Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2486/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş gömrük ödənişinin geri qaytarılması, müvafiq rəyin tərtib edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “artıq ödəmən in geri qaytarılması tələbinə dair” inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2-1(103)848/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MMC Bakı Baş Gömrük İdarəsinə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixli, **********3134 nömrəli, **********3127 və **********2674 nömrəli gömrük bəyannamələri əsasında müvafiq olaraq ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh hərəkətsizlik nümayiş etdirərək müraciətə hər hansı cavab verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək -xx.xx.2021-ci il tarixli - **********3134, **********3127 və **********2674 nömrəli gömrük bəyannamələri əsasında müvafiq olaraq artıq ödənilmiş gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə qərar qəbul edilməsi və artıq ödənilmiş gömrük rüsumlarının İddiaçı MMC-yə qaytarılması barədə rəy verilməsi vəzifəsinin cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə 25 dekabr 2020-ci il tarixdə xarici şirkətlər arasında bağlanmış müqaviləyə əsasən üç gömrük bəyannaməsi ilə 5010 ədəd “Renepas Oral 200 ML”, 10800 ədəd “Vitacold Ester C Tablet № 20” və 2995 ədəd “Muttarin Tablet № 30” dərman məhsulu i dxal olunmuşdur. 5010 ədəd “Renepas Oral 200 ML” dərman məhsulunun invoys dəyəri 5010 ABŞ dollar, gömrük dəyəri 9231 manat təşkil etdiyindən, 3472,47 manat gömrük ödənişi edilməli olduğu halda, gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 24347,40 manat göstərilməsini tələb etmiş və buna görə də iddiaçı 9116,82 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən sözügedən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində iddiaçı 5644,35 manat (9116,82-3472,47=5.644.35) artıq gömrük ödənişi etmişdir. Həmçinin 10800 ədəd “Vitacold Ester C Tablet № 20” dərman məhsulunun invoys dəyəri 12960 ABŞ dollar, gömrük dəyəri 22423 manat təşkil etdiyindən,iddiaçı 8323,61 manat gömrük ödənişi etməli olduğu halda, gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 46704,10 manat göstərilməsini tələb etmiş və buna görə də iddiaçı 17027,37 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən sözügedən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində iddiaçı 8703,76 manat (17027,37- 8323,61=8703,76) artıq gömrük ödənişi etmişdir. Bununla yanaşı 2995 ədəd (38 qutu) “Muttarin Tablet № 30” dərman məhsulunun invoys dəyəri 5990 ABŞ dollar, gömrük dəyəri 10268 manat təşkil etdiyindən iddiaçı 4019,68 manat gömrük ödənişi etməli olduğu halda, gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 20926,07 manat göstərilməsini tələb etmiş və buna görə də iddiaçı 7824,61 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən sözügedən məhsulun gömrük dəyərinin yüksək göstərilməsi nəticəsində iddiaçı 3804,93 manat (7824,61- 4019,68=3804,93) artıq gömrük ödənişi etmişdir. Qeyd olunan ödənişlər barədə rəsmi sənədlər (invoys və ödəniş tapşırıqlarını) gömrük orqanına təqdim edilmişdir. Göründüyü kimi, dərman məhsullarının alınması ilə bağlı edilən ödənişlər 5010 ədəd “Renepas Oral 200 ML” məhsulu üçün 5010 ABŞ dollar, 10800 ədəd “Vitacold Ester C Tablet № 20 məhsulu üçün 12960 ABŞ dolları və 2995 ədəd “Muttarin Tablet № 30” məhsulu üçün 5990 ABŞ dolları təşkil etmiş və bu barədə gömrük orqanına verilən məlumat dəqiq olmaqla bərabər sənədlərə əsaslanmışdır. İddiaçı həmin sənədlərdə göstərilən məlumatlara əsasən gömrük ödənişlərini hesablayaraq gö mrük bəyannaməsini vergi orqanına təqdim etsə də, gömrük orqanı həmin bəyannamədən imtina etmiş, malların gömrük dəyərini əsassız yerə daha yüksək qiymətləndirmiş, əvvəlki bəyannamədən imtina etməsinin səbəbləri barədə bildiriş təqdim edilməmişdir. Odur ki, gömrük orqanı tərəfindən bəyannamədə məhsulların gömrük dəyərlərinin müvafiq olaraq 24347,40 manat, 46704,10 manat və 20926,07 manat kimi göstərilməsi tələb olunmuş, son nəticədə gömrük orqanı tərəfindən şirkətdən hər məhsul üzrə 5644,35 manat, 8703,76 manat və 3804,93 manat artıq pul tutulmuşdur. Odur ki, artıq ödənilmiş həmin məbləğlərin geri qaytarılması barədə müvafiq qərar qəbul edilməsi və rəy verilməsi üçün rəsmi qaydada Bakı Baş Gömrük İdarəsinə müraciət olunmuş,ancaq həmin müraciət 17 may 2021-ci il tarixdə cavabdeh tərəfindən rəsmi qaydada qəbul edilməsinə baxmayaraq bu günə kimi cavablandırılmamışdır.