Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2487/2019 25.09.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15%-i məbləğində ödənilən əlavə haqq və 1 aylıq vəzifə maaşı məbləğində müavinət nəzərə alınmaqla dövlət qulluqçusunun pensiyasının yenidən hesablanması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili X1, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)700/2019 saylı 02 aprel 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 25.09.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1939-cu il təvəllüdlü iddiaçı 01 oktyabr 1963-cü ildən 13.04.1993-cü il tarixədək müxtəlif yerlərdə, o cümlədən, dövlət qulluğunda müxtəlif vəzifələrdə çalışmış, ona 02.09.2005ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək pensiyasının hesablanması zamanı nəzərə alınmamış Azərbaycan Respublikası Prezi dentinin 20.06.2008-ci il tarixli 776 saylı Fərmanı ilə hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin 12-ci bəndində dövlət qulluqçularına ildə üç aylıq vəzifə maaşı həcmində mükafat verilməsi, 948 №-li 23 oktyabr 2003-cü il tarixli Fərmanının 1-ci bəndinə əsasən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilməsinin nəzərə alınmasını xahiş etmiş, cavabdeh isə Azərbaycan Respublikası Prezidentinin 07.02.2005-ci il tarixli 194 saylı Fərmanı ilə təsdiq edi lmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydaları”nın 11-ci bəndinə istinad etməklə, əlavələrin alınması barədə arayışın təqdim edilməli olduğunu bildirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 05 noyabr 2018-ci il tarixdə məhkəməyə müraciət edərək, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15%-i məbləğində təyin edilən və ödənilən əlavə haqq, habelə dövlət qulluqçularına il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtis as dərəcəsi üzrə ödəniş nəzərə alınmaqla onun əmək pensiyasının 02.09.2005-ci il tarixindən yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya sentyabr 2005-ci il tarixindən dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Bu zaman nəzərə alınmışdır ki, o, Nazirlər Sovetində müxtəlif vəzifələrdə və Xalq Nəzarəti Komitəsində şöbə müdiri vəzifəsində çalışmışdır. Pensiya təyin olunduğu vaxt bu vəzifələr mövcud olmadığı üçün onlar ölkə Prezidentinin müvafiq qərarı ilə təsdiq edilmiş inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən mövcud dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmış və pensiya məbləği hesablanarkən bu vəzifələr üzrə m aaşlar əsas götürülmüşdür. Halbuki “Əmək pensiyaları haqqında” qanunun 20.11-ci maddəsinə əsasən hesablamalar vaxtı dövlət məvacibi əsas götürülməlidir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”na əsasən “Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu qaydaların 3-12 bəndlərinə müvafiq olaraq hesablanır”. Adı çəkilən Qaydaların 6-cı maddəsinə uyğun olaraq əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin ölkə başçısının 2003-cü il 4 avqust tarixli, 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-432/2019 saylı, 28 yanvar 2019-cu il tarixli qərarı ilə (hakim-E.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15%-i məbləğində təyin edilən və ödənilən əlavə haqqın 20.06.20 08-ci il tarixindən, dövlət qulluqçularının ixtisas dərəcələrinə müvafiq olaraq aylıq əlavələrin 01 yanvar 2006-cı il tarixdən, habelə dövlət qulluqçularına il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinətin ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edildiyi vaxtdan, yəni 02.09.2005-ci il tarixdən nəzərə alınmaqla onun pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən iddia tələbinin rədd olunmuş hissəsindən apellyasiya şikayəti verilməmiş, cavabdeh həmin qərardan apellyas iya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)700/2019 saylı 02 aprel 2019-cu il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-432/2019 saylı, 28 yanvar 2019-cu il tarixli qərarı İddiaçı dövlət qulluqçularının ixtisas dərəcələrinə müvafiq olaraq aylıq əlavələrin 01 yanvar 2006-cı il tarixdən, habelə dövlət qulluqçularına il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafatın ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edildiyi vaxtdan, yəni 0 2.09.2005-ci il tarixdən nəzərə alınmaqla onun pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə həvalə edilməsi hissəsində ləğv edilmiş, həmin hissələrdə iddia tələbi rədd edilmiş, qərar İddiaçı hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15%-i məbləğində təyin edilən və ödənilən əlavə haqqın 20.06.2008-ci il tarixindən, habelə dövlət qulluqçularına il ərzində ödənilən 1 aylıq vəzifə maaşı məbləğində müavinətin ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edildiyi vaxtdan, yəni 02.09.2005-ci il tarixdən nəzərə alınmaqla onun pensiyasının yenidən hesablanması və ya ranmış fərqin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə həvalə edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15% məbləğində əlavə haqq Azərbaycan Respublikası Prezidentinin 20.06.2008-ci il tarixli, 776 saylı Fərmanına əsasən təyin edildiyindən, iddiaçıya 02.09.2005-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edildiyindən ona münasibətdə həmin əlavə 20.06.2008-ci il tarixdən tətbiq edilərək hesablanmalı, həmçinin qanunvericiliklə dövlət qulluqçularına hər il vəzifə maaşına əlavələrlə birlikdə dövlət qulluqçular ı üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun 1 misli həcmində əlavə vəsait (müavinət) nəzərdə tutulur ki, həmin mükafatın məbləği pensiyaya çıxarkən dövlət qulluqçusunun pensiyasının məbləğinə təsir etməlidir. Bundan əlavə, iddia tələbi il ərzində dövlət qulluqçularına ödənilən 3 aylıq vəzifə maaşı həcmində mükafat və ixtisas dərəcəsinə görə əlavənin hesablanması hissələri ilə bağlı təmin edilməməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)700/2019 saylı 02 aprel 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli fərmanı ilə “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üç ün dövlət məvacibinin hesablanması Qaydaları”na əsasən dövlət qulluqçusunun pensiya məbləği hesablanarkən hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında verilən əlavə haqq və il ərzində ödənilən 1 aylıq vəzifə maaşı məbləğində əlavə müavinət yalnız vətəndaşın pensiya məbləği hesablanan dövr üzrə həmin əlavələri aldığı təqdirdə nəzərə alınır. İddiaçı işlədiyi dövrdə həmin əlavələri almadığından iddia tələbi əsassızdır. X3 Məcəllənin 12.1, 14.3, 58.7, 68.2, 69.3, 82, 87.7, 90, 91, 96.5, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)700/2019 saylı 02 aprel 2019-cu il tarixli qərarının qismən ləğv edilməsini və iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişd ir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)700/2019 saylı 02 aprel 2019-cu il tarixli qərarının qismən ləğv edilməsini və iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)700/2019 saylı 02 aprel 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kol legiyasının 2-1(103)700/2019 saylı 02 aprel 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, xx.xx.1939-cu il təvəllüdlü iddiaçı 01 oktyabr 1963-cü ildən 13.04.1993-cü il tarixədək müxtəlif yerlərdə, o cümlədən, dövlət qulluğunda Nazirlər Sovetində müxtəlif vəzifələrdə və Xalq Nəzarəti Komitəsində şöbə müdiri vəzifəsində çalışmış, ona 02.09.2005-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək pensiyasının hesablanması zamanı nəzərə alınmamış Azərbaycan Respublikası Prezidentinin 20.06.2008-ci il tarixli 776 saylı Fərmanı ilə hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin 12-ci bəndində dövlət qulluqçularına ildə üç aylıq vəzifə maaşı həcmində mükafat verilməsi, 948 №-li 23 oktyabr 2003-cü il tarixli Fərmanının 1-ci bəndinə əsasən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilməsinin nəzərə alınmasını xahiş etmiş, cavabdeh isə Azərbaycan Respublikası Prezidentinin 07.02.2005-ci il tarixli 194 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qayda ları”nın 11-ci bəndinə istinad etməklə, əlavələrin alınması barədə arayışın təqdim edilməli olduğunu bildirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası iddia tələbinin təmin olunmuş hissəsinə -hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15%-i məbləğində təyin edilən və ödənilən əlavə haqqın 20.06.2008-ci il tarixindən, habelə dövlət qulluqçularına il ərzində ödənilən 1 aylıq vəzifə maaşı məbləğində müavinətin ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edildiyi vaxtdan, yəni 02.09.2005-ci il tarixdən nəzərə alınmaqla onun pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsinə qiymət verir. Bununla bağlı məhkəmə kollegi yası qeyd edir ki, iddiaçının dövlət qulluğu üzrə müxtəlif vəzifələrdə çalışması və ona 02.09.2005-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. İddiaçının “pensiyanın məbləği hesablanarkən hakimiyyət səlahiyyətlərinin icrasına görə verilən vəzifə maaşının 15%-i məbləğində əlavə nəzərə alınması” ilə bağlı tələbi ilə əlaqədar Ali Məhkəmə kollegiyası qeyd edir ki, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə təyin edimişdir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunun 22-ci maddəsinə görə dövlət m əvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Həmin Qanunun 22.8-ci maddəsinə görə dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Həmin Qanunun 23-cü maddəsinə görə dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir (maddə 23.1-ci maddə); dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyə n edilən qaydada yenidən hesablanır (maddə 23.4-cü maddə). Göründüyü kimi, dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq yenidən hesablanmalıdır, dövlət qulluqçusu pensiyaya çıxanadək aldığı dövlət məvacibinin tərkibində olmayan və onun pensiyaya çıxmasından sonra verilməyə başlanılan bəzi əlavələr nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Qanunverici əsas meyar kimi fəaliyyətdə olan dövlət qulluqçusunun aldığı dövlət məvacibinin məbləğini götürmüş, bununla da, müxtəlif vaxtlarda olsa da, eyni vəzifəni yerinə yetirmiş şəxslərin sosial təminatlarında bərabərliyə nail olmağı qarşıya məqsəd qoymuşdur. Belə olan halda, iddiaçının əmək pensiyasının hesablanması zamanı “h akimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqqın nəzərə alınması” tələbi əsaslı və qanunidir. Həmçinin hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə təyin edildiyindən həmin tarixdən də iddiaçının əmək pensiyasının hesablanması zamanı nəzərə alınmalıdır. Məhkəmə kollegiyası iddiaçının “dövlət qulluqçularına il ərzində ödənilən 1 aylıq vəzifə maaşı məbləğində müavinətin ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edildiyi vaxtdan, yəni 02.09.2005-ci il tarixdən nəzərə alınmaqla onun pensiyasının yenidən hesablanması” tələbi ilə əlaqədar qeyd edir ki, Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında Azərba ycan Respublikası Prezidentinin 23.10.2003-cü il tarixli, 948 saylı Fərmanının 1-ci bəndinin 1-ci abzasına əsasən 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilməsi müəyyən edilmişdir. Göründüyü kimi, qanunvericiliklə dövlət qulluqçularına hər il vəzifə maaşına əlavələrlə birlikdə dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun 1 misli həcmində əlavə vəsait (müavinət) nəzərdə tutulur ki, yuxarıda qeyd edildiyi kimi «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinin tələbinə uyğun olaraq həmin mükafatın məbləği pensiyaya çıxarkən dövlət qulluqçusunun pensiyasının məbləğinə təsir etməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qa nunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)700/2019 saylı 02 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2487/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2487/2019
25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver