiyindən cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Həm in qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 may 2019-cu il tarixli, 2-1(103)-1088/2019 saylı qərarı ilə (sədrlik edən Afaq Nuriyeva, hakimlər Valeh Ağayev və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi rədd edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Bələdiyyəsinin 14 avqust 2001-ci il tarixli qərarı ilə iddiaçının adına sənədləşdirilmiş 0,04 hektar torpaq sahəsi ilə bağlı müvafiq icra hakimiyyətinin rəyinin olmasına dair məhkəməyə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmiş, habelə mübahisəli torpaq sahəsinin planlaşdırılması layihəsinin Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması, eləcə də iddiaçının müraciətindən çıxarışın torpaq sahəsinin planının hazırlanması üçün həmin dövrdə fəaliyyət göstərən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə göndərilməsi, sonuncunun bələdiyyənin və iddiaçının iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirməsi və ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu işlərini (planlama) aparması, həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlaması iş materialları ilə təsdiqini tapmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Bələdiyyə tor paqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7, 17, 18, 19-cu bəndləri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2, 6.5, 6.9 “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunun 2, 3, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1, 15.1.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeniqərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya ş ikayətində bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazinin bələdiyyənin mülkiyyətində olması, iddiaçıya torpaq sahəsinin ayrılmasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi ilə razılaşdırıması, sonuncu tərəfindən sözügedən sahəyə dair yerquruluşu layihəsinin, torpaq sahəsinin qaiməsindən çıxarış sənədlərinin tərtib olunması, eləcə də həmin sahənin alqı-satqı yolu ilə ayrılmasına dair 13 avqust 2001-ci il tarixli, 05/01-217 saylı rəyin verilməsi qanuni qüvvəsini almış məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1, Azərbaycan Respublikası İnzibati Prose ssual Məclləsinin 90.1, 94.1, 96.5-cimaddələrinəistinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1800/2013 saylı, 24 oktyabr 2013-cü il tarixli qərarı ilə iddiaçı “X1” Şirkətinin cavabdehlər XXX qəsəbə Bələdiyyəsinə və Azərbaycan Respublikası Döv lət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə (üçüncü şəxs İddiaçı) qarşı iddiası təmin edilərək cavabdeh Bakı şəhəri XXX qəsəbə Bələdiyyəsinin üçüncü şəxsə torpaq sahəsinin ayrılması haqqında 04 saylı, 14 avqust 2001-ci il tarixli qərarı etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-23/15 saylı, 02 aprel 2015-ci il tarixli qərarından görünür ki, cavabdehin və üçüncü şəxsin ayrıayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1800/2013 saylı, 24 oktyabr 2013-cü il tarixli qərarı “cavabdeh Bələdiyyənin qərarının ləğv edilməsi” hissəsində ləğv edilmiş, iddiaçı “X1” Şirkətinin cavabdeh XXX qəsəbə Bələdiyyəsinə qarşı (üçüncü şəxs İddiaçı) “cavabdehin üçüncü şəxsə torpaq sahəsinin ayrılması haqqında 04 saylı, 14 avqust 2001-ci il tarixli qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-882/15 saylı, 23 iyul 2015-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 02 aprel 2015-ci il tarixli, 2-1(103)-23/15 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1476/17 saylı, 20 sentyabr 2017-ci il tarixli qərarından görünür ki, iddiaçı “X1” Şirkətinin kassasiya şikayəti təmin olunmamışdır. Həmin qərarın təsviri hissəsində müəyyən edilənlərdən görünür ki, iddiaçı “X1” Şirkəti cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı, İddia çı 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla Binəqədi qəsəbə Bələdiyyəsinin İddiaçı istifadəsinə torpaq sahəsinin ayırlması haqqında 04 saylı, 14 avqust 2001-ci il tarixli qərarının Sazişin qüvvəyə mindiyi 15.05.2005-ci il tarixdən qüvvədən düşmüş hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1212/2017 saylı, 30 mart 2017ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni sərəncamın qəbulundan uzun müddət keçməsi və həmin vaxtdan iddiaçının qanunla nəzərdə tutulan məhkəmə müdafiəsi hüququndan istifadə etməməsi, hazırki tələbdə göstərilənlərin inzibati mübahisənin mövcudluğuna əsas olmaması və iddiaçının inzibati mübahisəyə əsas ola biləcək halların mövcudluğ unu əsaslandıra bilməməsi ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1277/2017 saylı iş üzrə 18 may 2017-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1212/2017 saylı, 30 mart 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 21 sentyabr 2018-ci il tarixli, **********65 saylı imtina məktubundan görünür ki, iddiaçının torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ərizəsinə baxılmış və imtina edilmişdir. İmtinaya əsas olaraq daxil olmuş sənədlərin surət olması və torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmaması və həmçinin keçmiş DTXK t ərəfindən təsdiq edilmiş edilmiş alqı-satqı aktı təqdim edilməməsi və ərizəyə əlavə edilmiş məhkəmə qərarları ilə bağlı idarənin üzərinə heç bir öhdəlik qoyulmadığı bildirilmişdir. XXX qəsəbə Bələdiyyəsi tərəfindən iddiaçının adına sənədləşdirilmiş torpaq sahəsinin situasiya planı tərtib edilmişdir. Lakin torpaq sahəsi ilə bağlı iddiaçının adına sənədləşdirilən dövrdə (2001-cı il) mövcud olmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyinin alındığı iş materialları ilə müəyyən edilmir. XXX qəsəbəsi Bələdiyyəsinin 14 avqust 2001-cı il tarixli qərarı ilə iddiaçının adına sənədləşdirilmiş 0,04 ha torpaq sahəsi ilə bağlı müvafiq icra hakimiyyətinin rəyinin olmasına dair məhkəməyə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İ nzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Ape llyasiya məhkəməsi hesab etmişdir ki, bələdiyyə qərarı ilə iddiaçının adına ayrılmış torpaq sahəsi ilə bağlı bələdiyyə torpaqlarına aid qanunveriliyin tələblərinə əsasən müvafiq qaydada zəruri olan sənədləri iddiaçı təqdim etmədiyindən, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması ilə bağlı tələbi əsassızdır. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, məhkəmənin istinad etdiyi sənədlər torpaq sahəsi ilə bağlı digər məhkəmə mübahisəsi zamanı qəbul edilmiş qərarlarda əks olunmuş və bələdiyyənin istinad edilən qərarının qanuni olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun): - 8.0-ci madd əsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakınözgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Müddəanın tələbindən göründüyü kimi, bələdiyyələrə məxsus olan daşınmaz əmlakın alqı-satqısına dair qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş qərar daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsasdır. İddiaçının tələbinin əsaslandığı hallara və kassasiya şikayətində bildirilmiş dəlillərə görə, müvafiq sənədləri cavabdehə təq dim etməklə bələdiyyə qərarına əsasən ona ayrılmış torpaq sahəsi üzərində hüququnun qeydə alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən hüququnun qeydə alınması barədə ərizənin icra edilməsinin qeyri-mümkünlüyünün bir neçə əsası barədə bildirilmişdir: - daxil olmuş sənədlərin surət olması; - idarənin mütəxəssisləri tərəfindən çöl işlərinin aparılması üçün şəraitin yaradılmaması; - keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqısı aktının təqdim edilməməsi; - torpaq sahəsi ilə bağlı məhkəmə qərarlarında cavabdehin üzərinə hər hansı bir öhdəliyin qoyulmaması. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinə qiymət verərkən, aşağı instansiya məhkəmələri ilk olaraq cavabdehin məktubunda göstrilmiş halların ara şdırmalı olduğu vəzifəsini daşımışdırlar. Belə ki, cavabdeh daxil olmuş sənədlərin surət olması barədə bildirmişdir. İddiaçı tərəfindən isə həmçinin məhkəməyə torpaq sahəsinə dair 14 avqust 2001-ci il tarixli qərarın, torpaq sahəsinin planı, torpaqların alql-satqısına dair akt və torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələrinə aid məhkəmə qərarları təsdiq edilməmiş surət kimi təqdim olunmuşdur. Halbuki, həmin sənədlər sübut növü kimi qəbul edilə bilməzdi. Azərbaycan Respublikası İPM-nin: - 48.3-cü maddəsinə əsasən, yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. - 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin: - 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; - 89.3-ci maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Prosessual qanunvericiliyin tələbləri onu nəzərdə tutur ki, tərəfin təqdim etdiyi sənədin yazılı sübut kimi qiymətləndirilməsi üçün onun əsli və ya la zımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir ki, məhkəmə tərəfindən həmin sənəd qiymətləndirilərkən onun mötəbərliyi şübhə doğurmasın. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər surət olmaqla hər hansı bir qaydada təsdiq edilməmiş, halbuki cavabdeh hüququn qeydə alınması üçün ərizənin icra edilməməsinin əsas kimi bu hala istinad etmişdir. Cavabdeh tərəfindən bildirilən digər əsas torpaq sahəsinin yerində müayinəsinin aparılmaması ilə bağlı olmuşdur ki, bu məsələyə aşağı instansiya məhkəmləri tərəfindən hər hansı bir qiymət verməmişdirlər. Halbuki, cavabdeh tərəfindən torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün yuxarıda istinad edilmiş Qanunun 9-cu maddəsinin tələblərinə riayət olunmalı idi. Həmin maddəyə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9. 1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Qeyd olunmuş hala münasibətdə qanunvericiliyin tələbi belə izah olunur ki, hüququn qeydə alınmasında iddialı olan şəxs hansı torpaq sahəsi üzərində hüquqa malik olmasını bəyan etməldiir ki, cavabdeh tərəfindən müvafiq qaydada yerində yoxlamanın aparılması mümkün olsun. Cavabdehin istinad etdiyi digər əsas iddiaçı tərəfindən surət kimi təqdim etdiyi sənədin bələdiyyə torpaqlarının ayrılmasına dair qanunvericliyin tələblərinə uyğun olmadığı ilə bağlıdır. Apellyasiya məhkəməsi iddia tələbinin təmin edilməməsinin əsası kimi də iddiaçı tərəfindən müvaf iq sənədlərin təqdim edilməməsini bildirmişdir. İşin hallarından göründüyü kimi, iddiaçı torpaq üzərində hüququnun yaranmasının əsası kimi Binəqədi qəsəbəsi Bələdiyyəsinin 14 avqust 2001-cı il tarixli qərarına istinad etmişdir. Həmin dövrə münasibətdə bələdiyyələr tərəfindən torpaq sahəsinin ayrılması qaydası qanunveriliyin aşağıdakı müddəalarında əks olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır; - 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edil məsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddələrin tələblərindən göründüyü kimi, torpaq sahəsi üzərində hüququn yaranmasının əsasını bələdiyyənin müvafiq qərarı və bələdiiyyə ilə bağlanan müqavilə təşkil edir, yaranma vaxtı isə torpaq sahəsininyerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsi və torpaq sahəsinə dair bağlanmış müqavilənin qeydə alınamsı anı ilə şərtləndirilmişdir. Bələdiyyə qərarına əsasən torpağın alqı-satqısına dair qanunvericiliyin zamana görə (14 avqust 2001-ci il tarixinə) qüvvədə olan tələbləri aşağıdakıları nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydalarının”: - 9-cu bəndinə əsasən, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin hüdudları daxilində həyətyanı sahə, yaşayış evi, fərdi qaraj tikintisi, sahibkarlıq fəaliyyəti ilə əlaqədar, ənənəvi xalq sənətləri və s. ilə məşğul olmaq üçün torpaq almaq istəyən Azərbaycan Respublikasının fiziki və ya hüquqi şəxsləri müvafiq rayon, şəhər bələdiyyə orqanına ərizə ilə müraciət edir (ərizədə 8-ci bəndin birinci yarımbəndindəki məlumatlar göstərilməlidir). Qalan məsələlərin həlli bu qaydaların 8-ci bəndində göstərilən şərtlərə uyğun həyata keçirilir; - 8-ci bəndinə əsasən, torpaq sahələrinin alqı-satqısı aşağıdakı qaydada həyata keçirilir: (1) rayon, şəhər bələdiyyə orqanı ərizəyə 5 gün müddətində baxır, torpaq ehtiyatı imkanlarını nəzərə alaraq ilkin sənədləşdirməni həyata keçir mək üçün rayon, şəhər torpaq şöbəsinə müvafiq tapşırıq verir; (2) rayon, şəhər torpaq şö`bəsi 15 gün müddətində aşağıdakı sənədləri hazırlayıb bələdiyyə orqanına təqdim edir: a) satılacaq torpaq sahəsinin faktiki ölçüsü barədə arayış; b) satılacaq torpaq sahəsinin qayiməsindən (sertifikatından) çıxarış; v) ərazi üzrə adambaşına düşən orta torpaq norması barədə arayış; q) satılması nəzərdə tutulan sahənin təsdiq edilmiş yerquruluşu planından çıxarış; (3) rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müv afiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Qanunveriliyin tələblərindən göründüyü kimi, 2001-ci il tarixə münasibətdə yaşayış evinin tikintisi üçün bələdiyyə torpağının ayrılması barədə şəxs müraciət etdikdə, onun ərizəsi əsasında bələdiyyə orqanı müvafiq sənədlərin təqdim edilməsi üçün torpaq şöbəsinə tapşırıq verməli, sonuncu tərəfindən sadalanmış sənədlər, o cümlədən satılması nəzərdə tutulan sahənin təsdiq edilmiş yerquruluşu planından çıxarış bələdiyyəyə təqdim olunmalıdır. Sonrakı mərhələdə sahəsini alan şəxs onun dəyərini ödəməli və bundan sonra torpaqların alqı-satqısına dair akt tərtib edilməli, həmin akt bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs tərəfindən imzal anmaqla möhürlə təsdiq edilməlidir. Beləliklə, qanunvericiliyin aparılmış təhlilin nəticəsinə görə, şəxsin bələdiyyə torpağı üzərində hüququnun yaranmasının əsasını bələdiyyə qərarı və onunla bağlanmış müqavilə təşkil edir ki, onların qanunveriliyin göstərilmiş tələblərinə uyğun olaraq qəbul və tərtib edilməsinin yoxlanılması cavabdehin səlahiyyətinə aid edilmişdir. Belə yoxlama nəticəsində onların qanunauyğunluğu müəyyən edildiyi təqdirdə, həmin şəxsin hüququnun qeydə alınması öhdəliyini cavabdeh daşıyır. Apellyasiya məhkəməsi qanunveriliyin bu tələblərinə münasibətdə isə 29 iyun 2001ci il tarixdə qəbul edilmiş, lakin 16 avqust 2001-ci il tarixində dərc edilməklə qanuni qüvvəyə minmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa, 15 mart 2002-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə istinad etmişdir. Halbuki, iddiaçının torpaq sahəsi üzərində hüququnun yaranmasının əsası kimi istinad etdiyi qərar 14 avqust 2001-ci il tarixində qəbul edildiyindən, apellyasiya məhkəməsinin əsaslandığı müddəalar zamana görə qüvvədə olmadığından həmin qərara münasibətdə tətbiq oluna bilməzdi. Apellaysiya məhkəməsinin araşdırma predmeti cavabdehin apellyasiya şikayətində göstərilmiş dəlillərlə bağlı olmalı idi ki, həmin dəlillərində cavabdeh bilavasitə tətbiq edilməli olan qanunvericliyin tələblərinə əsaslanmaqla hansı zəruri olan sənədlərin iddiaçının hüququnun qeydə alınaması üçün təqdim edilmədiyini bildirmişdi r. Belə ki, işin 12-ci səhifəsində olan “Torpaqların alqı-satqısına dair aktın” təsdiq olunmamış surətindən göründüyü kimi, həmin akt qanunveriliyin yuxarıda əks olunmuş tələblərinə əsasən rayon torpaq şöbəsi müdiri tərəfindən imza edilməmiş və həmin akt rayon torpaq şöbəsində qeydiyyata alınmamışdır. Lakin apellyasiya məhkəməsi cavabdehin dəlilinə münasibətdə hüququn qeydə alınmaması üçün əsas olan halları araşdırmamış, zəruri olan maddi hüquq normalarını tətbiq etməyərək, tətbiq edilməli olan normalara uyğun olaraq işin hallarını müəyyən etməmişdir. Kassasiya instansiyası olmaqla məhkəmə kollegiyası işdə olan sənədləri sübut kimi qiymətləndirmək səlahiyyətinə malik deyildir. Lakin onların işdə mövcudluğu iş üzrə qəbul edilən qərara təsir etdiyi üçün onların nəzərə alınmasını zəruri hesab edir və qeyd edir ki, bu məsələnin daha ətraflı araşdırılması işin yenidən apellyasiya baxışına qaytarılmasını zəruri etmişdir. İddiaçının əsaslandığı dəlilə, yəni müvafiq sənədlərinin mövcudluğunun, o cümlədən DTXK-nın 13 avqust 2001-ci il tarixli rəyinin digər məhkəmə mübahisəsi aparılan məhkəmə aktlarında qeyd edilməsi ilə bağlı məhkəmə kollegiyası yuxarıda bildirmiş mövqeyi ilə yanaşı qeyd edir ki, həmin məhkəmə aktlarında müəyyən edilmiş hallar digər hüquqi əsaslar üzrə həll edilən məhkəmə mübahisəsi və digər tərəflər arasında olduğundan, bu mübahisə üzrə preyudisial əhəmiyyətə malik deyildir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 78-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi nəticələri müəyyən edilərkən göstərilmişdir ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, DTXK-nın 13 avqust 2001-ci il tarixli rəyinin bilavasitə ozünün təqdim edilməsi mümkün olduğu halda, həmin rəyin mövcudluğunun məhkəmə qərarı əsasında müəyyən edilməsi anlaşılan deyildir. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqd a, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının hüququnun qeydə alınaması üçün əsas olmuş XXX qəsəbəsi Bələdiyyəsinin 14 avqust 2001-cı il tarixli qərarının qəbul edilməsinin faktiki əsaslarını təşkil edən sənədlərin əslini və yaxud lazımi qaydada təsdiq edilmiş surətlərini sorğu əsasında əldə etməklə, onlar ilk olaraq cavabdehə təqdim edilməli, sonuncu tərəfindən həm sənədlər üzrə, həm də torpaq sahəsinin faktiki yerləşməsi ilə bağlı müvafiq yoxlama aparılmaqla məhkəməyə məlumat verilməlidir. Yalnız bundan sonra məhkəmə tərəfindən iddia tələbinə hüquqi qiymətin verilməsi mümkün hesab o lunmalıdır. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhk əməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 may 2019-cu il tarixli, 2-1(103)-1088/2019saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2486/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2486/2019
13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver