Məhkəmə qərarları › İş №2-1(102)-2486/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2486/2022

29.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2486/2022 29.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli **********137139 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 sentyabr 2022-ci il tarixli, 2-1(105)-523/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********195520 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2016-ci il noyabr ayından 2019-cu ilin oktyabr ayına qədər olan dövrlər üzrə növbəti səyyar vergi yoxlam ası təyin edilmişdir. 2. 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli **********198795 nömrəli səyyar vergi yoxlaması aktına görə vergi ödəyicisi tərəfindən mənfəət vergisi üzrə 1235914,42 manat, əlavə dəyər vergisi üzrə 1884644,52 manat vergi borcunun azaldılması aşkar edilmişdir. 3. 2 saylı Ərazi Vergilər İdarəsinin 11 iyun 2020-ci il tarixli **********137139 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə iddiaçı barəsində ümumilikdə 3120558,94 manat vergi məbləği, həmin məbləğin 50 faizi məbləğində 1156575,53 manat maliyyə saksiyası, həmçinin Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən (arayışın vaxtında təqdim edilməməsinə görə) 680 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZR Ə QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 11 iyun 2020-ci il tarixli **********137139 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********195520 nömrəli Qərarına əsasən İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticələri üzrə xx.xx.2020-ci il tarixli **********198795 nömrəli səyyar vergi yoxlaması Aktı tərtib olunmuş və həmin Aktda qeyd olunanlara əsasən xx.xx.2020-ci il tarixli **********137139 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilərək 3120047,7 manat məbləğində əlavə vergilər, 1156575,53 manat məbləğində isə maliyyə sanksiyası tətbiq edilmişdir. Hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə aparılan yoxlama tamamilə qanunsuz olduğu üçün mübahisələndirilən xx.xx.2019-cu il tarixli qərar ləğv olunmalıdır. Aktın 1.1-ci bəndindən göründüyü kimi aparılan yoxlama xx.xx.2019-cu il tarixdə başlamış və xx.xx.2020-ci il tarixdə başa çatmışdır (109 təqvim günü). Eyni zamanda, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarla ardıcıl 2 dəfə dayandırılmış, xx.xx.2020-ci il tarixdə isə hazırda mübahisələndirilən qər arın qəbul olunması üzrə təkliflərin əks olunduğu yoxlama aktı tərtib edilmişdir. Yoxlamanın başlamasından sonra göstərilən müddətlərə nəzər yetirdikdə cavabdeh tərəfindən yoxlamanın müddətinin kobud şəkildə pozulduğu müəyyən edilir. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Lakin, göründüyü kimi, yoxlama dayandırma müddətləri istisna (61 təqvim günü) olmaqla, 45 təqvim gününü (109-61) əhatə etmişdir ki, bununla da, Məcəllənin yuxarıda göstərilən imperativ tələbi pozulmuşdur. 30 noyabr 2018-ci il tarixli 1356 nömrəli Qanunla Vergi Məcəlləsinə əlavə edilən və xx.xx.2019-cu il tarixdə n qüvvəyə minən 67.15ci maddəyə görə, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Yoxlama aktından göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən qüvvəyə minən və həmin tarixdən sonra yaranan münasibətlərə şamil olunmalı olan normanı əvvəlki illərə tətbiq etməklə iddiaçının vəziyyətini ağırlaşdırmışdır. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüng ülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, 29 noyabr 2019-cu il tarixli 1704 nömrəli Qanunla Vergi Məcəlləsinə əlavə edilən 166.2-ci maddənin də tələbləri gözlənilməmişdir. Belə ki, cavabdeh tərəfindən malların təqdim edildiyi vaxt müəyyənləşdirilmədən bütün satış yoxlamanın sonuncu dövrünə tətbiq edilmişdir. Halbuki, Vergi Məcəlləsinin 166.2-ci maddəsi xüsusi, 67.15-ci maddəsi isə ümumi normadır. İki norma arasında ziddiyyət olduqda xüsusi norma tətbiq edilməlidir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun 10.4-cü maddəsinə görə, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Cəmiyyətə 2016cı il üzrə hesablanan m ənfəət vergisi isə Vergi Məcəlləsi ilə müəyyən olunmuş hesablama müddəti bitdikdən sonra həyata keçirilmişdir. Belə ki, Məcəllənin 2016-cı il üçün qüvvədə olan redaksiyasında 56.1-ci, 83-cü və 85.4-cü maddələrə əsasən vergi orqanının hesabat dövrü bitdikdən sonra 3 il ərzində vergiləri hesablamaq hüququ mövcud olmuşdur. 2016-cı il üzrə vergilərin hesablanmasının son günü 2020-ci ilin 31 mart tarixidir. Mübahisələndirilən inzibati akt isə xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Göstərilənləri vergi orqanı tərəfindən həmin vergi məbləğinə tətbiq olunan maliyyə sanksiyasının inzibati aktda əksini tapmamasından da müəyyən etmək mümkündür. Belə ki, cavabdeh 2016-cı ilin mənfəət vergisi üzrə hesablanan maliyyə sanksiyasını müddət ötdüyü üçün hesablamamış, əsas vergi hissəsini isə qanunsuz ola raq əlavə hesablama kimi tətbiq etmişdir. Halbuki, qanunvericilikdə 3 illik hesablama müddətinin yalnız maliyyə sanksiyasına deyil, bütün növ vergilərə şamil olunması açıq şəkildə göstərilmişdir.