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli, **********3134 sorğu nömrəli, **********3127 və **********2674 sorğu nömrəli gömrük bəyannamələrinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmış və həmin bəyannamələrin 46-cı qrafasında göstərilmiş malın statistik dəyəri iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Bununla da iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında heç bir mübahisə qalmamışdır. Buna rəğmən iddiaçı iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi və gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni sonradan mübahisələndirmiş və məhkəməyə müraciət etmişdir. Eyni zamanda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1-ci bəndində göstərilir ki, gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır:2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləğ hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. İddiaçı ərizəsində bu hallardan hansının baş verdiyini əsaslandırmamışdır. İddiaçı artı q ödənildiyini iddia etdiyi məbləğin tərkibinin gömrük rüsumu təşkil etdiyini göstərsə də iddiaçının dövlət büdcəsinə ödədiyi vəsaitin əlavə dəyər vergisi və gömrük rüsumundan ibarət olduğu idarə tərəfindən müəyyənləşdirilmiş, gömrük bəyannaməsinin gömrük dəyəri əks olunan qrafası gömrük orqanı tərəfindən doldurulmamışdır. Gömrük orqanı ilə gömrük dəyəri ilə bağlı mübahisə olsaydı belə “Gömrük tarifi haqqında” Qanunun 11-ci maddəsinə əsasən iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəmədə mübahisələndirmək hüququna malik olmuş, lakin bu barədə iddia tələbi irəli sürməmiş, bəyannamə əsasında gömrük ödənişlərini ödəmiş, bundan sonra gömrük rəsmiləşdrilməsi həyata keçirilərək yük buraxılmışdır. Gömrük orqanı iddiaçının özünün təqdim etdiyi gömrük bəyannaməsi əsasında gömrük rəsmiləşdi rilməsi həyata keçirdiyindən həmin rəsmiləşdirmənin qanunsuz hesab edilməsi barədə əsaslar yoxdur.
6. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(118)-8528/2021 nömrəli qərarı (hakim: X11) ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, gömrük bəyannaməsinin gömrük dəyəri əks olunan qrafası gömrük orqanı tərəfindən deyil, iddiaçı tərəfindən doldurulduğundan, həmçinin iddiaçı təqdim etdiyi xx.xx.2021-ci il tarixli, **********3134 nömrəli, **********3127 nömrəli və **********2674 sorğu nömrəli bəyannamələrdə göstərilən məlumatların düzgünlüyünü özü gömrük orqanına təqdim etdiyindən, gömrük orqanı da öz növbəsində təqdim edilən bəyannamələri təsdiq etdiyindən, hazırkı iddia əsassızdır və təmin olunmamalıdır.
8. İddiaçı həmin qərardan apellyasiy a şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2-1(103)-763/2022 nömrəli qərarı (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X4 və X15) ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(118)-8528/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddiaçının iddia tələbi təmin edilmiş, xx.xx.2021-ci il tarixli, **********3134, **********3127 və **********2674 nömrəli gömrük bəyannamələri əsasında müvafiq olaraq artıq ödənilmiş gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə rəy verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən malların gömrük dəyəri hesablanarkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuşdur. Belə ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Həmin Qanunun 11.2ci maddəsinə əsasən aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri n əzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün heç bir yazılı bildiriş təqdim edilməmişdir. Eləcə də, həmin Qanunun 12.1-ci maddəsinə əsasən iddiaçıya gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin hansı üsullarla müəyyən edildiyi bildirilməmişdir.
11. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin həmin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c. kassasiya instansiyası mə hkəməsində birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1450/2022 nömrəli qərarı (hakimlər: Quliyev Zakir Müslüm oğlu (sədrlik edən və məruzəçi), X2 və Kərimov Səyyad Əli oğlu) ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iddiası iki tələbdən, yəni iddiaçının qənaətinə görə ödənişlərin iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsi (birinci tələb) və artıq ödənilmiş gömrük rüsumlarının iddiaçıya qaytarılması barədə rəy verilməsi (ikinci tələb) cavabdehin üzərinə qoyulmasından ibarətdir. Lakin apellyasiya məhkəmə si hazırkı inzibati mübahisəni həll edib məhkəmə qərarı qəbul edərkən prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, apellyasiya məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarının nəticə hissəsində məhkəmə İddiaçı MMC-nin iddiasının təmin edilməsini göstərsə də, iddiaçının iddiasında irəli sürülmüş, birinci tələb üzrə hansı nəticəyə gəlməsi barədə heç nə qeyd etməmiş, həmin birinci tələbə hüquqi qiymət verilməmişdir, apellyasiya məhkəməsi öz qərarında “xx.xx.2021-ci il tarixli, **********3134, **********3127 və **********2674 nömrəli gömrük bəyannamələri əsasında müvafiq olaraq artıq ödənilmiş gömrük ödənişlərinin İddiaçı MMCyə qaytarılması barədə rəy verilməsi vəzifəsi cavabdeh Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin” yazmaqla kifayətlənmişdir. ç. apellyasiya instans iyası məhkəməsində ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2-1(103)-848/2023 nömrəli qərarı (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X6 və X3) ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(118)-8528/2021 nömrəli qərarı ləğv edilmiş, xx.xx.2021-ci il tarixli - **********3134, **********3127 və **********2674 nömrəli gömrük bəyannamələri əsasında, müvafiq olaraq artıq ödənilmiş gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə qərar qəbul edilməsi və artıq ödənilmiş gömrük ödənişlərinin ona qaytarılması barədə rəy verilməsi vəzifəsi cavabdeh Bakı Baş Gömrük İdarəsinə həvalə edilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsinin həmin qərarından ca vabdeh tərəfindən kassasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixli, **********3134, **********3127 və **********2674 sorğu nömrəli gömrük bəyannamələrinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Bəyannamələrin 46-cı qrafasında göstərilmiş malın statistik dəyəri iddiaçı tərəfindən verilmiş məlumat lar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Bununla da iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında heç bir mübahisə qalmamışdır. Buna rəğmən iddiaçı iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi və gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannamələrdəki məlumatları sonradan mübahisələndirmiş və məhkəməyə müraciət etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: Maddə
1. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar 1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömr ük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi; 1.0.2. bəyannaməçi – gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs; Maddə 40.4 Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Maddə
224. Gömrük ödənişləri 224.1. Bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, komp ensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır:i 224.1.1. gömrük rüsumları; 224.1.2. əlavə dəyər vergisi; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. 224.2. Gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan istifadə, həmçinin gömrük ödənişləri il ə bağlı güzəştlər və başqa məsələlər bu Məcəllə və Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan digər normativ hüquqi aktlarla müəyyən edilir. 224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. 224.6. Gömrük rüsumlarının dərəcələri göstərilməklə, bu dərəcələrin həm malların adları, həm də kodları üzrə axtarışının həyata keçirilməsinə, qanunla nəzərdə tutulmuş digər gömrük ödənişlərinin məbləğlərinin öyrənilməsinə imkan verən, malları gömrük sərhədindən keçirən şəxslərin istifadəsi üçün nəzərdə tutulan və istifadəsi sadə olan elektron avadanlıqlar gömrük sərhəd buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi yerlərdə yerləşdirilməlidir. Maddə
225. Gömrük rüsumları 225.1. Gömrük rüsumlar ı bəyan edilən malların yerləşdirilməsi üçün seçilmiş gömrük prosedurunun tələbləri əsasında, normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur. Maddə
226. Gömrük rüsumlarının növləri 226.0. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı gömrük rüsumları tətbiq edilir: 226.0.1. advalor - malların gömrük dəyərinə görə nisbətən faizlə hesablanan; 226.0.2. spesifik - malın vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanan; 226.0.3. kombinə edilmiş – yuxarıda göstərilən hər iki gömrük rüsum növlərinin birləşdirilməsi yolu ilə hesablanan. Maddə
242. Gömrük borcunun hesablanmasının əsasları 242.1. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada m üəyyən edilən gömrük dəyəri əsas götürülür. 242.2. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. 242.3. Gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. 242.4. Gömrük borcunun məbləği gömrük bəyannaməsi verildikdən sonra mümkün qədər qısa müddətdə hesablanmalıdır. 242.5. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği müvafiq icra hakimiyyəti orqanının müəyy ən etdiyi qaydada hesablanır. Maddə
266. Ümumi müddəalar 266.1. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 266.2. Gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 266.3. Şəxsin müraciəti olduqda, gömrük orqanları qaytarılmalı olan gömrük ödənişlərini onun gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edirlər. Maddə
267. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılmalı olduğu hallar 267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla göm rük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda.ii 267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 267.3. Bu Məcəllənin 267.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, gömrük ödənişlərinin qaytarılması gömrük orqanları tərəfindən faizlərin ödənilməsinə səbəb olmur. 267.4. Gömrük ödənişlərinin qaytarılması barədə qərar verildikdən sonra 3 (üç) ay ərzində ödəniş edilmədikdə və bu gecikmə gömrük orqanının (onun vəzifəli şəxslərinin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdikdə, gömrük orqanları tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə faizlər hesablanır və şəxsə ödənilir. Faizlər üç aylıq müddətin başa çatdığı tarixdən gömrük ödənişinin qaytarıldığı tarixədək olan müddət üzrə hesablanır. Maddə
269. Gömrük ödənişlərinin məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması Gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Maddə
270. Gömrük ödənişlərinin qaytarılması barədə müraciət 270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 270.2. Ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır. 270.3. Gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şi kayət verilə bilər. Maddə
322. Gömrük ekspertizasının məqsədi və aparılması qaydaları 322.1. Gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: 322.1.1. malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; 322.1.2. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; 322.1.3. malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; 322.1.4. ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; 322.1.5. malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; 322.1.6. ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; 322.1.7. radi asiya təhlükəsi olan malların müəyyən edilməsi; 322.1.8. malların gömrük dəyərinin təyin olunması; 322.1.9. malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi. Maddə 322.2. Gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. 19. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. gömrük tarifi - gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenkla turasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusu;... 1.1.5. malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsi; Maddə
7. Gömrük dəyərinin müəyyən edilməsi 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. 7.3. Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi qaydalarını bu Qanunun müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 7.4. Malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir. Maddə
8. Malın gömrük dəyərinin bəyan edilməsi 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir. 8.2. Gömrük sərhədindən keçirilən malların bəyan edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 8.3. Gömrük dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun həyata keçirilir. 8.4. Gömrük d əyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. Maddə
10. Bəyannaməçinin hüquq və vəzifələri 10.1. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. 10.2. Bəyannaməçinin gömrük orqanına təqdim etdiyi gömrük bəyannaməsi təqdim edildiyi tarixdən 1 (bir) gün müddətində gömrük orqanı tərəfindən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti ilə əlaqədar olaraq təsdiq edilmədikdə, bəyannaməçi malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciətə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Maddə
11. Gömrük orqanının hüquq və v əzifələri 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 11.2. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük o rqanına təqdim edildiyi andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. Maddə
12. Gömrük dəyərinin müəyyən edilməsi üsulları 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkü n olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. 20. “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması” Qaydaları Bənd
1. Ümumi müddəalar 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra Gömrük Məcəlləsi) 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. Bənd
2. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması halları 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2. 1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Bənd
4. Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. Bənd 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
24. İş in hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaların ın tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Şikayətdə qeyd edilir ki, iddiaçı xx.xx.2021-ci il tarixli, ****** ****3134, **********3127 və **********2674 sorğu nömrəli gömrük bəyannamələrinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Həmin bəyannamələrin 46-cı qrafasında göstərilmiş malın statistik dəyəri iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Bununla da iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında heç bir mübahisə qalmamışdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçının hüquqi marağı xx.xx.2021-ci il tarixli, **********3134, **********3127 və **********2674 nömrəli gömrük bəyannamələri əsasında müvafiq olaraq artıq ödənilmiş gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması və artıq ödənil miş gömrük rüsumlarının İddiaçı MMC-yə qaytarılması barədə cavabdeh tərəfindən rəy verilməsindən ibarətdir.
29. Cavabdeh yuxarıda da qeyd edildiyi kimi ödənişlərin bəyannaməyə uyğun, başqa sözlə, iddiaçı tərəfindən bəyan edilən malların gömrük dəyərinə uyğun həyata keçirilməsinə istinadən onun tərəfindən qanunun tələblərinin pozulmadığını bildirir.
30. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində qeyd etdiyi xüsusatlara razılaşmayaraq öz mövqeyini aşağıdakı kimi əsaslandırılmağı məqsədə müvafiq hesab edir.
31. İş materiallarına əsasən müəyyən edilmişdir ki, 25 dekabr 2020-ci il tarixdə İddiaçı MMC ilə “X8 Ticaret ve Senaye Limited Şirketi” arasında bağlanmış “fason üretim” müqaviləsinə əsasən 5010 ədəd “Renepas Oral 200 ML”, 10800 ədəd “Vitacold Ester C Tablet № 20” və 2995 ədəd “M uttarin Tablet № 30” dərman məhsulu İddiaçı MMC-yə satılmışdır. xx.xx.2021-ci il tarixli, İHC**********012 nömrəli invoysa əsasən 5010 ədəd “Renepas Oral 200 ML” dərman məhsulunun dəyəri 2010 ABŞ dolları, xx.xx.2021-ci il tarixli, İHC**********011 nömrəli invoysa əsasən 10800 ədəd “Vitacold Ester C Tablet № 20” dərman məhsulunun dəyəri 12960 ABŞ dolları, xx.xx.2021-ci il tarixli, İHC**********008 nömrəli invoysa əsasən 2995 ədəd “Muttarin Tablet № 30” dərman məhsulunun dəyəri 5990 ABŞ dolları olaraq müəyyən edilmişdir. İddiaçı idxal etdiyi dərman məhsullarını müvafiq olaraq xx.xx.2021-ci il tarixli, **********3127, **********3134, **********2674 nömrəli gömrük bəyannamələri ilə bəyan etmişdir. Gömrük bəyannamələrində malların dəyəri invoyslarda qeyd olunan məbləğlərdə göstərildiyi kimi qey d olunmuşdur. Daha sonra cavabdehin müəyyən etdiyi məbləğə uyğun bəyannamələr təqdim edərək, hesablanmış gömrük ödənişlərini ödəmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən malların gömrük dəyəri hesablanarkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Belə ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəbl ərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün heç bir yazılı bildiriş təqdim edilməmişdir.
33. Digər tərəfdən, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinin tələbinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinin tələbinə görə, inzibati o rqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
34. Həmin Qanunun 23.2-ci maddəsinin (İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi) müddəalarının tələbinə görə, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur.
35. Cavabdeh inzibati orqanın maraqlı şəxsə yardım göstərilməsi, məsləhətlərin və zəruri məlumatların verilməsində ifadə olunan xidməti vəzifələrinə dair məcburi göstərişlər Gömrük Məcəlləsində də təsbit olunmuşdur. Belə ki, həmin Məcəllənin 40.4-cü maddəsi nin tələbinə görə, gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər.
36. Beləliklə, istinad edilən qanun normalarının tələbləri nəzərə alındıqda, cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməli olduğu halda, bunu etməmişdir
37. Qeyd edilənlərə əsasən, məhkəmə k ollegiyası hesab edir ki, iddiaçının mövqeyi qanunvericiliyin tələblərinə uyğun olduğundan apellyasiya instansiya məhkəməsi iddia tələbinin əsaslı olması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmadığından, iş üzrə araşdırma hərtərəfli aparıldığından, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2-1(103)-848/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.