6. Cavabdeh iddia tələbinə qarşı etirazında göstərmişdir ki, xx.xx.2019-cu il tarixli **********195520 nömrəli qərarına əsasən iddiaçıda noyabr 2016-ci il tarixdən oktyabr 2019-cu il tarixədək olan dövrlərini əhatə etməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi tərəfindən imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün iddiaçıya xx.xx.201 9-ci il tarixli **********195773 nömrəli Tələbnamə verilmiş, lakin tələbnamədə göstərilən və Dövlət Vergi Xidmətinin baza məlumatlarında (AVİS ve Hesabat/Axtarış informasiya sistemi) olmayan sənədlər yoxlamaya təqdim edilməmişdir. İddiaçı MMC-nin rəhbəri xx.xx.2020-ci il tarixli izahatında yoxlama üçün zəruri olan və müvafiq tələbnamədə göstərilən sənədlərin onda olmadığını, MMC-ni alqı-satqı müqaviləsinə əsasən aldığını və həmin sənədlərin MMC-nin daha öncəki rəhbərində olduğunu bildirmişdir. Sənədlərin alınması məqsədi ilə xx.xx.2020-ci il tarixli **********013700 nömrəli məktubla məhkəməyə müraciət edilmişdir. Eyni zamanda yoxlama üçün zəruri olan sənədlər yoxlamaya təqdim edilmədiyindən Vergi Məcəlləsinin 36.3-cü maddəsinə uyğun olaraq, iddiaçı MMC-nin digər şəxslərlə əlaqədar fəaliy yəti barədə vergi yoxlamasının predmetinə aid olan sənədlərin və məlumatların alınması üçün aidiyyəti üzrə məktublarla müraciət edilmiş və cavablar alınmışdır. Səyyar vergi yoxlaması baza, alınmış bank məlumatları, qarşılıqlı əlaqələr və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılmışdır.

7. Səyyar vergi yoxlaması nəticəsində müəyyən edilmişdir: Əlavə dəyər vergisi üzrə: İddiaçı MMC tərəfindən illər üzrə müvafiq EVHF əldə etməklə "xxxx" QSC-dən müxtəlif növ yanacaq alınmışdır. İddiaçı MMC-nin digər şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan sənədlərin və məlumatların alınması üçün aidiyyəti üzrə məktublarla müraciət edilmişdir. Alınmış cavablarda əldə edilmiş yanacağın istifadəsi və satılması barədə heç bir məlumat əldə etmək mümk ün olmamışdır. Həmin yanacağın ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri nəzərə alınmaqla yanacağın satmalı olduğu qiymət nəzərə alınaraq (ƏDV-siz, yol vergisiz) 52138307,56 manat müəyyən edimişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək ƏDV-siz dəyəri 52841194,55 manat olan EVHF təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq Vergi Məcəlləsinin 67.15-ci və 159.1-ci maddələrinə əsasən əldə edilən yanacağın satışa verildiyi və yoxlama ilə cəmi (52841194,55+52138307,56)104979502,11 manat ƏDV-siz dövriyyə müəyyən edilmişdir. Beləliklə səyyar vergi yoxlaması ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstəri lən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1884644.52 manat azaldılmasına görə 50% məbləğində, yəni 942322,26 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

8. Mənfəət vergisi üzrə: Dövlət Vergi Xidmətinin baza məlumatlarına əsasən, “Greenroom" MMC-nin ƏDV depozit hesabından alınan çıxarışa əsasən 9500056.68 manat ƏDV məbləği daxil olmuşdur. Vergi ödəyicisi yoxlamanın əhatə etdiyi dövrdə gəlir və xərclərin uçotunu kassa metoduna əsasən apardığı üçün, mədaxil olan məbləğ əsasında ********.67 manat dövriyyə müəyyən edilərək mənfəət vergisinin hesablanmasında əsas olaraq götürülmüşdür. Səyyar vergi yoxlaması zamanı alınmış bank məlumatlarına əsasən “Greenroom" MMC-nin bank hesablarına ********.00 manat məbləğ mədaxil olmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim ed ilmiş mənfəət vergisi bəyannaməsində göstərilən xərc məbləğlərinin bilavasitə malların təqdim edilməsi ilə bağlı olub-olmaması barədə yoxlamaya heç bir sənəd təqdim edilmədiyindən və MMC-nin rəhbərinin xx.xx.2020-ci il tarixli izahatına əsasən görülmüş işlər barədə onda heç bir sənədin olmadığını bildirdiyindən qeyd olunan xərc yoxlama ilə nəzərə alınmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsi rəhbər tutularaq Nazirlər Kabinetinin 01 mart 2001- ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü il tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət müəyyən e dilmişdir. Beləliklə, vergi ödəyicisinin 1235914.42 manat mənfəət vergisinin azaldığı, 511.24 manat mənfəət vergisinin artıq hesablandığı müəyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1235914.42 azaldılmasına görə 50% məbləğində, yəni 617957.21 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlamasının nəticələri xx.xx.2020-ci il tarixli **********198795 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akta əsasən xx.xx.2020-ci il tarixli **********137139 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş və qeyd olunan qərara əsasən 4681007.18 manat məbləğində (o cümlədən Vergilər Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 1884644.52 manat əlavə dəyər vergisi üzrə və NK-ə 55 saylı qərarına əsasən 1235403.18 manat mənfəət vergisi üzrə əlavə vəsait hesablanması, vergi hüquqpozuntusuna yol verdiyinə görə Məcəllənin 58.1-ci maddəsinə əsasən 1560959.48 manat maliyyə sanksiyası tətbiq edilmişdir) əlavə vergi hesablanmışdır.

9. Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(118)-38/2022 nömrəli qərarı (hakim: İ.Quliyev) ilə iddia təmin edilərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********137139 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ləğv edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5ci maddəsinin tələbləri pozulmaqla aparılmış, 2016-cı il üzrə hesablanmış mənfəət vergisi hesablama müddəti başa çatandan sonra hesablanmış, cavabdeh vergi orqanı şərti rentabellik norması tətbiq etməklə Vergi Məcəlləsinin 67-ci maddəsində sadalanan ardıcıllığı gözləməmiş, ƏDV məbləği ilə bağlı isə təkrarlanan elektron vergi hesab fakturalarına görə vergi hesablanmışdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilib iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Suçqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 sentyabr 2022-ci il tarixli, 2-1(105)-523/2022 nömrəli qərarı (hakimlər: H.Babayeva (sədrlik edən və məruzəçi ), Z.Məmmədov və F.Məmmədov ) ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(118)-38/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlilləri işin halları, iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin məzmunu ilə eynidir. Bundan başqa əlavə olaraq qeyd edilmişdir ki, müəssisədə aşkar edilmiş vergidən yayınma hallarına görə xx.xx.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayə t işi başlanmışdır. İstintaqda alınmış Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/3176 nömrəli ekspert rəyi ilə hesablama tam təsdiqlənmişdir.Lakin apellyasiya məhkəməsi bunları nəzərə almamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Vergi Məcəlləsi: Maddə

3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə

23. Vergi orqanlarının hüquqları Maddə 23.1.1. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və sə yyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Maddə

32. Səyyar vergi yoxlaması 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Maddə

36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəm iyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə

38. Səyyar vergi yoxlaması 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. Maddə

53. Vergi q anunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə

57. Hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyal arı 57.1. Hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada apar madıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi t ərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.4 Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmə k mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə

83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə

153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 18. “İnzibati icraat haqqında” Qanun: Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddı

47. Sübutların qiymətləndirilməsi Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və h üquqi hallara müvafiq olaraq qiymət verir.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı nın iddianın təmin edilmiş hissəsində ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya inst ansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhk əməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv olunması” ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır.Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. Səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, müəyyən qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənk ənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də cavabdehin istinad etdiyi vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).

29. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması mə qsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkəna r səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir.

30. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüq uqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

31. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə 20 sentyabr 2019-cu il tarixli **********190667 saylı qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vaci bliyini əsaslandırmamışdır.

32. Bundan əlavə, vergi orqanı həmin əlaqəli məlumatların nə olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktında da qeyd etməmişdir.

33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdır ma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

34. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qayd ada araşdırma aparılmasını tələb etmək düzgün deyildir. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keç irilə bilər.

35. Növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına, o cümlədən VM-in 38.3.5-ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkən ar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verır.

36. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, VM-in 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir.

37. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiy i cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamış, yoxlamanın başlama əsasları barədə dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçı müəssisəyə bildirildiyi, iddiaçı müəssisəyə həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, VM-nin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm d ə onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

38. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunve riciliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir.

39. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəli yinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).

40. Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hü quqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.

41. Bundan əlavə, cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə iddiaçı barəsində 2016-cı il üzrə 808767,89 manat, 2017-ci il üzrə 427146,53 manat mənfəət vergisi, həmin məbləğin 50 %-i miqdarında 213573,27 manat maliyyə sanksiyası, 2019-cu il üzrə 1884644,52 manat əlavə dəyər vergisi, həmin məbləğin 50 %-i miqdarında 942322,26 manat maliyyə sanksiyası hesablanmışdır.

42. Kollegiya apellyasiya məhkəməsinin qənaəti ilə razılaşaraq iddiaçı barəsində hesablanmış mənfəət vergisi ilə bağlı aşağıdakıları qeyd edir:

43. Cavabdeh vergi orqanı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama 2016-cı ilin noyabr ayından 2019-cu ilin oktyabr ayınadək olan dövrləri əhatə etmişdir.

44. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında cavabdehin qərarından görünür ki, vergi ödəyicisinə 2016-cı il üzrə 808767,89 manat, 2017-ci il üzrə 427146,53 manat mənfəət vergisi, həmin məbləğin 50 %-i miqdarında 213573,27 manat maliyyə sanksiyası hesablanmışdır.

45. Bununla bağlı apellyasiya məhkəməsi düzgün olaraq qeyd edir ki, mübahisələndirilən inzibati akt cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Qərar qəbul edilərkən 2016-cı il üzrə hesablanmış mənfəət vergisi qanunla müəyyən olunmuş hesablama müddəti başa çatdıqdan sonra aparılmışdır. Belə ki, mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir və 31 dekabr 2016-cı il tarixdə həmin müddət başa çatır. Vergi Məcəlləsinin 83.3-cü maddəsinin yoxlama dövründə qüvvədə olan redaksiyasına görə, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəl lənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 85.4-cü maddəsinin yoxlama dövrü üzrə mövcud redaksiyasına görə, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Göstərilən normalara sonrakı dəyişikliklər iddiaçının yoxlama dövründə qüvvədə olmadığı üçün onun barəsində tətbiq oluna bilməz. Qeyd olunan normalara əsasən müəyyən olunur ki, cavabdehin 2016-cı ilin mənfəət vergi si üzrə hesablama aparmaq hüququ 31 dekabr 2019-cu il tarixində başa çatmışdır. Lakin cavabdeh mübahisələndirilən inzibati aktı həmin tarixdən 5 ay, 11 gün sonra qəbul etmiş, bununla yuxarıda sadalanan maddələrin tələbləri pozulmuşdur.

46. Həmçinin, kollegiya onu da diqqətə çatdırır ki, vergi orqanı tərəfindən iddiaçıya 2016-cı il üzrə 808767,89 manat mənfəət vergisi hesablanarkən həmin məbləğin 50 %-i miqdarında maliyyə sanksiyası hesablanmamışdır. Bu isə bir daha vergi orqanının 3 illik müddəti ötürməklə mənfəət vergisini yenidən hesabladığını təsdiq etmiş olur.

47. Həmçinin, işdən görünür ki, cavabdeh həm 2016-cı, həm də 2017-ci il üzrə mənfəət vergisini müəyyən edərkən birbaşa şərti rentabellik norması tətbiq etməklə Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini pozmuşdur.

48. Vergi Məcəlləsinin 67.4-cü maddəsində deyilir ki, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.

49. Göründüyü kimi, qanunverici vergilərin hesablanmasında vergi orqanına əvvəlcə əlaqəli məlumatlardan istifadə edilməsi, belə araşdırma kifayət etmədikdə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarına istinad edilməsinə, qeyd olunan hər iki növ araşdırma mexanizmləri tükəndikdə isə Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması əsasında mənfəət vergisinin hesablanmasına icazə vermişdir.

50. Lakin hazırki mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi q aydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki, həmin Məcəllənin 67ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan, həmçinin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin məlumatlarından istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur.

51. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 m art 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları” nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir.

53. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfind ən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur.

54. Kollegiya iş materiallarını və işin müəyyən edilmiş həqiqi hallarını əsas götürərək hesab edir ki, cavabdeh orqan tərəfindən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin mənfəətinin hesablanması qanuni sayıla bilməz.

55. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.

56. İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

57. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı iddiaçıya mənfəət vergisi üzrə 1235914,42 manat vergi məbləği və 213573,27 manat maliyyə sanksiyası hesablamaqda haqlı olmamışdır.

58. Məhkəmə kollegiyası iddiaçı barəsində hesablanmış ƏDV vergisi ilə aşağıdakıları qeyd edir:

59. Səyyar vergi yoxlaması aktının 11 və 12-ci səhifələrindən görünür ki, vergi ödəyicisi tərəfindən illər üzrə müvafiq olaraq EVHF əldə edilməklə "xxxx" QSC-dən 2016cı il ərzində ƏDV-li 19200423,02 manat, 24279,7 ton, xx.xx.2017-ci il tarixdən xx.xx.2017ci il tarixədək ƏDV-li 19745705,12 manat, 24969,2 ton, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ƏDV-li 14796584,12 manat, 14109,7 ton və 2018-ci il ərzində ƏDV-li 1266267,82 manat, 1202,7 ton yanacaq alınmışdır. Vergi ödəyicisi tərəfindən “vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamədə göstərilən sənədlər yoxlamaya təqdim edilməmiş, həmçinin, yoxlama üçün zəruri olan sənədlər yoxlamaya tam təqdim edilmədiyindən VM-nin 36.3-cü maddəsinə əsasən vergi ödəyicisinin digər şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan sənədlərin və məlumatların alınması üçün aidiyyatı üzrə məktublarla müraciət edilmiş, lakin alınmış cavablardan əldə edilmiş yanacağın istifadəsi və satılması barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. Bu baxımdan, həmin yanacağın ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri nəzərə alınmaqla yanacağın satılmalı olduğu qiymət (ƏDV-siz, yol vergisiz) 2016-cı ildə 18329136,28 manat, 2017-ci ildə 32634133,96 manat, 2018-ci ildə 1175037,32 manat, cəmi 52138307,56 manat müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək ƏDV-siz dəyəri 52841194,55 manat dəyərində EVHF təqdim edilmi şdir. Göstərilənlərə əsasən, yanacaq satışa verildiyindən vergi ödəyicisinin ümumilikdə, 104979502,11 manat (52841194,55 + 52138307,56) dövriyyəsi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2016, 2017 və 2018-ci illər üzrə cəmi, 94509254,8 manat cari dövriyyə təqdim edildiyindən 10470247,31 manat (104979502,11 - 94509254,8) əlavə dövriyyə müəyyən edilmiş, 2019cu ilin oktyabr ayı üzrə 884644,52 manat (10470247,31x 18%) əlavə dəyər vergisinin azaldığı müəyyən edilmişdir.

60. İş materiallarından görünür ki, yoxlama dövrü 2016-cı ilin noyabr ayından başlasa da, vergi orqanı iddiaçıya 2016-cı ilin yanvar ayından alınmış yanacağa görə vergi məbləği hesablamışdır.

61. Bununla bağlı kollegiya qeyd edir ki, səyyar vergi yoxlaması aktında qeyd olunur ki, iddiaçı MMC "xxxx" QSC-dən 2016-cı il ərz ində 24279,7 ton yanacaq almışdır.

62. İş materiallarında olan (iş cild 2, vərəqə səh.166) vergi ödəyicisinin aldığı mallar barədə məlumat cədvəlindən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" QSC-dən xx.xx.2016-cı il tarixində 2551,264 ton, xx.xx.2016-cı il tarixində isə 1460,256 ton, ümumilikdə 2016-cı ilin noyabr, dekabr ayları ərzində 4011,52 ton yanacaq alınmışdır.

63. Beləliklə, yoxlama dövrü 2016-cı ilin noyabr, 2019-cu ilin oktyabr ayınadək olan dövrü əhatə etsə də, vergi orqanı 2016-cı ilin yanvar ayından alınan mallara görə iddiaçıya əsassız olaraq ƏDV məbləği hesablamışdır.

64. Həmçinin, iş materialalrından görünür ki, cavabdeh vergi orqanı tərəfindən məhkəməyə iddiaçı MMC-yə ƏDV hesablanmasında nəzərə alınan 194 ədəd təkrarlanan EVHF barədə cədvəl təqdim etmişdir.

65. İş materi allarında olan (iş cild 3, səh.5) cavabdeh vergi orqanı tərəfindən təqdim edilən cədvəllərdən görünür ki, iddiaçı MMC-nin dövriyyəsi 104979502,11 manat, 2019-cu ilin oktyabr ayı üzrə ƏDV məbləği 1884644,52 manat, maliyyə sanksiyası ilə birlikdə 2826966,77 manat olmuşdur. Təkrarlanan EVHF çıxıldıqdan sonra iddiaçının cəmi dövriyyəsi 99234443,81 manat müəyyən edilərək, 2019-cu ilin oktyabr ayı üzrə ƏDV məbləği 850534,02 manat, maliyyə sanksiyası ilə birlikdə 1275801,03 manat olmuş, bununla da maliyyə sanksiyası daxil olmaqla 1551165,74 manat məbləğin (2826966,771275801,03=1551165,74) azaldılmalı olduğu qeyd edilmişdir.

66. Lakin, təkrarlanan EVHF çıxıldıqdan sonra tərtib edilən cədvəldən görünür ki, iddiaçının 2016-cı il üzrə EVHF əsasında aldığı yanacaq 20499,641 ton qeyd edilmişdir. Belə k i, vergi orqanı son olaraq hesabladığı 850534,02 manat ƏDV məbləğini 2016-cı ilin yanvar ayından alınan yanacağı da yoxlama dövrünə aid etməklə hesablamışdır. Cavabdehin dəlillərinə görə vergi orqanı həm də yanacağın pərakəndə satış qiymətinə uyğun olaraq ƏDV məbləği hesablamışdır.

67. İddiaçı isə yanacağın satışı pərakəndə qaydada deyil, hər tonuna 50,0 manat ticarət əlavəsi əlavə edilməklə həyata keçirilmiş, lakin hətta malların vergi orqanının qeyd etdiyi kimi pərakəndə satışının həyata keçirildiyi nəzərə alınsa belə, iddiaçı MMC-nin bu halda da vergi öhdəliyi yaranmayacağını qeyd etmişdir.

68. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 16 dekabr 2021-ci il tarixli, 9/7931 nömrəli məhkəmə-mühasibatlıq ekspertiza sının ekspert rəyindən görünür ki, yoxlama dövründə İddiaçı MMC tərəfindən alınan yanacağın həcmi 40463,1164 ton, yoxlama dövründə MMC tərəfindən alınan yanacağın dəyəri (ƏDV-siz) və yol vergisiz 30517752,95 manat, yoxlama dövründə alınan yanacağın həcminə Tarif Şurası tərəfindən müəyyən olunan pərakəndə satış qiymətləri tətbiq edilərsə, satılan yanacağın dəyəri (ƏDV-siz) və yol vergisiz ********.21 manat, yoxlama dövründə alınan yanacağın həcminə Tarif Şurası tərəfindən müəyyən olunan pərakəndə satış qiymətləri tətbiq edilərsə ödənilməli olan ƏDV məbləği 6.110300,74 manat (33946115,21x18%), yoxlama dövründə alınan yanacağın həcminə, yəni hər tonuna 50,0 manat (ƏDV-siz) əlavə olunarsa satılan yanacağın dəyəri (ƏDV-siz) 32540908,77 manat, yoxlama dövründə alınan yanacağın həcminə, yəni hə r tonuna 50,0 manat (ƏDV-siz) əlavə olunarsa ödənilməli olan ƏDV məbləği 5857363,58 manat (32540908,77x18%), yanacağın alışına dair elektron vergi hesab fakturaları və tarif şurasının müəyyən etdiyi yanacağın pərakəndə satış qiyməti nəzərə alınarsa, yoxlama ilə əhatə olunan dövr ərzində ödənilməli olan ƏDV 617105,21 manat ((33946115,2130517752,95 manat) x 18%) müəyyən edilmişdir. Qeyd edilir ki, yanacağın alışına dair elektron vergi hesab fakturaları və tarif şurasının müəyyən etdiyi yanacağın pərakəndə satış qiyməti nəzərə alınmaqla yoxlama ilə əhatə olunan dövr ərzində ödənilməli olan ƏDV üzrə hesablama aparılarkən özünün təqdim etdiyi bəyannamə məlumatları və yoxlama aktında öz əksini tapmış 386405,82 manat (səyyar vergi yoxlaması aktının tərtib olunma tarixinə) artıq ödəniş məbləği sua lda göstərilmədiyindən hazırkı tədqiqat zamanı nəzərə alınmadı. Yəni 617105,21 manat ƏDV məbləğindən çıxılmadı.

69. Kollegiya hesab edərək qeyd edir ki, ekspert rəyindən göründüyü kimi yoxlama dövründə alınan yanacağın həcminə Tarif Şurası tərəfindən müəyyən olunan pərakəndə satış qiymətləri tətbiq edilərsə, satılan yanacağın dəyəri (ƏDV-siz və yol vergisiz) 33946115,3 manat, yoxlama dövründə yanacağın həcminə, yəni hər tonuna 50,0 manat (ƏDV-siz) əlavə olunarsa, satılan yanacağın dəyəri (ƏDV-siz) 32540908,77 manat müəyyən edilmişdir.

70. Belə ki, iddiaçının aldığı yanacağın həcminə Azərbaycan Respublikası Tarif(qiymət) Şurası tərəfindən müəyyən olunan pərakəndə satış qiymətləri (2016-cı ildən xx.xx.2017-ci il tarixədək yanacağın 1 tonunun pərakəndə satış qiyməti (ƏDV-li, yol vergisiz) – 8 90,8 manat; xx.xx.2017-ci il tarixdən yanacağın 1 tonunun pərakəndə satış qiyməti (ƏDV-li, yol vergisiz) – 1152,8 manat) tətbiq olunarsa aşağıdakı satış dövriyyəsi yaranır: 2016-cı il - 4011,52 (yanacağın həcmi) x 890,8 (1 tonun satış qiyməti) = 3573462,02 x 18% (məbləğin içərisindən ƏDV çıxarılması) = 3028357,64 manat (ƏDV-siz); xx.xx.2017-ci il tarixədək - 21139,1084 (yanacağın həcmi) x 890,8 (1 tonun satış qiyməti) = 18830717,8 x 18% (məbləğin içərisindən ƏDV çıxarılması) =15958235,4 manat (ƏDV-siz); xx.xx.2017- xx.xx.2017-ci il - 14109,726 (yanacağın həcmi) x 1152,8 (1 tonun satış qiyməti) = 16265692,1 x 18% (məbləğin içərisindən ƏDV çıxarılması) = 13784484,9 manat (ƏDV-siz); 2018-ci il - 1202,762 (yanacağın həcmi) x 1152,8 (1 tonun satış qiyməti) = 1386544,03 x 18% (məbləğin içərisind ən ƏDV çıxarılması) = 1175037,32 manat (ƏDVsiz). Cəmi ƏDV-siz satış məbləği: 3028357,64 + 15958235,4 + 13784484,9 + 1175037,32 =33946115,3 manat təşkil edir.

71. Beləliklə, qeyd olunanlara əsasən müəyyən edilir ki, yanacağın pərakəndə satış qiyməti nəzərə alınarsa, iddiaçının yoxlama dövründə ümumi satış dövriyyəsi 86787309,76 manat (33946115,21 + 52841194,55), 50,0 manat ticarət əlavəsi tətbiq edilməklə müəyyən edilən satış dövriyyəsi isə 85382103,2 manat (32540908,77 + 52841194,55) təşkil edir. İddiaçı isə cavabdehin də qeyd etdiyi kimi yoxlama dövrü üzrə 94509254,8 manat ƏDV dövriyyəsi bəyan etmişdir.

72. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı MMC tərəfindən malların pərakəndə qaydada satışının həyata keçirildiyi qəbul edilsə belə, iddiaçının ƏDV üzrə hər hansı əlav ə vergi öhdəliyi yaranmamışdır.

73. Bundan başqa iş materiallarında olan (iş cild 3, səh.163) vergi ödəyiciləri tərəfindən alınmış VHF barədə hesabat cədvəlindən görünür ki, "xxxx" QSC tərəfindən 6 ədəd VHF üzrə 455993,96 manat ƏDV məbləği 2016-cı ilin may, iyun, oktyabr aylarında əvəzləşdirilərək İddiaçı MMC-yə ödənilmişdir.

74. Cədvəldən göründüyü kimi qeyd olunan vergi hesab fakturaları üzrə ƏDV məbləği yoxlama dövründən əvvəl əvəzləşdirilmişdir. Bu baxımdan, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır.

75. Bundan əlavə, vergi orqanının mübahisələndirilən qərarı ilə iddiaçı MMC barəsində Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən (arayışın vaxtında təqdim edilməməsinə görə) 2018-ci ilin fevral, mart, aprel, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2019-cu ilin yanva r, fevral, mart, aprel, may, iyun, iyul, sentyabr, oktyabr ayları üzrə hər ay üçün 40 manat olmaqla, ümumilikdə, 680 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

76. Eyni zamanda iddiaçı MMC tərəfindən təqdim edilmiş hüquqi şəxsin fəaliyyətinin dayandırılması və fəaliyyətin bərpa edilməsi barədə arayışlardan görünür ki, "xxxx" MMCnin (hazırkı İddiaçı MMC) fəaliyyəti xx.xx.2018-ci il tarixdə dayandırılmış, xx.xx.2018-ci il tarixdə bərpa edilmiş, yenidən xx.xx.2018-ci il tarixdə dayandırılmış, xx.xx.2018-ci il tarixdə bərpa edilmiş, daha sonra xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılmışdır.

77. Beləliklə, müəssisə ilk dəfə fəaliyyətini xx.xx.2018-ci il tarixdə dayandırmış, xx.xx.2018-ci il tarixdə təqdim edilmiş ərizə ilə fəaliyyəti bərpa olunmuşdur. Müəssisə yenidən xx.xx.2018-ci il tarixdə fəaliyyətini dayandırmış, xx.xx.2018-ci ildə yeni ərizə ilə fəaliyyəti bərpa olunmuşdur. Sonuncu dəfə isə müəssisə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fəaliyyətini dayandırmışdır.

78. Göründüyü kimi, maliyyə sanksiyasının tətbiq olunduğu 2018-ci ilin fevral, mart, aprel, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2019-cu ilin isə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, sentyabr və oktyabr ayları müəssisənin fəaliyyəti dayandırılmış vəziyyətdə olmuşdur. Odur ki, iddiaçının fəaliyyətinin dayandırıldığı aylar üzrə arayış təqdim etməməsi səbəbi ilə cavabdeh Vergi Məcəlləsinin 57.1-ci maddəsinə görə hər ay 40 manat, cəmi 680 manat maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmamışdır.

79. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi nin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

80. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 sentyabr 2022-ci il tarixli, 2-1(105)-523/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar